Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

Şimal sərhədimiz Voronec şəhəri
   Paytaxtımız Tiflis şəhəri, 
   Yaşa, çox yaşa Andranik paşa, 
    Andranik paşa, səni çox yaşa. 
 
Göründüyü kimi, ermənilərin iştahası çox böyük imiş. Bu da təsadüfi deyildi. Çünki onların 
Rusiyada V.İ.Lenin kimi himayədarları, Qafqazda isə S.Şaumyan və A.Mikoyan kimi arxaları 
vardı. 
1918-ci ilin mart ayının sonu Azərbaycan xalqının qanlı  və faciəli günləri kimi tarixə 
düşmüşdür.  İstiqlaliyyət tariximizin görkəmli araşdırıcısı Cahangir Zeynaloğlu mart hadisələri 
barədə belə yazır: “Daşnak firqəsi xüsusi bir proqram Daxilində müntəzəm  şəkildə Bakıda 
müsəlmanları  qırdı. Bu qırğına “bolşevik - müsavat firqə mübarizəsi” adı verildi və  qətl 
edilənlərin malları yağma edildi və yandırıldı. Martın 31-də başlayan bu qırğın üç gün davam 
eylədi. “İsmailliyyə” deyilən böyük və gözəl milli saray yandırıldı. “Təzə pir” və sair camelər də 
bombardman edildi. Şəhidlərin miqdarı 15 minə  təxmin edilməkdədir. Qətllərdən qurtulan 
müsəlmanlar ətraf köylərə və dağlara çəkildilər.”
1
 
Bakıda azərbaycanlıların kütləvi qırğınından sonra oyuncaq hökumətin (daşnakların və 
ermənipərəst komissarların daxil olduqları Bakı kommunasının) başcısı S.Şaumyan özünün baş 
planını (azərbaycanlıların bir millət kimi məhvi barədə) həyata keçirmək məqsədilə Quba, 
Şamaxı, Salyan və Göyçay bölgələrində törədiləcək qırğınları həyata keçirməyə başladı. 
Ermənilərin Bakıda qazandığı  uğurlar S.Şaumyana qol-qanad verirdi. Öz hərəkətlərinə 
haqq qazandırmağa çalışan daşnak lideri Rusiya proletariatının başcısından da xeyir-dua almışdı. 
O vaxtlar V.İ.Lenin  S.Şaumyana yazdıqı xüsusi məktubda Bakıda mart qırqınında onun 
möhkəm və  qəti siyasətinə  məftun olduğunu bildirir və  həmin siyasəti davam  etdirməyi 
məsləhət     görürdü. Daha sonra bolşeviklərin rəhbərləri tapşırırdı ki, bu siyasəti çox ehtiyatlı bir   
diplomatiya   ilə   birləşdirmək unudulmamalıdır. V.İ.Leninin fikrincə, belə etdikdə 
qələbənin  təmin olunacağına böyük inam bəsləmək olardı. 
1918-ci ilin aprelində Bakı  şəhəri və Bakı quberniyası bolşeviklərin  əlinə keçdiyi bir 
vaxtda S.Şaumyanın tapşırığı ilə Quba qəzasında hakimiyyəti  ələ keçirmək üçün tədbirlər 
görülməyə başlanmışdı. Aprelin ortalarında S.Şaumyan özünün sadiq məsləkdaşı David 
Gelovanini ermənilərdən ibarət iki yüzə yaxın silahlı  əsgərlə Qubaya göndərir. Burada özünü 
Quba qəza komissarı elan edən D.Gelovani yerli əhaliyə bildirir ki, onlar mütləq bolşeviklərin 
hakimiyyətini tanımalıdırlar. Vəziyyətin çox ağır olduğunu dərk edən qubalılar bu təkliflə 
razılaşırlar. Bir neçə gündən sonra Qubada sakitliyin yarandığını görən D.Gelovani yerli 
camaatın tərkisilah edib həbsxanada saxladıqları iki yüzdən artıq ermənini azadlığa buraxdırır. 
 
1
 Müxtəsər Azəbaycan tarixi, Bakı, 1992, səh. 110. 
 
gətirsinlər. Bununla qəti  şəkildə razılaşmayan  Əlipaşa Kərbəlayı  Məhərrəm oğlu və onun oqlu 
yeoindəcə  vəhşicəsinə güllələnmişdilər. Bəzən ermənilər onların  əmrlərini yerinə yetirməyən 
kişilərin gözlərini çıxarmış, qarınlarını  xəncərlə doğram-doqram etmişlər. O vaxt şəhərdə iki 
mindən artıq kişini öldürən azqın erməni  əsgərləri yüzə yaxın qadın və  qızı zorlamış, 
namuslarına toxunmuşlar... 
Şəhər  əhalisinin  əmlakı tar-mar edilərək oğurlanmışdı. Təkcə Qubanın özündə 
Hamazaspın  əsgərləri dörd milyon manat nəğd pul, xeyli qızıl pul, qiymətli daş-qaş  və beş 
milyon manatlıq  əşya-mal, iyirmi beş milyon manatlıq  ərzaq ehtiyatı  ələ keçirmişdilər. 
Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan həbs edilərkən (öz 
məsləkdaşları ilə birlikdə) onun yük çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun 
içərisində olmuşdur. 
Təkcə Qubanın özündə Hamazaspın dəstəsi 105 ev yandırmışdır. İbarihim bəy Şıxlarlıya, 
Məşədi  Əli Hüseynova, Orucəli Məmmədova, Bəkir Mehrəliyevə, Səttar Məmmədyarova, 
Hidayət Əmirbəyova, Əli bəy Zizikliyə, Rəcəb Orucova, Yusif bəy Abdulsəlimbəyova, İsgəndər 


Abdullayevə məxsus böyük mülk-evlərin, şəhərdəki məscidlərin, bir sıra idarə və digər inzibati 
binaların yandırılıb külə döndərilməsi əhaliyə olduqca böyük ziyan vurmuşdu. 
Hamazaspın “cəza dəstəsi” Qubaya gələrkən Bakı-Xaçmaz dəmiryolunun sağ  və sol 
tərəflərində yerləşən kəndləri dağıtmış, yandırmış,  əmlakını qarət etmiş, qaçıb canını qurtara 
bilməyənləri isə qətlə yetirmişdi. Bəzən hətta elə olub ki, bu və ya başqa yaşayış məntəqəsində 
camaat ermənilərlə dil tapmağa, danışıqlar aparmağa cəhd göstərmiş, lakin əvəzində düşmən 
güllələrinin qurbanı olmuşlar. Məsələn, Dəvəçi icmasının Dəvəçibazar və Qızılburun camaatı on 
beş  nəfərdən ibarət ağsaqqallar heyətini erməniləri duz-çörəklə qarşılamaqa göndərmiş, lakin 
Hamazaspın göstərişi ilə onların hamısı güllələnmişdi. 
Ermənilər bütün kəndlərdəki məscidlər dağıdaraq, müqəddəs quran kitablarını  təhqir 
edərək ayaqlar altına atmış  və yandırmışlar. Bütünlükdə Quba mahalında daşnaklar 122 kəndi 
dağıtmıd yandırmış, viran qoymuşlar. Həmin yaşayış  məntəqələri bunlardır: Dəvəçi, Sədan, 
Çarxana, Dərə Zarat, Saqolcan, Eynibulaq, Ağasıbəyli, Kolanı, Uqah, Nardərə, Siyəzən, 
Rəhimli, Surra, Qaraqaşlı, Aşağı, Quşçu, Sarvan, Əmirxanlı, Qarabulağ, Aygünlü, Qaraqurdlu, 
Qaraçı, Nərəcan, Xudat, Aşağı Buduq, Xaçmaz, Təzə və Köhnə Xaçmaz, Mürşüd oba, Xaspolad 
oba, Babalı, Mehraliqışlaq, Bəyqışlaq, Canaxır, Qobuqırağı, Mürsəlliqışlaq, Çarxı, Xırdaoymaq, 
Qaraçallı, Yergüç, Hülövlü, Həsən Əfəndi, Ərəb, Qarabağlı, Çaxmaqlı, Ciğatay, İlxıçı, Avaran, 
Xuray, Çiləkir, Həzrə, Əcəxür, Düztahir, Həsənqala, Urva, Aşağıəlik, Aşağıləkər, Köhnə Xudat, 
Əvəcüğ, Zeyxur, Quzuqışlaq, Kədəzeyxur, Yasab, Nügədi, Amsar, İqrığ, Əski İqrığ, Daşlıyataq, 
Təkyə, Qımılqışlaq,  Əlibəyqışlaq,  Əniq, Aşağı Xuc, Alpan, Digah, Zizik, Mirzəməmmədkənd, 
Üçkün, Hacıqaib, Susay, Xucbala, Cimi, Rustov, Yenikənd, Küləzi, Cici, Söhüb, Nöhürdüzü, 
Zərqova, Afurca, Xəlfələr, Cök, Qrızdəhnə, Nabran və s. O vaxtlar ermənilərin Quba mahalında 
yandırdıqları bir sıra kəndlər - Əlixanlı, Ərəbəlməmməd, Ərəb-Xəmnə, Qulamlar, But-but, Tura, 
Əzizlər, Bişbişi, Aşalı, Küləşqışlaq, Yusifqışlaq, Dəndəlik, Xızı  Fəriz,  Ərəb Sofu, Qərəblər, 
Əbilə kəndləri büsbütün dağıdılmış, heç sonralar dirçələ bilməmişdir. Bəzi kəndlərdə, məsələn, 
Nardərə, Qarabulaq, Nığır düzü kimi qədim yaşayış məskənlərində hətta indinin özündə 3-5 ev 
qalıb. Adları çəkilən məntəqələrdə elə bizim günlərdə təzə binaların özülü qazılarkən 75 il əvvəl 
ermənilərin yandırdıqları binaların gülü üzə çıxır. 
Ermənilərin Quba mahalında törətdikləri vəhşilikləri öz gözləri ilə görən, yaralanan, həm 
də  təsadüf nəticəsində salamat qalan adamlar da olmuşdur. Onların söylədikləri daşnak 
əməllərinin necə dəhşətli və qansız hərəkətlər olduğunu bir daha sübut edir. Sonralar Quba şəhəri 
sakinlərindən, eləcə mahalın digər yerlərində yaşayan  əhalinin nümayəndələrindən Quba 
hadisələrinin tədqiq edən, öyrənən fövqəladə istintaq komissiyası bir sıra ifadələr almışdır. 
həmin komissiyanın üzvü Dovatskinin hazırladığı məruzə erməni vəhşiliklərini kifayət qədər əks 
etdirmişdir. O, hətta məruzəsinin sonunda Quba qırğınını törədənlərin  ən ağır cəzalara layiq 
olduqlarını da qeyd etmişdir.1 Lakin belə bir qiymətli sənəd uzun müddət bilərəkdən unudulmuş, 
gizlədilmişdir... 
Uzun illər, 1918-ci il hadisələrinin çoxu qəsdən unuduldu. Xüsusən Şimali Azərbaycanda 
bolşeviklər hakimiyyət başına gəldikdən sonra ermənilərin Bakıda,  Şamaxıda və Qubada 
törətdikləri vəhşiliklər barədə danışılmadı. Azərbyacanda  ən məsul vəzifələrə irəli çəkilən 
ermənilər və ermənipərəst “azərbaycanlılar” olub-keçənləri çox böyük ustalıqla ört-basdır edə 
bildilər. Xalqdan gizlədilən həqiqətlər xatirələrdən silindi. 
Vaxtilə görkəmli ədibimiz Üzeyir bəy Naçıbəyli 1918-ci ilin mart aylarında ermənilərin 
qansız və vicdansız hərəkətləri ilə bağlı yazırdı ki, əgər Osmanlı türk qəhrəmanları vaxtında 
köməyə gəlməsəydilər, azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün 
Azərbaycanda daşı daş üstə qoymazdılar... Bəli, o vaxt erməni vəhşiliklərinin qarşısına türklər 
Göyçay bölgəsində sədd çəkdilər, daşnakların bütün dəstələri darmadağın edildi. 
Bakıda, Qubada və Şamaxıda törədilən qırğınlar tarixçilərimiz tərəfindən bir-birinə zidd 
mövqedən qiymətləndirilmişdir. Bunun da bəzi obyektiv və subyektiv səbəbləri var. Hələ o 
vaxtlar qeyri-bolşevik partiyaların  əksəriyyəti bu hadisələri bütünlüklə milli qırğın hesab edir, 
bolşevikləri, erməni millətçilərini müsəlmanlara qarşı törətdikləri cinayətdə təqsirləndirirdilər. 
Bolşeviklər isə mart-may hadisələrini əsasən sinfi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə