Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə4/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   2   3   4   5   6   7   8   9   ...   223

11 

 

Bəyannamənin sonunda deyilirdi ki, "müsavatçıların qeyri-leqal Ģəkildə mövcud 



olan təĢkilatı bura xılmıĢ sayılır". 

Lakin hakimiyyətin kommunistlərə təhvili  zamanı hökumət və  parlament 

üzvlərinin  həyatının  və  əmlakının  qorunmasının  təminatı  haqqında  verilmiĢ 

öhdəliklər, habelə partiyalara münasibətə dair saziĢlər po zuldu. 

N.Nərimanov  1921-ci  il  mayın  8-də  Birinci  Azərbaycan  sovetlər 

qurultayında  Bakıda sovet hakimiyyətinin  ilk  faciəli  günlərini  xarakterizə  edərək 

demiĢdi: "BolĢeviklər hakimiyyəti ələ alırlar. Mən daha demirəm ki, ələ keçirirlər, 

alırlar  və  sonra  öz  proqramlarını  inkiĢaf  etdirməyə  baĢlayırlar.  Bax,  burada  bəzi 

sui-istifadə halları baĢ verir. Bu yerdə Rusiya Ģablonu ilə yenidənqurma baĢ layır"

12



Bakıda  təqiblər,  Azərbaycan  Demokratik  Respublikası  liderlərinin, 

görkəmli  nümayəndələrinin,  digər  partiyaların,  siyasi  qrupların  və  cərəyanların 

rəhbərlərinin,  Azərbaycan ordusunun,  müdafıə  nazirliy inin  xadimlərin in  həbsləri 

intiĢar edir.  Onların bir ço xu  Nargin adasında güllələndi, Rusiyanm  müxtəlif həbs 

düĢərgələrinə sürgün edildi. Bütün bunlar Azərbaycan Ġnqilab Komitəsinin icazəsi 

olmadan,  millətçi  rus Ģovinistlərinin  və  erməni  daĢnaklarının  baĢçılıq etdikləri XI 

qızıl  ordunun  xüsusi  Ģöbəsi  tərəfindən  özbaĢınalıqla  edilirdi.  DaĢnak  terrorçuları 

1920-1921-ci  illərdə  F.Xoyskini və  H.Ağayevi  Tiflisdə;  Behbudağa  CavanĢiri  isə 

Malta adasında vəhĢicəsinə qətlə yetirdilər.  General  Süleyman Sulkeviç, hökumət 

üzvləri X.Rəfibəyov, Ġ.Ziyadxanov, tanınmıĢ pedaqoq və alim F.Köçərli, professor 

Zimin və baĢqaları həlak oldular. 

Bir  fərziyyəyə  görə,  Usubbəyov  Azərbaycanın  Gürcüstanla  sərhədini 

keçərkən  qarətçi  quldurlar  tərəfindən  öldürülmüĢdü.  XoĢ  təsadüf  həbs  olunmuĢ 

M.Ə.Rəsulzadəni ölü mdən  xilas etdi. Ġ.V.Stalin Bakıda olarkən M.Ə.Rəsulzadənin 

həbs  edildiyini  bildikdə,  özünün  keçmiĢ  inqilabçı  tanıĢı  kimi  onun  buraxılması 

barədə göstəriĢ verdi və Moskvaya iĢə dəvət etdi. Sonra o, Türkiyəyə gedə bild i. 

Sonralar  Tü rkiyədə  onun  təĢəbbüsü  ilə  Azərbaycan  Milli  Mühacirət  Mərkəzi 

yaradıldı.  ADR-in  və  Azərbaycan  ziyalıların ın  bir  ço x    görkəmli  xad imi  

(Ə.M .TopçubaĢov, Ə.Ağayev, A.ġeyxülislamov, C.Hacıbəyli, M.B.Məmmədzadə, 

Mustafa Vəkilov, Mirzə Əsədullayev, Əbdüləli bəy Əmircanov və b.) mühacirətdə 

olduqlarına  görə,  vətəndə  qalmıĢ  həmfikirlərin in  faciəli  aqibəti  onların  baĢına 

gəlmədi. 

Azərbaycan  xalqının  qatı  düĢməni  V.A.Pankratov baĢda olmaqla  XI  qızıl 

ordunun  xüsusi  Ģöbəsi,  digər  cəza orqanları  Azərbaycandakı  partiyaların,  müxtəlif 

siyasi  təĢkilatların  rəhbərlərinin,  üzvlərinin  təqib  və  həbs  olunmasını  getdikcə 

gücləndirirdilər.  Onlar  Azərbaycan  ziyalılarının  nü mayəndələrini  təcrid  ed ir  və 

qırırdılar,  yüzlərlə  adam  Solovetsk  adalarına,  Suzdala,  Novqoroda  və  digər  ucqar 

yerlərdəki həbs düĢərgələrinə göndərildi. 




12 

 

N.Nərimanov qanunsuz repressiyaya məruz qalmıĢ vətəndaĢları hər vəchlə 



azad etməyə  çalıĢırdı.  1920-ci  il  mayın  27-də onun  imzası  ilə  "Kifayət  qədər  əsas 

olmadan  tutulub  saxlananların  hamısını"  həbsdən  buraxmaq  üçün  xüsusi 

komissiya  yaradılması  haqqında  dekret dərc  olunmuĢdu.  1920-ci  il  iyulun  12-də 

isə  N.Nərimanov  həbs  yerlərində  olan  fəhlə,  kəndli  və  əsgərlərin  geniĢ Ģəkildə 

amn istiyası  haqqında  dekret  verdi.  Dekret  sovet  hakimiyyətinə  qarĢı  sui-

qəsdlərdə iĢtirak etməyə görə mühakimə olunanlara Ģamil  edilmirdi. Avqustun 12-

də  N.Nərimanovun  imzaladığı  əmr  idarə  müdiriyyətinin  icazəsi  olmadan 

qulluqçuların  xid məti  hərəkətlərinə  görə  FK  orqanları  tərəfindən  həbs olunmasını 

qadağan  edirdi

13

.  Oktyabr  inqilabının  3-cü  ildönümü  münasibətilə  Azərbaycan 



Ġnqilab  Ko mitəsi  1920-ci  il  noyabrın  6-da  "özlərin in  Ģüursuzluğu  və  siyasi 

yetkinliyinin  çatıĢmazlığı  ucbatından  istər  ümumi,  istərsə  də  siyasi  xarakterli 

cinayətlər  törətmiĢ  bütün  Ģəxslər"  barəsində  anınistiya  tətbiq  olunması  haqqında 

dekret vermiĢdi

14



Birinci  Ümumazərbaycan  sovetlər  qurultayının  qərarına  əsasən 



N.Nərimanov  1921-ci  il  mayın  26-da  "Azərbaycanın  sovetləĢməsi  dövründə 

(1920-ci  il aprelin 28-dən indiyədək) Azərbaycanın hüdudlarından kənara sürgün 

edilmiĢ istər mülki, istərsə də hərbi idarələrdə çalıĢan bütün Ģəxslərin  RSFSR-in 

bütün  həbs  düĢərgələrindən,  həbsxanalarından  və  həbs  yerlərindən"  azad 

olunması və qaytarılması haqqında məktubla V.Ġ.Leninə müraciət etmiĢdi

15



Sovet  hakimiyyəti  hər  cür  milli  imtiyazların  ləğv  olunduğunu, 

Azərbaycanda yaĢayan bütün millətlərin hüquq bərabərliyini elan etdi. Azərbaycan 

Ġnqilab  Komitəsi  bəyan  etdi  ki,  "o,  milliyyətindən  asılı  olmayaraq,  bütün 

vətəndaĢların tam toxunulmazlığına və azadlığına... təminat verir"

16



Azərbaycan Ġnqilab Komitəsi RSFSR  ilə dostluq ittifaqı bağlamağı, digər 



qonĢu  respublikalarla  mehriban  münasibətlər  yaratmağı  özünün  baĢlıca 

vəzifələrindən biri kimi qarĢıya qoymuĢdu. 

1920-c i  ilin  ilk  aylarında  Zaqafqaziyada  mürəkkəb  bir  siyasi  vəziyyət 

yaranmıĢdı.  Əslində  üç  "müstəqil  respublika"  dörd  xarici  dövlətin  -  Türkiyə, 

Rusiya, Ġngiltərə və ABġ-ın geosiyasətinin düyün nöqtəsinə çevrilmiĢdi. "Böyük 

Ermənistan"  yaratmaq  xülyası  ilə  Azərbaycan,  Gürcüstan  və  Türkiyədən  torpaq 

qoparmaq  iddiasında  olan  daĢnak  Ermənistanı  faktiki  olaraq  bu  üç  ölkə  ilə 

müharibə  vəziyyətində  idi.  Rusiya  isə  Azərbaycanda  Sovet  hakimiyyəti  elan 

olunandan  sonra,  Gürcüstan  və  Ermənistanı  Türkiyəyə  qarĢı  müharibəyə  təhrik 

etmək  (daĢnak  Ermənistanının  "müstəqilliyini"  tanımaq,  onun  ərazisinə  qoĢun 

yeritməmək)  siyasəti  yeridirdi.  Türkiyə  Rusiyanın  və  Qərb  ölkələrin in 

niyyətlərinə  qarĢı  çıxd ı,  Sevr  müqaviləsini  rədd  edərək,  daĢnak  Ermən istanına 

qarĢı  hərbi  əməliyyatı  geniĢləndirdi  və  onu  Aleksandropol  saziĢi  bağlamağa 

məcbur etdi. Türkiyə-Ermənistan sərhədləri tənzimləndi. 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə