Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

və Mülki Müdafiə Qərargahının səfərbər edib Leninakana göndərdiyi müxtəlif peşə sahibləri (69 
sərnişin, 9 ekipaj) “İL-76” təyyarəsində Leninakan yaxınlığında qəzaya uğradıldı. Lakin həmin 
qəzanın səbəblərini araşdırmaq üçün nə komissiya yaradıldı, nə  də ekspertlər tələb edildi. 
Ermənilər isə  qəzadan möcüzə  nəticəsində sağ qalmış  Fəxrəddin Balayevi hər yerdə 
axtarmışdılar ki, yeganə  şahid kimi aradan götürsünlər. Lakin hərbçi həkimlər onu qospitalda, 
qadınlar yatan otaqda arakəsmənin arxasında gizlətmşdilər. Ermənistan rəhbərliyi isə  təyyarə 
qəzasında həlak olanların ailələrinə və Azərbaycan xalqına baş sağlıqı verməyi belə özlərinə rəva 
bilmədi. 
Bütün bunlara baxmayaraq, yenə  də Azərbaycanın hər yerində iməcliklər keçirilir
zəlzələdən zərər çəkənlərə kömək məqsədilə 400412 nömrəli hesaba milyonlarla manat vəsait 
toplanırdı. Zəlzələyədək Ermənistanın Amasiya, Spitak, Quqark, Stepanavan rayonlarında 20 
mindən artıq azərbaycanlı girov kimi qalmışdı. Zəlzələdən bir gün əvvəl Quqark rayonun 
haydarlı  kəndində olmuş “Krasnaya zvezda” qəzetinin xüsusi müxbiri mayor O.Vladıkin 
“Ədavət fəalları” məqaləsində yazmışdı: “Haydarlının girəcəyində yolu tankla kəsmiş zabit və 
silahlı  əsgərləri gördüm. Leytenant Vitali Naklonnı  nəql etdi ki, onların vəzifələri ermənilərlə 
azərbaycanlı əhalisi arasında toqquşmaya yol verməməkdən ibarətdir. Zabit deyir: Bütun bunlara 
baxmaq ağırdır. Onlar (yəni azərbaycanlılar) faktiki olaraq blokadadırlar. Nəqliyyat işləmir. 
Elektrik cərəyanı verilmir. 20 gundür ki, çörək və digər ərzaq məhsulları gətirilmir. Onlar gecə-
gündüz tankın yaxınlığında olurlar. Uzaqlaşmaqdan qorxurlar.”
1
 
Yetmiş ildə milli ayrıseçkilik siyasəti yürüdən Ermənistan rəhbərliyi zəlzələdən sonra da 
öz çirkin əməllərini davam etdirdi. Zəlzələ zamanı həlak olmuş, ağır yaranlanmış, evləri dağılmış 
azərbaycanlıların taleyinə biganə qaldı. Spitak və Quqark rayonlarının rəhbərləri həmin 
rayonların hərbi komendatlarına təqdim etdikləri siyahıda azərbaycanlı  kəndlərinin adlarını 
siyahıdan çıxarmışdılar ki, guya artıq orda əhali yaşamır. Bununla da onları ərzaq və digər zəruri 
şeylərlə təmin etməkdən, tibbi yardımdan məhrum etmişdilər. 
Zəlzələ ermənilərin tamamilə silahlanması üçün fürsət verdi. Yardım və tikinti 
materialları adı altında keçmiş SSRİ-nin hər yerindən və bəzi xarici ölkələrdən Ermənistana ən 
müasir silahlar daşındı. Həmin silahlarla Ermənistanla sərhəd olan və Dağlıq Qarabağın  ətraf 
azərbaycanlı rayonlarının əhalisi qətlə yetirildi, kəndlər yandırılıb gülə döndərildi. 
Moskvanın ermənilərə arxa durması  nəticəsində 1988-89-cu illərdə indiki Ermənistan 
ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış  məskənləri boşaldıldı 
(Əlavələrə bax), Ermənistanın Mehri rayonunda qalmış axırıncı azərbaycanlı  kəndi - Nüvədi 
kəndi (bu kənd 18.02.1929-cu ildə Zaqfederasiyanın qərarı ilə  Zəngilan rayonundan qoparılıb 
Ermənistanın inzibati - ərazi bölgüsünə daxil edilmişdi) 1991-ci il avqustun 8-də boşaldıldı. 
Ümumiyyətlə, Ermənistanın 22 kənd,  
 
1
 “Krasnaya zvezda” qəzeti, №290, 7 dekabr 1988-ci il. 150 
  
rayonundan və 6 şəhərindən 200 mindən artıq azərbaycanlılar tarixi-etnik torpaqlarından 
vəhşicəsinə qovuldular. Ermənistanda azərbaycanlıların yaşadıqları  ərazi respublika ərazisinin 
(29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv.km. təşkil edirdi. Bu isə keçmiş 
DQMV-nin ərazisindən (4,4 min kv.km.) təqribən 3 min kv.km. artıqdır. 
Ermənistan rəhbərliyi azərbaycanlıların təmizlənməsi aksiyasını başa çatdırdıqdan sonra, 
onların yaşadıqları  kəndlərin adlarının dəyişdirməyə başlamışdır. Ermənistan Respublikası Ali 
Sovetinin 9 aprel 1991-ci il tarixli fərmanı ilə 90 türk mənşəli məskənlərinin adları 
dəyişdirilmişdir. Bu, Ermənistanda 1920-1988-ci illər ərzində aparılan ad dəyişmə əməliyyatının 
davamı hesab edilir. Təkcə 1920-ci ildən 1988-ci ilin avqustuna qədər Ermənistanda 517 
azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir (Əlavəyə bax). 
Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan  ərazisində iki mindən artıq azəri türk 
yaşayış  məskənləri müxtəlif yollarla (rəsmi köçürmələrlə, silah gücünə qovmaqla, soyqırım 
törədərək kəndləri yandırıb xaraba qoymaqla) siyahıdan silinmiş, tarixi Azərbaycan 
torpaqlarında monoetik Ermənistan dövləti yaradılmışdır. 


IV FƏSİL 
 
ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI ƏRAZİ İDDİALARI 
 
1. DAĞLIQ QARABAĞDA ERMƏNİ SAXTAKARLIĞI 
 
Məlum olduğu kimi, erməni siyasətçilərinin və onların “uzaqgörən” dövlət xadimlərinin 
“Böyük Ermənistan” planlarının növbəti həlqəsi Qarabağ torpaqları ilə bağlıdır. İki əsrə yaxın bir 
dövr  ərzində aparılan siyasətin uqurlu finalı erməniləri Dağlıq Qarabağ  ərazisində  də 
azərbaycanlıların öz doşa torpaqlarından qovulub çıxarılması  əməllərinə başlaması üçün yeni 
imkanlar açdı. 
1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra 
bədnam niyyətlərini aşkarlayaraq, guya bu torpaqların qədim sakinləri olmaları barədə qondarma 
dəlil və sübutları ilə bütün dünyaya car çəkməyə başladılar. 
Ermənilər istər Ermənistanda, istərsə  də Dağlıq Qarabağda olsun, hər addımlarını belə 
planlı  şəkildə atmağa çalışmış, ümumi məqsədlərinə çatmaq üçün hər  şeydən və  hər yoldan 
istifadə etməyə cəhd göstərmişlər. 
Ermənistanın keçmiş  rəhbərliyi millətçi ünsürlərin fəaliyyətinə  hər cür şərait yaradırdı. 
Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyindən yazılmış “Ocaq” kitabı  nəşr edildikdən 
sonra Zori Balayan açıq-aşkar meydan oxumağa başladı. Kommunist qiyafəsinə bürünmüş 
daşnak tör-töküntüləri S.Xanzadyan, S.Kaputikyan, V.Hambartsumyan və başqaları öz həqiqi 
simalarını göstərdilər. Ermənistanın kütləvi informasiya vasitələri və dövrü mətbuatı bütünlüklə 
millətçi ünsürlərin sərəncamına verilmişdi. Bütün bunlardan məqsəd Ermənistanın bağlı qapıları 
arxasında hazırlanan və  gələcəkdə “Qarabağ problemi” adı altında ortaya atılmaq üçün erməni 
xalqının hissələrini qıcıqlandıraraq onu psixoloji cəhətdən “Böyük Ermənistan” proqramını 
həyata keçirmək üçün səfərbər etməkdən ibarət idi. 
Erməni Ümummilli hərəkatının o zamankı fəal üzvlərindən Liliya Qriqoryan 1989-cu ilin 
yanvarında Münxendə  çıxan “Страна  и  мир” jurnalındakı  məqaləsində göstərir ki, “Qarabağ” 
hərəkatının başında Ermənistanın o zamankı rəhbəri K.Dəmirçyan və onun əlaltıları dururdular. 
Məhz onların rəhbərliyi ilə DQMV-də və Ermənistanda çıxışlar təşkil edilirdi. Ermənistan DTK-
nın xüsusi adamları  hərəkata nəzarət edirdilər.  İzin itirilməsi və  pərdələnməsində ziyalıların 
nüfuzlu fiqurlarından (Silva Kaputikyan, Sos Sarkisyan, Henrix İkityan və s.) istifadə edilirdi. 
Qorbaçovsayağı “yenidənqurmanın iqtisadi islahatlarının atası” sayılan  A.Aqanbekyan 1987-ci 
ilin payızında Parisdə etdiyi çıxışında “əsaslandırmışdı” ki, DQMV-nin Ermənistana 
birləşdirilməsi iqtisadi cəhətdən daha səmərəlidir.  Əlavə olaraq qeyd etmişdi ki, mənim 
təklifimlə artıq bu məsələ üzərində xüsusi komissiya işləyir. Ölkə  rəhbərinin “sağ  əlinin” 
ağzından çıxan bu sözlər təminat verirdi ki, DQMV-nin erməniləri ayağa qalxıb öz arzularını 
bildirsələr və Vilayət XDS-nin sessiyası Ermənistana birləşmək haqqında qərar çıxarsa, məsələ 
yenidənqurmanın eksperimentləri çərçivəsində həll olunacaq. Çünki Moskvadakı erməni lobbisi 
ölkə rəhbərliyinin məsələni onların xeyrinə həll edəcəyinə əmin idi. 
İlk cəhd kimi, 1987-ci ilin oktyabrında guya İrəvan  şəhərinin ekoloji cəhətdən 
çirklənməsinə qarşı  təşkil edilmiş mitinqlər zamanı DQMV-nin Ermənistana birləşdirilməsi 
haqqında çağırışlar edildi və kütləvi imzalar toplandı. 
1988-ci il dekabrın 5-də Z.Balayan İrəvan şəhəri xüsusi rayonu hərbi komendatının siyasi 
işlər üzrə müavini, polkovnik M.Surkovla televiziya müsahibəsində demişdi ki, biz Dağlıq 
Qarabağ məsələsini ortaya atmaq üçün düz iyirmi il idi fürsət axtarırdıq. Ancaq belə fürsəti bizə 
yenidənqurma bəxş etdi. Belə  çıxır ki, erməni millətçiləri bütün dövrlərdə Dağlıq Qarabağın 
sosial-iqtisadi inkişaf səviyyəsini nəzərə almadan bu məsələni ortaya atmağa həmişə  cəhd 
göstəriblər. Lakin inzibati-amirlik dövründə məsələn üzə çıxara bilməyiblər. 
1988-ci ilin əvvəlinədək gizli fəaliyyətdə olan “Qarabağ” komitəsi, İrəvanda, onun şöbəsi 
sayılan “Qrunk” komitəsi isə Xankəndində açıq-aşkar fəaliyyət göstərməyə başladı. Onların 
təzyiq və  təhriki ilə 1988-ci il fevralın 20-də DQMV - Xalq Deputatları Sovetinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə