Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

250-yə yaxın    müsəlman kəndlərini yerlə yeksan etmiş, on minlərlə dinc əhalini qətlə yetirmiş 
və sağ qalanları qaçqın düşməyə məcbur etmşidilər, 
1918-1919-cu illərdə Qarabağın dağlıq hissəsində 150-dən artıq, Zəngəzur qəzasında 115 
kənd bütövlüklə dağıdılmış,  əhalisinin xeyli hissəsi erməni silahlı qüvvələri tərəfindən 
vəhşicəsinə öldürülmüşdü. 
Erməni      vəhşiliyi   İrzvak   quberniyasında və  Şərqi  Anadoluda misli  görünməmiş 
həddə çatdırılmışdır. Təkcə 1918-ci ildə  İrəvan quberniyasında 211, Qars vilayətində isə  82 
kənd dağıdılmış, əhalisi soyqırımına məruz qalmışdır. 1916-cı   ildə   İrəvan   quberniyasında   
373582   nəfər yaşadığı   halda,   1920-ci   noyabrında   cəmisi 12 min nəfər Azərbaycanlı 
qalmışdı. Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisindən 1000-ə yaxın   
Azərbaycanlı   kəndləri   dağıdılmış,    əhalisi soyqırıma məruz qalmışdır. 
1920-ci ildən sonra Ermənistanda Azərbaycan türklərinə qarşı deportasiya siyasəti 
“dostluq” və “beynəlmiləlçilik” pərdəsi altında davam etdirilmişdir. 1930-1937-ci illərdə 
Ermənistanın Türkiyə və İranla sərhəd boyunda yaşayan 50 minə yaxı azərbaycanlı repressiyaya 
məruz qalaraq həbs edilmiş Qazaxıstan və Sibir çöllərinə sürgün edilmişlər. 
1947-ci il dekabrın 23-də SSRİ Nazirlə Sovetinin “Ermənistan SSR-də kolxozçu və digər 
Azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına 
əsasən 1948 - 1953-cü illərdə Azərbaycanlılar yaşayan ən münbit ərazilərdən, xüsusən də İrəvan 
və onun ətraf rayonlarından 150 minə yaxın  əhali deportasiyaya məruz qalaraq Azərbaycanın 
aran rayonlarına, köçürülmüşdür. Köçürülən  əhalinin təqribən yarısı iqlim şəraitinə 
uyğunlaşmayaraq tələf olmuşdur. 
1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə 
edən Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini anneksiya etməyə  cəhd 
göstərməklə yanaşı Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il 
noyabrın 22-dən 28-dək müddət  ərzində Azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 
qarışıq (ermənilərlə) yaşayış məskənləri  boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı 18 
min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 216 
azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on 
minlərlə ailənin əmlakı qarət olunmuşdur. 
Rəsmi Ermənistan Azərbaycanlılara qarşı soyqırım həyata keçirərək onları tarixi-etnik 
torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırım-türk mənşəli toponimləri erməniləşdirmək 
aksiyasını  həyata keçirmişdir. 1990-cı ildən etibarən son vaxtlara qədər mövcud olan 250-yə 
yaxın türk mənşəli toponimin hamısı dəyişdirilmiş və yaxud bu yaşayış məntəqələri ölü kəndə 
çevrilərək yaşayış  məntəqələrinin siyahısından silinmişdir. Lakin Ermənistan parlamentinin 9 
aprel 1991-ci il tarixli fərmanı istisna olmaqla (həmin fərmanla 90-dan artıq toponimimiz 
dəyişdirilmişdir) qalan toponimlərin nə vaxt və necə dəyişdirildiyi, yaxud hansı fərmanla yaşayış 
məntəqələrinin siyahısından çıxarıldığı haqqında məlumat yoxdur. Müvafiq orqanların yardımı 
ilə yerdə qalan toponimlərin də aqibətini dəqiqləşdirmək mümkündür. Bununla, son iki əsrdə 
indiki Ermənistan  ərazisində Azərbaycanlılara qarşı törədilən fiziki soyqırımdan başlayaraq, 
mənəvi soyqırımla başa çatan bir faciənin xronikasını tamamlamaq, onu dünya ictimaiyyətinin 
nəzərinə küll halında çatdırmaq,  əsl soyqırımına kimin məruz qaldığı  əyani sübut etmək 
mümkündür. 
Monoetnik Ermənistan dövləti yaratmağa nail olan Ermənistan rəhbərləri onu dəstəkləyən 
dövlətlərin hərbi-sənaye potensialından qidalanaraq əhalisinin 30 faizini Azərbaycanlılar təşkil 
edən Dağlıq Qarabağ Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, 
Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını) işğal edib xarabazara çevirmiş,  əhalini 
soyqırımına məruz qoymuşlar. 
Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunun (ərazisinin 20 faizi, yaxud 5/1 
hissəsini, 700 yaşayış məntəqəsini işğal etmiş, 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 
4 minə yaxın  əhalini girov götürmüşlər ki, onların da əksəriyyəti uşaqlar, qadınlar və qocalar 
təşkil edirlər, 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı dünya tarixində analoqu 


olmayan vəhşiliyin nümunəsidir. Bir milyona yaxın Azərbaycanlı öz ölkəsində qaçqın 
düşmüşdür, 
İşğal edilmiş ərazilərdə 4 minə yaxın sənaye və kənd təsərrüfatı obyekti, ümumi sahəsi 6 
milyon kv. metr olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim tərbiyə müəssisəsi, 3 
minə yaxın mədəni-maarif ocağı, 700-dən artıq tibb müəssisəsi erməni vandalları  tərəfindən 
dağıdılmışdır. 
Beləliklə, təkcə XX yüzillikdə bir milyona yaxın Azərbaycanlı ermənilər tərəfindən 
vəhşicəsinə öldürülmüş, 1,5 milyondan artıq soydaşlarımız indiki Ermənistan  ərazisindən 
deportasiya edilmişdir. 1918-ci ildə imzalanan Batum müqaviləsinə əsasən cəmisi 9 min kv. km. 
ərazisi olan Ermənistan 1988-ci ildə onu 30 min kv.km.-ə çatdırmış, hazırda isə  işğal etdiyi 
ərazilərlə birlikdə azı 45 min kv.km. əzəli Azərbaycan torpaqlarını öz nəzarəti altına almışdır. 
Kitabda tədqiq edilən tarixi faktlar, arxiv sənədləri, statistik məlumatlar belə  nəticəyə 
gəlməyə  əsas verir ki, indiki Ermənistan  ərazisində  və Azərbaycanın işğal edilmiş  ərazilərində 
erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar və  cəza 
aksiyaları BMT Baş  Məclisinin 9 dekabr 1948-ci il tarixli Konvesiyasına görə soyqırım hesab 
edilməlidir. 
X1X-XX əsrlərdə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım və kütləvi repressiya 
aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədilə prezident H.Əliyev 26 mart 1998-ci ildə 
“Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış  və bütün soyqırım faciələrini yad 
etmək məqsədilə 31 mart Azərbaycanlıların soyqırım günü elan edilmişdir. 
Bütün bu faktlar dünya ictimaiyyətinin nəzərinə çatdırılmalı, Azərbaycan xalqına qarşı soyqırımı 
törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün beynalxalq təşkilatlar qarşısında məsələ 
qaldırılmalıdır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə