Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.

səhifə13/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   54


Ordubadi M.S., göstərilən  əsəri, səh. 105-116; Кафказский  календарь  на1913, Tiflis, 1912, 
səh.66. 
 
Ona görə  də erməni komandalarına yol üstündə yerləşən müsəlman kəndlərinə hücum 
etmək əmri verilmişdi. 
Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, 
İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, 
Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə 
yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.

Ümumiyyətlə, 1905-1906-cı illərdə  İrəvan və  Gəncə quberniyalarında 200-dən artıq 
azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhali soyqırıma məruz qalmışdır. 
  

Ordubadi M.S., göstərilən əsəri, səh.126-140.  
 
2. ERMƏNİ QULDUR DƏSTƏLƏRİNİN TƏŞKİLİ 
 
XX  əsrin  əvvələrində Yaxın  Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük 
dövlətlər arasında mübarizə  kəskinləşmişdi. Bu regionda İngiltərənin, Fransanın, Rusiyanın, 
ABŞ-ın, Almaniyanın xüsusi marağı var idi. 
Birinci dünya müharibəsi zamanı Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin 
vəziyyəti ağırlaşmışdı. “Rusiyanın hakim dairələrindən boğazlara və Konstantinopola (İstanbula-
müəllif) yiyələnmək uğrunda mübarizəsi ənənəvi idi”

və bu istək yenidən baş qaldırmışdı. 
1914-cü il fevralın 21-də Rusiyanın xarici işlər, hərbi və dəniz nazirləri çar II Nikolayın 
mövqeyini müdafiə edərək birgə  qərar qəbul etmişdilər ki, “böyük Avropa müharibəsi baş 
verərsə, Rusiya Bosfor və Dardanel körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq 
yolu ilə “şərq məsələsini” öz xeyrinə həll etməlidir”.

Digər tərəfdən, Türkiyə boğazlarda Rusiyanın təhdidindən qorxaraq öz mövqeyini 
qoruyub saxlamaq üçün Almaniya ilə müttəfiq olmuşdu. Almaniya avqustun 1-də Rusiyaya 
müharibə elan etmiş, avqustun 2-də Türkiyə-Almaniya ittifaqı haqqında müqavilə imzalanmışdı. 
Müharibənin gedişində Rusiya ordusunun qarşısında tab gətirməyən Almaniya qərb 
cəbhəsindən rus qoşunlarının bir hissəsini geri çəkmək məcburiyyətində qoymaq üçün Türkiyəni 
təşviq edirdi ki, Qafqaz cəbhəsindən hücuma keçsin. Türkiyə isə hərbə hazır deyildi. Səfərbərlik 
yenicə elan edilmişdi. Almaniyadan gözlənilən sursat gəlib çıxmamışdı.
3
 Bununla belə, 
Türkiyənin hərbi naziri Ənvər Paşanın əmri ilə 29 oktyabrda türk gəmiləri Rusiyanın Qara dəniz 
limanlarını bombalayır və Türkiyə-Rusiya 
 

Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, M.1960, səh.56. z  

Yenə orada, səh.56. 

Süleyman Kosabas, Tarihte Turk-Rus  Musadelesi, İstanbul, 1989, səh.376. 
 
müharibəsi başlanır. Rəsmi olaraq Qafqaz cəbhəsində isə Rusiya Türkiyəyə qarşı müharibəni 
noyabrın 1-də elan edir. 
Rus-türk müharibəsindən faydalanaraq ermənilər Türkiyənin 6 vilayətində “Qərbi 
Ermənistan”dövləti yaratmaq istəyirdilər. Hələ 1913-cü ildə rus diplomatları mütəşəkkil erməni 
burjuaziyası ilə saziş bağlamaqa və “məzlum ermənilərin müdafiəsi” uğrunda açıq çıxış edərək 
Türkiyənin şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürmüşdülər. Türkiyə hökuməti 
1914-cü il yanvarın 26-da islahatlar haqqında saziş imzalamağa məcbur olmuşdu. həmin sazişə 
görə, ermənilərə xarici dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, 
hərbi mükəlləfiyyət və s. sahələrdə geniş muxtariyyət verilirdi.
1
 
Müharibə başlanan kimi bütün ermənilərin katalikosu V.Gevorq Qafqaz canişini 
Vorontsov-Daşkova məktubla müraciət edərək “erməni məsələsini” həll etməyin vaxtı olduğunu 
xatırlatmışdı. Canişin də onu əmin etmişdi ki, şərait yaranan kimi bu məsələ  həll ediləcək. 


Müharibənin əvvəlində rus ordularının Kerpüköy müharibəsində məğlubiyyətindən sonra 1914-
cü il dekabrın 20-də çar II Nikolay döyüş bölgəsinə gəlmiş əsgərləri ruhlandırmaq üçün onlara 
mükafatlar təqdim etmişdi.
2
 
Bütün ermənilərin katolikosu V. Kevorqun çarla 15 dəqiqəlik görüşü olmuşdu. 
İmperator demişdi: “- Zati müqəddəsləri, Sizi əmin edirəm ki, Siz nə arzu edirsinizsə, yerinə 
yetiriləcək, ancaq müharibədən sonra. Mən ermənilərin sədaqətinə tamamilə inanıram, erməni 
xalqını yaxşı  gələcək gözləyir. Siz hansı  ərazilərdə yeni idarəetmə (yəni erməni üsul-idarəsi) 
tətbiq edilməsini istərdiniz? 
Katolikos: 6 vilayətdə (sadalayır) və Kilikiyada, Aleksandretiyə  qədər dəmir yolunu 
Qarsdan davam etdirmək, Aralıq dənizinə qədər çatdırmaq olar. 
 
 

В.Гурко-Кряжин, Erməni məsələsi, Bakı,1990, səh.12. 

Süleyman Kosabas, göstərilən əsəri, səh.383. 
 
İmperator: Həmin rayonlarda nə qədər erməni var? Onlar çoxdurlarmı? 
Katolikos: Yeni sərhədlərdə erməni əhalisi kifayət  qədər  olacaq,  lakin  Allahın  və  əlahəzrətin 
mərhəməti   ilə  yeni   azad   üsul-idarə   ki   olacaq,   onda Əbdülhəmidin rejimi və qırğınlar  
zamanı  vətənini tərk edən ermənilər  Amerikadan, Misirdən və digər yerlərdən öz vətənlərinə 
qayıdacaqlar. 
 
İmperator: İnanıram, inanıram - demişdi. 
Bundan   sonra   Katolikos   Qafqazın   canişini vasitəsilə bu məsələ ilə bağlı ona yazılı 
müraciət etdiyini bildirir.
1
 
Göründüyü kimi, ermənilər “Böyük Ermənistan” dövləti yaratmaq üçün hər cür zəmin 
hazırlamışdılar və qarşıda isə  həmin  ərazilərdə yaşayan türkləri bütün vasitələrlə  sıxışdırıb 
çıxarmaq, onların yerinə erməniləri məskunlaşdırmaq vəzifəsi dururdu. 
Lakin 1914-1916-cı illərdə Rusiya, Fransa, İngiltərə  və sonralar İtaliya arasında 
Türkiyəni bölüşdürmək haqqında gizli danışıqlar keçirilmişdi. 1916-cı ilin mayında bağlanan 
gizli müqaviləyə əsasən (Sayks-Piko müqaviləsi nəzərdə tutulur) “Türkiyə Ermənistanın böyük 
bir hissəsi sadə rus quberniyası  şəkildə Rusiyanın tərkibinə daxil edilirdi, rus hökuməti həmin 
ərazilərə kazakları (Don, Kuban, Sibir kazaklarını) köçürmək, bununla da Türkiyə Ermənistanını 
ruslaşdırmaq istəyirdi.”
2
 
Ancaq sonralar ermənilərin gözlədiklərinin  əksinə olaraq, 1916-cı il iyunun 8-də 
imperator II Nikolay Türkiyənin işğal edilməsi haqqında əsasnamə imzaladıqdan sonra “Həmin 
ərazilərdə yaradılmış 29 dairənin hərbi rəislərindən yalnız birini ermənilərdən təyin etmişdi.”
3
 
 

Арутюнян А., Кафказский фронт 1914-1917 qq., İrəvan 1971. səh. 345-346 

Шахдин  И.,  Дашнакцутюн  на  службе  русской  белогвардейщины  и  английского 
командования на Кафказе, B.1990, səh.6. 
3
 Aрутюнян A., göstərilən əsəri, səh. 359. 
 
Göründüyü kimi, Rusiya həmin dövrdə öz geosiyasi mənafeyini təmin etmək üçün ermənilərdən 
alət kimi istifadə edirmiş və Türkiyəyə xəyanət edən ermənilərdən çox da sədaqət gözləmirmiş. 
“Daşnaksutyun” liderlərindən Kaçaznuni bu məsələyə münasibətində yazmışdır: “..ruslar bizi 
aldatdılar və satdılar. Ruslar Ermənistanı boşaltmaq və sonralar oraya kazakları yerləşdirmək 
xəttini tutdular. Knyaz Lobanov-Rostovskinin məşhur “Ermənisiz Ermənistan” layihəsi həyata 
keçirildi.”
1
 
Birinci Dünya müharibəsi dövründə  İran Azərbaycanının Türkiyə  sərhədlərinə yaxın 
əyalətləri müharibə aparan dövlətlər üçün strateji kəsb edirdi. 1914-cü il noyabrın 6-da 
Rusiyanın xarici işlər naziri Sazonov Rusiyanın Londondakı nümayəndəsi Bekendorfu xəbərdar 
etmişdi ki, Türkiyə ilə müharibə zamanı rus qoşunları İranın bitərəfliyini pozacaqdır. Hələ 1914-
cü ilə qədər Peterburq və İstanbul İran Azərbaycanının ərazisindən müharibə meydanının cinahı 
kimi istifadə etməyi nəzərdə tutmuşdular. Tehran hökumətinin gücsüzlüyünü görən tərəflər 



Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə