Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərinin paytaxt elan 
edilməsi üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir.  İrəvan Müsəlman Milli Şurası bu 
güzəştə dərhal öz etirazını bildirmişdi.
1
 
1918-ci il iyunun 4-də imzalanan Batum müqaviləsinə  əsasən Ermənistan 
Respublikasının ərazisi təqribən 9 min KB.KM-Ə çatırdı və Ermənistan hökuməti Azərbaycana 
qarşı ərazi iddiası olmadıqını bildirmişdi. Lakin Şərqi Anadoluda qırqınlar törətdikdən sonra türk 
qoşunlarının önündən qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında 
Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə  və Göycəyə, sonra Naxçıvana, oradan da 
Zəngəzura adlayaraq, həmin  ərazilərdəki müsəlman kəndlərini viran qoymuşdu. Erməni silahlı 
qüvvələrinin Zəngəzurdan Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahat edirdi. 
Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahlanaraq Andranikin qüvvələri ilə 
qovuşmaq, Qarabaqla Ermənistan arasındakı müsəlman kəndlərinin  əhalisinin silah gücünə 
qovaraq Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. 
Andranikin quldur dəstələri Yeni-Bayazid qəzasının Göycə nahiyəsinin Çamırlı,  Şorca, 
Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Qızılbulaq, Yuxarı Alçalı və Kərkibaş kəndlərini 
viran qoymuş,  əhalinin  əmlakını  əlindən almış, qırğınlardan sağ qalan əhali dağlara çəkilməyə 
məcbur olmuşdu. Bu kəndlərin nümayəndələri Gəncəyə  gəlib hökumətin başçısı  Fətəli xan 
Xoyskiyə müraciət etmiş, Yeni-Bayazid qəzasında müsəlmanlara qarşı  qırğınlara son 
qoyulmasında köməklik göstərilməsini tələb etmişdilər. Bu səbəbdən də Azərbyacan hökuməti 
Ermənistan hökumətinə etirazını bildirmiş, əhalinin maneəsiz olaraq öz yerlərinə qayıtmaları 
 
1
 ARDA, f.970, siy.1, iş 5, v. 14; Həsənov Ç., göstərilən əsəri, səh. 89. 
 
uçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi.
1
 
Erməni silahlı qüvvələri Göycəni darmadağın etdikdən sonra Naxçıvanı  işğal etmiş 
oradan da Zəngəzur qəzasına daxil olmuş, Gorus nahiyəsini və  Şuşa yolunu ələ keçirmişdilər. 
Bununla  əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası 
göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirərək, əgər erməni 
qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı 
inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşəçəyini kəskinliklə bildirmişdi.
2
 
Lakin Ermənistan hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistan hökumətinə 
tabe olmadığını bəhanə edərək, avqustun 1-də bildirmişdi ki, general Andranik və onun dəstəsi 
bütünlüklə Ermənistan ordusunun tərkibindən silinmişdir. Buna səbəb isə Andranik və onun 
dəstəsinin Ermənistan daşnak hökumətini tanımadıqlarını  bəyan etmələri olmuşudu. Elə buna 
gerə  də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin  əməllərinə cavabdeh olmadığını 
bildirmişdi.

Ermənistan hökumətinin 1918-ci ilin oktyabrında Qazax qəzasının Karvansara nahiyəsinə 
(indiki  İçevan) öz nümayəndəsini təyin etməsi və silah gücünə  həmin  ərazinin idarə etməyə 
başlaması da Azərbaycan hökumətinin narazılığına səbəb olmuş, buna qarşı etirazını 
bildirmişdi.
4
 
Azərbaycan hökuməti Ermənistanla münasibətləri sivilizasiyalı yollarla nizama salmaq, 
milli münaqişələrə  və silahlı toqquşmalara son qoymaq, ərazi iddialarını  ədalətlə  həll etmək, 
qaçqınların vəziyyətini yüngülləşdirmək məqsədilə 1918-ci il 
 
1
 ARDA, f.970, siy. 1, iş 11, v. 149 
2
 Yenə orada, v. 180. 
3
 Yenə orada, v. 193. 
4
 ARDA, f. 887, siy. 1, iş 6, v. 370. 
 
noyabrın əvvəllərində Məmməd Xan Təkinskini Ermənistana daimi nümayəndə təyin etmişdi. 
1918-ci ilin payızında Azərbaycan tərəfi sülh konfransı keçirmək üçün Ermənistan hökumətinə 
dəfələrlə müraciət etsə də, əks tərəf bu təklifə etinasız yanaşmışdı. Oktyabrın 30-da imzalanan 


Mudros sazişinə əsasən türk və alman qoşunlarının Zaqafqaziyadan geri çəkilməsindən və özünə 
müttəfiq saydığı Antanta ölkələrinin simasında ingilis qoşunlarının Zaqafqaziyaya mandat 
almasından sonra yaranmış fürsətdən istifadə edən Ermənistan tərəfi silah gucünə Azərbaycan və 
Gürcüstan  əraziləri hesabına öz ərazisini genişləndirmək yolunu tutmuşudu. Lakin İrəvan 
quberniyasının Vedibasar və  Zəngibasar nahiyələrində,  Şərur-Dərələyəz qəzasında yerli 
müsəlman özünümüdafiə  dəstələrinin erməni silahlı qüvvələrinə vurduğu sarsıdıcı  zərbələr, 
gürcü qüvvələrinin Borçalı  və Loruda əks hücumları Ermənistanı sülh danışıqlarına getməyə 
məcbur etmişdi. 
Azərbyacanla Ermənistan arasında  ərazi mübahisələrinin Ermənistanın xeyrinə  həll 
etmək üçün Birləşmiş dövlətlərin Ali komissarlığı Naxçıvan və  Şərur-Dərələyəz qəzalarında 
neytral zona yaratmaq, bunula da həmin əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi. 
Lakin Azərbaycan hökuməti bu məsələdə ona edilən təzyiqləri dəf edərək, o şərtlə neytral zona 
yaradılmasına razılıq vermişdi ki, həmin  ərazidə Azərbaycanın suveren hüquqları saxlanmış 
olsun. 
1919-cu il noyabrın 23-də  ərazi mübahisələrini həll etmək üçün Azərbaycan və 
Ermənistan respublikalarının Baş nazirləri Tiflisdə görüşmüşdülər. Həmin görüşdə Ermənistan 
hökuməti Azərbaycanın  ərazi bütövlüyünü təmin etmək üçün öz qoşunlarını  zəbt etdiyi 
Zəngəzurdan çıxarmağı öhdəsinə götürmüşdü.
1
 
Lakin Ermənistan hökuməti Zəngəzurda işğal edilmiş yaşayış  məntəqələrindən erməni 
silahlı qüvvələrinin çıxarılması haqqında verdiyi vədin aksinə olaraq, 
 
1
 ARDA, f. 897, siy. 1, iş 31, v. 44.  
  
1920-ci il yanvarın 19-25-də Zəngəzur qəzasının 3-cü sahəsində 48 kəndi, 4-cü sahəsində isə 3 
kəndi darmadağın etmiş, yerli müsəlman əhalisini soyqırımına məruz qoymuşdu.
2
 
1920-ci ilin mart ayında bolşevik qoşunlarının  şimaldan Azərbaycan sərhədinə 
yaxınlaşdığı zaman Erməni Milli Şurasının üzvlərinin gizlincə Ermənistandan Qarabağa 
gəlmələri, orada təxribatlar və milli qırğınlar törətmələri vəziyyəti daha da kəskinləşdirmişdi. 
Azərbaycan hökuməti Ermənistan emissarlarının Qarabağdan uzaqlaşdırılması, separatçı 
ermənilərin susdurulması üçün ciddi tədbirlər görmüş, Qarabağda öz suveren hüquqlarının 
qorunmasını təmin etmişdi. 
1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Demokratik 
Cümhuriyyətinin müstəqilliyinin rəsmən tanınmasından sonra belə,  ərazi mübahisələrinə, milli 
münaqişələrə son qoyulmamışdı. 
Qaçqınlar problemi isə Azərbaycan Demokratik Cümhuriyyətinə Birinci Dünya 
müharibəsindən və 1918-ci il mart-aprel aylarında Bakı  və  İrəvan quberniyalarında baş verən 
milli münaqişələrdən miras kimi qalmışdı. 
Birinci Dünya müharibəsində  Şərqi Anadoludan, Balkanlardan və s. münaqişə 
ocaqlarından Bakı quberniyasına, xüsusən də Bakı  şəhərinə minlərlə qaçqın pənah gətirmişdi. 
Bakıya gələn qaçqınların əksəriyyətini qeyri-müsəlmanlar təşkil edirdilər. Həmin dövrdə Bakıda 
Müsəlman Xeyriyyə  Cəmiyyəti ilə yanaşı erməni qaçqınlarına Yardım komitəsi, Latış 
Qaçqınlarına Yardım Komitəsi, Müharibə  nəticəsində Daşlmış Polyak Əhalisinə Kömək 
Komitəsi, knyakinya Tatyana Nikolayevanın təsis etdiyi komitənin Qaçqınların qeydə alınması 
üzrə Bakı Komitəsi, Qafqaz Cəbhəsində Qaçqınların yerləşdirilməsi üzrə Baş müvəkkilliyinin 
Bakı şöbəsi və s. cəmiyyətlər və komitələr fəaliyyət göstərirdi. Bakı 
 
2
 ARDA, f. 2898, siy. 1, iş 6, v. 34. 
 
Qradonaçalnikinin 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatında göstərilirdi ki, 
Bakıda 2568 qaçqın - o, cümlədən 1763 erməni, 276 latış, 169 rus, 157 yəhudi, 95 yunan, 84 
polyak, 13 aysor, 7 macar, 3 çex, 1 bolqar qeydə alınmışdır.1 Göründüyü kimi, Bakı 
Qradonaçalniki müsəlman qaçqınlarını yardımdan məhrum etmək məqsədilə müsəlman 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə