Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

Cümhuriyyətinin tərkibinə qatılmaq istəyirlər. Memorandumda İrəvan quberniyası (bura 
Naxçıvan,  Şərur-Dərələyəz, Sürməli qəzaları, Yeni Bayazid, Eçmiədzin,  İrəvan və 
Aleksandropol qəzalarının bir hissəsi daxil edilmişdi) Azərbaycanın keçmiş inzibati-ərazi 
bölgüsü kimi təqdim edilmişdi.
1
 
Digər tərəfdən, 1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırqınların 
ən qaynar bölgəsindən olan Aqbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci  
 

Cəmil Həsənov. Azərbaycan beynalxalq münasibətlər sistemində, 1918-1920-ci illər,  
Bakı, 1993, səh. 203-204. 64 
  
il Qars müqaviləsinə  əsasən Ermənistan  ərazisinə qatılmışdı. Bütün bunlara görə, indiki 
Erəmnistan  ərazisində ermənilərin törətdikləri qırğınlardın bəhs edərkən Qars vilayətində 
törədilən qırğınlardan bəhs etməmək mümkün deyil. 
1914-cü ildə başlanan rus-türk müharibəsində Körpüköy ətrafında rusların 
məğlubiyyətindən sonra yerli türklərin 37 illik rus-erməni əsarətindən qurtaracaqlarına ümidləri 
artmışdı. Lakin bu sevinc uzun sürmür. Türk tarixçisi Fəxrəddin Kırzıoğlunun yazdığına görə, 
ruslar müharibədə dönüş yaradaraq yeni-yeni türk torpaqlarını işğal etməyə başlayırlar. 1914-cü 
il yanvarın 5-də  Ərdahanı  işğal edən Sibir kazak alayı  Çıldırdan Göləyədək türk kəndlərində 
“türklərin gəlişini alqışladınız” deyə, silahsız  əhalini, çoluq-cocuq demədən qətlə başlayırlar. 
“1915-ci ilin əvvəlindən etibarən üç ay ruslar Qars vilayətindəki silahsız türk-müsəlman əhalisini 
qırıb qurtarmaqla məşğul oldu. Bakıdakı  “İslam Cəmiyyəti Xeyriyyəsi”nin “Fəlakət və 
hərbzadələrə yardım  şöbəsi” çardan rəsmən izn alıb 1915-ci il aprelin əvvəlində yardıma 
gəlincəyə qədər, çox vəhşicə yapılan bu rus qırğını davam etdi. Ən azı 40000 türk qətl edildi. Bu 
cəmiyyət rəsmi qeydiyyatla 22000 hərbzədə qarslıya 1917-ci ilin sonuna qədər yardımını davam 
etdirib onları ölməkdən qurtardı”. 
Bakı Müsəlman Xeyriyyə  Cəmiyyəti bu köməkliyi etmək üçün üç dəfə Rusiya çarına 
müraciət etmiş, lakin hər dəfə  rədd cavabı almışdı. Bundan sonra cəmiyyət  Əlimərdan bəy 
Topçubaşovun başcılığı ilə Tiflisə - Qafqaz canişininin yanına nümayəndə heyəti göndərir. 
Onlara “Siz Qafqazlı müsəlmanlar, bizim düşmənlərimizə yardım etmək istəyirsiniz. Müharibə 
zamanı buna icazə verilməz”- cavabı verilir. Bu zaman Əlimərdan bəy Topçubaşov: “Siz iki 
dövlət - Osmanlı imperatorluğu ilə Rusiya çarlığı müharibə edirsiniz. Biz, Sizin düşmənlərinizlə 
deyil, işğalınız altına aldıqınız vilayətlərdəki pərişan qardaşlarımıza insani və maddi yardım 
etmək istəyirik”- deyərək, icazə almaqa nail olur. 
 

Kirzioğlu F., Kars tarihi, 1-ci cild, İstanbul, 1953, səh. 554. 
 
Başqa bir mənbədə göstərilir ki, 1916-cı ildə Əlimərdan bəy Topçubaşov, Ağabala Quliyev və 
müsəlman icmasının digər üzvləri Tiflisə gedərək Qafqaz cəbhəsinin komandanı general 
Mşlaevski ilə görüşmüş  və ondan Qars vilayətindən müsəlmanların erməni qırğınlarından 
qorunmasına təminat verməsini və ermənilərin qətlə yetirdiyi tatar (azərbaycanlı) ailələrinə 
yardım üçün vəsait yığılmasına icazə verilməsini xahiş etmişdilər.
2
 
1915-ci ilin martında Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Qars ətrafındakı hərbzədələrə 
yardım üçün Xosrov bəy Sultanovun başçılığı ilə komissiya göndərmişdi. Novruz bayramı 
ərəfəsində yola düşən komissiya martın 21-də Gəncəyə gəlmiş, onları Nəsən bəy Ağayev, Xəlil 
bəy Xasməmmədov, Ələkbər bəy Rəfibəyov, Xudadat bəy Rəfibəyov qarşılamış və əlavə maddi 
yardım göstərmişdilər. Gəncədə  Əhməd Cavad da nümayəndə heyətinə qoşularaq Qarsa 
getmişdi.
3
 
Doktor Xosrov bəy Sultanov 1915-ci il aprelin 8-də  Ərdahandan “Kaspi” qəzetinə 
göndərdiyi məktubunda yazırdı:” Bütün müsəlman yaşayış  məntəqələrində bir nəfər də olsa
canlı insan tapmaq mümkün deyil. Yalnız iki məntəqəyə 500-600 qadın və  uşaq yığılmışdır. 
Onların içərisində cəmisi 6 kişi vardır ki, onlarda da əldən düşmüş qocalardır.” 


Nümayəndə heyətinin üzvü İsmayıl Nazaralı xatirələrində yazır ki, Azərbaycan Xeyriyyə 
Cəmiyyəti rus işğalındakı  Şərqi Anadolu vilayətlərinə göndərdiyi heyət vasitəsilə 12000 yetim 
uşaq topladı, milyonlar dəyərində ərzaq və geyim gəndərdi. Rus 
 
1
 Məmməd Sadıq Aran. “Qardaş köməyi” məqaləsi;1951; Bax: “Ədəbiyyət və incəsənət” qəzeti, 
2 oktyabr 1990-cı il. 
2
 Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov,  Лицо 
врага (История Армянского национализма в Закафказье в конце  ХIХ начале XX v.),  
Bakı, 1993, səh. 354-355. 
3
  Əli Saləddin.  “Azərbaycan  şerinin  Əhməd Cavad dövrü” məqaləsi. “Həyat” qəzeti, 12 may 
1992-ci il. 
 
  
zabitlərinin və erməni komitəçilərinin türklərə  təhdid və  təcavüz edən bir çox yüksək rus və 
erməni zabitləri azəri advokatlar tərəfindən məhkəməyə verildi və  cəzalandırıldı. Bununla da 
türk xalqına qarşı edilən özbaşınalıq hərəkətlərinə son qoyuldu.
1
 
Bakı əhalisini, Azərbaycan türklərini Anadoludakı qardaşlarına yardıma çağırmaq işində 
Bakı Müsəlman Xeyriyyə  Cəmiyyətinin nəşr etdiyi “Qardaş köməyi” məcmuəsinin çox bvyük 
rolu olmuşdur. 1916-cı il fevralın 16-da rusların əlinə keçmiş Ərzurum şəhərinin əhalisinə də bu 
cəmiyyət tərəfindən yardım edilmişdi. 1917-ci ilin iyun ayında general-mayor Xan Talışınski və 
Elyasov Xeyriyyə  Cəmiyyəti tərəfindən  Ərzuruma göndərilmişlər və buradakı qaçqınlara un, 
ərzaq, pal-paltar paylanmışdı.
2
 
İndiki Ermənistan ərazisindən və ona bitişik Şərqi Anadolunun rus-erməni işğalı altında 
olan  ərazilərindən canını salamat qurtarıb qaça bilən kimsəsiz uşaq və qadınların bir qismi 
Azərbaycana pənah gətirmişdilər. Tiflisdəki Müsəlman Xeyriyyə  Cəmiyyəti qaçqın yetimlərin 
cüzi bir hissəsini yetimxanada himayəyə götürmüşdü. Qaçqınların  əksəriyyəti isə Bakıya üz 
tuturdu. 
Sonralar Cənubi-Qərbi Qafqaz Respublikasının xarici işlər naziri olan Fəxrəddin Ərdoğan 
1917-ci ilin əvvəlində Rusiyadan sürgündən qayıdarkən Bakıda gördükləri haqda yazmışdır: “ 
İlk iş olaraq Bakı Xeyriyyə  Cəmiyyətinə getdik, orada olanlarla tanış olduq. Burada istiqlal 
eşqiylə  cəmiyyətlər qurulmuş, durmadan çalışırlar. Düşdüyümüz  İsmailiyyə binasında Musa 
Nağıyevin 50 yataqlı qonaqxanası vardı... Bu binanı Nağıyev Xeyriyyə  Cəmiyyətinə 
baqışlamışdı bundan başqa 200 yataqlı bir də yetimxanası vardı. Burada cəbhədə toplanan 
kimsəsiz cocuqlar gətirilərək saxlanırdı. Bakı yetimxanalarını da gəzdim, 1000-ə qədər Ərzurum 
 
1
 Məmməd Sadıq Aran, göstərilən məqaləsi. 
2
 Yavuz   Aslan,  “Doğu Anadoluya Azərbaycanın yardımı” məqaləsi, “Millət” qəzeti,  
23 may 1992-ci il. 
 
 cəbhəsindən gətirilən cocuq və qadın burada saxlanırdı.”
1
 
F.Ərdoğanın verdiyi məlumata görə rus qoşunları Qarsdan geri çəkildiyi zaman Bakı 
Müsəlman Xeyriyyə Cəmiyyətinin, Qarsdakı nümayəndələr Rza bəy Qaraşarov və Yusif Kənan 
bəy  əhalini erməni qırqınlarından qurtarmaq üçün silah tədarük etmişdilər. Rza bəy Qaraşarov 
Qarsda “Yeni Xurşud” adlı qəzet çıxararaq, xalqı savadlandırmağa çalışırmış.
2
 
Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi yıxılmış, müvəqqəti 
hökumət qurulmuşdu. Martın 9-da müvəqqəti hökumətin qərarı ilə Qafqaz Canişinliyi 
buraxılmış, fövqəladə Zaqafqaziya Komitəsi yaradılmışdı. Noyabrın 11-də Zaqafqaziyada 
fəaliyyət göstərən siyasi təşkilatların Tiflisdə yıqıncaqı keçirilmiş və Zaqafqaziya Komissarlığı 
yaradılmışdı. Həmin ayda  M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan fraksiyası  təsis 
edilmişdi. 
1917-ci il oktyabrın 25-də (köhnə stillə) Rusiyada bolşeviklər hakimiyyətə  gəlir. 
Çevrilişin ikinci günü Sovetlərin Ümumrusiya qurultayı sülh haqqında dekret qəbul edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə