Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

Arxeoloji və maddi mədəniyyət abidələrinin dərindən öyrənilməsi təsdiq edir ki, indiki 
Ermənistan  ərazisində XIX əsrdən  əvvəlki dövrə aid bir dənə  də olsa sırf ermənilərə  məxsus 
tarixi abidə yoxdur. 
Erməni və ermənipərəst tədqiqatçılar Qafqaza, onun yerli xalqlarına dair tarixi fakt və 
hadisələri saxtalaşdırmağa çalışmışlar və adətən bu məqsədlərinə də nail ola bilmişlər. 
Bunlar   ümumi   faktlar.   Bəs,   onların   konkret təzahürü? Bu haqda bir qədər sonra. 
Yalnız    bircə    tezisi    -    ermənilər Qafqazın aborigen xalqlarından deyil, - tezisini əsas 
götürsək və tarixi həqiqətin məhz bu cür olduğunu sübut edən mənbələrə, xüsusən, 1987-ci ildən 
üzü bəri Fransanın, ABŞ-nın, Rusiyanın ermənipərəst mətbuat orqanlarının və digər informasiya 
vasitələrinin, ilk növbədə Ermənistan Respublikasının mətbuatının, radio və televiziyasının   
Dağlıq   Qarabağın   qədim Ermənistan   ərazisi   olması      barədəki   uydurmaların, 
cızmaqaraların büsbütün böhtan xarakteri daşıdığını, xülya olduğunu görmək, dərk etmək çətin 
deyildir. 
Bu haqda yüzlərcə qondarma faktı misal çəkmək olar. 
Hətta 1994-ci ilin aprelində Rusiyanın “Ostankino” televiziya kanalı ilə “N.S.Xruşşov” 
filmində  məsələyə heç bir dəxli olmayan bir məqamda böyük vurğu ilə bildirilirdi ki, guya 
vaxtilə Dağlıq Qarabağı Azərbaycana  İ.V.Stalin verib. Halbuki, bu məsələdə keçmiş “dahi 
rəhbərin” mövqeyi tamamilə əksinə olub. 
Bəzi erməni müəllifləri dəridən-qabıqdan çıxırlar ki, dünya ictimaiyyətinə belə bir 
təsəvvürü aşılasınlar ki, guya Dağlıq Qarabağ 1923-cü ildə Ermənistanın tərkibindən çıxarılıb  
Azərbaycana “verilmişdir”. Bu ideyanı  əlində  bayraq kimi tutub gəzən akademik  A.Saxarov    
(arvadı Yelena Boner-Əlixanyanın təhriki ilə) hələ 1975-ci ildə Nyu-Yorkda nəşr etdirdyi “Ölkə   
və sülh haqqında”   kitabında bildirirdi ki, “ermənilər Azərbaycanda və Gürcüstanda və opta irqi 
ayrıseçkilik obyektidirlər”. 
1988-ci ilin martın 23-də A.D.Saxarov M.S.Qorbaçova yazdığı məktubunda qeyd edirdi 
ki, “Исторически  вся  областъ  Нагорного  Карабаха  (Арцах)  являлась  частью  Восточной 
Армении.  Автономная  национальная      областъ  Нагорный  Карабах  была  присоединена  к 
Азербайджанской  ССР  в 1923 году”.  Əlbəttə ki, bu faktlar ağ yalan idi və ermənilərin 
uydurma faktlarına əsaslanırdı. 
O ki, qaldı bir qrup erməni jurnalist və alimlərinin Dağlıq Qarabağın Ermənistan torpağı 
kimi qələmə vermələrinə, çox təəssüflər olsun ki, vaxtında və dərin elmi əsaslarla, hətta direktiv 
və ali   orqanlar səviyyəsində cavabcız qaldığıqdan bu toxumlar maneəsiz, surətdə çox qısa bir 
müddətdə cücərdi, böyüdü, qol-budaq atdı və dünyaya yayıldı. Hətta 1988-ci   ildə Ermənistan   
EA-nın 19 akademiki və elmlər doktorunun hazırladığı və həmin akademiyanın da nəşr etdirdiyi 
“Dağlıq Qarabağ”: tarixi arayış  “kitabına o vaxt bizim mütəxəssis alimlərimiz tərəfindən tutarlı 
və elmi cavab verilmədi. Kitabın rus dilində 20-min   tirajla nəşr olunub lazımi  ünvanlara     
göndərilməsi ermənipərəst xadimlərin əlində  ideoloji  silahla  çevrildi. Çox təəssüf  ki, Dağlıq 
Qarabağın tarixinə dair elmi əsaslarla, erməni tarixçilərinin iç üzünu açan, tarixi təhriflərə 
müəyyən qədər cavab kimi akademik Tofiq Köçərlinin hazırladığı  “Qarabağ        məsələsinin    
tarixinə dair” (uydurmalar  və  həqiqət)  araşdırması yalnız   1994-cü ilin  ortalarında  respublika  
mətbuatında işıq  üzü gördü. 
1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü İqrar  Əliyevin “Dağlıq Qarabağ: tarix, 
faktlar, hadisələr” kitabçası çap olundu. Lakin bu kitab erməni müəlliflərinə tutarlı cavab kimi 
lazımi effekt vermədi, azlıq etdi. Böyük zəhmətin nəticəsi olan bu kitabçada göstərilən mənbələr 
əsasında geniş və fundamental əsərlər yazılmadı. 
Əgər 1988-ci ildə Qarabağ münaqişəsinin yeni mərhələsinin başladığı günlərdən 
ölkəmizin daxilində sabitliyi qoruyub saxlaya bilməməyimizi və  əsl həqiqəti dünya 
ictimaiyyətinə doğru və lazımınca çatdırmamağımızı, yaymamağımızı  nəzərə alsaq görərik ki, 
indi ermənilərlə müqayisədə xeyli uduzmuşuq. 
1918-ci ilə mayın 28-dən 1919-cu ilin mart ayına qədər neçə  dəfə hökumət tərkibi 
dəyişib: düz dörd dəfə! 


Və yaxud, Azərbaycan Demokratik Cümhuriyyətinin ədliyyə naziri X.Y.Xasməmmədov 
1918-ci ildə yazmışdı:  “Мы,  азербайджанцы  в  политике  еще  не  искушены  и  не  умеем 
пользоваться  теми  приемами  к  которым  прибегают  другие  в  особенности  наши 
недоброжелатели.  Мы  не  сумели  создать  шум  на  всю  Европу,  обивать  пороги  великих 
мира сего, не сумели даже, как это принято сделать себе “хорошую прессу” в Европе”.  
Bəs, görəsən 70 il sonra yenə də Qarabağ münaqişəsinin yeni mərhələsi  başlarkən 
X.Y.Xasməmmədovun dediklərindən nə qədər irəliyə doğru addım atmışıq?! 
Çox az... “Ermənilər isə  hələ 1918-ci ildə ABŞ-da Ermənistanın müstəqilliyi uğrunda 
mübarizə komitəsi” yaratmışdılar. 
1918-1920-ci illərdə ermənilərin Qarabağı zorla Ermənistana  birləşdirmək  təşəbbüsləri  
ilə   1988-ci ildən  bəri  ermənilərin Dağlıq  Qrabağı  Ermənistana birləşdirmək cəhdləri arasında 
çox böyük oxşarlıq vardır. Tarixi hadisələrdən, başımıza gələn düşmən hiylə  və  fəsadlarından 
vaxtında və lazımi nəticə  çıxarmadığımız üçündür ki, bu gün erməni təcavüzü qarşısında aciz 
qalmışıq, dünya ictimaiyyəti hələ də Ermənistanı təcavüzkar kimi tanımır. 
Dağlıq Qarabağdan Azərbaycanlı  əhalinin çıxarılmasında ermənilərin siyasətinə  şərait 
yaradan amillərdən biri də 1988-1990-cı illərdə Azərbaycan KP MK-nın 1-ci katibi işləmiş 
Ə.X.Vəzirovun bu işə himayədarlığı idi. 
Pakistandan    səfir    vəzfəsinədək    Azərbaycana yüksək     vəzifəyə     gətirilməsinin     
əvəzində Dağlıq Qarabağın Ermənistanla birləşməsinə imkan və  şərait yaradağacına     söz     
verən  Ə.Vəzirov     yeni     vəzifə kreslosunda    əyləşdiyi    ilk    gündən    bu    istiqamətdə 
əlindən gələn imkanlardan istifadə etməyə  başladı. Moskvaya   verdiyi   vədə   xilaf    çıxmayan    
Ə.Vəzirov Ermənistandan qovulan didərginlərin çox böyük əzab-əziyyətlə    özlərini  Şuşaya  
yetirmələrinə   baxmayaraq, xüsusi göstərişlə, bir gün ərzində 10 minə yaxın qaçqını Qarabaqdan 
çıxarıb Bakıya, Sumqayıta, Xızıya, Xaçmaza və başqa  ərazilərə  səpələdi. Onların zorla is və 
DTK nümayəndələrinin köməkliyi ilə Qarabağ torpaqlarında cəmləşməsinin qarşısını aldı. Belə 
olmasaydı, ermənipərəst Vəzirovun ağaları qarşısında verdiyi söz qüvvədən düşərdi. Qaçqınlar 
Qarabağ torpağına yaxın buraxılmır, Azərbaycan xalqının  əlində olan ən adi silahlar, kəsici 
alətlər belə, zorla əllərindən alınırdı. 
Azərbaycanda  ən yuxarı  eşelonda özlərinə arxa və müdafiəçi tapan ermənilər 
Ermənistandan Azərbaycanlalıları ildırım sürəti ilə  təmizlədikdən və buna qarşı  İttifaq 
rəhbərliyindən heç bir reaksiya görmədikdən sonra Dağlıq Qarabağdakı Azərbaycanlıları da öz 
ev-eşiklərindən “təmizləməyə” və faktiki olaraq Dağlıq Qarabağı Azərbaycanlısız “erməni 
torpağına” çevirməyə başladılar. Bu, onlara dünya ictimaiyyətinə Dağlıq Qarabağın erməni 
torpağı olduğunu “daha inamla” demək, beləliklə də, Azərbaycanın ən qədim və gözəl guşəsini 
anneksiya etmək, sonradan isə Azərbaycan torpağının öz içərisindən Azərbaycana müharibə 
“elan etmək” imkanı yaratdı. 
Ermənilərin Qarabaqa sonradan gəlmə xalq olduğlarını  təsdiqləyən erməni alimləri də 
olmuşdur. Məsələn, indiki Dağlıq Qarabağın ermənilər tərəfindən zəbt olunduğunu  İ.A.Orbeli, 
burada yaşayan yerlə  əhalinin müəyyən qisminin “erməniləşdirildiyi”ni S.T.Yeremyan qeyd 
etmişlər. 
1916-cı ildə Petroqradda “Народности  Кавказа” kitabını  nəşr etdirək B.İşxanyan 
yazmışdır: “Армяне,  проживающие  в  Нагорном  Карабахе,  частью  являются  аборигенами, 
потомками  древних  албанцев...  А  частью  беженцами  из  Турции  и  Ирана,  для  которых 
Азербайджанская земля стало убежищем от преследований и гонений”.. 
Bu da bir həqiqətdir ki, ermənilər 1978-ci ildə Mardaketdə (indiki Ağdərədə) özlərinin 
İranın Marağa  əyalətindən Qarabağa köçüb gəlmələrinin 150 illiyi şərəfinə böyük abidə 
kompleksi ucaltmışdılar. 1988-ci ildə ermənilər həmin abidəni özləri dağıdaraq yox etimşlər. 
Azərbaycan tarixşünaslığının qənaəti də  məlumdur: “Итак  совершенно  беспорно,  что 
армяноязычное население нынешней НКАО (кроме тех, которые была переселены сюда в 
XIX  веке) – это потомки арменизированного местного населения – различных албанских 
племен  утиев,  цодов  (ни  кто  иной,  армянский  автор  Моисей  Хоренский,  называет  их 
потомками Арана – прородителя и правителя албан) и др.” (И.Г.Алиев). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə