Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

Erməni könüllü dəstələrinin  Şərqi Anadoluya doğru , .hərəkətindən ruhlanan Türkiyə 
erməniləri “Qərbi Ermənistan”ı azad edib müstəqil dövlət qurmaq fürsətini  əldən verməmək 
üçün hər yerdə silahlı basqınlar edərək türkləri qırıb məhv etməyə başlamışdılar. Bu haqda çoxlu 
faktlar mövcuddur. İngilis tarixçisi Stenford Ç.Şou tarixi sənədlər  əsasında göstərmişdir: “ 
Erməni könüllülərinin köməyi ilə rus ordusu Van istiqamətində hücuma keçərək mayın 14-də 
oranı tutan kimi 2 gün ərzində yerli müsəlman  əhalisini kütləvi surətdə  qırmağa başladılar... 
Rusların himayəsi altında Vanda erməni hökuməti qurulmuşdu (halbuki müharibənin əvvəlində 
vilayətdə ermənilər 42,3 %, yəni 33789 nəfər təşkil etmişdir- yenə orada).” İyulun ortalarında 
hər tərəfdən 250 min erməni Vanda toplanmışdı.”
2
 
 

Yenə orada, səh. 304-305. 
2
 “Aрмянский геносид” миф и реальностъ. Справочник фактов и документов . Bakı, 1992, 
səh. 229. 
 
 Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb ermənilərin türk ordusuna arxadan zərbəsinin 
qarşısını almaq məqsədilə müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək 
haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə  dəstələrinin müşayiəti ilə 
mayın 28-də köçürmə işlərinə başlanmışdı. Köçürmə şərtləri aşağıdakı kimi idi: 
“Boşaldılan erməni evləri möhürlənərək mühafizə altına alınacaqdır; geridə buraxılan hər 
cür mal və  əşya sahibinə qaytarılacaqdır; daşınmaz mallar, xarab olacaq qida maddələri açıq-
artırma ilə satılacaq, pulları sahibinin adına  əmanətə alınacaqdır; bilxassə kilsələrdəki rəsm və 
kitablar üçün ayrı inventar tənzim ediləcək, yaşadıqları  kənddə kilsəsi olan ermənilərin  Şərqi 
Anadoluda yenidən yerləşdikləri kənddə yeni kilsələri olacaqdır; bütün bunlara riayət etməyənlər 
üçün sərt tədbirləri görüləcəkdir.”
1
 
Göründüyü kimi, bu qərar  ədalətli qərar idi və  hərb bölgəsindən kənarda yaşayan 
ermənilərə  şamil edilməmişdi. Bu o demək idi ki, Osmanlı dövləti ermənilərə qarşı  ədalətlə 
davranmışdı.
2
 
Ermənilər hər il aprelin 24-nü “genosid günü” kimi qeyd edərək iddia edirlər ki, guya 
həmin dövrdə türklər 1,5 milyon ermənini qırmışlar.  Əslində isə  həmin gün sadəcə olaraq 
İstanbulda və digər  şəhərlərdə türklərə qarşı  xəyanət edən erməni təşkilatlarının təcili olaraq 
bağlanması, onların rəhbərlərinin həbs edilməsi və  sənədlərin  ələ keçirilməsi haqqında daxili 
işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə  həbs edilmişdi. Maraqlı 
orasıdır ki, bu əmrin veriləcəyindən  əvvəlcə  xəbər tutan Eçmiədzin katolikosu aprelin 22-də 
ABŞ prezidentinə teleqram vurmuşdu ki, ermənilərin “türk fanatizminin özbaşınalığından xilas 
etsin.” Həmin teleqram aprelin 24-də, yəni əmr verilən günü artıq ABŞ prezidentinə çatmışdı.” 
  
1
 Zeynalabdin Makas, “Şəxsiyyət arayışı” məqaləsi, “Tarix” qəzeti, № 19, 1991.  
2
 Süleyman Kosabas,  göstərilən əsəri. səh.392. 
 
 Əslində ermənilər aprelin 24-nü ona görə “genosid günü” kimi qeyd edirlər ki, yuxarıda qeyd 
etdiyimiz köç haqqında qərardan sonra onların “Qərbi Ermənistan” yaratmaq istədikləri 6 
vilayətdə  (Ərzurum, Van, Bidlis, Xarput, Diyarbəkir, Sivas) onsuz da azlıq təşkil edən 
ermənilərin sayı minimuma endirilmişdi. Yəni onların “Böyük Ermənistan” dövləti yaratmaq 
iddiaları puça çıxmışdı. 
İstər indiki Ermənistan  ərazisində, istərsə  də Türkiyə ilə  sərhədboyu  ərazilərdə erməni 
quldur dəstələrinin özbaşınalıqları, qətl və qarətləri haqqında Rusiyanın rəsmi dairələrinə 
müntəzəm olaraq məlumat göndərilirdi. Xüsusən, Daxili İşlər Nazirliyinin agentləri erməni hərbi 
hissələrinin törətdikləri vəhşiliklər haqqında, ermənipərst Vorontsov-Daşkovun onları himayə 
etməsi haqqında Petroqrada məlumatlar göndərirdilər.
2
  Həmçinin bir çox zabit və generallar 
erməni könüllü dəstələrini soyğunçulutda, qarətçiligdə  və yerli əhaliyə qarşı (yəni türklərə 
müəllif) özbaşınalıqda təqsirləndirirdilər.
3
 Ona görə  də baş komandanlıq köhnə drujinalarda 
qayda-qanun yaradılmayınca yenilərinin yaradılmasını qadaqan etmək haqqında əmr vermişdi.
4
 


Yeri gəlmişkən, Vorontsov-Daşkovun ermənipərəst mövqe tutması  və “Daşnaksutyun” 
partiyasının əməlləri haqqında S.Şaumyan sosial-demokratlar mövqeyindən çıxış edərək 1915-ci 
ilin oktyabrında yazmışdı: “Erməni burjuaziyası keçmiş canişin Vorontsov-Daşkovun ona 
göstərdiyi xüsusi diqqətə görə minnətdarlıq  əlaməti olaraq və himayəsi altında sərbəstcə 
varlandığı çar hökumətinə sadiq bəndəlik hissini ifadə etmək üçün müharibə zamanı öz 
 
1
 Жорж де Малевил, Армянская трагедия 1915 года, Bakı, 1990, səh.33-35. 
2
 Aрутюнян  A., göstərilən əsəri, səh. 316. 
3
 Yenə orada, səh. 313. 
4
 Yenə orada, səh. 313. 
 
yalançı  vətənpərvərliyini  ən böyük hay-küylə göstərməyə çalışırdı- Bunun üçün o (yəni 
“Daşnaksutyun” partiyası-müəllif) öz pulu ilə erməni könüllü dəstələri yaratmışdı. Bu dəstələrə 
Türkiyə erməniləri də (türk ordusundan fərarilər və hətta Turkiyə parlamentinin deputatı) cəlb 
edilmişdilər... Bədbəxt Türkiyə ermənilərinin öz dövlətinin açıq xainləri kimi, demək olar ki, 
ucdantutma vəhşicəsinə məhv edilməsi erməni burjuaziyasının və onun nökəri “Daşnaksutyun” 
partiyasının xudbin sinfi siyasətinin kədərli, lakin təbii nəticəsi oldu...”
1
 
Deməli, S.Şaumyan da etiraf edirdi ki, ermənilər türklərdən öz xəyanətkar  əməllərinin 
layiqli cavabını almışdılar. 1917-ci ildə erməni generalları Qafqaz ordusunun tərkibində ayrıca 
erməni silahlı birləşmələrinin yaradılması haqqında dəfələrlə Ali Baş Komandanlıq adından 
vəsatət qaldırmışdılarsa da Müdafiə Nazirliyi buna razılıq verməmişdi. Bununla belə, Qafqaz 
ordusunda ermənilərin xüsusi çəkisi yüksək idi. 1917-ci il yanvarın 1-nə olan məlumata görə 
təkcə Tiflis səfərbərlik məntəqəsində  hərbi xidmətə 304164 nəfər cəlb edilmişdi ki, onlardan 
121321-i erməni, 121113-ü gürcü, 42712-i rus, 1314-ü tatar, 3221-i yəhudi, 2413-ü alman və 
11470-i qeyri millətlərdən ibarət idi.
2
 
Nəhayət, 1917-ci il oktyabrın 23-də Qars cəbhəsinin baş komandanının sərəncamı ilə iki 
erməni atıcı briqadası yaradılır. Sonralar bu briqadalar erməni daşnak hökuməti ordusunun 
əsasını təşkil etmişdi. 
İstər indiki Ermənistan  ərazisində, istər Qars vilayətində, istərsə  də Qarabağ  və 
Azərbaycanın digər belgələrində yüz minlərlə soydaşlarımıza qarşı soyqırım aksiyası 1918-1920-
ci illərdə məhz bu ordu tərəfindən həyata keçirilmişdi. 
 
1
 Şaumyan S., Seçilmiş əsərləri, Bakı, 1978, 2-ci cild, səh. 15-16. 
2
 Aрутюнян  A., göstərilən əsəri,  səh. 319. 
 
  
3. MÜHARİBƏ MÜDDƏTİNDƏ ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ 
QIRĞINLAR. 
 
İndiki Ermənistan ərazisində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan 
bəhs etməkdən öncə Qars vilayətində rus ordularının və erməni quldur dəstələrinin törətdikləri 
vəhşiliklərdən bəhs etmək lazımdır. Qars vilayətinin əhalisi etnik mənsubiyyət baxımdan İrəvan 
xanlığının  əhalisi ilə demək olar ki, eyniyyət təşkil edirdi. Çünki İrəvan xanlığının  əhalisinin 
əksər hissəsi 19-cu əsrdə baş vermiş Rusiya-İran müharibələrinin nəticəsində xanlığın 
ərazisindən qaçqın düşərək Qars vilayətində  məskunlaşmışdılar. 1877-78-ci illər rus-türk 
müharibəsindən sonra Qars vilayəti hərbi-inzibati  ərazi kimi Rusiyanın tərkibinə qatılmışdı. 
Vilayətin yerli türk əhalisi hər cür təzyiq və  təqiblərə  məruz qalmalarına baxmayaraq yenə  də 
bölgədə  əksəriyyət təşkil edirdi. Təsadüfi deyil ki, 1919-cu ildə Paris sülh konfransında 
Azərbaycan Demokratik Cümhuriyyətinin memorandumunda qeyd edilirdi ki, Qars ətrafının 
sakinləri azərbaycanlılarla eyni etnik qrupa daxildirlər, onların dini adət-ənənələri, vərdişləri, 
yaşayış tərzləri və məişətləri Azərbaycanın qalan hissələri ilə eyniyyət təşkil edir. Həmin ərazidə 
yaşayan müsəlmanlar dəfələrlə Azərbaycan hökumətinə müraciət etmişdilər ki, Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə