Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə83/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   79   80   81   82   83   84   85   86   ...   223

171 

 

N.N.Nərimanov  Tiflisdə  birbaĢa  xətdə  M.D.Hüseynova  bildirdi  kı, 



"məsələ  yalnız  bu  səpkidə  həll  edilməlidir,  əks  halda  Xalq  Ko missarları  Soveti 

məsuliyyəti öz üzərinə götürmür"

164



1921-c i il iyunun 27-də RK(b )P M K Qafqa z bürosunun plenumu Dağlıq  



Qarabağ  haqqında  N.  N.Nərimanovla  birbaĢa  apardığı  danıĢıqlar  barədə 

M.D.Hüseynovun  məlu matın ı  din ləyərək,  respublikaların  sərhədlərinin  

müəyyənləĢdirilməsi"  məsələsinə  dair  RK(b)P  MK  Qafqaz  bürosunun  təcili 

plenumunu  çağırmağı  qərara  alır,  N.N.Nərimanov  və  M.F.Myasnikovun  də rhal 

Tiflisə yola düĢmələrini onlara təklif edir

165


1921-c i  il  iyulun  4-də  RK(b )P  MK  Qa fqaz  bürosu  plenumunun 

iclasında  büronun  səkkiz  üzvünün  (Orconikid ze,  Maxarad ze,  Nərimanov, 

Myasnikov,  Nazaretyan,  Kirov,  OraxelaĢvili,  Fiqatner)  və  RK(b )P  MK  ü zvü 

Stalin in,  ko mso molun  Qafqa z  bürosunun  katibi  Breyt manın  və  Gürcüstan  KP 

MK-nın  üç  ü zvünün  iĢtirakı  ilə  Qa rabağ  məsələsi  müza kirə  olunarkən  iki  fikir 

aĢkar oldu. Bunların hər ikisi səsə qoyuldu (yalnız  Qafqaz bürosunun üzvləri səs 

verird ilər).  Qarabağ  haqqında  məsələyə  dair  səsvermədə  səkkiz  üzvdən  yeddisi 

iĢtirak  edirdi  (OraxelaĢvili  yox  idi).  Qarabağın  Azərbaycanın  tərkib ində 

saxlan masın ın lehinə Nərimanov, Maxaradze, Nazaretyan, əleyhinə Orconikid ze, 

Myasnikov, Kirov,  Fiqatner səs verdilər; ermən i və  müsəlman əhalisinin  iĢtirakı 

ilə  bütün  Qarabağda  rəy  sorğusu  keçirilməsin in  lehinə  Nərimanov,  Maxarad ze, 

Qarabağın  dağlıq  hissəsinin  Ermən istanın  tərkibinə  daxil  edilməsinin  lehinə 

Orconikid ze,  Myasnikov,  Fiqatner,  Kirov,  Qarabağın  təkcə  dağlıq  hissəsində, 

yəni  ermənilər  arasında  rəy  sorğusu  keçirilməsin in  leh inə  Orconikid ze, 

Myasnikov,  Fiqatner,  Kirov,  Nazaretyan  səs  verdilər.  Beləliklə,  p lenum  qərara 

aldı:  "Dağlıq  Qarabağ  Ermən istan  SSR-in  tərkibinə  daxil  edilsin,  rəy  sorğusu 

yalnız  Dağlıq  Qarabağda  keçirilsin".  Belə  olan  halda  N.N.Nərimanov  bəyanatla 

çıxıĢ  etdi:  "Qarabağ  məsələsi  Azərbaycan  üçün  mühüm  məsələ  o lduğuna  görə, 

onun qəti həllinin RKP MK-ya çıxarılmasını zəruri sayıram"

166



Qafqaz  bürosunun  plenumu  bəyanatı  nəzərə  alaraq  yeni  qərar  qəbul 



etdi:  "Qarabağ  haqqında  məsələ  ciddi  fikir  ayrılığ ı  doğurduğuna  görə,  RK(b )P 

MK  Qafqaz  bürosu  onun  qəti  həllin i  RK(b)P  M K-ya  çıxarmağı  zəruri  hesab 

edir"

167


Təbii  o laraq  sual  doğur:  plenumda  yaran mıĢ  mürəkkəb  vəziyyətdə 

RK(b)P  MK  üzvü  Stalinin  mövqeyi  necə  idi?  Qarabağ   məsələsi  plenumda 

mü zakirə  olunarkən  Stalin  nə  çıxıĢ  etmiĢ  və  nə  də  səsvermədə  iĢtirak  etmiĢdi. 

Onun  bir  sıra  çıxıĢ larından  da  məlu mdur  ki,  Zaqafqaziya  sovet  respublikaları 

arasında sərhədlərin  müəyyən  edilməsi  məsələsində  Stalin  ikibaĢlı  mövqe  tutur, 

konkret  tarixi  Ģəraitdən  və  regionda  geosiyasi  vəziyyətin  dəyiĢməsindən  asılı 

olaraq,  onların  b irindən  digərinə  keçirdi.  Lakin  məlu m  olduğu  kimi  nəticədə 




172 

 

Stalin  erməni  əhalisinin  yığcam  yaĢadığı  bir  sıra  ərazilərin  Ermən istan  SSR-ə 



birləĢdirilməsinə  tərəfdar  çıxd ı.  Konkret  olaraq  o,  "Dağlıq  Qarabağın"  Sovet 

Ermənistanına  verilməsinə  müsbət  yanaĢdı.  Ona  görə  də  ermənilərin  guya 

Stalin in  "Dağlıq  Qarabağı  A zərbaycana  bağıĢlaması"  haqqında  "bəyanatları" 

əsassızdır.  Dağlıq  Qarabağ  məsələsində  Qafqaz  bürosunun  qərarının  

dəyiĢməsində, Ģübhəsiz, N.N.Nərimanovun möhkəm prinsipial mövqeyi həlledici 

rol  oynamıĢdı.  Görünür,  məhz  N.N.Nərimanovun  qətiyyəti  sayəsində  Qafqaz 

bürosu  məsələnin  mahiyyətinə  ciddi  nüruz  edərək  və  onun  həllin in  yüksək 

məsuliyyət  tələb  etdiyini  nəzərə  alaraq,  Orconikidzen in  və  Nazaretyanın  təklifi 

ilə  ertəsi  gün  öz  qərarına  yenidən  baxdı.  1921-ci  il  iyulun  5-də  RK(b)P  M K 

Qafqaz  bürosu  RK(b)P  MK  ü zvü  Stalinin  və  Azərbaycan  SSR-in  Xalq  Xarici 

ĠĢlər  ko missarı  M.D.Hüseynovun  iĢtirakı  ilə  tam  tərkibdə  toplaĢaraq,  üç  nəfər 

bitərəf  qalmaqla  qərara  ald ı:  "Müsəlmanlarla  ermənilər  arasında  milli  sülhün 

zəruriliyini,  Yu xarı  və  AĢağı  Qarabağın  iqtisadi  əlaqələrini,  onun Azərbaycanla 

daimi  əlaqəsini  əsas  tutaraq,  Dağlıq  Qarabağ  Azərbaycan  SSR-in  hüdudlarında 

saxlansın,  onun  tərkibinə  daxil  olan  ġuĢa Ģəhəri  inzibati  mərkə zi  olmaqla  geniĢ 

vilayət  mu xtariyyəti  verilsin"

168

.  AK(b)P  MK-ya  tapĢırıldı  ki,  "mu xta r  vilayətin  



sərhədlərini  müəyyənləĢdirsin  və  təsdiq  olunmaq  üçün  RK(b)P  M K  Qafqaz 

bürosuna təqdim etsin"

169



1921-c i  il  iyulun  19-da  Azərbaycan  MĠK-in  Rəyasət  Heyəti 



N.N.Nərimanovun  Tiflisə  səfəri  haqqında  məru zəsini  d inlədi.  O,  A zərbaycan 

MĠK-ə  təklif  etdi  ki,  əhaliyə  geniĢ  məlu mat  versinlər:  "Dağlıq  Qarabağ  Sovet 

Konstitusiyası  çərçivəsində  baĢda  icraiyyə  ko mitəsi  olmaqla,  daxili  özünüidarə 

hüququ verilməklə Sovet Azərbaycanının ayrılmaz h issəsi olaraq qalır"

170



Ertəsi gün AK(b)P M K-n ın Siyasi və TəĢkilat bürosu Qarabağ haqqında 



Ə.H.Qarayevin  məlu matmı  din ləyərək,  Qarabağın  Konstitusiyasını  hazırlamaq 

üçün komissiya yaratmağı qərara aldı

171



Dağlıq  Qarabağın  zəh mətkeĢ  azərbaycanlı  və  erməni  əhalisin in  əsas 



kütləsi ö zünü illər boyu bütün Azərbaycanda yaranmıĢ in zibati, iqtisadi və siyasi 

əlaqələrdən kənarda təsəvvür edə bilmird i. 

ġuĢa  qəzası  Ġkinci  nahiyəsinin  1921-ci  il  avqustun  1-də  keçirən 

fövqəladə  qurultayında  L.Ġ.M irzoyan  Qarabağ  məsələsinə  dai  məru zə  edərək 

demiĢdi  ki,  iqtisadi,  mənəvi,  siyasi  və  milli  baxımdan  Qarabağ  Azərbaycanın 

mərkəzi  ilə  sıx  bağlıd ır.  "Bu  amillərin  özü  məsələni  irəlicədən  həll  edir  ki,  biz 

Qarabağı  hansı  siyasi  quruma  aid  etməliyik"

172


.  Daha  sonra  L.Ġ.Mirzoyan 

Azərbaycan  SSR  tərkib ində  Dağlıq  Qarabağ  Mu xtar  Vilayəti  yarad ılması 

haqqında  RK(b)P  MK  Qafqaz  bürosu  qərarının  düzgün  və  məqsədəuyğun 

olduğunu bildirmiĢdi

173




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə