Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

2
 Yenə orada, səh.231. 
 
Ermənistanda azərbaycanlıların kütləvi repressiyası onların Türkiyəyə qaçıb canlarını 
yurtarmağa məcbur edirdi. Bu, xüsusilə Türkiyə ilə  həmsərhəd rayonlarda kütləvi xarakter 
almışdı. Ermənistanda yaşayan azərbaycanlılar sərhəd mühafizəsinin zəif olduğu yerlərdən, 
dağlıq ərazilərdən gecələr dəstələrlə Türkiyəyə keçirdilər. 
Adı  çəkilən məcmuə “Mühacirət” məqaləsində yazırdı: “Ermənistanda yaşayan 
türklərdən mayın sonuna qədər Türkiyəyə (İqdır tərəflərə) 300 adam keçmişdir. Bunlardan yalnız 
50-si ailəlidir. Yerdə qalanların ailələri o tərəfdə qalmışdır. Zəngibasar, Vedibasar və 
Gərnibasarda 200 ailənin evləri məhv edilmişdir. Sərhəddə yaxın və uzaq yerlərdən 10 minlərlə 
əhali gecə-gündüz Türkiyəyə keçməyə çalışırlarsa da, bolşeviklər sərhəddə mane olurlar. Mndiyə 
qədər keçmək istəyənlərin çoxu ruslar tərəfindən sərhəddə öldürülmüşdür.”
1
 
30-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın və digər 
bölgələrin  əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxstan çöllərinə sürgün edilmişdilər. Sərt 
iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu. 
Sürgün müddəti qurtardıqdan sonra öz evlərinə qayıtmaq istəyən ailələrin  əksəriyyətini 
yaşadıqları rayonun Türkiyə ilə sərhəd olmasını bəhanə edərək Ermənistana buraxmadıqlarından, 
onlar ya geri qayıtmış, ya da Azərbaycan və Gürcüstanda sıqınacaq tapmışdılar. Nazırda 
Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyətini 30-cu illərdə Ermənistandan sürgün edilmiş 
ailələrin övladları təşkil edirlər. 
Keçmiş Sovet İttifaqının hər yerində olduğu kimi, 1936-37-ci illər repressiyası zamanı 
Ermənistanda da ilk növbədə orada yaşayan türk ziyalıları  təqiblərə  məruz qalmışdılar. On 
minlərlə türk həmin illərdə “troyka”nın qərarı ilə  həbs edilmiş, onların xeyli hissəsi 
güllələnmişdi. 
 
1
Yenə orada

 
Ermənistanı  əksinqilabçı  və antisovet ünsürlərdən təmizləmək adı altında aparılan milli 
ayrıseçkilik siyasəti o həddə çatdırılmışdı ki, respublikada azərbyacanlı kadrlar demək olar ki, 
qalmamışdı.  İş o həddə çatmışdı ki, “parçala, hökm sür” siyasəti yeridən Moskvanın vzü 
Ermənistanda azərbaycanlıların diskriminasiyaya məruz qalmasını etiraf etməyə  məcbur 
olmuşdu. 1936-cı ilin noyabr ayında SSRİ  Mərkəzi  İcraiyyə Komitəsi Millətlər  Şurasının 
Rəyasət Heyəti “Ermənistanda milli azlıqlar arasında aparılan işlərin vəziyyəti” haqqında məsələ 
müzakirə etmişdi. Qərarda göstərilirdi ki, Ermənistan SSR Mərkəzi  İcraiyyə Komitəsi milli 
azlıqlar arasında iş aparan şöbəsini ləğv etmişdir. Mərkəzi orqanlar milli azlıqların mədəni və 
təsərrüfat ehtiyaclarının ödənilməsini təmin etməmişlər. Milli azlıqlar içərisindən mərkəzi 
aparatlar üçün milli kadrların hazırlanması, milli rayonların azərbaycanlı  və kürd kadrları ilə 
təmin edilməsi və dövlət işlərinin yerlərdə onların dilində aparılması qeyri-kafi vəziyyətdə 
olduğu qeyd edilirdi. 
SSRİ  MİK Millətlər  Şurasının Rəyasət heyəti Ermənistan SSR Mərkəzi  İcraiyyə 
Komitəsinə tapşırmışdı ki, qısa müddət  ərzində milli azlıqlarla iş aparan şöbəni bərpa etsin, 
azərbaycanlı və kürd əhalisinin yaşadıqları rayonların aparatlarını milli kadrlarla əvəz etsin, milli 
azlıqlar içərisindən kadrlar hazırlasın, azərbaycanlıların və kürdlərin milli kolxozlarında 
torpaqların əbədilik olaraq onların istifadəsinə verilməsi haqqında fərman versin. 
Yuxarıda qeyd etdiyimiz qərarla  əlaqədar Berlində  nəşr edilən “Kutlu od” adlı milli 
Azərbaycan məcmuəsi “Ermənistanda türklər” məqaləsində yazırdı: “Sovet Azərbaycanında 
tədrisatın 15 dildə getdiyi, gərək maarif, gərəksə kommunist firqəsi təşkilatlarında bu millətlərə 
məxsus seksiyalar mövcud olduğu oxucularımıza məlumdur, Üstəlik, bir də “Muxtar Dağlıq 
Qarabağ” adıyla Azərbaycanın göbəyində bir Ermənistan dəxi yaradılmışdır. 
Məlum olduğu üzrə bugünkü Sovet Ermənistanında yaşayan azəri türkləri Qarabağdakı 
ermənilərin sayından az deyildir. Əcəba, bu yüz əlli minə varan qardaşlarımızın vəziyyəti nə 


haldadır? Onlara muxtariyyət verilmişmi? Dövlət müəssisələri yanında onlara məxsus ta bir 
seksiya mövcuddurmu? Milli kültürlərini inkişaf etdirmək üçün imkan və vəsaitə malikmidirlər? 
...Ermənistanda sayları 150 minə çatan türklər yox olmağa məhkum edilmişlər. Vəziyyət 
o qədər faciəvi imiş ki, Moskva bunu etiraf etməyə məcbur olmuşdur. Bir Moskva ki, özü rus 
olmayan millətləri boğazlamaq və məhv etməklə məşğuldur.”
1
 
1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların dalğasının fonunda 
azərbaycanlılar daha ağır zərbə almış oldular. Xalq düşmənlərini, trotskiçi-buxarinçi cəsusları 
ifşa etmək məqsədilə AMikoyan, N.Yecov və L.Beriya Ermənistana gəlmişdilər. Mikoyanın 
recsissorluğu ilə keçirilən “təmizlənmə” prossesində Moskvaya belə  məlumat vermişdilər ki, 
Ermənistanda Araz və yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar guya elliklə 
Türkiyəyə keçmək fikrindədirlər. Ona görə  də  həmin ilin payızında və 1938-ci ilin yazında 
Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Noktemberyan və Ağbaba rayonlarının Türkiyə ilə 
həmsərhəd kəndlərində yaşayan on minlərlə azərbaycanlılar kütləvi surətdə repressiyaya məruz 
qaldılar. Minlərlə ailə sürgün edildi. 
Ümumiyyətlə, Ermənistanda 30-cu illərdə 50 mindən artıq azərbaycanlılar repressiyaya 
məruz qalmışdılar. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan 
rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin  əvvələrində daha bir aksiyanın azərbaycanlıların 
deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular. 
 
1
 “Kutlu od” (“Kutlu od“) məcmuəsi, 1936-cı il, N 1, səh.28-29 
 
 
2.   1948-1953-cü İLLƏR DEPORTASİYASI. 
 
Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə 
repressiya aksiyası  həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə  və  İran sərhədləri, 
eləcə da Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə  də  əsasən azərbaycanlılar 
yaşayırdılar.  İrəvan  şəhərinin  ətraf rayonları  ən münbit torpaqlar hesab edilirdi və  həmin 
rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər. 
Ermənistan rəhbərlərinin qarşısında duran başlıca vəzifə İrəvan ətrafında və Türkiyə ilə 
sərhəd boyu münbit torpaqlarda yaşayan azərbaycanlıları  həmin  ərazilərdən köçürməyə nail 
olmaqdan ibarət idi. Bunun üçün isə ilk növbəda Moskvanın razılığı alınmalı idi. Xaricdə 
yaşayan ermənilərin Ermənistanda yaşamaq arzusunda olduqlarını, lakin onları yerləşdirmək 
üçün  ərazilərin azlıq təşkil etdiyini Stalinin nəzərinə çatdırmaq lazım gəlirdi. Çıxış yolunu isə 
türklərin Azərbaycanın aran rayonlarına köçürülməsində görürdülər. 
Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün məsələ qaldırmaq fürsətini 
onlar ilk dəfə 1943-cü ildə Tehran konfransı zamanı əldə etmişdilər. Konfransın gedişində zirək 
erməni diasporunun nümayəndələri SSRİ xarici işlər naziri Molotovla əlaqə yaratmış, onların 
Ermənistana köçürülməsi üçün Sovet rəhbərliyinin razılıq verməsini xahiş etmişdilər. Molotov 
İ.Stalinlə danışıqdan sonra onların köçürülməsinə razı olduqlarını bildirmişdi.

1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov yenidən Qarabağın 
Ermənistana birləşdirilməsi məsələsini qaldırır. O, məsələ müsbət həll olunarsa, onda Qarabağın 
keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası 
 
1
 Məmmədov İ., Əsədov S., Ermənistan azərbaycanlıları və onların acı taleyi (qısa tarixi oçerk) 
Bakı, 1992, səh.48. 112 
  
haqqında təkliflər hazırlayaraq Mərkəzi hökumətə  təqdim edəcəyini bildirir. Stalin həmin 
məktubu K.Malenkova, o da M.Bağırova göndərir. Bağırov cavab verir ki, etiraz etmir, lakin o 
şərtlə ki, Ermənistanın, Gürcüstanın və Dağıstanın  əsasən azərbaycanlılar yaşayan və tarixən 
Azərbaycanın olmuş  əraziləri onun özünə qaytarılsın. Beləliklə, məsələnin arzu olunmaz 
istiqamət alacağını hiss edən Moskva onun üstündən keçməli olur.
1
 Bundan sonra Ermənistan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə