Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

qaçqınlarını qeydə almamışdı.  Əslində isə  həmin dövrdə  Şərqi Anadoludan, xüsusən də Qars 
vilayətindən minlərlə türk qaçqını Bakıda sığınacaq tapmışdı. Bakı Müsəlman Xeyriyyə 
Cəmiyyəti onları himayəyə götürmüşdü. ADC hökuməti Gəncədə yerləşdikdən sonra Səhiyyə və 
himayəçilik nazirliyi yaradılmış, Xudadat bəy Rəfibəyov nazir təyin edilmişdi. 
ADC hökuməti oktyabr ayında Bakıya köçən zaman bu nazirlik 2 yerə - Səhiyyə 
nazirliyinə və himayəçilik nazirliyinə bölünmüşdü. 
Himayəçilik nazirliyinin qarşısında 2 əsas vəzifə dururdu: 
1. Qaçqınlar məsələsi. Qonşu ölkələrdən (Ermənistan və Türkiyədən) gələn qaçqınları 
qəbul etmək, onları ilkin zəruri ərzaq və qida məhsulları ilə təchiz etmək, əkin üçün toxum və 
işçi heyvanlarıilə təmin etmək, bəzi kənd icmalarında fərdi təsərrüfatları dirçəltmək üçün faizsiz    
kredit vermək və qaçqınları işlə təmin etmək. 
2. Himayəçilik      məsələsi. Azyaşlı yetim uşaqların saxlanması üçün yetimxanalar və 
düşərgələr təşkil etmək, kasıblar üçün ucuz qiymətlə yeməkxanalar, qida məntəqələri açmaq, 
fərdi və ictimaixeyriyyəçilik fəaliyyətinə nəzarət etmək, onun inkişafına yardım göstərmək. 
Bu vəzifələri həyata keçirmək üçün nazirlikdə 3 şöbə - himayəçilik, qaçqınlar və 
təsərrüfat  şöbələri yaradılmışdı. Nazirlik yerlərdə  məsələləri qaydasında həll etmək üçün 6 
dövlət himayəçiliyi dairəsi təşkil etmişdi: 1)Bakı dairəsi (Bakı şəhəri, Bakı, Quba qəzaları daxil 
idi), 2)Gəncə dairəsi (Gəncə şəhəri, Gəncə və Qazax qəzaları), 3)Şamaxı dairəsi 
 
1
 ARDA, f. 46, siy. 2, iş 235, v. 6. 100 
  
(Şamaxı  və Göyçay qəzaları), 4)Nuxa dairəsi (Nuxa, 0rəş  qəzaları, Zaqatala quberniyası), 
5)Qarabağ dairəsi (Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları), b)Lənkəran dairəsi (Lənkəran 
və Cavad qəzaları). Bu dairələrdə işlərə himayəçilik müfəttişləri rəhbərlik edirdilər. Qaçqınlara 
yardım məsələsi himayəçilik nazirliyində üç əsas istiqamətdə qurulmuşdu: 1)Bakıda və onun 
mədən rayonlarında, 2)ölkənin digər yerlərində, 3)xarici dövlətlərdə. 
1919-cu ildə qaçqınlar, kimsəsizlər və qoçalar üçün Suraxanıda, Romanıda, Maştağada, 
Bülbülədə, Ermənikənddə  və Bayılda yeməkxanalar açılır. Ümumiyyətlə, 1919-cu ildə 
yeməkxanaların sayı 17-ə çatdırılır, 2 ərzaq paylanma məntəqəsi, 5 çayxana fəaliyyət göstərir. 
himayəçilik nazirliyi Bakı Müsəlman Xeyriyyə  Cəmiyyətinin vasitəçiliyi ilə Qars vilayətindən 
gəlmiş və Ermənikənddə məskunlaşmış təqribən 700 qaçqının gündəlik çörək ehtiyacı xərclərini 
öz üzərinə götürmüşdü. Bu məqsədlə 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-nə  qədər 
müddətdə 526195 manat vəsait ayrılmışdı. 
1919-cu ildə qaçqın dairələri üzrə mənzərə aşağıdakı kimi olmuşdu: 
1. Gəncə dairəsində  - qaçqınların  sayı  21098 nəfər, 5 qida  məntəqəsi, 3 yetimxana, bir 
xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı. 
2. Şamaxı dairəsində - qaçqınların sayı 26877 nəfər, 13 qida məntəqəsi, 2 yetimxana, bir 
erməni uşaq evi, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı. 
3. Nuxa   dairəsində   -   qaçqınların   sayı   5100 nəfər, bir qida məntəqəsi, bir müsəlman, 
iki erməni uşaq evi açılmış, 2623 pud taxıl məhsulları paylanmışdı. 
4. Qarabağ dairəsində - 20 mindən artıq qaçqına yardım edilmiş,  3 ay  ərzində Zəngəzur 
qaçqınlarına 187500 manat kredit ayrılmışdı. 
5. Lənkəran dairəsində 3205 nəfərə  ərzaq yardımı  edilmiş,  bir  qida  məntəqəsi,  bir 
yetimxana açılmış, 4 min puddan artıq taxıl məhsulları paylanmışdı. 
1919-cu ildə  Gəncə dairə müfəttişinin verdiyi məlumata görə, Gəncədə müsəlman 
qaçqınları ilə yanaşı, 3928 nəfər erməni ( o cümlədən 1818 nəfər Türkiyə ermənisi), erməni 
silahlı qüvvələri tərəfindən didərgin salınan Saratovka və Novo-İvanovka kəndlərindən 427 rus 
qaçqınları  sığınacaq tapmışdı. Himayəçilik nazirliyi Gəncədə erməni qaçqınları üçün lazaret 
(hərbi xəstəxana) açmışdı.

Qeyd etdiyimiz kimi, himayəçilik nazirliyinin fəaliyyət istiqamətlərindən biri də xaricdə 
yaşayan soydaşlarımıza, müsəlman qaçqınlarına kömək etməkdən ibarət olmuşdu. ADC 
hökuməti 1919-cu il iyunun 4-də  İrəvandakı diplomatik nümayəndəsi M.Təkinskiyə tapşırıq 


vermişdi ki, İrəvan quberniyasının və Qars vilayətinin erməni silahlı qüvvələri tərəfindən 
dağıdılmış  kəndləri haqqında, orada öldürülənlərin ad-familiyaları haqqında,  əsir götürülənlər, 
oğurlanmış sürülər haqqında statistik rəqəmləri toplayıb göndərsin. Azərbaycan hökuməti bu 
faktlardan Paris Sülh konfransında istifadə etmək istəyirdi.  İrəvan Müsəlman Milli Şurası bu 
faktlardan böyük dövlətlərin Qafqazdakı missiyalarının başçılarına müraciətində istifadə 
etmişdi.
2
 
Ermənistandakı müsəlman qaçqınların problemini həll etmək üçün 1919-cu il iyulun 8-
dən etibarən vəkil Zülfüqar bəy Makinski Nimayəçilik nazirliyinin İrəvanda müvəkkili kimi işə 
başlamışdı. Hələ Birinci Dünya müharibəsi zamanı Bakı Müsəlman Xeyriyyə  Cəmiyyətinin 
Qarsda  şöbəsi açılmışdı. Bu cəmiyyət erməni soyqırımından xilas olan 40 min türkü aclıqdan, 
ölümdən xilas etmişdi. ADC dövründə  həmin  şöbə  əsasında Qarsda nümayəndəlik açılmışdı. 
Cənubi-Qərbi Qafqaz hökuməti 1919-cu ilin yanvarında Azərbaycan 
 
1
 ARDA, f. 28, siy. 1, iş 13, v. 7. 
2
  ARDA, f. 970, siy. 1, iş 65, v. 3. 
 
hökumətinə müraciət edərək qaçqınların problemlərini həll etmək üçün maddi yardım və 
məmurlar istəmişdi.
1
 Azərbaycan hökuməti Cıldır və  Ağbaba nahiyələrinin  əhalisinə,  İrəvan 
quberniyasının kəndlərindən qaçıb həmin  ərazilərdə  sıqınacaq tapmış qaçqınlara kömək 
göstərilməsi üçün bir neçə diplomatik şəxslər vasitəsilə (bir heybə) qızıl pul göndərmişdi.
2
 
1918-1920-ci illərdə Ermənistandan və Qars vilayətindən azəri türkləri  əsasən  İrəvan- 
Gümrü-Tiflis, Qars-Gümrü-Tiflis dəmiryolu vasitəsilə Gürcüstan sərhədinə  gəlmiş, oradan isə 
Tiflis-Gəncə-Bakı  dəmiryolu vasitəsilə Azərbaycana yol salınmışdı. Ümumiyyətlə, 1919-cu il 
ərzində Ermənistandan və Qars vilayətindən Tiflisə  gəlib çıxan qaçqınların Azərbaycana yol 
salınması üçün Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyi Gürcüstan Yollar nazirliyinə 
171 vaqon sifariş vermişdi.
3
 
Azərbaycanın Ermənistandakı Daimi Nümayəndəliyinin verdiyi məlumata görə  təkcə 
1919-cu ildə Yeni-Bayazid, Eçmiədzin və İrəvan qəzalarında erməni silahlı qüvvələri tərəfindən 
evləri dağıdılmış, didərgin salınmış müsəlman  əhalisinin sayı 200 minə çatırdı. Himayəçilik 
nazirliyinin Ermənistandakı nümayəndəsinin verdiyi məlumatlar  əsasında nazirlik 
Ermənistandakı əhaliyə yardım göstərilməsi haqqında Parlamentə qərar layihəsi təqdim etmişdi. 
1919-cu ilin iyulunda bu məqsədlə 3 milyon manat vəsait ayrılır. Bu vəsaitin hesabına 
Ermənistana 15 vaqon un, taxıl və arpa göndərilmişdi. Bundan əlavə 1919-cu il sentyabrın 1-dən 
etibarən  İrəvanda müsəlmanlar üçün ambulatoriya açılmış, orada 85 nəfərlik uşaq evi təşkil 
edilmişdi. Hansı ki, sonralar bu uşaq evi Amerikanın Uşaqlara Yardım Komitəsinin sərəncamına 
verilmişdi. Ermənistandan və Qars vilayətindən qaçqın düşən müsəlmanlara yardım 
 
1
 Yenə orada, v. 27. 
2
 Fahrettin Erdoğan, göstərilən əsəri, səh. 241.  
3
 ARDA, f. 897, siy. 1, iş 40, v. 1-204. 
 
göstərilməsi üçün onların keçdiyi yolların üzərində  səyyar qida məntəqələri (pulsuz 
yeməkxanalar) açılmışdı. himayəçilik nazirliyinin göstərişi ilə belə qida məntəqələri Aşağı Saral 
stansiyasında və Tiflis yaxınlığında açılmışdı.
1
 
ADC-nin süqutu ərəfəsində 1918-ci ilədəg indiki Ermənistan ərazisində yaşamış 575 min 
nəfər müsəlman  əhalidən cəmisi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı)  əhali 
qalmışdı.2 Deməli, 1918-1920-ci illərdə Ermənistanda soyqırıma məruz qoyulan yarım 
milyondan artıq azərbaycanlı  əhalidən öz canlarını xilas edə bilən  əhalinin  əsas hissəsi qaçqın 
kimi Azərbaycanda sığınacaq tapmışdı. Lakin qaçqınların öz özəli torpaqlarına qayıtması 
problemi ADC hökumətindən Sovet Azərbaycanı hökumətinə miras qalmışdı. Təəssüf ki, bu 
problem Azərbaycanda Sovet hakimiyyəti dövründə də ədalətlə həll edilməmişdi. 1922-ci ilədək 
indiki Ermənistana - öz tarixi etnik torpaqlarına cəmisi 100 min azərbaycanlı qayıda bilmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə