Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

 
1
ARDD, F.1061, siy.1, İş 95, v.5-8; Bax: История    Азербайджана  по  документам  и 
публикациям, səh. 182-187. 
 
 düşmən qüvvələrinə qarşı mübarizə, Sovet hakimiyyətinin möhkəmləndirilməsi yolunda 
əksinqilab üzərində böyuk qələbə, vətəndaş müharibəsi hesab edirdilər. 
Lakin bu gün bizim üçün hər şey aydındır Törədilən vəhşiliklərin, cinayətlərin başbilənlər 
əlləri qana bulanmış düşmənlərimiz haqqında çox şey bəllidir. 
 
* * * 
 
Bakıda törədilən qırğınlar Erməni Milli Şurasının “qələbəsi” sayılsa da, Müsəlman Milli 
Şurasının ağır məğlubiyyətə  uğraması heç də daşnakların qələbəsi deyildi. Düzdür, Bakıda 
axıdılan günahsız qanlar nə  qədər faciəli olsa da, o dövrdəki müvəqqəti məğlubiyyətlər 
azərbaycanlıları heç də həvəsdən salmadı, mübarizlik ruhunu qıra bilmədi. 
Əksinə, “mart günlərindən sonra, azərbaycanlılar artıq muxtariyyətdən deyil, 
ayrılmaqdan danışır, və öz ümidlərini rus inqilabına yox, Türkiyənin köməyinə bağlayırdılar.”
1
 
Faciəli Mart qırğınından sonra Bakıda yerləşən Müsəlman Milli 
Şurası 
və 
azərbaycanlıların digər siyasi təşkilatları müvəqqəti olaraq Gəncəyə  və Tiflisə köçmək 
məcburiyyətində qaldılar. Azərbaycanın müxtəlif ərazilərində daşnakların törətdikləri 
vəhşiliklərin dalğaları tədricən Gəncə və onun ətraf yerlərində də hiss olunmağa başlayırdı. 
Əslində  Gəncə  və onun ətraf  ərazilərində azərbaycanlıların qırğınlarını  həyata keçirmək üçün 
Bakının “bolşevik” daşnakları ilə Qarabağ erməniləri əl-ələ verməli, qüvvələrini vahid məqsədə 
yönəltməli idilər. Daha doğrusu, daşnaklar Göyçayı, Yevlaxı, Goranboyu zəbt etdikləri vaxt 
Qarabağ erməniləri də cənubdan Gəncə istiqamətində öz planlarını həyata keçirəcəkdilər. Hətta o 
vaxtlar Azərbaycan demokratik qüvvələrinin məqsədinin lağa qoyan daşnak lideri S.Şaumyan və 
digər erməni 
 
1
 Qafqaz Azərbaycanı Respublikası, Paris, 1919, səh. 21. 88 
  
qədim  şəhərdə ermənilərin daha geniş  şəkildə  əl-qol açmalarına imkan vermədi, onlrın 
hazırladıqları bir çox azğın və murdar planları alt-üst etdi. Azərbaycana Türkiyədən silahlı qoşun 
hissələrinin köməyə gəldiyini görən daşnaklar müttəfiqlər sorağında çox yollara əl atdılar. Lakin 
S.Şaumyan və onun tərəfdarları iyul ayının sonunda istefa verməyə  məcbur oldular. Bakıda 
hakimiyyəti eser-menşevik və yeni daşnaklardan ibarət Sentrokaspi diktaturası aldı. 
Az keçməmiş özünün çox gücsüz oldüğünu başa düşən Sentrokaspi ingilisləri kömək 
üçün Bakıya dəvət etdi. Lakin Odlar yurdunda ağalıq etmək arzusu ilə yaşayan yad və qondarma 
hökuməti nə ingilislər qoruya bildi, nə  də özünün 14-cü maddəsi ilə ADC-yə arxadan zərbə 
vuran Mudros sazişi. 
Avqust ayının iykinci yarısında Azərbaycan dövlətinin qoşunları, eləcə də Türkiyədən öz 
qan qardaşlarını müdafiə etmək üçün gəlmiş türk hərbi dəstələri Bakı üzərinə qəti hücum planları 
hazırladılar. 
1918-ci il sentyabrın 15-də general-leytenant Əliağa  Şıxlinskinin rəhbərliyi altında 
Azərbaycan və üç gün sonra isə Nuru paşanın başçılığı ilə türk qoşun hissələri Azərbaycan 
Demokratik Cümhuriyyəti paytaxtı Bakını menşevik, eser və daşnaklardan ibarət oyuncaq 
Sentrokaspi hökumətindən təmizlədi.  İngilislər elə sentyabrın 15-də Bakını  tərk etdilər. Öz 
xalqına sadiq sərkərdələrin və kifayət qədər silahın olması bu ağır müharibədə igid Azərbaycan 
əsgərlərinə  qələbə qazandırdı. 15 min nəfərlik qoşunla düşmənin 50 minlik ordusu tamamilə 
darmadağın olundu. 
Azərbaycan hökuməti Bakıya köcdü. 
  
 


5.   AZƏRBAYCAN  DEMOKRATİK CÜMHURİYYƏTİ DÖVRÜNDƏ MİLLİ 
MÜNAQİŞƏLƏR VƏ QAÇQINLAR PROBLEMİ
 
 
1918-ilin mayında Zaqafqaziyada üç müstəqik Gürcüstan, Azərbaycan və Ermənistan 
dövlətləri yaransa da onların arasında sərhədlər dəqiq müəyyəd edilməmişdi. Çar Rusiyası 
dövründə Qafqaz canişinliyinə 
tabe olan quberiniyalarda azərbaycanlıların, gürcülərin və 
ermənilərin qarışıq şəkildə məskunlaşması bu sərhədləri müəyyən etməkdə çətinlik yaradırdı. 
Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycanla Ermənistan və Azərbaycanla 
Gürcüstan respublikaları arasında 11 zonada mübahisəli  ərazilər problemi meydana çıxmışdı. 
Həmin  ərazilərin bəzilərində mübahisələr dinc yolla, yəni  əhalinin öz müqəddaratını azad 
təyinetmə prinsipi ilə həll edildiyindən silahlı müdaxiləyə ehtiyac qalmamışdı. Əksər hallarda isə 
Ermənistan və Gürcüstan hökumətləri məsələni silah gücünə həll etməyə cəhd göstərdiklərindən, 
problemin həlli daha da kəskinləşmişdi. 
Azərbaycan Demokratik Cümhuriyyətinin mübahisəsiz  ərazisi 97297,67 kv.km (Bakı 
quberniyasında 39075,15 kv.km, Gəncə quberniyasında 44371,29 kv.km, Zaqatala 
quberniyasında 3992,54 KB.KM, İrəvan quberniyasında 9858,69 kv.km) təşkil etmişdir. 
Azərbaycanla Ermənistan və Gürcüstan arasında mübahisəli  ərazisi 16598,30 kv.km (İrəvan 
quberniyasında 7913,17 kv.km, Tiflis quberniyasında 8685,30 kv.km) olmuşdur. ADC dövründə 
mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113895,97 kv.km olmuşdur.
1
 
Zaqafqaziyada Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası öz 
mübahisəsiz ərazilərindən Moskvanın təzyiqi ilə müxtəlif 
 

Адрес-календаръ Азербайджанской Республики на1920 г., Bakı. 1920, 1-ci hissə, səh. 50. 
 
dövrlərdə təqribən 10 min kv.km ərazisini Ermənistan və Gürcüstana verməyə məcbur olmuşdur. 
1918-1920-ci illərdə Zaqafqaziya respublikaları arasında mövcud olmuş  ərazi 
mübahisələri olduqca mürəkkəb xarakter almışdı. Bu münaqişələrin səciyyəvi cəhəti ondan 
ibarət olmuşdur ki, mübahisəli  ərazilərin etnik müsəlman  əhalisi bir qayda olaraq, zərər çəkən 
tərəf olmuş, qonşu respublikalar, xüsusən də Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzə 
qalmışdır. 
1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış 
məntəqəsi (o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 112), Gəncə quberniyasında 272 
yaşayış  məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan 
qəzasında 32, Yeni-Bayaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış 
məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə  əhali qırılmış  və öz etnik ərazilərindən qaçqın 
düşmüşdü.
1
 
Qaçqınlar problemi ilə məşqul olmaq üçün hələ 1918-ci ilin martında Zaqafqaziya Seymi 
nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar  şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym 
hökuməti qarşısında məsələ qaldırmış,  İrəvan quberniyasında müsəlmanlara qarşı edilən 
qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri 
Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə 
nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.
2
 
1918-ci ilin mayında  əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası  ərazisində 
Ermənistan dövləti yaradılan zaman onun paytaxtının hansı şəhər olacağı müəyyən edilməmişdi. 
Azərbaycan 
 

ARDA, f.894, siy.10, İş 80, v. 49-56; ARDA, f.970, siy.10, iş 16, v. 1-9; ARDA, f.1061, siy.1, 
iş 95, v.5-8; ARDA, f.970, siy.1, iş 1, v. 28-29; ARDA, f.970, siy.1, iş 166, v. 7. 

Адрес-календаръ Азербайджанской Республики на1920 г., Bakı. 1920, 2-ci hissə,  
səh. 10-11. 
 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə