Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   2   3   4   5   6   7   8   9   ...   54

 
Tarixən azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya olunması iki yüz illik 
qaçqınlıq tariximizin ən ağrılı  səhifələri araşdırılıb öyrənilməlidir. Qaçqınlıq və deportasiya 
faciəmizin tarixi köklərini, ictimai-siyasi amillərini üzə çıxarıb, təbliğ etmək lazımdır. 
Azərbaycanlıların dədə-baba torpaqlarından deportasiya olunması haqqında Bakıda 
beynalxalq konfrans keçirilməsi tarixi torpaqlarımızın taleyinə günün tələbləri baxımından 
yanaşılması, Azərbaycan diasporunun xətti ilə deportasiyaya dair sərgilər, dəyirmi masalar, 
yığıncaqlar təşkil olunması olduqca vacibdir. 
Bu fərmanın imkanlarından istifadə edərək Azərbaycan Respublikasından kənarda öz 
tarixi torpaqlarında cəm halında yaşayan (Dərbənd, Borçalı, Güney Azərbaycan) 
azərbaycanlıların sosial-mədəni həyatının öyrənilməsinə diqqət artırılmalıdır. Beynəlxalq 
təşkilatlara müraciət edərək, xalqımıza qarşı edilən haqsızlıqlara hüquqi qiymət verilməsinə nail 
olmalıyıq. Bununla yanaşı, biz indiki Ermənistanda qalan bir çox tarixi abidələrimizin taleyi 
haqqında da düşünməliyik. 
Azərbaycanlılara qarşı törədilmiş deportasiyalar və milli münaqişələr Rusiya 
imperiyasının çox məharətlə hazırladığı planların mərhələ-mərhələ həyata keçirilməsinin məntiqi 
nəticəsi idi. Onun nəticələrinə elmi münasibət bildirilməli, Türkmənçay ivə Gülüstan 
müqavilələrinin mahiyyəti bugünkü və  gələcək nəsillərə çatdırılmalıdır. Ümumiyyətlə, biz bir 
xalq kimi unutqanlıq və biganəlik hisslərini qanımızdan, canımızdan çıxartmağa çalışmalıyıq. 
Adətən tarixdən ibrət götürməyən xalqların faciələri təkrarlanır. Bəziləri üçün tez
bəziləri üçün gec. 
XIX əsrin əvvələrində Rusiyanın Zaqafqaziyanı işğalı anından etibarən indiki Ermənistan 
ərazisində min illər boyu yaşamış türk boylarının (oğuz, qıpçaq) səksəkəli, qanlı-qadalı günləri 
başlamışdır.  İki  əsrlik imperiya siyasətinin nəticəsi kimi türklərə qarşı  dəfələrlə törədilən 
qırğınlar, soyqırımları, deportasiyalar nəticəsində onlar həmin  ərazilərdən sonuncu nəfərinədək 
qovulmuşlar. 
Tarix boyu özgə torpaqlarda gözü olan ermənilərin “Böyük Ermənistan” dövləti yaratmaq 
kimi sərsəm ideyaları “xristian himayəçiliyi” pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən 
Rusiyanın da mənafeyinə uyğun gəlmişdir. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan 
Rusiya imperiyasına Türkiyə,  İran və Azərbaycan sərhədləri kəsiyində özünə etibarlı dayaq 
lazım idi ki, əlverişli şərait yetişən kimi, həmin etibarlı ərazidən tramplin kimi istifadə etsin. 
1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali 
Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 
25 min erməninin yaşadıqı  həmin  ərazilərə  İran və Türkiyədən kütləvi surətdə ermənilər 
köçürülmüşdü ki, vilayətin etnik tərkibi ermənilərin say üstünlüyü ilə nəticələnsin və bununla da 
erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin. 
          Ermənilərin  İran və Türkiyədən indiki Ermənistan  ərazisinə kütləvi surətdə köçürülməsi 
ilə paralel olaraq Erməni vilayətinə daxil edilən  İrəvan  əyalətinin Qırxbulaq, Zəngibasar, 
Körpübasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Saatlı (Səədli), Talin, Seyidli-
Ağsaqqallı, Sərdarabad, Kərnibasar, Abaran, Dərəçiçək, Göycə (bir hissəsi) mahallarının, 
Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan Dərələyəz mahallarının, Ordubad 
dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və  Cənnəp mahalları türklərinin  əksəriyyəti  əsasən 
Türkiyə və İrana köçməyə məcbur olmuşlar. 
Ruslardan himayə körən ermənilər silahlanaraq indiki Ermənistanın hər yerində  və 
Yuxarı Qarabağda dəfələrlə basqınlar edərək silahsız və müdafiəsiz olan Azərbaycan türklərini 
qırmış, əmlaklarını qarət edərək doğma yurdlarından didərgin salmışlar. Bu cür qırğınlar 1905-
1906-cı, və 1915-1920-ci illərdə daha kütləvi şəkil almış, demək olar ki, indiki Ermənistanın hər 
bölgəsində türklərə qarşı soyqırım (genosid) siyasəti həyata keçirilmişdir. 
1948-53-cü illərdə Harutyunov-Mikoyan-Stalin üçlüyünün həyata keçirdiyi deportasiya 
aksiyasına göz yumulmuş, 150 minə yaxın Azərbaycan türkünün Ermənistanda repressiyaya 
məruz qalması faktı uzun müddət gizlədilimşdir. 
 


1988-ci ildən etibarən ermənilərin Rusiyanın hərbi potensialına və  Qərbdə  bəzi ermənipərəst 
dövlətlərin himayəsinə arxalanaraq yenə  də Qarabağda Azərbaycanlılara qarşı kütləvi surətdə 
soyqırımı  həyata keçirmələrinə dünya ictimaiyyəti biganə qaldığı kimi, 1988-ci ildə 
Ermənistanda Azərbaycan türklərinə qarşı törədilən soyqırımdan da çoxlarınin xəbəri yoxdur. 
Həmin dövrdə Ermənistanda yarayan Azərbaycan türklərinin sıxışdırılıb çıxarılması ilə 
yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi paralel surətdə aparılmışdır. 
Azərbaycanda yaşayan ermənilərə Dağlıq Qarabağda süni surətdə muxtariyyət verildiyi 
halda, indiki Ermənistanda yaşamış Azərbaycan türklərinin hüquqları  ən kobud şəkildə 
pozulmuş, layəqətləri alçaldılmış  və  təhqir edilmişdir. Ermənistanda həmişə antiazərbaycan 
təbliqatı aparılmışdır. Milli ayrıseçkilik,  şantaj,  şovinizm, rasizm və anneksiya siyasəti 
Ermənistanda rəsmi dövlət səviyyəsində aparıldığından, XX əsrin sonunda bir daha ermənilərin 
tarixin müəyyən mərhələlərində vaxtabşırı özünü büruzə verən “paranoyya” dövru, yaxud 
“erməni xəstəliyi”nin yeni təzahüru yetişmişdir. 
Bu kitab yuxarıda qeyd edilən məsələləri qismən də olsa açıqlayaq və indiki Ermənistan 
ərazisində yaşamış Azərbaycan turklərinin iki əsrlik faciəsini xronoloci şəkildə  əks etdirmək, 
Dağlıq Qarabağda və digər rayonlarda azərbaycanlıların başına gətirilən faciələri dünya 
ictimaiyyətinin üzərinə çatdırmaq məqsədinə xidmət edir. 
Erməni mətbuatı, erməni tarixçiləri tarixi saxtalaşdırmaq işində mahir olduqları üçün 
Ermənistanda yaşayan Azərbaycan türkləri haqqında rəsmi və statistik məlumatları  mətbuat 
səhifələrinə çıxarmamış, ən yaxşı halda isə təhrif edilmiş-şəkildə təqdim etmişlər. 
İndiki Ermənistandan, yəni azərbaycanlıların  öz      tarixi      torpaqlarından   qaçqınlıq   
tarixinə  dair kitab və monoqrafiyaların yazılmasının  muhüm əhəmiyyəti həm də ondadır  ki, bu 
əsərlər erməni siyasətbazlarının, erməni   diasporunun   xaricdə      və keçmiş SSRİ  ərazisində 
Azərbaycan haqında yaymış olduqları  hər cür bədnam  fikirləri  alt-üst edir, erməni təbliğatını, 
erməni faşizminin əsl simasını açıb göstərir. 
Bu   istiqamətdə   aparılan   tədqiqatın   başlıca məqsədi azərbaycanlıların keçmişdə və bu 
gun erməni təcavüzu sayəsində qarşılaşdığı  qaçqınlıq problemini   hərtərəfli   açıb   göstərmək, 
butun   bu ağrılı-acılı  məsələləri həm tarixi sübutlarla, həm də faktik materiallarla     dünya  
ictimaiyyətinə, beynalxalq təşkilatlara daha obyektiv şəkildə çatdırmaqdır. 
Fikrimizcə, mövcud monoqrafiya ermənilərin azərbaycanlılara qarşı  həyata keçirdikləri 
soyqarım siyasətinin iç üzünün açılması sahəsivdə atılan addımlardan biri kimi qiymətləndirilə 
bilər. 
  
 
I FƏSİL. 
 
QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ 
AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN 
QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR) 
 
1. ERMƏNİLƏRİN DÖVLƏT YARATMAQ SƏYLƏRİ 
 
İndiki Ermənistan və ona bitişik  ərazilərdə  pərakəndə halında yaşayan ermənilərin öz 
müstəqil dövlətlərini yaratmaq arzusuna ilkin təkan verən amillərdən  ən başlıcası XVI-XVII 
əsrlərdə  Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi 
hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün 
xristian agentlərdən-erməni tacirləri və din xadimlərindən istifadə etmişdilər. 
Erməni tacirləri Səfəvilər dövlətinin xarici ticarət əlaqələrinin genişlənməsində xüsusi rol 
oynayırdılar.  Şahlığın  ərazisində olan erməni kilsələrinə xüsusi güzəştlər verilmişdi. Onlar 
vergiləri yerli hakimlərə deyil, birbaşa şah xəzinəsinə verirdilər.
1
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə