Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

Brest-Litovsk müqaviləsinə  əlavə Rusiya-Türkiyə müqaviləsinin 1-ci maddəsində 
deyilirdi ki, Rusiya türk ordusunun qeyd edilən ərazilərə qayıtmasınadək qarət və cinayətlərə yol 
verilməsinin qarşısını 
 
1
 Документы и материалы..., səh. 41-45. 

История  Азербайджана по документам и публикациям, B., 1990, səh.167. 
3
 Документы и материалы.., səh. 83-84. 
4
 Gokdemir Ahmet, Cenubi Garli Kafkaz Hukumeyi,  Ankara, 1989, səh.15. 
 
alacaq, erməni “çətə”lərini tərxis və tərksilah edib buraxacaq.
1
 
Zaqafqaziya hökuməti martın 7-də Brest-Litovsk müqaviləsinin imzalanmasına etiraz 
etmişdisə də rus qoşunlarının yerini tutmuş erməni silahlı qüvvələrinin türk ordusunun qarşısında 
duruş gətirmədiyini yəqin etdikdən sonra, aprelin 10-da Trabzondakı Zaqafqaziya nümayəndələri 
bu müqaviləni qəbul etdiklərini bildirmişdilər. 
Zaqafqaziya Seyminin bütün müsəlman fraksiyaları aprelin 15-də Qars vilayətindəki 
hadisələr haqqında məsələ müzakirə edir. Müzakirənin protokolunda yazılır: Qaçqın yunanlar 
xəbər verirlər ki, hücum edən türk qoşunlarının qarşısından çəkilən erməni hərbi hissələri və 
silahlı  fərariləri yollarda rast gəldikləri müsəlman kəndlərini tam məhv edir, hər  şeyi yandırır, 
əhalini qılıncdan keçirir, təsvir ediləsi mümkün olmayan vəhşiliklər törədirlər. Onlar qadınları 
lüt-üryan edir, süngülərə keçirilmiş südəmər körpələri hərbi qənimət kimi aparan “qalib” erməni 
qoşunlarının keçməli olduğu böyük yolların kənarına düzürdülər”. Yunanlar deyirlər: “Gərək 
qeyri-insani  əsəblərin ola ki, bu cəhənnəm  əzabını, dəlilik dərəcəsinə çatdırılmış qadınların və 
uşaqların qəlbi dağlayan naləsini, köməksiz qocaların iniltilərini eşidə və dözə biləsən... Təxmini 
hesablamalara görə 82 kənd təsvirolunmaz dağıntılara məruz qalmışdır. Çiçəklənən Qars vilayəti 
kapitan Movsesyanın və general Areşovun dəstəsinin vəhşi tüğyanı sayəsində indi təəssüf ki, 
1915-ci ilin əvvəlindəki dəhşətləri xatırladır.  İndi bütün Qars vilayəti törədilmiş  qəddar 
vəhşiliklərdən, həmişəlik insanlıq sifətini itirmiş ermənilərin riyakarlığından, vəhşiliyindən və 
alçaqlığından xəbər verən nəhəng qəbiristanlığa çevrilib.”
2
 
 
1
 Документы внешней политики СССР, M. 1957, 1-ci cild, səh. 199-200.  
2
 ARDA, F.970, siy. 1, İş 1, v. 28-29. 
 
 Erməni  qırğınları martın 12-də türk qoşunlarının  Ərzurumu azad  etməsi zamanı daha  da 
şiddətlənmişdi. Həmin hadisələri 15-ci  Qafqaz Kolordusu komandanı Kazım Qarabəkir paşa 
Amerika nümayəndə heyətinin başçısı general Harborda verdiyi raportda belə izah etmişdir:”   
Ərzurumda elə acı  mənzərələr gördük ki, insanı insanlıqdan iyrəndirirdi. Xalq gözü yaşlı ora-
bura qaçaraq kimi oğlunu, kimi atasını, kimi arvadını süngülənmiş  və ya yandırılmış tapır, 
saçlarını yolurdular. Bir çox küçələrdə    həyat yox  idi.  Yerlərdə  cocuq, qadın, qoca qanlar 
içində yatırdılar. Yalnız son gecə (11-12 mart 1918-ci ildə) üç min müsəlman kəsdiklərini 
ermənilər öyünərək ruslara bildirmişdilər, bunu polkovnik Tverdoxlebov   raportunda   
(xatirələrində) yazmışdır. Dəmiryolu stansiyasında sanki bir məzarlıq ölülərini kənara tullamışdı.  
Cənazələr arasından keçərək,  bu dəhşətləri gördük. Hələ içərisinə insanları doldurub birlikdə 
yandırdıqları binalar insanı titrədirdi.”
1
 
Kazım Qarabəkir paşa yazır ki, türk qoşunlarının erməniləri Qarsda mühasirəyə almaq və 
onları  təqib etməkdən vaz keçməsinə baxmayaraq yenə  də ermənilər razılığı pozub şəhərdə 
qırğınlar törətmişdilər. “Aprelin 25-də axşam Qarsı geri aldıq. Şəhəri dolaşdım. Hər tərəf yanır, 
stansiyada yüzə  qədər  əsir  əsgərimiz işgəncə ilə öldürülmüşdü. Qarsı müdafiə Komandanlığı 
dairəsinin 20    metr qərbində  (kiçik  hövzədə) Qars çayına atılmış 50-yə  qədər müsəlmanın 
cəsədini tapdıq.”
2
 
Bu arada, yəni aprelin 22-də Zaqafqaziya Seymi öz yığıncağında Zaqafqaziyanı müstəqil 
Demokratik Federativ Respublika elan edir və bu respublika aprelin 28-də Türkiyə  tərəfindən 
tanınır. 


Türk qoşunlarının qarşısından çəkilən erməni qoşunları Gümrüdə  də  dəhşətli qırğınlar 
törətmişdilər. Həmin qırğınlar haqqında sənədli məlumatlar şəkillərlə birlikdə diviziya generalı 
 
1
 Kirzioğlu Fahrettin, Karsi1i və çevresinde, ermeni mezalimi, Ankara, 1970, səh. 84-85. 
2
 Yenə orada, səh. 87. 
 
 Əhməd Hulki Saralın “Erməni məsələsi” kitabında toplanmışdır. “İslam  əhalinin uğradıqları 
məzalim üzərinə bölgələrə dayanan bilgilər” adı ilə ilk nəşri bütünlüklə köşklərdən və 
kitabxanalardan yığışdırdığı üçün 1919-cu ildə  həm türkcə, həm də fransızca yenidən nəşr 
edilmişdi. Sənədlərdə deyilir: 
“1) 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə götürülməkdə olan 3000-ə 
qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir. 
2) Min    əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər  (Duzluca)  və İrəvan 
bölgəsindəki islam kəndlərini dağıtmış qadın, uşaq və kişiləri qırmışlar. 
3) 01.05.1918-ci  ildə yüzə  qədər  erməni  atlısı Şiştəpə və Düzkənd ətrafında  (indiki    
Amasiya rayonunun ərazisində) altmış uşaq, qadın və kişini qırmışlar. 
4) 01.05.1918-ci   ildə      Axılkələk   ətrafındakı  kəndlərdə Acaraça, Danqal, Mulanıs, 
Murcahet, Padızka,      havur      və      Gümris      kəndləri   yandırılmış,  əhalisi məhv edilmişdi. 
Arpaçay üzərindəki Baçoğluilə      İrəvanın   şimali   şərqindəki      kəndlərin   xalqı ermənilər 
tərəfindən qırılmış, kəndlər yandırılıbdağıldılmışdır.”
1
 
İrəvan  ətrafındakı müsəlmanları erməni qırğınlarından xilas etmək üçün Bakı  (İslam) 
Xeyriyyə Cəmiyyətinin 36-cı Qafqaz diviziyası komandanlığına etdiyi müraciətdə deyilirdi: 
“İrəvan quberniyası ərazisindəki islamların qırılıb, yox edilməkdə olduqları, otuzdan çox 
müsəlman kəndinin yandırılıb,  əhalisinin qırıldığı  və  İrəvandan qaçaraq gələn yaralı  və  xəstə 
köçkünlərin sayının gündən-günə çoxalmaqda və yoxsulluq ilə  pərişanlıq içində 
üzüldüklərindən, bunlara sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır.
2
 
 
1
 Kirzioğlu Fahrettin , Yenə orada, səh. 44-45.  
2
 Yenə orada, səh. 46. 
 
 Qeyd etdiyimiz kimi, Qars vilayətində türk qoşunlarının önündən geri çəkilməyə məcbur olan 
erməni könüllü birlikləri qırğınları  İrəvan quberniyasının  ərazisində davam etdirmişdilər. 
“Qarsdan sonra zorakılıq dalğası  İrəvan quberniyasına keçdi. Qısa müddətdə Qars vilayətində 
82,  İrəvan quberniyasında 211 müsəlman kəndi yandırıldı,  əhalinin bir hissəsi qırıldı, qalan 
hissəsi isə didərgin düşdü. İrəvan quberniyasından olan qaçqınların sayı 80 min nəfəri keçirdi.”
1
 
Zaqafqaziya Seyminin müsəlman fraksiyası Qars vilayətində  və  İrəvan quberniyasında 
törədilən qırqınlar haqqında iki dəfə  məsələ müzakirə etmiş  və Seym qarşısında məsələ 
qaldırmışdı: 
a) daxili   işlər   nazirinə   tapşırılsın   ki, müsəlmanlara    kömək    etmək    üçün    xüsusi    
komissiya göndərilsin, 
b) bütün    müsəlman    qaçqınları    öz    yerlərinə qaytarılsın, 
v) ərazi  nazirliyinə  tapşırılsın  ki,  təcili yardım göstərsin, 
q) azğınlıq edən erməni  hərbi  hissəsi buraxılsın, 
d) müsəlman qaçqınlarının sayı və vəziyyəti öyrənilsin, onlara əlavə yardım göstərilsin. 
Müsəlman fraksiyasının gərgin səyi nəticəsində Zaqafqaziya hökuməti bu məsələni 
öyrənmək üçün komissiya yaratmış  və qaçqınların  ən zəruri ehtiyaclarını ödəmək üçün bir 
milyon manat vəsait buraxmışdı.2 1918-ci il mayın 15-də türk qoşunları Arpaçay xəttini keçib 
Gümrüyə daxil olmazdan əvvəl Kazım Qarabəkir paşa Gümrüdəki erməni 
nümayəndələrinə:”Şəhərdəki türkləri gətirib təhvil verin və sonra da şəhəri təslim edin”-deyə 
ultumatum göndərir. Dərhal ermənilər təlaşla arabalar 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə