Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

Noyabrın 2-də Sovet hökuməti “Rusiya xalqlarının hüququ Deklarasiyası”nı qəbul edərək bütün 
xalqlara öz müqəddaratını  təyin etmək hüququ verir. Həmçinin millətlərin işləri üzrə Xalq 
Komissarlığı və onun nəzdində erməni məsələsi üzrə komissarlıq yaradılmışdı. Bu komissarlıq 
1917-ci ilin sonundan 1921-ci ilin əvvəlinədək fəaliyyət göstərmişdi. Dekabrın 16-da Rusiya 
Xalq Komissarları Soveti S.Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. 
Yuxarıda qeyd etdiyimiz kimi, Sovet hökuməti sülh haqqında dekret qəbul etməsinə 
baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Bu dekret  
 
1
 Fahrettin Erdoğan, Turk Ellerində Hatırralarım, İstanbul, 1954,səh. 126. 
2
 Fahrettin Erdoğan göstərilən əsəri, səh. 133. 
 
“Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin iştahını artırmışdı. 
1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti “Erməni qaçqınlarına təcili gemək 
göstərilməsi haqqında” erməni məsələləri üzrə komissarlığın bəyanatını müzakirə edərək qərara 
alır ki, bu məqsədlə təmannasız olaraq 6.194.784 rubl vəsait ayırsın. Eyni zamanda bütün inqilab 
komitələrinə, digər yerli orqanlarına erməni könüllü dəstələri təşkil edərək, onları silahlandırıb 
məneəsiz surətdə Ermənistana göndərmək haqqında təlimat göndərmişdi.
1
 
İstər çar Rusiyası, istərsə də Sovet Rusiyası erməni könüllü dəstələrinin təşkili və onların 
maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. 
Yuxarıda qeyd etdiyimiz kimi, erməni könüllü dəstələri  İrəvan quberniyasının və Qars 
vilayətinin  ərazisində istədikləri türk kəndlərinə hücum edir, əhalini qaçqın düşməyə  məcbur 
edirdilər. Boşalmış türk evlərində isə Türkiyənin içərilərindən gələn erməniləri yerləşdirirdilər. 
Erməni mənbələrinin verdiyi məlumatlara görə, 1914-1916-cı illərdə Qafqaza təqribən 350 min 
erməni köçmüşdü.
2
 Onların böyük əksəriyyəti İrəvan quberniyasının ərazisində yerləşmmşdilər. 
İş o yerə çatmışdı ki, etdikləri cinayətlərə görə cəzasız qaldıqlarını görən Tiflis quberniyasının 
tərkibində olan Axılkələk erməniləri də həm Axılkələk, həm də qonşu Ağbaba nahiyəsinin türk 
kəndlərinə silahlı basqınlar edirlər. Erməni vəhşiliklərini öz gözləri ilə görən 1-ci Axıska dairəsi 
müfəttişi doktor Xoroşenov yazmışdır: “Keçən 1917-ci ilin dekabr ayının ortasına doğru 8 
ağbabalı müsəlman Boqdanovka kəndində yaşayan duxoborlardan quru ot satın almaq üçün 
buraya gəlmişdilər. Müsəlmanların yanında silah deyilən  şey yox idi. Xocabəy kəndinin 
erməniləri bunu xəbər alınca, həmən oraya gedərək bu 8 müsəlmandan 4-nü xəncərləyərək 
öldürdükdən sonra gözlərini oymuş, 
 
1
 Kиракосян Дж., Младотурки перед судом история, İrəvan, 1986, səh. 224. 
2
 История Армянского народа, İrəvan, 1980, səh. 268. 
 
  
dilləri və gövdələrinin o biri hissələrini də  kəsib, vücudlarını parça-parça edərək cürbəcür 
hərəkətlər yapmışlar. Qalan 4-nü də tüfənglə vuraraq öldürmüşdülər. Bundan sonra parçalanmış 
cəsədləri yandırdılar, tüfənglə öldürülən 4-nün cəsədlərini sonradan ağbabalılara verdilər. 
1918-ci ilin yanvarından başlayaraq ermənilər müsəlmanların  yaşadıqları  kəndlərə 
hücuma başladılar. Öncə: “Silahlarınızı  təhvil etsəniz, sizlərə  əsla toxunmarıq” deyərək,  söz    
verdilər. Ermənilər bu sözlərlə qalan islamların  əllərindəki silahları aldıqdan sonra, müsəlman 
kəndlərinə hücum etməyə, onları öldürməyə, kəndlərini yandırıb mallarını  və  əşyalarını  qarət  
etməyə    başladılar. Beləliklə, Xorepya, Kokiya, Vereban, Tok, Okam, Qulalız,  Patkana,  
Sağamo,   Kuvaşa,  Alaca  və  Gümris adlı  kəndləri yandırdılar, dağıtdılar, dirliklərini, 
heyvanlarını  və  bütün   əşyalarını  alıb  apardıqdan sonra, sağ qalan kişilərlə qadınları da dustaq 
olaraq Axılkələk qəsəbəsindəki kazarmaya topladılar.”
1
 
Daha sonra Xoroşenov yazır ki, düşərgədəki müsəlmanlar soyuq və aclıqdan hər gün tələf 
olurdular. Bu, 1918-ci il mayın 21-nə  qədər davam etdi. Türklərin gəldiyini  eşidən ermənilər      
qaçmazdan  əvvəl kazarmadakı      əsir  müsəlmanları    xəncər və tüfənglə öldürdükdən  sonra      
onların qaldıqları    evləri üstlərinə  uçurdular. Bir  çoxlarının cəsədlərinin çuxurlara  atdıqdan  


sonra,  üstlərinə  qazyaqı      tökərək yandırdılar.  “İştə 20-ci yüzilliyin Ermənistanında yaşayan   
mədəni (!) ermənilərin   yapdıqları   vəhşət budur”- yazır Xoroşenov. Sənədin rusca əsli Türkiyə  
İnqilab Tarixi İnstitutunun arxivindədir (№74/17571). 
Zaqafqaziyada Sovet hakimiyyətini qəbul etməyən siyasi qüvvələr birləşib 1917-ci il 
noyabrın 15-də Tiflisdə E.Gegeçkorinin sədrliyi ilə keçirilən Zaqafqaziya Komissarlığının 
iclasında Qafqaz cəbhəsinin baş komandanı Prjevalskinin təklifi ilə 3-cü türk ordusunun 
komandanı Mehmet Vehib Paşanın 
 
1
Ermeniler hakkında derlemeler, Ankara, 1982, səh. 205-206.  
 
barışıq imzalanması    təklifi  haqqında  müraciətini müzakirə etmiş, ertəsi gün bu təklifin 
bəyənilməsi haqqında cavab məktubu göndərmiş  və komissarlıq bu münasibətlə orduya və 
Zaqafqaziya əhalisinə müraciət etmişdi.
1
 Dekabrın 18-də  Ərzincanda barışıq imzalanır. 1917-ci     
ilin dekabrın ortalarından Qafqazdakı rus ordusu cəbhəni özbaşına tərk etməyi başlamışdı. 
Dekabrın 18-də Zaqafqaziya Komissarlığı milli  korpuslar və  hərbi hissələr təşkil ediləcəyini 
elan edir. Bundan istifadə edən ermənilər rus ordusunun hərbi texnikasına yiyələnərək, Cənubi-
Qərbi Qafqazda türklərə qarşı soyqırım həyata keçirirlər. Yanvarın 14-də Vehib paşa Qafqaz 
ordusunun komandanı Odişelidzeyə  məktub göndərir ki, sülh müqaviləsi  imzalamaq  üçün   
Qafqaz hökuməti ilə danışıqlara başlamaq istəyir.
2
 Ərzincanda barışıq imzalandıqdan sonra  rus  
qoşunları    işğal  etdiyi  ərazilərdən  geri çəkilməyə başlayır. Rus ordusu  geri çəkilərkən 
müsəlman  əhalisini vəhşicəsinə  qırıb - çatır, kəndləri yandırır. Həmin dövrdə Tiflisdə  nəşr 
edilən qəzetlər tərxis  edilmiş rus ordusunun “adamyeyənlər bandasına” çevrilərək,   
Sarıqamışdan Aleksandropola  (Gümrüyə) qədər keçdikləri  əraziləri dağıdıb, xarabaya 
qoyduqlarını yazırdılar.
3
 
Buna görə də Vehib paşa barışığın pozulduğunu və erməni quldur dəstələrinin vəhşilikləri 
haqqında yanvarın 22-də general-leytenant Odişelidzeyə  məktub göndərir. Bundan sonrada 
erməni vəhşiliyinin həddinin aşdığını, onların cəzasız qaldığını görən Vehib paşa fevralın 1-də 
Baş komandan Prcevalskinin adına məktub, fevralın 11-də isə Odişelidzenin adına teleqram 
göndərir. O, məktub və teleqramlarda konkret faktlarla erməni vəhşilikləri 
 
1
 Документы и материалы по внешней политики Закавказъя и Грузии,  
Tiflis, 1919, səh. 15-16.  
2
 Yenə orada, səh. 24. 
3
 Погосян А., Карская областъ в составте России, İrəvan,1983, səh. 192. 
 
 haqqında məlumat verir və onlara qarşı ölçü kötürülməsini tələb edir.
1
 
Fevralın 12-də türk ordusu erməni qırğınlarına dezə bilməyərək hücuma keçir. Bu arada 
ermənilərin özbaşınalıqlarına “son qoymaq üçün” Zaqafqaziya Komissarlığı Andraniki və doktor 
Zavriyevi  Ərzuruma göndərir. Bundan sonra ermənilər daha azğınlaşır. Karibi 1920-ci ildə 
Tiflisdə  dərc etdirdiyi “Qırmızı kitab”da yazır: “General Andranik ermənilərin başçısı kimi 
1918-ci il fevralın 18-də Ərzuruma gəldi. Burada, bu tərəfdə erməni silahlı qüvvələri o dərəcə 
başıpozuq idilər ki, talançılıqla məşğul idilər.”
2
 
Fevralın 18-də Zaqafqaziya Seymi yaradılır və fevralın 25-də Zaqafqaziya hökuməti 
Trabzonda danışıqlar keçirmək üçün türk komandanlığına müraciət edir. Martın 1-də Zatafqaziya 
Seymi Türkiyə ilə sülh müqaviləsi bağlamaqda səlahiyyətli olduğunu və qoşunları 1914-cü il 
sərhədlərinə geri çəkmək üçün sülh müqaviləsi imzalamaq istədiyini bildirir.
3
 Lakin martın 3-də 
Türkiyə ilə Sovet Rusiyası Brest-Litovsk müqaviləsini imzalayır. Bu müqavilə 1711-ci ildən bəri 
ilk dəfə Türkiyənin Rusiyaya qarşı bir zəfəri mahiyyətində idi və ruslar nəinki 1914-cü il 
sərhədlərinə geri çəkilməyi, hətta 1878-ci il Berlin müqaviləsi ilə Türkiyədən qoparılan Üç 
Sancağı (Batum, Ərdahan, Qars vilayətlərini) qaytarmağı qərara almışdılar.
4
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə