Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

Zəngəzurda, Qarabaqda, Gəncədə, Tiflisdə  və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı 
silahlı hücumlar edib, həmin  ərazilərdən onları  təmizləməklə ermənilərin say üstünlüyünə nail 
olmaq istəyirdilər. Çünki həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq 
təşkil edirdilər. 
1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında polis 
departamentinin adı  çəkilən sənədində deyilir: “Daşnaksutyun” öz qüdrətini göstərdi, 
müsəlmanlar cəfasını  çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, müsəlmanlarda olan 
qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin günahını  mətbuat və  təbliğatın 
köməyi ilə rus hökumətinin üzərinə yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın digər 
sakinlərini də inqilabçılaşdırmaq üçün güclü təbliğat materialı  əldə edilmiş olurdu. Nəticədə 
ermənilərə münasib olmayan bir çox rus məmurları  və ayrı-ayrı  şəxslər terror qurbanı oldular: 
general Əlixanov (Əlixanov-Avarski - müəl.), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakı 
qubernatoru, ikincisi Yelizavetpol (Gəncə) vitse qubernatoru - müəl.), polkovniklər Bıkov və 
Saxarov və başqa dövlət məmurları (partiyanın hesabatından). Onların qismən nail olduqları 
ikinci məqsədləri ondan ibarət idi ki, Zaqafqaziyada ermənilərlə müsəlmanların yaşadıqları 
ərazilər bir-birindən ayrıldı, Türkiyədən və qismən  İrandan köçən ermənilərin 
məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 
200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars 
vilayətlərində  ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi 
boşaldılmış, həmin ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qutarmışdılar”.
1
 
Əslində Rusiyanın hakim dairələri də 1905-1906-cı illər erməni-müsəlman iğtişaşlarından 
öz məqsədləri üçün istifadə etməklə ikili oyun oynamışdılar. Çar məmurları Qafqazda güclənən 
narazılıq dalğasının hökumət əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin 
müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalmış, bəzi hallarda isə onların 
tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik toqquşmalara sərf edilməsinə nail olmuşdular. 
Bu məqsədlə xüsusi xəfiyyə  şəbəkəsinin qurulması haqqında Ç.Zeynaloğlunun 1924-cü ildə 
İstanbulda dərc edilən kitabında belə məlumat verilir:  
 

Daşnaki..., səh.11. 
 
“Yalnız azəri türkləri hələ qəflətdə idilər və iğtşaşlarda çar tərəfini saxlayırdılar. Rusiya 
hökuməti müsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz otuz 
xəfiyyə məmuru göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi propaqanda ilə biri digəri 
əleyhinə silah işlətməyə təşviq və əsrlərcə yaxşı keçinən iki milləti biri digərinə qırdırdı”.
1
 
1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər komitəçiləri tərəfindən 
öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bir çox müəlliflərin iddia etdikləri kimi bir 
təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları 
bir  şəhərdə planlı  şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə 
istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra 
bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına 
əmin idilər. Fevralın 6-dan 10-a qədər Bakıda  şiddətlə davam edən qırğınlar zamanı  hər iki 
tərəfdən tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşdular.
2
 
Ermənilər fevralın 21-23-də  İrəvanda da qırğınlar törətmişdilər. M.S.Ordubadi “Qanlı 
illər” kitabında verdiyi məlumata görə, ermənilərin növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də 
Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması  və mayın 7-də bir 
nəfər müsəlmanın Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də  İrəvan vitse-
qubernatoru Baranovski, İrəvan  şəhər qlavası  Ağamolovla birlikdə Naxçıvan  şəhər qlavası 
Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general 
Əlixanov Avarski də Naxçıvana göndərilir. Ermənilər Naxçıvanda da məğlub olduqlarından  
 

Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992, səh. 106.  

Ordubadi M.S., “Qanlı illər”, Bakı, 1991, səh.7. 


 
növbəti iğtşaşları  İrəvanda törədirlər. Ermənilərin məqsədi ilk növbədə  İrəvan və onun ətraf 
kəndlərini müsəlmanlardan təmizləmək, sonra isə M.S.Ordubadinin təbirincə, “İrəvandan 
Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda 
hazır  əskəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri 
dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı  əsgəri qüvvəni bitişdirmək kimi alçaq 
xəyallar”dan
1
 ibarət idi. 
Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda 
qırğınlar başlanır. Mayın 31-də  İrəvanda qırğınlar dayandırılsa da, ermənilər  ətraf müsəlman 
kəndlərinə hücum etməyi qərara alırlar. Elə  həmin axşam ermənilər Qırxbulaq mahalının 
Gözəcik kəndinə hücum edirlər.  İyunun 2-də 10 min nəfərlik erməni alayı  Məngüs kəndinə 
hücum edir. Dağılmış 12 müsəlman kəndinin  əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də 
Güllücə  kəndinə hücum edirlər. Silahsız  əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. 
Qırğınlar 18 gün davam edir. İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri 
Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk 
edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Ənkirsək, 
Təkiyə  kəndlərini dağıdırlar.  İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. 
M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə 
səciyyələndirmişdi: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini 
yandırmaqda, boğmaqda idi”. 
1897-ci ildə  İrəvan quberniyasında azərbaycanlı  əhali 313176 nəfər olduğu halda, 10 
ildən sonra - yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan 
quberniyasında  əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı  qətlə 
yetirilmişdi. 
 

Ordubadi M.S., göstərilən əsəri, səh.119.  
  
İrəvan quberniyasında öz məqsədlərinə  nail  olan  erməni silahlı  dəstələri Qarabağda 
qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan erməni hücumları nəticəsində Cəbrayıl 
 
- Qaryakin bölgəsində Veysəlli, Qacar, Çəmənli, Arış, Qışlaq, Məzrə  kəndləri 
darmadağın edilir. Avqustun 16-da Şuşada qırğınlar törədilir. 
1905-ci ilin noyabrında Gəncə şəhərində, Cavanşir və Qazax qəzalarında, Tiflis şəhərində 
ermənilər iqtişaşlar törədərək minlərlə günahsız azərbaycanlını qətlə yetirirlər. 
Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə  həmin dövrdə  Şuşa qəzasında 12, 
Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman 
kəndi dağıdılmışdır.

1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə erməni-
müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin 
konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan 
Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda 
törədilən qırğınların, terrorçuluğun təşkilatçısı  və icraçısı olduqunu göstərir, rəsmi hökumət 
dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirilər.
2
 
Lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı  dəstələri yenidən 
qırğınlara başlamışdılar. Bakıda və  Şuşadakı ikinci məqlubiyyətlərindən sonra “Böyük Rusiya 
inqilabı söndü, biz işləri sona çatdıra bilmədik” deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura 
yol açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə teleqramlar göndərərək 
əsgər toplamışdılar.  İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni 
əhalisinin sayı olduqca az idi.  
 

Заварян  С.,  Экономические  условия  Карабаха  и  голод 1906-1907 г.,  Перевод  с 
армянского, S.Peterburq, 1907, səh.61. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə