Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

1988-ci ildə isə respublika rəhbərliyi azərbaycanlıların təhlükəsizliyinin qorunmasına təminat 
verməməklə, onlar arasında vahimə  və qorxu yaradaraq Ermənistandan deportasiya edilməsinə 
başlayır. 
Ayrı-ayrı rayon rəhbərləri azərbaycanlılara qarşı iqtisadi təzyiq üsullarından istifadə 
edərək kəndlərə çörək, ərzaq və gündəlik təlabat mallarının verilməsini məhdudlaşdırırlar. Ərzaq 
üçün şəhərlərə və rayon mərkəzlərinə getməyə məcbur olan azərbaycanlılar təhqir edilir, döyülür 
və qarət edilirlər. 
İş o yerə çatır ki, mart ayında Gürcüstanın Boqdanovka və Axılkələk rayonlarında 
yaşayan ermənilər Amasiya rayonunun kəndlərinə dəfələrlə silahlı basqınlar edirlər. 
Moskva azərbaycanlıların kompakt yaşadıqları rayonlara daxili xidmət qoşunlarının 
bölmələrini yerləşdirməyə  məcbur olur. Hadisələrin sonrakı inkişafı göstərdi ki, bu bölmələrə 
yalnız qırğınları müşahidə etmək səlahiyyəti verilibmiş. 
Hadisələrin bu cür inkişafının gözlənilməz, fəlakətli nəticələrə  gətirib çıxaracağı hiss 
edilirdi. 1988-ci il martın 25-də “Qarabağ” komitəsinin fəaliyyəti Ermənistan SSR 
Konstitusiyasına və mövcud qanunvericiyə zidd olduğuna görə respublikanın Ali Soveti həmin 
komitəni qeyri-qanuni hesab edərək fəaliyyətinin dayandırılması haqqında qərar çıxarır. 
Azərbaycan SSR Ali Soveti də öz növbəsində “Qrunk” təşkilatının fəaliyyətini dayandırılması 
haqqında və onun təşkilatçılarının cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edir. 
Lakin hər iki qərar sonralar kağız üzərində qalır. 
Ermənistan SSR Ali Sovetinin, Nazirlər Sovetinin və KP MK-nın orqanı olan 
“Kommunist” qəzeti “Fəlakət anı, məsuliyyət anı” məqaləsində  həmin dövrü bulə 
səciyyələndirirdi: “Meydana siyasi avantüristlər çıxmışlar. Onlar öz məqsədlərinə çatmaq üçün 
heç nəyin qarşısında dayanmırlar. Bu məqsədlər yaxşı məlumdur: onlar acgözlüklə hakimiyyətə 
can atırlar, xalqı milli faciə ilə nəticələnə biləcək son həddə sürükləyirlər”.
1
 
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana 
birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq 
versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra 
Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da aqırlaşır. 
 
1
 “Kommunist” (rusca), 13 dekabr 1988-ci il.  
  
İyunun 17-20-də İrəvanda teatr meydanında qeyzlənmiş erməni dəstələri avtobuslarla 
azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə  və  Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, 
Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-
Türkiyə  sərhədinə toplaşmış, orada geçələməyə  məcbur olmuşdular. Həmin günlər 20-dən çox 
azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Masis qəsəbəsindən 3 mindən çox azərbaycanlı 
evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan 
qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar. 
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV-i haqqında 
məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsi yolverilməz hesab 
edildikdən sonra, erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün 
hər yerdə mitinqlər təşkil etməyə başladılar. 
Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən biri Rafael 
Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə 
emiqrasiyanı  təmin etmək lazımdır. Bizə bütün onilliklər  ərzində ilk dəfə Ermənistanı 
təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük naliyyəti 
hesab edirəm”.
1
  İrəvanda rusca çıxan “Kommunist” qəzeti “Fəlakət anı, məsuliyyət anı” 
məqaləsində etiraf etməyə məcbur olmuşdu:” Komitənin (“Qarabağ”) yerli özəklərinin təşəbbüsü 
ilə rayon və  kəndlərdə mitinqlər təşkil edilərək azərbaycanlılardan öz evlərini tərk etmələri 
tələbləri irəli sürülürdü. Ən həyəcanlandırıcı hal odur ki, “Qarabağ” komitəsinin hazırladığı 
siyasi münaqişələrə  hətta uşaqları da cəlb edirdilər. Təsəvvür edin ki, Amasiya rayonunun 


mərkəzində rayon xalq nəzarəti komitəsi sədrinin oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş 
keçirir və azərbaycanlıların işdən qovulmasını tələb 
 
1
 Армения двадцат месяцев боръбы, İrəvan, 1989, səh. 15. 
 
edirdilər”. Amasiyanın beynəlmiləl məktəbinin erməni  şagirdlərinin tələbi ilə  dərhal məktəbin 
azərbaycan bölməsi bağlanmışdı. Bir həftə  ərzində, 1988-ci il dekabrın birinədək rəhbər 
vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad edilmişdilər. 
Şagirdlərin milli münaqişəyə cəlb edilməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, hər bir 
erməni ailəsində deyilirdi ki, türklər onların qatı düşmənləridir və buna görə də fürsət düşən kimi 
onlardan qisas almaq lazımdır. 
1988-ci il noyabrın ortalarında Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi. 
Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan 
azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə  qətnamə  qəbul edilmişdi. Ermənistan 
televiziyası həmin gün mitinqdən reportajlar göstərərək, qətnamənin tələblərini dəfələrlə efirdə 
səsləndirmişdi. 
Bu tələblərdən narahat olan Ermənistan rəhbərliyi Ali Sovet sessiyasının noyabrın 22-də 
keçirildiyi Opera teatrının binasına mitinq iştirakçılarının hücumundan sonra sessiyasının 
gedişini dayandıraraq, onların tələbi ilə deputatları, rayon rəhbərliyini yerlərdə “qayda-qanun 
bərpa etməyə” göndərdilər.  Əslində isə onlara tapşırıq verilmişdi ki, bir həftə  ərzində, yəni 
noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını həyata keçirsinlər. 
Bu haqda yuxarıda qeyd edilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində yazılır: 
“Qarabağ” komitəsi avantüristlərinin çaqırışına millətçilik azarına tutulmuş bir sıra partiya-sovet 
işçiləri də qoşulmuşlar. Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları 
cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək  əvəzinə, onlar adamların (yəni 
azərbaycınlıların-müəlliflər) kütləvi surətdə  çıxarılmasına fitva verdilər. Bu cür “missiya” ilə 
bəzi “xadimlər” Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər.”  Əlbəttə, 
azərbaycanlılar yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya aksiyasını müəyyən 
olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo, 
Vardenis, Yağeqnadzor,  Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri 
xüsusilə canfəşanlıq göstərirdilər. 
Ermənistanı 1988-ci ildə tərk edərək və Xanlar rayonuna  pənah  gətirmiş, milliyətcə  rus 
olan L.V.Tolstyak Azərbaycan Qaçqınlar Cəmiyyətində yazdığı öz  izahatında göstərmişdi  ki,     
noyabrın  27-də Ermənistan   SSR   Nazirlər   Soveti   sədrinin   birinci müavini (daha sonralar 
Ermənistan KP MK-nın birinci I katibi)   V.Movsesyan   Vardenis   rayonunun   Zod   kəndinə 
gəlib  əhalinin  kəndi  tərk  etməsi üçün üç  gün  vaxt veridiyini bəyan  etdi  və əlavə  etdi  ki, bu 
müddətdə kəndi     tərk etməsələr, onların təhlükəsizliyinə təminat  verilməyəcək.  Deportasiyanı   
sürətləndirmək üçün   elektrik   xəttini   kəsdilər,   ərzaq   verilməsini dayandırdılar,      dağ   
yolları  ilə rayonu tərk edən azərbaycanlıların köçünü tez-tez atəşə tutdular. 
Bu cür izahatlar yüzlərcədir. 
Yenə yuxarıda adı  çəkilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsinə müraciət edək: 
“Noyabrın 26-da “Qarabaq” hərəkatı  fəallarının təhrikci çıxışlarından qızışmış 500 nəfər 
Kirovakan sakini Şaumyan kəndinə doğru hərəkət etdi. Vuruşma iki gün davam etdi, silahlı 
atışma oldu. Ölənlər var. Kuybışev kəndində  də  qırğınlar törədildi, orada da tələfat var. 
Hərəkatın fəallarının köməyi ilə yaradılmış “özünümüdafiə  dəstələri” yollarda qoyduqları 
postlarda azğınlıqlar törədirdilər. Azərbaycanlı  kəndlərinə  ərzaq köməyi göstərən ermənilər 
döyülürdülər.” 
Ermənistan mətbuatı  Şaumyan (əvvəlki adı Vartanlı) qırğınları haqqında yalnız “atışma 
olmuşdur, tələfat var” sözlərini qeyd etməklə kifayətlənmişdir.  Şaumyan (Vartanlı) kəndi 
Kirovakan şəhərinə bitişik olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna 
daxil idi. Şaumyan (Vartanlı) faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə Gümrü-Qarakilsə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə