324
eskizi üzrə toxun muĢ "Firdovsinin portreti" xalçası idi. Bu xalça 1937-ci ildə
Parisdə Ümu mdünya sərgisində müvəffəqiyyətlə nümay iĢ etdirilmiĢdi.
Azərbaycanın, demək olar, hər yerində ənənəvi həvəskar xalq ustaları
bədii tikmə, ağac ü zərində oyma, zərgərlik, xalçaçılıq və s. nü munələri
yaradırdılar. Milli naxıĢlarla bəzədilmiĢ maraqlı bədii tikmə əĢyaları - kiçik divar
xalçası, süfrə, yastıq, mütəkkə və araqçınlar meydana gəlirdi. Usta A.Lətifovun
tambur tikmə texn ikasında yaradılmıĢ ən yaxĢı iĢləri mu zey ləri bəzəyird i.
Ġstedadlı zərgərlər H.Quliyev, H.AĢurov gözəl qadın bəzəkləri - sırğa, ü zük
bilərzik hazırlay ırd ılar.
1936-cı ildə Azərbaycan Dövlət Muzeyi nəzdində müstəqil incəsənət Muzeyi
yaradıldı. Muzey kütlələr içərisində Ġncəsənətin populyarlaĢması, onların
zövqlərinin formalaĢdırılması sahəsində geniĢ konkret iĢ aparırdı. 1937-ci ilin
oktyabrında dövlət muzeyində azərbaycanlı rəssamların sərgisi açıldı. Orada mindən
çox eksponat (təsviri, döy mə, naxıĢlı to xuculuq) vard ı
228
.
Müharibəyə qədərki illərdə qadın rəssamların əsərlərindən ibarət sərgilərin
təĢkil edilməsi mədəni həyatda diqqətəlayiq hadisə idi. Bu sərgilərdə
Z.Məmmədovanın heykəltəraĢlıq, Q.Mustafayeva, R.TopçubaĢova, Q.Salamova,
M.Əfəndinin rəsm əsərləri, M.Rəhmanzadənin qrafik iĢləri, Ġ.Seyidovanın teatr
eskizləri xüsusi ilə fərqlənirdi.
Bakı rəssamlıq məktəbinin istedadlı yetirmələri öz təhsillərini Moskva,
Sankt-Peterburq, Tbilisinin ali rəssamlıq məktəblərində müvəffəqiyyətlə davam
etdirir, onların bir çoxu təkcə Sovet Ġttifaqında deyil, xaricdə də məĢhurlaĢırd ılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq görülməsi təsviri və
dekorativ-tətbiqi sənətin çiçəklənməsi üçün mühüm amil o ldu. 1940-c ı ildə
Nizami Gəncəvinin portret-surətini yaratmaq üzrə müsabiqədə Ģairin H.Xalıqovun
çəkdiyi məĢhur portreti birinci mükafata layiq görüldü. Rəssamlar S.ġərifzadə,
B.Əliyev, M.Abdullayev, B.Mirzəzadə, K.X.Xanlarov, A.B.Kazımov Nizami
muzeyinin ekspozisiyaları üçün rəsm tablolarını yaratdılar.
Qocaman xalq rəssamı Ə.Əzimzadə müxtəlif janrlarda qrafik əsərlər,
satirik rəsmlər, boyaqlı akvarellər, səhnə geyimi eskizləri çəkmiĢdi. Azərbaycan
SSR Xalq Komissarlar Soveti 1936-cı yanvarın 26-da rəssam Ə.Əzimzadənin iĢ
Ģəraitini yaxĢılaĢdırmaq üçün emalatxana tikilməsi barədə xüsusi qərar qəbul etdi
229
.
Ə.Əzimzadə Azərbaycanda yeni rəssam kadrların hazırlanmasına böyük
qayğı göstərirdi. 1940-cı il iyunun 27-də onun tövsiyəsilə Azərbaycan Dövlət
Rəssamlıq Texniku munun yetirmələrindən bir çoxu Moskva, Leninqrad, Kiyev,
Tbilisi ali məktəblərində oxumağa göndərildi. Onların sırasında sonralar
Azərbaycanın tanınmıĢ rəssamları olan Tağı Tağıyev, Kazım Kazımzadə, Həsən
Haqverdiyev, Kamil Xanlarov, Mürsəl Nəcəfov və b. var idi
230
.
325
Ə.Əzimzadə 1939-cu ildə SSRĠ Rəssamlar Ġttifaqı təĢkilat komitəsi
tərkibinə daxil edildi
231
. 1941-ci ildə Bakıda Ə.Əzimzadənin ço xillik yaradıc ılıq
fəaliyyətini əks etdirən sərgi təĢkil olundu. Sərgidə onun min iki yüz iĢi nümayiĢ
etdirilird i. Həmin sərgi elə həmin il Moskvada da göstərilmiĢdi
232
.
Azərbaycan heykəltəraĢları bir sıra monumental əsərlər yaratdılar.
HeykəltəraĢ F.Əbdürrəhmanov Nizaminin abidəsinin yaradılması üzrə 1940-cı ildə
elan edilmiĢ Ümu mittifaq müsabiqəsində birinci yeri tutdu. Nizami muzeyinin
fasadını bəzəyən altı heykəlin də, Füzuli abidəsinin də müəllifı odur. HeykəltəraĢ
C.Qaryağdı 1939-cu ildə Samur-Dəvəçi kanalı üçün "Kolxozçu qadın" heykəlini
yaratdı.Vaqifin Nizami muzeyinin fasadında qoyulmuĢ heykəli də onun
müvəffəqiyyətli iĢlərindəndir.
Rəssam R.Mustafayev teatr dekorasiyası sənətini inkiĢaf etdirirdi.
Ü.Hacıbəyovun Moskvada birinci Azərbaycan incəsənəti ongünlüyündə göstərilmiĢ
"Koroğlu" operasının milli incəsənətin ənənələrindən istifadə olunmaqla yerinə
yetirilmiĢ, musiqi obrazları ilə səsləĢən dekorasiyanın tərtibatı böyük yaradıcılıq
uğuru idi. Operaya layiq səhnə geyimlərini rəssam H.Xalıqov hazırlamıĢdı.
Azərbaycan xalq yaradıcılığında qədimdən xalçaçılıq aparıcı yer tuturdu.
Xalçaçılıq məhsulları istehsalı Azərxalçabirliyi (Azərbaycan xalçaçılıq ittifaqı)
sistemində cəmləĢmiĢdi. Nadir xalçaların yaradılmasında peĢəkar rəssamlar iĢtirak
edirdilər. Belə əməkdaĢlıq sayəsində yeni orijinal portret və süjetli xalçalar meydana
gəldi. Nizaminin "Xəmsə"sinə rəssamlar qrupunun eskizləri üzrə yaradılmıĢ
beĢmövzulu xalça həsr olunmuĢdu. Azərbaycanın ən yaxĢı naxıĢlı və süjetli xalçaları
Moskvada Ümu mittifaq bədii sərgisində və Nyu-Yorkda Ümu mdünya sərgisində
(1938-c i il) nümayiĢ etdirilmiĢdi
233
.
MəĢhur ġəki ustası R.Tağızadənin naxıĢlı xalçası (1939-cu il) bədii
tikmənin gözəl nümunəsi oldu. Xalq ustası Əbdülhüseyn Babayev ağac üzərində
"ġəbəkə" naxıĢları ilə yonma sənəti ənənələrinin dirçəldilməsinə böyük təkan
verdi.
1938-c i ildə Azərbaycan zərgərlərinin məhsulları Paris və Nyu -York
sərgilərində nümayiĢ etdirildi. Azərbaycan dekorativ-tətbiqi sənəti öz milli
koloritini saxlayaraq daim yeni bəzək motivləri ilə zənginləĢirdi. Bununla bərabər,
o, "siyasiləĢmə", "ideologiyalaĢdırma" təsirinə məru z qalır, dövrün rəsmi
atributları ilə səsləĢən yeni naxıĢ, emblem, simvolik motivlər yaradılırdı.
L.Kərimovun eskizləri üzrə 1939-cu ildə yaradılmıĢ, Lenin ordeni və Azərbaycan
SSR-in gerbi ilə bəzəd ilmiĢ qoĢa vazalar gözə l sənət əsəridir.
Bu illərdə keçirilən rəssam sərgilərinin böyük əhəmiyyəti var idi. 1938 -
ci ildə Bakıda ko msomo lun 20 illiyinə, 1940-cı ildə Azərbaycan SSR-in 20
illiyinə həsr olun muĢ yubiley sərgiləri o lmuĢdu
234
.