Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

 
Haradan 
köçürül- 
müşdür 
Köçürülən 
ailələrin 
sayı 
Harada məskunlaşdırılmışdır 
Ərzurumdan 7288 
Ərdahandan 67 
1. 5000 ailə Axıskada (paşalığın ərazisində) 
2. 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında 
3. 1305 ailə Pəmbək və Şörəyel distansiyalarında 
Qarsdan 
2464 
1. 2264 ailə Pəmbək və Şörəyel distansiyalarında  
2. 200 ailə Talın mahalında 
Bayaziddən 4215 
Erməni vilayətində - Göycə gölü ətrafında, Baş 
Abaranda  
 
Cəmi 14044 
ailə   
      
 
Sənədin bu cədvələ əlavə qeydində göstərilir ki, heç də digər yerlərdəki nümayəndələrin 
hamısı tam və  dəqiq hesabat təqdim etmədikləri üçün neçə  nəfərin köçürüldüyü 
göstərilməmişdir.  Əgər bir ailədə orta hesabla altı  nəfər götürülsə, nəticədə 84 mindən artıq 
erməni və yunanların köçürüldüyü məlum olur.  
 
1
Yenə orada, sənəd N 44293 
2
AKAK, VII cild, sənəd 830.    
 
 Bəzi erməni tarixçiləri köçürülənlərin 90 mindən artıq
1
, bəziləri isə 100 minə yaxın olduğunu 
göstərirlər .
2
 
Ermənilərin İrandan köçürülməsi zamanı fəallıq göstərən hərbçilər və din xadimləri 
mükafatlandırıldıqları   kimi,  Türkiyədən köçürülmələr  zamanı xidməti  olanlar da 
mükafatlandırılmışdılar. 
Ərzurumdan ermənilərin köçürülməsi işindəki xidmətlərinə görə 1830-cu il oktyabrın 20-
də arixiyepskop Karapet 1-ci dərəcəli Müqəddəs Anna ordeni ilə  təltif edilmişdi.
3
 Sonralar 
İmperator I Nikolay 1837-ci ilə Axıskaya gedərək Karapetlə görüşmüş, həmin xidmətinə görə 
ona öz minnətdarlığını bildirmişdi.
4
 
İmperatorun fərmanı ilə 1831-ci il aprelin 24-də Türkiyədən köçürülən ermənilərin 
təsərrüfat ehtiyaclarını ödəmək üçün verildiyi vaxtdan 4 il keçəndən sonra, 6 il müddətinə faizsiz 
olaraq qaytarmaq şərti ilə xəzinədən 380 min gümüş rubl ayrılmışdı.5 
Ümumiyyətlə, 1828-29-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra İ.Şopenin Erməni 
vilayətində (keçmiş  İrəvan və Naxçıvan xanlıqlarının  ərazisində) apardığı siyahıyaalınmanın 
nəticələrinə görə, vilayətin ərazisinə 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi 
kürdlərinin köçürüldüyü göstərilir, Köçürülən ermənilər Qırxbulaq, Sürməli, Talın, Körpübasar, 
Abaran, Dərəçiçək və Göycə mahallarının 129 kəndində yerləşdirilmişdilər.
6
 
İndiki Ermənistan  ərazisinin  Şörəel və Loru-Pəmbək bölgələri 1801-1805-ci illərdə 
Gürcüstana birləşdirildiyindən Erməni vilayətinə daxil edilməmişdi. 1829-cu ilə  qədər, yəni 
Rusiya-Türkiyə 
 
1
 Парсамяn В.А
., göstərilən  əsəri, səh. 66. 

Hovannesiyan R., Armenia on the Road to İnderendence, Los Angeles, 1976, cəh.9 

Cобрание актов..., I hissə, səh.59. 

Езов Г.А., göstərilən  əsəri, сəh. CXXX1X. 

Cобрание актов..., I hissə, səh. 304-305. 

Шопен И., göstərilən  əsəri, səh. 636-642. 
 
 müharibəsindən sonra ermənilərin rəsmi köçürülməsinə  qədər  Şörəyel-Pəmbək distansiyasına 
1536 ailə (5425 nəfər kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148 ailə (10575 nəfər kişi 


cinsi) köçürülmüşdü. 1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən Zalqaya köçürülən 
ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən  Şörəyel-Pəmbək distansiyasına 
keçürülmüşdülər. Köçürülənlərin arasında 169 yunan və 963 nəfər erməni katolikləri (frankları) 
var idi.
1
  Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə Türkiyədən köçürülən ermənilər 
yerləşdirilmişdilər. Şörəyel bölgəsinin (Gümrü ətrafı - indiki Axuryan rayonu) əhalisinin vaxtilə 
Türkiyədən köçürülən ermənilərdən ibarət olması haqqında Z.Balayan “Ocaq” kitabında yazır: 
“Demək olar ki, bu bölgənin bütün əhalisi Qars, Van, Muş və Bidlisdən, Qərbi Ermənistanın bir 
çox  əyalətlərindən olan bədbəxt qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan 
rayonunda (keçmiş Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dən artıq yaşayış məskənindən türk 
yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib məskunlaşmışlar”.
2
 Z.Balayan bu 
bölgənin  əhaləsinin bütünlüklə Türkiyədən gələn ermənilərdən ibarət olmasını qeyd etməklə, 
həmin ərazidə vaxtilə türklərin məskunlaşmış olduğunu bilavasitə təsdiq etmiş olur. 
İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində baş verən 
Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam etmişdir. Həmin dövrdə 
ermənilərlə yanaşı yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində yerləşmişdilər. 1834-cü 
ilin məlumatına Görə İrəvan əyalətində Bayaziddən gəlmiş 
 
 
1
  Обозрение  Российских  владений  за  Кавказом  в  статистическом,  этнографическом,  топогрфичееком  и 
финансовом отношениях, СПб, 1836, II hissə, səh. 302-304.
 
2
 Балаян 3., Оcаq, İrəvan, 1984, səh. 273.
 
 
1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məksunlaşmışdılar.

Ələyəz dağının  ətəyində bir sıra boşalmış türk kəndlərində  də Türkiyədən gələn yezidi 
kürdləri məskunlaşmışdılar. Yezidi kürdləri 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı, 
Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və 
Korbulaq kəndlərində yerləşmişdilər. Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt 
və Kiçik Cəngi kəndlərində  gəlib yerləşmişdilər.

Sonralar Ermənistanın rəsmi dairələri 
tərəfindən adları  dəyişdirilən, lakin əsasən bu kəndləri  əhatə edən Arağats rayonu təşkil 
edilmişdir. 
Türkiyədən köçürülən yunanlar isə  əsasən  Şörəyel-Pəmbək distansiyasının Alakilsə, 
Bayandur, Sisimədən kəndlərində  və Gümrüdə yerləşdirilmişdilər. Sonralar yunanlar 
Ermənistanda tamamilə assimilyasiyaya uğrayaraq tədricən erməniləşmişlər. 
 
* * * 
 
Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə 
müharibələrindən sonra Erməni vilayətinə (İrəvan və Naxçıvan xanlıqlarının  ərazisinə)  İran və 
Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən  əvvəl həmin 
ərazidə cəmisi 25131 nəfər (4428 ailə) erməni yaşamışdır. Müharibələrin nəticəsində İrəvan və 
Naxçıvan xanlıqlarının  ərazisindən türklərin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749 
nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82397 nəfər (15059 
ailə) təşkil etmiş, nəticədə müsəlmanları sayca üstələmişdilər.
3
 
 

Обозрение Российских владений за Кавказом, СПб, 1836, IV hиссə,сəh. 270.
 

Материалы для изучения экономического быта государственных крестьян Закавказского края,  
Tiflis, 1885, I cild, I buraxılış, səh. 4.
 

Шопен И.,
 göstərilən  əsəri
, səh. 642.
 
 
 
Lakin hələ 19-cu əsrin  əvvəlində Rusiyanın müəyyən dairələri rus ordusunun Zaqafqaziyada 
işğal etdiyi ərazilərdə erməniləri deyil, məhz rus koloniyalarının-kazakların, malakanların, 
duxoborların və s. yerləşdirilməsinə üstünlük verirdilər. Bu məqsədlə bir neçə layihə 
hazırlanmışdısa da, sonralar icrası təxirə salınmışdı. N.N.Şavrov Rusiyanın Zaqafqaziyadakı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə