Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

10 min nəfərə endirsin. 1949-cu ilin oktyabr ayına olan məlumata görə 983 təsərrüfat ( 4000 min 
nəfər) keçürülmüş, 1500 təsərrüfatı birləşdirən 6000 min nəfərə isə köçürülmə biletləri 
verilmişdi. Hətta Ermənistanda benzin çatışmadığından köçürmə planını yerinə yetirmək 
məqsədilə Azərbaycan öz yanacaq fondundan əhalini dəmiryol stansiyalarına gətirmək üçün 60 
min ton benzin ayırır. Ümumiyyətlə, 1949-cu ildə Ermənistandan 12306 ailə (54373 nəfər) 
köçürülür. Köçürülənlər  əsasən Zərdab,  Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir, Salyan, 
İmişli, Sabirabad və Yevlax rayonlarında yerləşdirilir. 
Azərbaycan SSR Nazirlər Soveti 1950-ci ildə 2419 ailənin (14361 nəfər) köçürülməsi 
üçün qərar qəbul etsə də, həmin il 65 min nəfər köçürülür. 1948-1950-ci illərdə Ermənistan SSR-
dən köçürülmüş ailələrdən yalnız 4878-ni yaşayış evləri ilə təmin etmək mümkün olur. 
1951-ci ilin əvvəlindən köçürülən  əhalinin bir hisəsi məcbur olub Ermənistana - 
boşaldılmış kəndlərə qayıdırlar. Geri qayıtmanın kütləvi şəkil 
 

Paşayev. A, “Köçürülmə”, səh.16-17 
 
alacağından ehtiyat edən Ermənistan rəhbərliyi böyük hay-küy qaldırır, onları  qəbul etməkdən 
imtina edir. Əslində isə xaricdən gələn erməniləri yerləşdirmək adı altında köçürülən kəndlər 
əsasən boş qalırdı. Xaricdən gələnlərin cüzi hissəsi kənd rayonlarına gedirdilər. Hər cür yağlı 
vədlərlə  gətirilən ermənilərin  əksəriyyəti özlərini aldadılmış hesab edir, sosial inkişaf 
baxımından bərbad vəziyyətdə olan azərbaycanlı  kəndlərinə ayaq qoymaq istəmirdilər. 
Ermənilər kütləvi surətdə gəldikləri ölkələrə qayıtmağa can atırdılar. 
1951-ci ildə Ermənistandan 1500 ailənin Kür-Araz ovalığına köcürülməsi planlaşdırılır. 
Onlardan 400 ailə  İrəvan  şəhərinin sakinləri nəzərdə tutulurdu. 1952-ci ildə Azərbaycan SSR 
Nazirlər Sovetinin köçürmə planı haqqında qəbul etdiyi qərarda 1200 təsərrüfatın köçürülməsi 
nəzərdə tutulur və ilin  axırında bu plan 124,6 faiz yerinə yetirilir. Nəmin illərdə eyni zamanda 
qeyri-rəsmi surətdə Ermənistandan Azərbaycana mindən çox ailə köçüb gəlmişdi. 
1948-1953-cü illərdə Ermənistandan 144 654 nəfər doğma ev-eşiyindən zorla köçürülür
1

1953-cü ildə İ.Stalinin elümündən sonra köçürmə dayandırılır və əhalinin geriyə qayıtma 
prossesi surətlənir. Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış 
məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların 
birləşdirilməsi  əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 60-dan artıq yaşayış 
məntəqələrinin adları  dəyişdirilmişdir. Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il 
fərmanı ilə  aşağıdakı  dəmiryol stansiyalarının adları  dəyişdirilmişdir: Kolagirən - Tumanyan, 
Hamamlı - Spitak, Ortakilsə - Maisyan, Tomardaş -Vardakar, Arpaçay - Axuryan, Buğdaşen - 
Baqravan, Qaraqula - Gedap, Ələyəz - Araqats, Boğudlu - Arteni, 
 
1
 Sərdarov Z., “Ən böyük tarixi ədalətsizlik” məqaləsi, ”Xalq qəzeti”, 26 dekabr 1997-ci il. 
 
Qaraburun - Qarmraşen, Qamışlı - Sovetaşen, Uluxanlı - Masis, İmanşahlı - Mxçyan, Qəmərli -
Artaşat, Şirazlı - Ayqavan. 
1951-ci il martın 19-da verilən fərmanla Dilican rayonu İcevanla,  Əzizbəyov rayonu 
Mikoyan rayonu ilə,  Ələyəz rayonu Abaranla, Qarabaqlar rayonu Vedi ilə, Qukasyan rayonu 
Amasiya ilə birləşdirilmişdi. Kadr məsələləri həll edildikdən, yəni azərbaycanlı kadrlar çıxdaş 
edildikdən sonra bəzi rayonları sonralar yenidən ayırmışdılar. 
Ermənistandan zorakı keçürülmə aksiyasını  həyata keçirdikdən sonra türkdilli əhalinin 
azalmasını  əsas götürərək rayon və respublika səviyyəli türkdilli kadrları ermənilərlə  əvəz 
edilməyə başlamışdılar. Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya 
komitələrinin birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katiblər dəyişdirilərək 
yerinə ermənilər təyin edildilər. 
Sonralar isə Ermənistan KP MK-nın təşkilat məsələləri   üzrə   katibi   Məmməd   
İsgəndərov,   kənd təsərrüfatı  şöbəsinin müdir müavini Rəhim Allahverdiyev, MK-nın məsul 
təşkilatçısı Cümşüd Sultanov, kənd təsərrüfatı nazirini müavini Hüseyn Məmmədov, Ermənistan 


SSR Ali Sovetinin sədr müavini Mirzə  Bəşirov tutduqları  vəzifələrdən azad edildilər. Məsul 
vəzifələrdə işləmiş azərbaycanlıların Azərbaycana axını sürətləndi. 
Bütün bunlarla yanaşı 13 rayonda Azərbaycan dilində  çıxan qəzetlərdən 9-nun nəşri 
dayandırılır. Azərbaycan teatr sənətinə görkəmli sənətkarlar bəxş edən  İrəvan teatrı köçürmə 
illərinin hər cür təzyiq və sıxıntılarına baxmayaraq, 1948-1949-cu illərdə “Məşədi İbad”, “Leyli 
və Məcnun”, “Eşq və intiqam”, “Şah İsmayıl” kimi əsərləri tamaşaya qoymuşdu. Bütün bunlara 
baxmayaraq, teatr Basarkeçər rayonunun tamamilə ermənilər yaşayan mərkəzinə köçürüldü. 
Ermənistanda ali təhsilli azərbaycanlı kadrların çoxalmasına imkan verməmək məqsədilə 
ilk növbədə X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dilində olan fakültələri - 
dil-ədəbiyyat, tarix, coğrafiya, fizika-riyaziyyat fakültələri, Ermənistan Dövlət Qiyabi Pedaqoji 
İnstitutunun eyniadlı fakültələri bağlanaraq Bakıdakı müvafiq institutlara köçürüldü. Azərbaycan 
elminə görkəmli xadimlər bəxş etmiş  İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq 
Xanlar rayonuna köçürlüdü. Bir qədər  əvvəl, yəni müharibə illərində Leninakanda (Gümrüdə) 
fəaliyyət göstərən və Zaqafqaziyada yeganə olan Süd Sənaye Texnikumunun azərbaycanlı şöbəsi 
də bağlanmışdı. 
Ermənistan rəhbərləri xaricdən gələn erməniləri yerləşdirmək bəhanəsi adı altında 
Naxçıvanla Ermənistan arasındakı ərazilərdə xeyli miqdarda erməni əhalisinin yerləşdirilməsinə 
nail oldular. İrəvan şəhərinin əhatəsindən köçürülən azərbaycanlıların əvəzinə erməniləri 
məskunlaşdırdılar. Köçürülmə  nəticəsində  İrəvan  ətrafındakı  Əştərək, Qarabağlar, Qəmərli,    
Vedi, Zəngibasar, Hoktemberyan, Eçmiədzin rayonlarının və Arpa-Sevan (Göycə) xətti      
ətrafında      yerləşən rayonların müsəlmanlar yaşayan  münbit torpaqları ermənilərin əlinə keçdi. 
Türkiyə ilə  sərhəd boyunda yerləşən Vedi, Zəngibasar, Noktemberyan rayonlarının azərbaycanlı 
əhalisini köçürməklə ermənilər özləri üçün “etibarlı  sərhəd zolağını” təmin etdilər. Amasiya 
rayonu bir tərəfdən Türkiyə, digər tərəfdən Gürcüstanın ermənilər yaşayan  Boqdanovka və 
Axılkələk rayonları arasında  yerləşdiyindən, Ermənistan rəhbərliyi  həmin    rayonu da 
köçürmək qərarına gəlmişdi. “Ermənistanın Sibiri” adlandırılan Amasiya rayonunun Qarabulaq, 
Qızılkənd, Şurabad və Daşkörpü kəndləri  Azərbaycanın   aran rayonlarına köçürülmüşdü. Lakin 
sonralar Amasiyadan köçürülmə prossesi dayandırılmışdı. Çünki köçürülən  kəndlərdə  kənardan  
heç  bir  erməni  gəlib məskunlaşmaq istəmədiyindən, kəndlər boş qalırdı. Bu isə iqtisadi 
cəhətdən Ermənistan hökumətinə əl vermirdi. Çünki Ermənistanın  heyvandarlıq məhsulları ilə 
təmin edilməsində Amasiya rayonunun xüsusi yeri var idi. 
Əgər 1948-1953-cü illərdə Ermənistandan 150 minə yaxın  əhali deportasiya edilərək 
Azərbaycana köçürülməsəydi və bu köçürülmə ilə yanaşı  mədəni-maarif ocaqları 
bağlanmasaydı, rəhbər kadrlar sıxışdırılıb çıxarılmasaydı, azərbaycanlı  əhalinin təbii artımı 
nəticəsində 80-cı illərin sonunda Ermənistanda azərbaycanlıların sayı ermənilərin sayına 
yaxınlaşacaqdı. Bu təhlükəni Ermənistan rəhbərləri  əvvəlcədən hiss edir və vaxtında tədbir 
görürdülər. 
Ermənistandan azərbaycanlı  əhalinin köçürülməsi ilə  əlaqədar o dövr Ermənistan 
mətbuatı, o cümlədən “Sovet Ermənistanı” qəzeti heç bir iz buraxmamışdır. 1948-1953-cü illərdə 
“Sovet Ermənistanı” qəzetinin səhifələrində yalnız onu müşahidə etmək olur ki, kəndlərdə 
əhalinin milli tərkibi tədricən dəyişir, müsəlman kəndləri erməni kəndlərinə çevrilir. 
Araşdırmalar göstərir ki, 1948-1953-cü illərdə azərbaycanlıların indiki Ermənistan 
ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında SSRİ hökumətinin qərarı 
artıqlaması ilə yerinə yetirilmişdir. həmin qərarla Ermənistanın 23 rayonundan 100 min 
azərbaycanlı əhalinin könüllü köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində qərarın icrası zorakı 
təzyiqlər vasitəsi ilə  həyata keçirilmiş, 24 rayondan və  İrəvan  şəhərindən (200 yaşayış 
məntəqəsindən) 150 minə yaxın azərbaycanlı deportasiya edilmişdi. 
1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların 
hüquqlarının bərpası haqqında qərar qəbul etsə  də 1948-1953-cü illərdə Ermənistandan 
deportasiya edilmiş azərbaycanlılar həmin xalqların siyahısına daxil edilmədi. Prezident 
H.Əliyevin 18 dekabr 1997-ci il tarixli fərmanı həmin illərdə xalqımıza qarşı həyata keçirilmiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə