9
Ġri dəmiryol stansiyalarında da inqilab komitələri təĢkil olunmuĢdu.
Azərbaycan Müvəqqəti Ġnqilab Komitəsi aprelin 29-da respublika adından xüsusi
müraciətlə çıxıĢ edərək RSFSR ilə qarĢılıqlı etimada və tanımağa əsaslanan, sıx
ittifaq bağlamağı təklif etdi.
1920-c i il may ın 5-də V.Ġ.Len in RSFSR Xalq Ko missarları Soveti
adından Azərbaycanın Sovet hökumətinə teleqram göndərdi. Teleqramda deyilirdi:
"Xalq Komissarları Soveti müstəqil Azərbaycan Respublikası (kursiv - məsul red.)
zəhmətkeĢ kütlələrinin azadlığa çıxmasını alqıĢlayır və möhkəm əmin olduğunu
bildirir ki, müstəqil Azərbaycan Respublikası öz sovet höku mətinin rəhbərliyi
altında, RSFSR ilə birgə öz azadlıq və istiqlaliyyətini ġərqin məzlu m xalqlarının
qəddar düĢməni olan imperializmdən qoruyub saxlayacaqdır.
YaĢasın müstəqil Azərbaycan Sovet Respublikası!
YaĢasın Azərbaycan fəhlə və kəndliləri!
YaĢasın Azərbaycan və Rusiya fəhlələrinin və kəndlilərinin ittifaqı"
5
.
Azərbaycanda Leninin teleqramı A zərbaycan SSR-in RSFSR tərəfindən
tanınmasını bildirən tarixi sənəd kimi qarĢılandı və bu münasibətlə 1920-ci il
mayın 9-u istirahət günü elan edildi. Bakı bayraqlarla bəzədilmiĢdi, Azərbaycan
SSR Xalq Komissarları Soveti binasının eyvanında isə teleqramın mətninin
Azərbaycan və rus dillərində yazıldığı böyük qırmızı plakat asılmıĢdı. V.Ġ.Lenin və
N.Nərimanovun portretlərinin dərc edildiyi bir saydan ibarət xüsusi "Qırmızı
Azərbaycan" qəzeti çap olunmuĢdu. "Müstəqil Azərbaycan Respublikası"
bəyannaməsini rəğbətlə qarĢılayan ictima iyyət və xalq kütlələri, əlbəttə,
məsələnin əslindən xəbərsiz idi. Stalin hələ 1920-ci il 28 apreldən bir gün qabaq
məktubunda aĢağıdakı məsləhəti vermiĢdi: "Bakın ın zəbt edilməsi faktını
Azərbaycanın müstəqilliyi haqqında notaya uyğunlaĢdırmaq, mənə elə gəlir ki,
gələcək (fərz edilən) müstəqillik heç bir ciddi praktik əhəmiyyət kəsb etməyən
deklarasiya ola bilər". Tarixin sonrakı gediĢi suveren dövlət kimi Azərbaycanın
müstəqilliyinin tanınmasının deklarativ xarakter daĢıdığını təsdiq etdi.
Q.K.Orconikidze və S.M.Kirovun 1920-ci il mayın 2-də Bakıdan V.Ġ.Leninə
göndərdikləri məlu m birgə teleqramın 1969-cu ildə Ģifrəsi açılmıĢ sonuncu hissəsi
bunu aĢkar təsdiqləyir: "Sizin Azərbaycana təbrikin iz və onu ümumi Ģəkildə
tanımağınız zəruridir. Sovet Rusiyası ilə hərbi-təsərrüfat, iqtisadi cəhətdən
birləĢ məni həyata keçirəcəyik. Təcrübə bütün Qafqaz üçün bizə bundan sonra da
Xalq Komissarları Sovetinin səlahiyyətlərinin verilməsini tələb edir. Bunları bizə
radio ilə verin, yaxud kimisə göndərin, ancaq tezliklə. Nərimanova belə
səlahiyyətlər verməyin"
6
.
Sovet Azərbaycanının elan edilməsi rəsmi Sovet Rusiyası tərəfindən ilk
növbədə onun əmin-aman lığı, iqtisadi mənbələrindən biri kimi razılıqla qarĢılandı.
Təsadüfi deyil ki, V.Ġ.Lenin Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ertəsi
10
günü bəyan etmiĢdi: "Dünən Bakıdan aldığımız xəbər göstərir ki, Sovet Rusiyas ının
vəziyyəti yaxĢılaĢmaqdadır... Ġndi bizim elə bir iqtisadi bazamız vardır ki, bu bizim
bütün sənayemizi canlandıra bilər"
7
.
Q. K. Orconikidze, S. M. Kirov artıq mayın 2-də V.Ġ.Leninə bildirdilər ki,
HəĢtərxana bir milyon yarım pud neft məhsulları göndərilmiĢdir
8
.
1920-c i il may ın birinci yarısında Sovet hakimiyyəti Na xçıvan
qəzasından baĢqa, demək olar, bütün Azərbaycanda qurulmuĢdu. Əhalinin
zəh mətkeĢ təbəqələri və liberal hissəsi bu hakimiyyəti əsasən qəbul edir və
dəstəkləyirdi. Azərbaycan kəndliləri Azərbaycanda sovet hakimiyyətinin
qurulması gününü hər il bayram kimi qeyd etməyi qərara aldılar
9
. Bakı Ģəhəri və
onun rayonlarının zəh mətkeĢ müsəlman ziyalıları ittifaqının fövqəladə
yığıncağı 1920-ci il aprelin 29-da A zərbaycan SSR Ġnqilab Ko mitəsinə
münasibət haqqında məsələni mü zakirə edərək, qayda-qanunun saxlan masında,
fəhlələr və kəndlilər arasında təĢviqat iĢinin təĢkilində fəal iĢtirak etmək
məqsədilə Ġnqilab Ko mitəsi ilə tam ünsiyyət yaratmaq məsələləri barədə onunla
danıĢıqlar aparmaq üçün on iki nəfərdən ibarət nümayəndə heyəti seçdi
10
. Elə
həmin gün sol müsavatçıların (zəh mətkeĢ ziyalıların, fəhlələrin və kəndlilərin)
yığıncağında Ġnqilab Komitəsi ilə birgə iĢ və yeni həyat quruculuğunda iĢtirak etmək
haqqında məsələ müzakirə olundu. Yığıncaq cari vəziyyət haqqında məsələ barədə
ko mmunistlərin taktikası ilə razı olduğunu bildirdi və ölkənin idarə edilməsinin yeni
qaydasını bütün gücü ilə dəstəkləməy i, Azərbaycan Sovet Respublikasının
müstəqillik prinsiplərini qorumağ ı qərara ald ı
11
.
1920-c i ilin aprelində yaradılmıĢ Azərbaycan sosial-demokrat partiyası
da sovet hakimiyyətinə xeyirxah münasibət bəslədiyini bildirdi. "Ġttihad" partiyası
da sovet hakimiyyətini, ko mmunistləri dəstəklədiyin i bəyan etdi.
Digər partiyaların və siyasi cərəyanların nümayəndələri sovet
hökumətinin tərkibinə daxil oldular, dövlət və təsərrüfat orqanlarında rəhbər
vəzifələr tutdular.
Sovet hakimiyyətinin ilk günlərində cəza orqanları - XI qızıl ordunun
xüsusi Ģöbəsi, fövqəladə komissiya Müsavat partiyasının, digər siyasi
cərəyanların və qrupların üzvlərinə qarĢı dərhal təqiblərə baĢladılar. Sovet
hakimiyyəti hələ 1920-ci il aprelin sonunda sovet hakimiyyəti qurulana qədər
Azərbaycanda mövcud olan partiyalarla saziĢ bağlamıĢdı. Bu saziĢə əsasən ilk
vaxtlar Müsavat partiyası açıq fəaliyyətini davam etdirirdi. Müsavatçıların sol
qanadı partiyadan ayrılaraq öz Mərkəzi Komitəsini seçdi. 1923-cü il avqustun 14-
də mətbuatda "Müsavatçıların bəyannaməsi" dərc olundu. Bəyannamədə
göstərilird i ki, müsavatçılar bu məsul dövrdə Azərbaycanda sovet hakimiyyəti
ilə mübarizə cəbhəsi açarsa, onların hamısını qətiyyətlə pisləyərlər.