Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

müstəmləkəçilik siyasəti haqqında yazır: “Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada 
rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq... 1826-28-ci illər 
müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 
40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Kəncə) və İrəvan 
quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi. 
Onları  həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik, 
onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrılmış, 2 milyon rubldan 
artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol 
quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ, Xanlar və  Şəmkir rayonları  nəzərdə tutulur - 
müəlliflər) və Göycə gölünün sahili həmin ermənilərlə  məskunlaşdırılmışdı. Nəzərə almaq 
lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi  şəkildə köçənlər də çox 
olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.
1
 
Ermənilərin indiki Ermənistan  ərazisinə axını 1877-1878-ci illər Rusiya-Türkiyə 
müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları 
nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi. 
N.Şarov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən 
bir milyonu 
1
  Шавров  Н.Н.,  Новая  угроза  русскому  делу  в  Закавказье:  предстоящая  распродажа  Мугани  инородцам, 
СПб, 1911, səh. 63.
 
 
yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı.

Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100 mindən artıq 
erməni Ermənistana köçüb gəlmişdi. 
Bütün qeyd edilənlərdən o nəticəyə  gəlmək olar ki, indiki Ermənistanda yaşayan 
ermənilərin sələflərinin demək olar ki, hamısı vaxtilə  Cənubi Azərbaycandan və sonralar 
Turkiyədən, son dövrlərdə isə xarici ölkələrdən  əsasən Suriyadan, Yunanıstandan, Livandan, 
Bolqarıstandan, Rumıniyadan köçüb gələnlərdən ibarətdir. 
  

Yenə orada, səh. 64 
 
 
 
II FƏSİL. 
 
XX ƏSRİN ƏVVƏLƏRİNDƏ ERMƏNİLƏRİN 
 TÖRƏTDİYİ QIRĞINLAR. 
 
1. 1905-1906-cı İLLƏR QIRĞINLARI 
 
20-ci  əsrin  əvvələrində Qafqazda, xüsusən də indiki Ermənistan  ərazisində Azərbaycan 
türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda 
əldə etdikləri təcrübəyə  əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra 
Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə  çıxarılan “erməni məsələsi” sonralar Şərqi 
Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün 
bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin  əldə edilməsi üçün əvvəlcə  Şərqi Anadolu 
vilayətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin say 
üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları 
vilayətlərin heç birində say etibarı ilə üstünlük onların tərəfində deyildi. Bunu ermənilərin 
qəyyumu kimi çıxış edən Fransanın Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf 
etmişdi.

Həmin illərdə  İngiltərə  və Fransanın yardımı ilə Türkiyədə erməni üsyanı  təbliqatı 
aparılırdı. Bu işə  rəhbərliyi “Daşnaksutyun” və “Hncak” siyasi təşkilatları öz üzərlərinə 


götürmüşdülər. Ermənilər kütləvi iqtişaşlar törətmək məqsədilə türklərə  və kürdlərə hücumlar 
edirdilər ki, qırğınlar baş versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə 
türklərin erməniləri soyqırıma məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər. 
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar Sultan Əbdülhəmid 
tərəfindən yatırıldı. həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti isə 
 

Величко В.Л., Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904, səh.96. 
 
  
Qafqazın müxtəlif regionlarına köçmüşdülər.
1
 Rus müəllifi N.Şavrovun göstərdiyinə 
görə, 1896-cı ildə Zaqafqaziyada 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, 
təkcə bu dövrdə Zaqafqaziyaya 400000 erməni gəlib yerləşmişdi.
2
 1908-ci ildə Rusiya Daxili 
İşlər Nazirliyi polis departamentinin sənədlərində göstərilirdi ki, “Türkiyədəki məlum 
hadisələrdən sonra Zaqafqaziyaya yarım milyon erməni gəlmişdir. Bu ermənilər dərhal öz qara 
əməllərini göstərdilər”.
3
 Bundan sonra indiki Ermənistan ərazisində “Daşnaksutyun” partiyasının 
sıraları daha da artmış, Qafqazda antitürk təbliğatı xeyli güclənmişdi. “Novaya vremya” 
qəzetinin İrəvan üzrə müxbiri Qriqoryevin verdiyi məlumata görə, törədilən cinayətlərin 80 faizi 
Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına düşürdü.

Maraqlıdır ki, hələ Türkiyədə erməni iğtişaşları başlamazdan xeyli əvvəl, 
“Daşnaksutyun” partiyasının qeydə alınmasından cəmisi bir neçə ay sonra, yəni 1891-ci ilin 
yanvarında Bakıda Tağıyev teatrında Safrazyanın 4 şəkilli pyesi tamaşaya qoyulmuş, tamaşanın 
1-ci  şəklində erməni qadınına işgəncə verən türk təsvir edilmiş, 2-ci şəkildə  həmin qadının öz 
azadlığı uğrunda mübarizəsi, 3-cü şəkildə türkü məhv edən həmin qadın, 4-cü şəkildə isə gənc 
erməni qızı timsalında azadlığa çıxmış Ermənistan təsvir edilmişdi. Həmin tamaşaya görə, 
pyesin müəllifi Safrazyan Bakının makleri adına layiq görülmüşdü. Bu məlumat Qafqaz 
canişinliyinin  
 

”Армянский  геносид”  Миф  и  реальность.  Справочник  фактов  и  документов, B.1992, 
səh.204; Hüseyn Baykara., Azərbaycan istiqlal mübarizəsi tarixi, Bakı, 1992, səh.119-120. 
 

Шавров  Н.Н.,  Новая  угроза  русскому  делу  в  Закафказъе:  предстоящая  распродажа 
Мугани инародцам, С.Петербург, 1911, səh.64. 
 

Дашнаки (из материалов депармента полиции), B.1990, səh.8. Rusiya Federasiyası Dövlət 
Arxivi, f.102, siyahı 253, Saxlanma vahidi 285, v.1-18. 

Величко В.Л., göstərilən əsəri, səh.137. 
 
 7 fevral 1891-ci ildə Bakı qubernatoruna gendərdiyi məktubundan götürülmüşdür.
1
 Göründüyü 
kimi, 19-cu əsrin sonunda “Daşnaksutyun” partiyasının antitürk təbliğat maşını təkcə İrəvan və 
Tiflisdə deyil, hətta Bakıda belə, var gücü ilə işə salınmışdı. 
XX  əsrin  əvvəllərində erməni  şovinizminin, millətçi erməni partiyalarının maddi və 
mənəvi qida mənbəyi rolunu erməni kilsəsi məharətlə oynayırdı. 1903-cü ildə kilsə torpaqlarının 
Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin 
maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorizminin 
genişlənməsinə, antitürk, antimüsəlman əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Erməni 
kilsəsi İrəvan və Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 29-
da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də 
Tiflisdə ermənilər iğtişaşlar və terror törətmişdilər. 1905-ci ildə Rusiyanın özündə baş 
verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Zaqavqaziyada güclü əks-səda 
doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə edirlər. Rusiyanın hakim şovinist 
dairələri də  zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk, antimüsəlman 
kampaniyasını  qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst 
məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Bakıda, İrəvanda, Naxçıvanda, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə