Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

ermənilərdən   ibarət   olduğu üçün həmin ərazi Ermənistana verilməlidir. Bu zaman ÜİK(b)    P    
katibliyi  Azərbaycan KP MK katibi M.C.Bağırovun rəyini öyrənmək üçün ona müraciət edir.  
A.Harutyunovun   məktub-layihəsindəki  dəlliləri alt-üst edən M.C.Bağırov  bildirir  ki,  
əgər ermənilərin   əsas   götürdükləri   səbəbə   görə   Yuxarı Qarabağın Ermənistana verilməsi 
məqbul sayılırsa, nə olar,  qoy  DQMV-nin  Şuşa  rayonu  istisna  olunmaqla ərazisi Ermənistana 
verilsin. Ancaq bir şərtlə. Elə bu arqumentə-amilə əsaslanaraq Azərbaycanlıların yaşadığı  Vedi,   
Qarabağlar  və  Yeceqnadzor   rayonları Naxçıvana birləşdirilsin, habelə, vaxtilə Gürcüstana və   
Dağıstana   verilən    Azərbaycan   torpaqları    geri qaytarılsın. 
Bu əks təklifdən sonra həmin məsələ qapanır. 
Təəssüf ki, 1988-1990-cı illərdə Azərbaycan rəhbərliyi tarixdən dərs götürmək əvəzinə, 
əks tədbirlər görmək  əvəzinə erməni separatçıları  və ermənipərəst “Mərkəz”lə “dostluq”, 
“qardaşlıq” siyasəti aparmaqı daha üstün tuturdular. 
Bəzən bir sıra Qərb dövlətlərinin ikibaşlı siyasət yeritməsi, ayrı-ayrı dövlət başçılarının 
ermənilərini özgə torpaqları hesabına öz ərazilərini genişləndirmək iddialarına bir mənalı şəkildə 
münasibət bildirməmələri də ermənilərin bu sahədəki fəaliyyətlərinə qol-qanad verib. 
Bu məsələdə istər 20-50-ci, istərsə  də 1988-1992-ci illərdə Türkiyənin, Almaniyanın, 
Böyük Britaniyanın mövqelərindəki qətilik ermənilərin bir çox çirkin əməllərinin qarşısını alıb. 
1947-ci ildə Turkiyə ilə SSRİ arasında gedən danışınlarda ərazi məsələsi də ortaya atılmışdı. Bu 
zaman Türkiyənin xarici işlər naziri Nurullah Sümer Sovet nümayəndəsi Aleksandr 
Vinoqradovun həmin təklifini “dünya ərazisinin böyük bir hissəsi olan Sovet Rusiyasının 
doğrudanmı yenə də torpağa ehtiyacı var?” sualı ilə qarşılamışdı. A.Vinoqradov isə o zaman öz 
cavabında demişdi: “Torpağa ehtiyacı olan Rusiya deyil, Ermənistan Sosialist Respublikasıdır”. 
Beləliklə Sovet tərəfinin xahişini N.Sümer ustalıqda və kəskin şəkildə rədd etmişdi. 
1987-ci ilin aprelində ABŞ-dakı erməni diasporu Amerika ictimaiyyətinə  və dövlətinə 
müraciət edərək, “1915-1923-cu illər erməni genosidinin milli xatirə günü” layahəsinin ABŞ 
konqresində müzakirə edilib müvafiq qərar çıxarmasına tələb etdilər. Bu sahədə kütləvi 
tədbirlərə  əl atıldı. Türkiyənin qəti etirazından və ABŞ-ın o vaxtı dövlət katibi C.Şultsun bu 
məsələyə qarşı  qəti mövqeyi nəticəsində ABŞ Dövlət Departamenti konqresmenlərə  məsləhət 
gördü ki, ermənilərin hazırladığı qondarma 132 saylı qətnamə layihəsi qəbul edilməsin. 
Belə olduğu halda, dünya erməni lobbisi, erməni milli- siyasi partiyaları qərara gəldilər 
ki, Ermənistan Sovet Respublikası Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan torpaqlarına ərazi 
iddialarını yenidən gücləndirsin və bunun üçün bir sıra konkret tədbirlər planı hazırladı. Həmin 
tədbirlərdən bir neçəsi bunlardır: tarixi təhrif etmək, Azərbaycanı iqtisadi və informasiya 
blokadasına salmaq, Azərbaycandıları kütləvi şəkildə Ermənistandan, Dağlıq Qarabağdan qovub 
çıxarmaq, dünya ictimaiyyətinin közündə  vəhşi Azərbaycanlı, “əzabkeş” erməni xalqı obrazını 
yaratmaq, Azərbaycan Respublikası ilə ABŞ arasındakı münasibətlərin pisləşməsi üçün hər cür 
yoldan və üsuldan istifadə etmək. 
Bütün bunların nəticələri isə göz qabağındadır. 
Ermənilər bütün dövrlərdə Dağlıq Qarabağ amilindən sui-istifadə etməyə  cəhd 
göstəriblər. Nəmişə  də bir qayda olaraq bu niyyətlərində uduzublar. Söz yox ki, erməni 
millətçiləri nə  qədər cəhd göstərirlərsə göstərsinlər, hansı üsullardan istifadə edirlərsə etsinlər, 
kimlərin himayəsinə  sığınırlarsa sığınsınlar, fərqi yoxdur, bu dəfə  də onların niyyətləri baş 
tutmayacaq. Azərbaycan xalqı istər siyasi yolla olsun, istərsə də öz qanı bahasına, ya beynalxalq 
ictimaiyyətin obyektiv mövqeyi hesabına, ya da milli birliyə arxalanaraq özü öz doğma 
torpaqlarını düşmən təcavüzündən, tapdağından azad edəcəkdir. 
  
 
SON SÖZ ƏVƏZİ 
 
Kitabın tədqiqat obyektini əsasən indiki Ermənistan və ona bitişik  ərazilər, Dağlıq 
Qarabağ  və onun ətraf rayonları, araşdırılma tarixi isə 17-ci əsrin  əvvələrindən günümüzədək 
olan dövrü əhatə etmişdir. Tədqiqatın başlıca məqsədi qeyd edilən  ərazilərdə Azərbaycan 


türklərinin qaçqınlıq, deportasiya və soyqırım tarixini araşdırmaq, onu törədən səbəbləri açıb 
göstərməkdən ibarət olmuşdur. 
İstifadə edilmiş ilkin mənbə  və tarixi ədəbiyyatların təhlili göstərir ki, xalqımıza qarşı 
erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin 
əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə “Böyük Ermənistan” 
yaratmaqdan ibarətdir. Ermənilərin bu niyyətlərinin qismən də olsa, reallaşmasında Rusiyanın və 
bəzi Qərb dövlətlərinin müstəna rolu olmuşdur. 
1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən 
dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan və 
Qarabağ xanlıqlarının  ərazilərində  məskunlaşdırılmışdı. Həmin müharibələr nəticəsində 359 
müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşdülər. 
Türkməkçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində təşkil edilən Erməni 
vilayətindəki 1111 yaşayış  məntəqəsindən cəmisi 62 kənddə (erməni kilsələrinin  ətrafında) 
ermənilər yaşadılar. 
Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən 
qırğınlar, deportasiya və soyqırımları  nəticəsində onların yaşadıqları iki minə yaxın yaşayış 
məskənləri boşaldılmışdır. Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel 
ermənilərin onların yerində  məskunlaşdırılma kampaniyası 19-cu əsrin sonunda Türkiyədə baş 
qaldıran erməni separatizminin yatırılmasından sonra daha geniş vüsət almışdır. 20-ci əsrin  
 əvvələrində Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn 
ermənilərdən ibarət olmuşdur. 
Həmin dövrdə “Daşnaksutyun” partiyası öz proqramında dəyişiklik edərək, fəaliyyətinin 
ağırlıq mərkəzin Zaqafqaziyaya keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə silahlı 
birləşmələr təşkil etmişdi. 
Qafqazın canişini Vorontsov-Daşkovun ermənipərəst mövqeyindən istifadə edən 
“Daşnaksutyun” partiyası  İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberniyalarında Azərbaycan 
türkləri yaşayan  əraziləri təmizləmək və orada erməniləri məskunlaşdırmaq məqsədilə kütləvi 
qırğınlar törətmişdilər. 1905-1906-cı illərdə  əvvəlində Rusiyada baş verən iqtişaşlardan fürsət 
kimi istifadə edən ermənilər  əvvəlcə Bakıda, sonra isə  İrəvanda, Naxçıvanda, Gəncədə, 
Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc Azərbaycanlılara qarşı  qırğınlar törətmişdir. 
Erməni silahlı 
dəstələri 
İrəvan-Naxçıvan, Naxçıvan-Zəngəzur, Zəngəzur-Qarabağ 
istiqamətlərində yerləşən Azərbaycanlı yaşayış  məskənlərinin  əhalisini qırmaqla, qovmaqla və 
həmin  ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin  əsasını qoymaq 
istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri  İrəvan  şəhərində  və onun 
ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə ) və Şərur-Dərələyəzdə, Gəncə quberniyasının Zəngəzur 
qəzasının Gorus, Qapan və Qarakilsə (Sisyan) nahiyələrində,  Şuşa, Cavanşir, Cəbrayıl, Qazax 
qəzalarında kütləvi soyqırım törənmiş, 200-dən artıq Azərbaycanlı kəndini viran qoymuşlar. 
1914-cü ildə Rusiya-Türkiyə müharibəsinin başlanmasından istifadə edərək 
“Daşnaksutyun” partiyası rus ordusunun tərkibində 4 böyük silahlı birləqimə  təşkil etmişdi. 
Cəllad Andranikin başçılıqı etdiyi erməni dəstələri Cənubi Azərbaycanın Xoy, Urmiya və 
Salmas  əyalətlərində 150 minə yaxın, sonra isə  Şərqi Anadolunun Qars, Ərzurum və  Ərdahan 
bölgələrində 200 mindən artıq Azərbaycan türklərini uşaq, qoca, qadın arasında fərq qoymadan 
qətlə yetirmiş, həmin  əraziləri Çar Rusiyasının ermənilərə  vəd etdiyi Ermənistan dövlztini 
qurmaq üçün türklərdən təmizləmişdilər. Təkcə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti 1-ci Dünya 
müharibəsi dövründə 40 min Qarslını Azərbaycana təlxiyyə edərək aclıq və ölümun caynağından 
qurtarmışdı. 
Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra S.Şaumyan başda olmaqla özlərini 
Qafqazda bolşevik hakimiyyətinin qanuni  numayəndələri hesab edən ermənilər  əsasən 
Turkiyədən qaçıb gələn erməniləri silahlandıraraq Sovet hakimiyyətini  qurmaq adı altında 
Bakıda hakimiyyəti  ələ keçirmişdilər. Məhz həmin dövrdə yaradılmış erməni silahlı  dəstələri 
“bolşevik” qiyafəsində 1918-ci ilin martında Bakıda 15 minə yaxın müsəlman qətlə 
yetirilmişdilər. Həmin dövrdə ermənilər Şamaxıda, Qubada, Ağsuda, Kürdəmirdə və Lənkəranda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə