Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

Sürəyyanın həyatını xilas etmək mümkün idi. Lakin onu Kirovakan xəstəxanasında tibb 
bacıları döşəkağıları ilə boğub öldürmüşdülər. Sürəyyanın üstündə olan 6 min manat nəğd pulu 
və 3 min manat dəyərində olan zinət  şeylərini xəstəxanada həkimlər oğurlamışdılar. Rayon 
rəhbərləri hər üç meyiti Azərbaycana gətirməyə qoymamış, Quqark rayonunun Vartanlı 
kəndində hərbçilərin köməyi ilə dəfn etmişdilər. 
Spitak faciəsindən daha bir nümunə. Qursalı kənd sakini Rəhim Daşdəmirov 23 il idi ki, 
Kirovakan şəhərində milis işçisi işləyirdi. Əmək veteranı, milis əlaçısı idi. 1989-cu il iyunun 9-
da oğlu Mayılla şəxsi maşınlarında Spitak şəhərinə gəlib bəzi sənədləri götürmək və zəlzələdən 
sonra Qursalıda dağılmış evlərinin dəyərinin əvəzini almaq istəyirdilər. Spitak RİK-in qarşısında 
onu tanıyan iki erməni hucum edib armaturla onun başını əzir və hadisə yerindən qaçırlar. Özünü 
itirən Mayıl atasını maşına qoyub Qazax xəstəxanasına çatdırmaq istəyir. Ermənilər onları 
maşınla təqib edirlər. Rəhim kişini xəstəxanaya çatdırmaq olmur. O, yolda keçinir. İyunun 10-da 
R. Daşdəmirovu Gəncə şəhərində dəfn edirlər. 
Bununla  əlaqədar olaraq Ermənistan Prokurorluğunun həqiqətdən uzaq, riyakar 
cavabında deyilir: “Daşdəmirov Rəhim Cabbar oğlu, 1932-ci ildə anadan olmuşdur. 1988-ci ilin 
iyulunda zəlzələdən çataçaq kompensasiyanı almaq üçün Spitaka gəlmişdilər. Döyülmüşlər. 
Xəstəxanaya yerləşdirməkdən imtina etmişdir. Öz maşınında Bakıya getmişdir. 1990-cı ildə 
Ermənistan DTK-na Bakıdan teleqram gəlmişdir ki, Daşdəmirov Spitakda döyüldükdən sonra 
Bakıda ölmüşdür. Bunun əsasında cinayətkar məhkəməyə verilmiş, ancaq psixi xəstə olduğu 
müəyyən edilmişdir.” 
Ermənistan Prokurorluğu göndərdiyi cavab həqiqətə uyğun olmadığı kimi, Daşdəmirovun 
qatilinin “psixi xəstə” çıxması da ermənisayaqı saxtakarlıqdır. 
Ermənistanda azəri türklərinə qarşı  dəhşətli cinayətlər törədilmiş rayonlardan biri də 
Stepanavan (keçmiş  Cəlaloğlu) rayonudur. Kuybışev kəndinin sakinləri Təmraz Yusif oğlu 
İsgəndərov, Gilas Rüstəm qızı  Xəlilova,  Şərif Cabbar oğlu Xəlilov vəhşicəsinə döyülmüş  və 
soyuq silahla qətlə yetirilmişlər. Puşkino kolxozunun sağıcısı (Kərkər kənd sakini) Bəsti İsrafil 
qızı Mustafayeva isə Ermənistanda baş vermiş  dəhşətli zəlzələdən sonra, yəni bütün dünyanın 
Ermənistanın halına ağladığı bir vaxtda, 30 dekabr 1988-ci ildə diri-diri yandırılmış  və meyiti 
zibillikdə gizlədilmişdi. Xeyli müddətdən sonra onun meyiti hərbçilərin köməyi ilə tapılmışdı. 
Qeyd etdiyimiz dörd ölüm hadisəsindən yalnız ikisinin barəsində cinayət işi qaldırılmışdı. 
1902-ci ildə anadan olmuş, Kalinino rayon mərkəzindəki 41 nömrəli evdə yaşayan 
Məhəmməd Nəbi oğlu Sadıqovun evinə rayon mərkəzində keçirilən mitinqdən ayrılan silahlı 
dəstə hücum etmiş, onu soyuq silah və daş-qaya ilə öz həyətindəcə qətlə yetirmişdilər. Bu haqda 
“Pravda” qəzetinin 7 yanvar 1989-cu il tarixli və “Социалистическая индустрия» qəzetinin 18 
dekabr 1988-ci il tarixli sayında dərc edilmişdir. 
1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azəri türkləri yaşayan 
kəndlərinin  əhalisi sıxışdırılır, kəndlərə  ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı 
basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət 
edilir, özləri isə qətlə yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti 
əsasən azərbaycanlı  əhalinin öz yaşayış  məntəqələrini tərk etməyə  məcbur olduqları vaxt baş 
vermişdi. Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur 
dəstələri yerləşdirilmişdi. Quldurların  əksəriyyəti milis forması geyərək özbaşına yoxlama - 
buraxılış  məntəqələri yaratmışdılar. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini 
yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onu maşından düşürür, 
əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər. 
Ermənistan Prokurorluqu öz ərazisində törədilən minlərlə cinayəti açmadan aşağıdakı 
kimi  şablon cavablar vermişdir: “Göstərilən məlumatlara uyğun  şəxs pasport qeydiyyatı 
stolundan və  kənd sovetinin təsərrüfat kitabından keçməmişdir,”  “Ünvanından qeydiyyatdan 
çıxıb”, “Ölümü haqqında qeydiyyat rayon VVAQ şöbəsində yoxdur,” “1988-ci ildə ünvanından 
çıxıb Azərbaycan SSR-ə getmişdir” və s. 
Ermənistan Prokurorluğunun Masis qəsəbəsinin sakini Səfa Novruzəli qızı  Cəfərova 
haqqında verdiyi məlumatda yazılmışdır: “Göstərilən məlumatlara uyğun  şəxs RDİŞ-nin və 


VVAQ-ın qeydiyyatından keçməmişdir.” Belə  çıxır ki, belə bir adam ümumiyyətlə, Masis 
rayonunda yaşamamışdır və onun öldürülməsi də  təbii ki, uydurma hesab edilməlidir. Lakin 
sənədlər içərisində  Cəfərova Səfa Novruzəli qızının Masis qəsəbə Soveti tərəfindən verilmiş 
doğum haqqında  şəhadətnaməsinin surəti vardır.  Şəhadətnamə 1980-cı il aprelin 2-də yazılmış 
və qeyd nömrəsi 189-dur (Ş-SL № 262478). Şahidlərin verdiyi izahata əsasən isə Səfa başından 
aldığı zərbə nəticəsində Masisdə qətlə yetirilmişdir. 
Ermənistan tərəfi azərbaycanlılara qarşı törədilən cinayətləri  əsasən təkzib edərək qeyd 
edir ki, konkret olaraq bu və ya digər halda zərərçəkənlər Ermənistanın hüquq-mühafizə 
orqanlarına müraciət etməmişlər. Bir halda ki, Ermənistanda azərbaycanlılara qarşı cinayətlər 
respublika hökuməti səviyyəsində, onun yerlərdəki partiya, sovet və hüquq-mühafizə orqanları 
rəhbərlərinin başçılığı ilə törədilirdi, onda azərbaycanlıların şikayətlərinin nə  mənası olacaqdı? 
Kim bu şikayətə baxacaq, kimləri cəzalandıracaqdı? Tək-tək şikayətçiləri isə bir daha əzişdirib 
elə hala salırdılar ki, şikayət etdiyinə də peşman olurdu. Axırda da sözləri bu olurdu: “sizinkilər 
Sumqayıtda erməniləri niyə  qırdılar?  Şükur edin ki, sağ qalıbsınız.” Buqün bunlara görə  də 
azərbaycanlılar öz rəsmi şikayətlərini yalnız Azərbaycana çatdıqdan sonra edə bilirdilər. 
Amasiya rayonunda azərbaycanlılara qarşı edilən cinayətlərlə əlaqədar Ermənistan 
Prokurorluğunun cavabında deyilir:”  Rayonun keçmiş sakinləri azərbaycanlıların və ya onların 
qohumlarının  ərizələrində  nə  əmlak iddiası, nə  də ermənilər tərəfindən onlara qarşı zor 
işlədilməsi haqqında SSRİ DİŞ-in operativ əməliyyat qrupuna şikayət edilməmişdir.” 
Amasiya rayonu coğrafi mövqeyinə görə  qərbdən Türkiyə ilə,  şimaldan Gürcüstanın 
ermənilər yaşayan rayonları ilə  əhatə olunmuş, 18 min əhali girov kimi qalmışdı. Rayondan 
kənara çıxan azərbaycanlıları ölüncəyə  qədər döyürdülər. Ümid təkcə vertolyotlara qalmışdı. 
Rayon DİŞ-in  əməkdaşı Arif İsgəndər oğlu Məmmədov və  Əzizbəyov kənd sakini Arzu 
İsfəndiyar oğlu Haqverdiyev 1988-ci ilin noyabrında maşınla ev əşyalarını Azərbaycana 
apararkən yolda silahdan atəşə tutulmuş, bir neçə yerdən güllə  bədənlərini deşik-deşik etmişdi 
(sübutlar Azərbaycan Məhkəmə Ekspertizası  İnstitutunda saxlanır). Hərbçilərin, BTR-lərin 
müşaiyəti ilə Oxçoğlu kəndindən yola salınan 15 ailənin ev əşyaları Axuryan rayonunun Kaps 
(Qanlıca) kəndində maşınlardan boşaldılmış, talan edilmiş, sonra isə od vurub yandırılmışdılar. 
Bu cinayət işi ilə SSRİ Prokurorluqunun əməkdaşları  məşğul olmalarına baxmayaraq, heç kəs 
məsuliyyətə cəlb edilməmişdi. 
Əsas çıxış yollarını silahlı erməni quldurları  ələ keçirdiklərinə görə, Ermənistanın 
Azərbaycanla həmsərhəd rayonlarının azərbaycanlı  əhalisi maşınlarla deyil, qışın qarlı-boranlı 
günlərində dağlardan piyada aşaraq özlərini Azərbaycana çatdıra bilmişdilər. Krasnoselo, 
Vardenis, Sisyan, Qafan, Gorus, Razdan, Əzizbəyov, Amasiya rayonlarından 48 nəfər dağları 
aşarkən borana düşüb həlak olmuşdular. 
Vardenis (Basarkeçər) rayonunun Şişqaya kənd sakini, 1971-ci ildə anadan olmuş Şahin 
Qabil oğlu Əliyev 1988-ci ilin dekabrında dağları aşarkən Gədəbəy rayonunun ərazisində borana 
düşmüş və donub ölmüşdü. Onun meyiti dörd aydan sonra, dağlarda qarın altından tapılmış və 
Şəmkir rayonunun Dağ Cəyir kəndində dəfn edilmişdir. 
Sisyan rayonunun Şəki kəndinin sakini, 1925-ci ildə anadan olmuş Xalisə  Əmrah qızı 
Əliyeva 1988-ci ilin dekabrında dağlardan aşarkən borana düşmüş  və ölmüşdür. Lakin onun 
meyitini tapmamışdılar. Dağların qarı  əridikdən sonra, 1989-cu ilin may ayında qohumları 
dağdan onun paltarlarının cırıqlarını və ağ saçlarını tapmışdılar. 
Ermənistandakı qırğınların ən faciəlisi İrəvan şəhərində Estonakan küçəsi ev 12/1, mənzil 
56-da yaşayan Misgərovlar ailəsinin başına gətirilmişdir. 1955-ci ildə anadan olmuş Elza Cəfər 
qızı Misgərova və 1956-cı ildə anadan olmuş qardaşı Vidadi namərd qonşularının və 
“dostlarının”  şirin dillərinə aldanaraq İrəvanda qalıb mənzillərini Bakıya dəyişdirmək uçün 
münasib variant axtarırdılar. Elza və Vidadi “sadiq dostlarının” əli ilə hər cür işgəncələrlə qətlə 
yetirilmiş və hər ikisinin meyitini Artaşat rayonunun ərazisindəki Azat su anbarına tullamışdılar. 
Müvafiq sənədlər və  şahidlərin verdikləri ifadələr  əsasında Azərbaycan Qaçqınlar 
Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər 
azərbaycanlı  vəhşicəsinə  qətlə yetirilmiş  və ya millətlərarası münaqişə  zəminində baş vermiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə