Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə2/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   2   3   4   5   6   7   8   9   ...   223

 

Q.X.Qasımzadənin,  sənətĢünaslıq  doktoru,  prof.  N.D.Həbibovun,  sənətĢünaslıq 



namizədi, prof.  E.Ə.Abasovanın, sənətĢünaslıq namizədi Ə.Ə.Əliyevanın təqdim 

etdikləri bəzi materiallardan da istifadə o lunduğunu minnətdarlıqla qeyd edirlər. 

VI cildin mətn lərini aĢağıdakı müəlliflə r yazmıĢlar: 

GiriĢ,  I,  II  və  IV  fəsillər,  nəticə  -  tarix  elmləri  doktoru,  professor, 

akademik 

C.B.Qu liyev;  III  fəsil  -  tarix  elmləri  doktoru,  professor 

Y.A.Tokarjevski  ,  tarix  elmləri  doktoru  A.Ə.Məmmədov,  tarix  ehnləri 

namizədləri A.Ġ.Xəlilov, T.Ə.Novruzov, Ə.C.Rəhimov ,  V və  VIII fəsillər  - tarix 

elmləri doktoru, professor T. H. Musayeva; VI fəsil  - tarix elmləri doktoru A. Ə. 

Məmmədov,  tarix  elmləri  namizədləri  Z.M.Ġsayev,  A.C.Muradova;  VII  fəsil  - 

A.Ə.Məmmədov, Z.M.Ġsayev; IX fəsil - C.B.Qu liyev, A.Ə.Məmmədov; X fəsil -

Y.A.Tokarjevski,  A.Ə.Məmmədov,  T.Musayeva,  A.C.Muradova,  tarix  elmləri 

doktoru  R.E.Zeynalov;  xronoloji  cədvəl  -  Ə.C.Rəh imov  ;  Xülasə  (rus  dilində)  - 

T.H.Musayeva; Biblioqrafıya - C.B.Quliyev, A.Ə.Mə mmədov, Ə.C.Rəhimov. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

I FƏSĠL 

 

AZƏRBAYCAN SOVET SOSĠALĠST  

RESPUBLĠKASININ YARANMAS I 

 

§ 1. SOVET QURUCULUĞUNUN BAġLANMASI 

 

Sovet  hakimiyyəti  Azərbaycan  Sovet  Sosialist  Respublikasını  ancaq  

elan  etmiĢdi,  qarĢıda  hələ  çətin  vəzifə  -  onu  həqiqətə  çevirmə k  tələb  olunurdu. 

Labüd  sual  doğur:  bütün  Azərbaycan  bu  vəzifəni  yerinə  yetirmək  üçün  hazır 

idimi?  Ümu mən  sosialist  dəyiĢikliklər  üçün  Azərbaycan  iqtisadiyyatda, 

siyasətdə, sosial-maddi sahədə, mədəniyyət və ideologiyada lazımi  ilkin Ģərtlərə 

və  əsas  amillərə  malik  id imi?  Bakı  ilə  Azərbaycan  ərazisinin  qalan  hissəsinin 

inkiĢaf  səviyyəsi  arasında  keçmiĢdən  irs  qalmıĢ  fərq in  yeni  respublika 

quruculuğu  prosesində  necə  aradan  qaldırılması  problemi  də  obyektiv  surətdə 

aydınlaĢdırılmalıd ır! 

Qərəzsiz  elmi  araĢdırma  göstərir  ki,  Azərbaycanın  timsalında  sovet 

respublikası quruculuğu, əslində, onun maddi, elmi-texn iki və  insan potensialını 

hakim  Mərkəzin  məqsəd  və  mənafeyinə  tabe  etməklə    aparılırdı.    Mərkəzin   

sosializm    quruculuğu    siyasətində  Azərbaycanın  yeri  əsasən  onun  öz 

"beynəlmiləlçilik  borcunu"  yerinə  yetirməsi  dəlili  ilə  əsaslandırılırdı.  Həmin  

siyasətin  ümdə  istiqa məti  bunlar  idi:  Bakı  ölkənin  baĢlıca  neft  xəzinəs i  və 

Azərbaycan  Sovet  Ġttifaqının  Ġkinci  pambıq  bazasıdır.  "Ümu mi  sosialist 

vətəninin"  mənafeləri  ilə  pərdələnən,  əslində  isə,  "sosializm"  bayrağı  altında 

əsarətə  almaq  siyasətinin  incə  formada  davamı  olan  siyasət  belə  idi.  Prinsip 

etibarilə, A zərbaycanda sosializm quruculuğu bu cür intiĢar edird i. BaĢlıcası  isə 

bunu  obyektiv  surətdə  izah  etməyə  və  iĢıqlandırmağa  çalıĢmaq  lazımd ır.  Çünki 

inkar  etmək  olmaz  ki,  Azərbaycan  öz  tarixinin  sovet  dövründə  də  mühüm 

iqtisadi, sosial-mədəni dəyiĢikliklərə  nail o lmuĢdur. Azərbaycan xa lqı ə mə ksevər 

xalqdır,  qarĢısına  çıxan  böyük  çətinlikləri  və  səhvləri  aradan  qaldıraraq, 

ədalətsizliyə tab gətirərək yeni həyat quruculuğu naminə fədakarlıqla çalıĢmıĢdır. 

 

* * * 

 

Sovet  hakimiyyətinin  qurulması.  1920-ci  il  aprelin  28-də  Müvəqqəti 

Ġnqilab  Ko mitəsi  yeni  höku mətin  -  Azərbaycan  SSR  Xalq  Ko missarları 

Sovetinin  aĢağıdakı  tərkibin i  təsdiq  etdi:  N.Nərimanov  -  XKS-n in  sədri  və  xalq 

xarici  iĢlər ko missarı; Ç.Ġldırım -  xalq hərbi-dəniz iĢləri  ko missarı; H.H.Su ltanov 

-  xalq  da xili  iĢlər  ko missarı;  Ə.H.Qarayev  -  xalq  ə mə k  və  ədliyyə  ko missarı; 




 

Q.M.Musabəyov  -  xalq  əkinçilik,  t icarət,  sənaye  və  ərzaq  ko missarı; 



M.D.Hüseynov  -  xalq  maliyyə  ko missarı;  D.X.Bünyadzadə  -  xalq  maarif  və 

dövlət  nəzarəti  ko missarı;  C.Vəzirov  -  xalq  poçt,  teleqraf  və  yollar  ko missarı; 

A.Ə.Əlimov - xalq səhiyyə və himayə ko missarı. 

Bu,  A zərbaycanın  sovet  hökumətinin  ilk  kabineti  id i.  Sonralar  onun 

tərkib i  dəfələrlə  dəyiĢmiĢdir.  1920-ci  ilin  avqustunda  isə  Kiçik  Xalq  

Ko missarları  Soveti  yaradıld ı.  Onun  əsas  vəzifəsi  Azərbaycan  Ġnqilab  

Ko mitəsinin  səlah iyyətinə  aid  olan   məsələləri  ətraflı  mü zakirə  etmək  və 

hazırla maq  idi.  Xalq  ko missarların ın  hamısı,  Xa lq  Təsərrüfatı  ġurasının  və 

Fövqəladə  Komissiyasının,  Hərb i  Ġnqilabi  Səhra  Tribunalın ın  nümayəndələri 

Kiçik Xalq Ko missarları Sovetinin ü zvü idilər. 

Aprelin  29-dan  etibarən  Ə.H.Qarayev  baĢda  olmaqla  Bakı  Ġnqilab  

Ko mitəsi  də  iĢləy irdi.  Bakıda  Ģəhər  Soveti  ilə  yanaĢı,  Bakı  Qəza  Ġnqilab  

Ko mitəsi  də  fəaliyyət  göstərirdi

2

.  ġəhərin  bütün  rayonlarında  yerli  hakimiyyət 



orqanları  yaradılmıĢdı.  TəĢkil  edilmiĢ  Mərkəzi  Ko miss iya  bütün  fəhlələrə 

müraciət  edərək,  onları  mədənlərin,  zavodların,  anbarların,  onlarda  olan  

qiymətli  əĢyaların,  avadanlığının  mühafizəsinə  ciddi  nəzarət  etməyə,  xalq  

mü lkiyyəti kimi qoru mağa çağırmıĢdı. 

1920-c i  il  apre lin  28-də  Gəncədə  də  hakimiyyət  Ġnqilab  Ko mitəsinin  

əlinə  keçd i.  Gəncə  Ġnqilab  Ko mitəsinə  Ġ.M.Əliyev  (sədr),  F.T.Əliyev, 

Ġ.A.Əminbəyli  (müav inlər)  və  baĢqaları  daxil  id ilər.  Bakıya  Gəncə  Ģəhərinin 

fəhlə-kəndli  nü mayəndə  heyəti  göndərild i

3

.  Elə  həmin  gün  Quba  qəzasında da 



inqilab  ko mitələri  yaradıldı,  Lən kəran  Ģəhərində  və  qəzasında  hərbi  inqilab 

ko mitəsi təĢkil edildi. Aprelin axırında ġamaxıda, CavanĢir qəzasında, ġamxorda, 

Gədəbəy  rayonunda  inqilab  komitələri  fəaliyyət  göstərirdi.  Həmin  vaxt 

Azərbaycan Ġnqilab Komitəsi sovet iĢini təĢkil etmək üçün bütün qəzalara məsul 

iĢçilər, təlimatçılar göndərmiĢdi

4



Ġlk  vaxtlar  respublikada  ali  qanunvericilik  və  icra  hakimiyyətini 

Azərbaycan  Ġnqilab  Komitəsi  həyata  keçirirdi.  Yerlərdə  sovet  hakimiyyəti  qəza, 

məntəqə və kənd inqilab ko mitələrinin əlində idi. 

Ġnqilab  ko mitələrinin  təĢkili  prinsipləri  və  vəzifələri  qəzalarda  sinfi 

təbəqələĢmənin  dərəcəsi  və  milli  tərkib,  kəndlilərin  siyasi  Ģüuru  və 

mütəĢəkkilliyin in səviyyəsi nəzərə alın maqla  müəyyən olunurdu. Çox vaxt inqilab 

komitələrinin  üzvləri  sırasına  digər  partiyaların  və  cərəyanların  nümayəndələri  də 

düĢürdü.  Qəza  inqilab  komitələrin in  rəhbərliyini  daxili  iĢlər  ko missarlığı  təyin  

edirdi.  Ġnqilab  komitələrinin  yaradılmasına  kömək  göstərmək  üçün  rəhbər  partiya 

və  sovet  iĢçiləri,  inqilabi  hərəkatın  fəal  iĢtirakçıları,  respublikanın  mü xtəlif 

millətlərinin nü mayəndələri qəzalara göndərilmiĢdi. Onların bir ço xu yerli inqilab 

komitələrinə baĢçılıq edirdi. 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə