Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi 
bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi.
1
 
Bu qərarın qəbul edilməsi ilə də Ermənistanda yaşayan azərbaycanlıların faciəsi başlandı. 
İki yol var idi: ya onlar ermənilərin çaqırışına qoşulub Qarabağın Ermənistana birləşdirilməsinə 
tərəfdar çıxmalı, ya da öz ata-baba yurdlarını  məcburi tərk etməliydilər, başqa yol yox idi. 
Ermənistanın kütləvi informasiya vasitələri orada  yaşayan azərbaycanlılardan bircə  nəfər də 
olsun tapıb üzə çıxara bilmədi ki, Qarabağın Ermənistana birləşdirilməsinə tərəfdar olsun. 
1988-ci il fevralın 24-də DQMV-nin Əsgəran rayonunda iki azərbaycanlı  gəncin odlu 
silahla öldürülməsi hadisələrin inkişafını daha da sürətləndirirdi. Bu zaman Qafan rayonundan 
təqribən dörd min qaçqının Bakıya və Sumqayıta gəlməsi ilə Ermənistandan Azərbaycana qaçqın 
axını kütləvi şəkildə almağa başladı. 
Bir qədər sonra DQMV-nin ərazisindən, xüsusən də Xankənddən azərbaycanlıların 
kütləvi  şəkildə  işdən qovulması prosesi başlandı. Onların evləri yandırılıb talan edildi. 
Stepanakertin (Xankəndi) özündən 18 min azərbaycanlı qaçqın düşdü. Erməni kəndlərinin 
əhatəsində olan bir neçə azərbaycanlı  kəndinin sakinləri basqınlar nəticəsində öz doğma 
yurdlarını tərk etməyə məcbur oldular. Yerli əhali öz ərazisində qaçqın oldu. 
Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyəti normal hala salmaq 
tədbirlərinin 
 
1
 “Советский Карабах” qəzeti, 21 fevral 1988-ci il.  
  
həyata keçirmək üçün konkret tədbirlər hazırlanarkən  ən  əsas amillərdən biri kimi burada 
yaşayan azərbaycanlıların dəqiq sayı nəzərə alınmalı idi. 
1989-cu ilin yanvarında keçirilmiş Ümumittifaq siyahıyaalınmasının nəticələrinə 
düzgün və obyektiv saymaq olmaz. 1979-cu ildə DQMV-də yaşayan 162181 nəfər  əhalinin 
123076 nəfəri erməni (76 faiz), 37264 nəfəri (23 faiz) azərbaycanlı olmuşdur, 1989-cu ildə isə 
vilayətin 189029 nəfər sakininin 145450 nəfəri (77 faiz) erməni, 40632 nəfəri (21 faiz) isə 
azərbaycanlı olduğu göstərilir.  
Bu məlumatların doğruluğuna və obyektivliyinə şübhə oyadan bir sıra amillər vardır. 
Əvvəla, statistik məlumata görə o vaxt vilayətdə yaşayan ermənilərin sayı on il ərzində 22374 
nəfər, azərbaycanlıların sayı 3368 nəfər artmışdır. Və  məlum olmur ki, hansı  səbəbə görə 
Azərbaycanın muxtar vilayətində yaşayan ukraynalıların, belorusların və gürcülərin sayı müvafiq 
şəkildə, üç, iki yarım və dörd dəfə artdığı halda, azərbaycanlıların artım faizi onlardan xeyli 
aşağı düşmüşdür. Bu əsla belə ola bilməzdi. 
Necə inanmaq olar ki, ötən 10 il ərzində vilayətdə erməni əhalisinin artımı təxminən 15,4 
faiz, azərbaycanlıların artımı isə təxminən 8,2 faiz olub?! 
1989-cu ilin yanvarında Dağlıq Qarabağın  əhalisi siyahıya alınarkən burada yaşayan 
ermənilərlə  əlaqədar  şişirdilmiş  rəqəmlər  əsas götürülmüşdür. Yəni rəsmən vilayətdə 
qeydiyyatda qalan, lakin çoxdan Ermənistana, yaxud keçmiş SSRİ-nin başqa şəhərlərində daimi 
yaşayan və işləyən ermənilər də (15-20 faiz) vilayətin sakinləri kimi qələmə verilmişdir. 
Digər tərəfdən, son bir neçə ildə Ermənistandan və Azərbaycanın müxtəlif  şəhər və 
regionlarından gələn ermənilər də Dağlıq Qarabağın daimi sakini kimi siyahıya alınmışdılar 
(təxminən 15-20 min nəfər). 
Bütün bunların  əvəzində isə vilayətin daimi sakinləri olan azərbaycanlılar siyahıya 
alınarkən -məlum hadisələrlə  əlaqədar Xankəndindən qovulmuş azərbaycanlılar (təxminən 15 
min nəfər), vilayətin ayrı-ayrı rayonlarından öz doğma ev-eşiklərini atıb,  Şuşaya və 
respublikanın müxtəlif şəhər və rayonlarına pənah aparmış azərbaycanlılar bilərəkdən nəzərdən 
qaçırılıb. Nəhayət, son rəsmi statistik məlumata şübhə ilə yanaşmağa bir əsas da vardır. Belə ki, 
1989-cu il siyahıyaalma materialları tam dəqiq deyil və onun Azərbaycanın, Ermənistanın, o 
cümlədən Dağlıq Qarabağın  əhalisinin milli tərkibinə dair səhifələrində belə bir qeyd vardır: 
“Ermənistan SSR-in şimal rayonlarında baş vermiş  zəlzələ, DQMV və onun ətrafındakı 


hadisələrlə  əlaqədar Ermənistan SSR-də  və Azərbaycan SSR-də  əhalinin siyahıya alınması 
mürəkkəb şəraitdə keçmişdir ki, bu da əhalinin dəqiq sayına təsir göstərə bilərdi.” 
Bütün bunlardan sonra qətiyyətlə demək olar ki, 1989-cu ilin yanvarında DQMV-də 
aparılan rəsmi siyahıyaalınmanın nəticələri düzgün sayıla bilməz. 
Ermənilərin mənfur səyasətləri nəticəsində Dağlıq Qarabağ  ərazisində yaşayan bütün 
azərbaycanlıların bu ərazidən qovulması planları da həyata keçirilməyə başlandı. 
1988-ci il iyun ayının 15-də Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları 
Sovetinin xahişi ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasına razılıq verməsi və 
1989-cu il dekabr ayının 1-də isə Ermənistan Ali Sovetinin DQMV-ni Ermənistana 
birləşdirilməsi haqqındakı  qərarlardan sonra azərbaycanlıların Muxtar Vilayət  ərazisindən nə 
yolla olursa-olsun çıxarılması prosesi daha da gücləndi. 
Muxtar Vilayətin  əsasən azərbaycanlılar yaşayan kənd, rayon və  şəhərləri bir-bir məhv 
edildi və yandırıldı, yollar bağlandı, gediş-gəliş demək olar ki, kəsildi. 
Bu mənada yeganə vasitə olan hava yolu ilə  təyyarə  və vertolyotların uçuşu üçün də qorxu 
yaranmışdı. 
1991-ci ilin sonlarından etibarən ermənilərin açıq-aşkar apardıqları qəsbkarlıq siyasətləri  
 nəticəsində Muxtar Vilayətdəki azərbaycanlılar yaşayan məntəqələr işğal edildi. Kərkicahan, 
Qaradağlı, Malıbəyli, Meşəli, Quşcular... 
1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsi zamanı 600-dən artıq insan vəhşicəsinə 
qətlə yetirilmiş, 120 nəfər itgin düşmüş, 1300 nəfərdən artıq adam əsir götürülmüşdü. Belə bir 
vəhşiliyi törətməklə ermənilərin məqsədi Yuxarı Qarabaqda yaşayan bütün Azərbaycanlıların 
ürəklərinə dəhşətli qorxu hissi salmaq idi. Ermənilər öz çirkin əməllərini həyata keçirərkən MDB 
silahlı qüvvələrinin 366-cı motoatıcı alayının köməyindən istifadə etmişdilər. 
İki həftə sonra isə erməni təcavüzkarları  Ağdərə rayonunun azərbaycanlılar yaşayan 
bütün kəndlərini işğal edərək, dinc əhalini qırdılar. 
May ayında Şuşa və Laçın rayonlarının işğalı ilə ermənilər bir növ öz çirkin niyyətlərinə 
nail oldular. Onlar nəinki Azərbaycanlısız Ermənistan, eləcə də Azərbaycanlısız Dağlıq Qarabağ 
arzusuna da nail oldular. 
  
 
2. DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ERMƏNİSTANIN AZƏRBAYCANA 
QARŞI ƏRAZİ İDDİASIDIR. 
 
“10 ildən artıq davam edən Qarabağ münaqişəsi”, “qondarma Dağlıq Qarabağ problemi” 
kimi ifadələri tez-tez işlədilir. Əslində isə Qarabağ münaqişəsinin 170 ildən artıq bir tarixi vardır. 
Daha doğrusu, bu münaqişənin çıxış nöqtəsi ermənilərin Qafqaza köçürülməsi anlarından 
başlayır. 
Zaman-zaman bu münaqişə erməni din xadimləri, erməni generalları  və zadəganları, 
ermənipərəst xarici havadarlar, xüsusən, Rusiyanın impeyarapərəst siyasi xadimləri, ən nəhayət, 
erməni lobbisi tərəfdən himayə və müdafiə edilmiş, nəticədə bugünkü zirvəsinə gəlib çatmışdır. 
Əslində bu iddianın heç bir obyektiv əsas yoxdur. Çünki bu məsələdə hər şey qondarma, 
hər şey saxta, hər şey subyektiv fakt və amillər üzərində qurulmuşdur. 
Ermənilərin Dağlıq Qarabağla bağlı ərazi iddiası ümumiyyətlə, onların tarixi Azərbaycan 
torpaqlarına əvvəlcə ovuc-ovuc, sonra qarış-qarış və nəhayət qucaq-qucaq artan ərazi iddialarının 
ən yüksək pilləsidir. 
Bəs əsl həqiqət necədir? 
Son dövr hadisələrinə keçməzdən əvvəl tarixin bəzi səhifələrinə nəzər salmaq məsələnin 
məğzinin daha aydın dərk edilməsi üçün faydalı olardı. 
Tarixi mənbələr sübut edir ki, ermənilər Qafqaza gəlmə xalqdırlar. 
Filoloji mənbələr təsdiq edir ki, erməni dilinin Qafqaz dilləri ailəsinə aidiyyatı yoxdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə