Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   2   3   4   5   6   7   8   9   ...   54

Erməni tacirləri I Şah Abbas haqqında nə qədər hədyanlar yağdırsalar da, fakt budur ki, 1605-ci 
ildə onun fərmanı ilə şahlığın ərazisində pərakəndə yaşayan ermənilərin yığcam halda yaşamaları 
üçün xüsusi ərazilər ayrılmışdı. Bu məqsədlə İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri 
salınmış, burada yaşayan ermənilər üçün kilsə  və monastr inşa edilmiş, onların xarici ticarətlə 
məşğul olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta Şah Abbas bu tikililər üçün xəzinədən 
pul ayırmış  və bu işi mükafatlandırmışdı.
2
 Tezliklə ermənilər bir sıra Avropa ölkələri ilə, ilk 
növbədə İtaliya, Fransa, 
 
1
 Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в  
XVI - начале XIX в., Ленинград, 1949, səh. 181.
 
2  
Байбуртян В А., Армянская колония Новой Джульфы в ХУП веке,
  İrəvan
, 1969, səh. 21.
 
 
Prussiya ilə ticarət  əlaqələri yaratmışdılar. Yeni Culfa tacirləri hindistanın  əksər böyük 
şəhərlərində koitorlar təşkil etmişdilər.
1
 
Erməni tacirləri varlandıqca erməni kilsələrinin var-dövləti aşıb-daşır, nəticədə onların 
dövlət yaratmaq üçün iştahları daha da güclənirdi. Bu işi həyata keçirmək üçün erməni kilsəsi 
gizli olaraq Avropa ölkələrində özünə himayəçi axtarırdı. Eyni zamanda ermənilər şah sarayına 
yollar arayır, şahın etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxırdılar. Erməni tacirləri və din 
xadimlərinin arzuları tədricən həyata keçirdi. Şah Abbas hətta Səfəvilər dövlətinin xarici siyasət 
məsələləri ilə məşğul olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini 
özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar etmişdi.
2
 
1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti 
vasitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venetsiya dojuna məktublar 
göndərmişdi. Toskano hersoqunun qəbulunda olarkən Xoca Səfər  şahın məktubundan  əlavə 
ermənilərin Roma papası  və digər Avropa ölkələrinin başçılarına məktubları olduğunu 
bildirmişdi.
3
  Təbii ki, bu məktublarda xristian Avropa ölkələrindən  Şərqdə-müsəlman 
ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə götürmələri haqqında xahişlər edilmişdi. 
Daha  əvvələr isə erməni kilsə xadimləri katolikos Stepanos Salmastesi (Salmastlı) və Abqar 
Toxatesinin (Tokatlı) başçılığı ilə müstəqil erməni dövləti yaratmaq naminə köməklik 
göstərmələri üçün Avropaya nümayəndə heyəti səyahət etmişdi. Lakin nə papadan, nə də Qərbi 
Avropa dindaşlarından 
 

Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963, səh. 29.
 

Байбуртян ВА., göstərilən əsəri, səh.34.
 
3
 Yenə orada, səh.37. 
 
 ermənilərin çağırışına məhəl qoyan olmamışdı.
1
 XVII əsrin ortalarında rus dövlətinin öz 
mövqeyini möhkəmləndirməsi ən yaxın xristian ölkəsi kimi erməni kilsəsinin diqqətini daha çox 
cəlb etməyə başlamışdı, Yaxın Şərqə maraq dairəsi baxımından ermənilərə ən əlverişli himayəçi 
Rusiya ola bilərdi. 
Rus çarlarının xarakterini öyrənən ermənilər yəqin etmişdilər ki, hədiyyə adı altında 
rüşvət verməklə onları öz tərəflərinə çəkə və nəticədə öz istəklərinə nail ola bilərlər. Bu zaman 
İranla Rusiya arasında ticarət  əlaqələri  əsasən erməni tacirləri vasitəsilə  həyata keçirilirdi. 
Rusiyada İran ipəyi alveri ilə məşqul olan Yeni Culfalı Xoca Zakar Sarhadov 1660-cı il avqustun 
28-də çar Aleksey Mixayloviçə “ermənilərə qarşı xüsusi lütfkarlığına görə” qiymətli hədiyyələr 
gətirmişdi. Bu hədiyyələrdən biri hazırda Moskva Kremlinin “Silahlar palatasında”  saxlanan     
“Almaz taxt”dır. Fil sümüyündən, qızıl və gümüşdən düzəldilən bu taxt incə  Şərq üslubunda 
işlənmişdir. Onu bəzəmək üçün 987 almaz, 1298 yaqut, 18030 Şərq firuzəsi dənəsindən istifadə 
edilmişdir. Bu hədiyyənin qiyməti o vaxtkı hesabla 22598 rubl 60 qəpik idi. Bundan əlavə Xoca 
Zakar rəssam Baqdan Saltanovun mis lövhə üzərində surətini çəkdiyi Leonardo da Vinçinin 
“Sirli gecə” rəsmini da çara hədiyyə gətirmişdi.
2
 
 
1
 Присоединение Восточной Армении к России и его историческое значение, İrəvan, 1978, səh.7.
 
2
 Собрание актов, относящихся к обозрению истории Армянского народа, I hissə, Moskva, 1833,  


səh. 328; Арзуманян А., Ока Бюракана, İrəvan, 1976, səh. 284.
 
 
Bundan sonra Rusiya ilə ticarət  əlaqələri saxlayan erməni tacirləri üçün şərikli kompaniyalar 
yaratmağa hər cür şərait yaradılmış  və gömrük məntəqələrindən onların gedib-gəlməsi üçün 
qadağalar götürülmüşdü. 
1669-cu il dekabrın 3-də  İsfahandakı erməni ticarət kompaniyasından Stepan Mişsekov 
və Baqdan Saltanov  da  hökmdarın  adına  hədiyyələrlə  Moskvaya gedirlər.
1
 
1673-cü il yanvarın 7-də Xoca Zakar İsfahandan özünün ticarət xidmətçisi Stepan 
Romadamskinin vasitəsilə çara 9062 rubl dəyərində bəzəkli İran malları göndərmişdi.
2
 
1677-ci ildə katolikos Hakop Çuqaesinin (Culfalının) rəhbərliyi ilə Eçmiədzində din 
xadimlərinin yığıncağı keçirilir və Qərbi Avropaya nümayəndə heyəti göndərmək qərara alınır. 
Nümayəndə heyəti   İstanbula   çatanda Hakop Çuqaesi ölür və nümayəndə heyəti geri qayıdır. 
Bu tərkibdən yalnız atasını muşaiət edən  İsrael Ori Avropaya səyahətini davam etdirir. 20 il 
Avropanı gəzib dolaşan İsrael Ori   İtaliyada, Fransada   va   Almaniyada   yaşayır. Fransanın 
yüksək dairələri ilə  əlaqəyə girən  İsrael Ori ermənilərin himayə edilməsi məsələsini qaldırır, 
lakin soyuq münasibətlə qarşılaşır.

Avropanın real köməklik göstərməyəcəyinə əmin olan İsrail Ori bu işdə yalnız Rusiyaya 
arxalanmaq qənaətinə gəlir. O, 1701-ci il oktyabrın 28-də arximandrit Minas Vartapedlə birlikdə 
Bavariya kürfüstünün (knyazının) elçisi kimi Pyotrun qəbuluna gəlir. Onlar erməni məlikləri 
adından çara və şahzadəyə (çareviçə) aşağıdakı hədiyyələri gətirmişdilər: 
- qırmızı  məxmərlə örtülmüş, qızıl məftillə tikilmiş, kənarları  qızıla çəkilmiş gümüşlə 
əhatə edilmiş türk yəhəri; 
- qızılı türk çulu; 
 
- qızıla çəkilmiş gumüş türk yüyəni,  gümüş dəhnə ilə birlikdə; 
- türk quşqunu (quyruqaltısı); 
- misdən  düzəldilmiş,   qızıla   çəkilmiş  iki turk üzəngisi; 
-tapqır və ipək parçadan qarınaltı; 
 
1
 Sobranie aktov..., I hissə, səh. 328. 
2
 Yenə orada, səh. 332. 
3
 İsqoria arşşskoqo naroda, İrəvan, 1980, səh. 
  
- tiyəsi poladdan,  qırmızı dəstəkli, qızıla çəkilmiş gümüş qablı türk qılıncı; 
- qızıl məftillə tikilmiş, qızılı gümüş qapaqlı dəridən hazırlanmış gümüş su qabı və s. 
Şahzadə üçün gətirilən hədiyyələr:  
- süvari üçün döymə      gümüşdən hazırlanmış, qızıla çəkilmiş, məxmər örtüklü qın 
(məhfəzə); 
- türk yayı; 
-30 dənə əla düzəldilmiş türk oxu.

İsrael Orinin və Minas Vartapedin çara gözqamaşdıran  əntiq türk mallarını  hədiyyə 
gətirmələri xalis erməni bicliyi idi. Onlar Pyotrun isti boqazlara çıxmaq və  İstanbulu  ələ 
geçirmək üçün nə dərəcədə alışab-yandığını bilirdilər. Bu hədiyyələrlə onlar bu yanğını daha da 
qızışdırıb alovlandırmaq istəyirdilər. İsrael Ori saraya öz proqramını - Erməni dövləti yaratmaq 
üçün  İrana 25 minlik qoşun göndərməyi təklif etmişdi. Bundan sonra sarayda Zaqafqaziyaya 
yürüş üçün hazırlıq işləri görülməyə başlanmışdı. Ciddi hazırlıqdan sonra 1707-ci ildə Ori 
polkovnik rütbəsində 50 nəfərlik nümayəndə heyətinin başcısı kimi İrana yola düşür. Ona orada 
vəziyyəti öyrənmək, xristian əhalisi arasında təbliğat aparmaq, müdafiə qalaları, ölkənin yolları 
haqqında məlumat toplamaq tapşırılmışdı.  Şübhə oyatmamaq üçün İsrael Orini Şah hüseynə 
Roma papasının nümayəndəsi kimi təqdim etmək qərara alınmışdı. 1709-cu ildə o, İsfahana 
gəlir. 1711-сi ildə Həştərxana qayıdır və orada ölür.
2
 Sonralar Minas Vartapedlə birlikdə Yesai 
katolikos İsrael Orinin işini davam etdirmişdilər. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə