Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   2   3   4   5   6   7   8   9   ...   54

1
Eзoв Г. А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898, səh.9.
 
2
История армянского народа, səh.166. 
 
Rusiya - İran müharibəsi nəticəsində 1723-cü il sentyabrın 12-də bağlanan müqaviləyə 
əsasən Gilan, Mazandaran, Astarabad əyalətləri, Bakı və Dərbənd şəhərləri Rusiyanın tabeliyinə 
keçir. Noyabrın 10-da I Pyotr həmin  ərazilərdə ermənilərin köçürülüb gətirilməsi üçün yer 
ayrılması haqqında fərman verir. Həmin fərmanla çar “xristianlıq naminə” erməni xalqını öz 
mərhəmətində saxlamaq və himayəyə götürmək qərarını vermişdi.
1
 
1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək mərhəmətə  və 
himayəyə layiq görülmələri haqqında fərman verir.
2
 
18-ci əsrin ikinci yarısında ermənilər yenidən fəallaşırlar.1760-cı ildə Hindistan ermənisi 
İosif Emin rus hökuməti və gürcü çarı ilə danışıqlar aparır. İran və Türkiyəyə qarşı müharibədə 
ermənilərin köməyini təklif edir. 1769-cu ildə Həştərxan ermənisi Movses Safarov saraya layihə 
təqdim edir. O, layihədə rus ordusunun köməyi ilə “Ermənistanı azad etməyi” və Rusiyanın 
himayəsində dövlət qurmağı təklif etmişdi. Müharibədən sonra, 1780-ci ildə Rusiyadakı erməni 
yeparxiyasının başcısı  İosif Arqutinski (Hovsep Arqutyan) və Moskva varlısı  İvan Lazarev 
(Novhannes Lazaryan) Rusiya hökumətinin numayəndələri ilə danışıqlar aparırlar ki, Osmanlı 
Türkiyəsi və  İran sərhədlərinin kəsişdiyi  ərazilərdə erməni dövləti yaratsınlar. Rusiya çarı bu 
ölkələrə hərbi yürüş etməyi planlaşdırır. Ermənilər danışıqlara rus sərkərdəsi A.B. Suvorovu cəlb 
edirlər, Suvorov isə “onların dövlətlərini bərpa etmək niyyətində olduqları” haqda ermənilərə 
vəd vermişdi.
3
 Lakin 1796-cı ildə başlanan bu yürüş sonralar təxirə salınmış, P Yekaterinanın 
ölümü bu layihənin həyata keçirilməsinə mane olmuşdu. Qeyd etdiyimiz kimi, Ermənilər öz 
dövlətlərini qurmaq üçün hər cür vasitələrə əl atır, hətta hədiyyə adı altında rus çarlarına rüşvət 
belə verirdilər, Bununla onlar saray əyanlarının etimadını qazanır, hökumətin müxtəlif 
strukturlarında, xüsusən də hərbi sahədə öz nümayəndələrini yerləşdirməyə nail olurdular. 
 
1
 Собрание актов..., I hissə, səh. 11-12; Eзoв Q.A., göstərilən əsəri, səh. 392. 
2
 Собрание актов..., I hissə, səh.43. 

История армянского народа, səh. 171. 
 
 1747-ci ildə Nadir şaha sui-qəsd edildikdən sonra, ona məxsus qiymətli qaş-daşları vaxtilə şahın 
sarayına yol tapmış erməni Lazar oğurlayır. Hazırda Moskvada “Silahlar palatasında” saxlanan, 
həcminin böyüklüyünə və saflığına görə diqqəti cəlb edən çox qiymətli brilyant daş Nadir şahın 
xəzinəsindən oğurlandıqdan 10-15 il sonra həştərxana gətirilmiş, sonralar isə Sankt-Peterburqda 
yaşayan erməni zadəganı  Şafrasın  əlinə keçmişdi.  Şafrasdan həmin brilyantı kollec müşaviri 
Lazarevin vasitəçiliyi ilə çox ucuz qiymətə (400 min rubla) qraf Q.Orlov xəzinə üçün almışdı və 
pasxanın birinci günü qırmızı yumurtaya bənzər futlyarın içində imperatriçə II Yekaterinaya 
təqdim etmişdi. Şafrasın qiymətli brilyantı ucuz qiymətə saraya satması erməni bicliyi idi. O, bu 
güzəştin  əvəzində imperatriçədən nəsillikcə Rusiya zadəganı titulu almışdı. Həmin brilyantın 
həcmcə nisbətən balaca başqa bir tayını isə Tiflis ermənisi knyaz Abamelik şəxsən imperator 
Pavel Petroviçə hədiyyə etmişdi. İmperator isə knyaz Abameliki şəxsi səyinə və sədaqətinə görə 
səxavətlə mükafatlandırmış, ona Podolsk quberniyasında mülk baqışlamış, oğlanlarını 
qvardiyaya qəbul etmişdi. Sonralar onlardan ikisi general rütbəsi, digər üçü isə  ştab zabiti 
rütbəsinə yüksəlmişdilər.
1
 
Müxtəlif yollarla yüksək hərbi rütbələr  əldə etmiş ermənilər rus qoşunlarının 
Zaqafqaziyaya yürüşü zamanı ordunun önündə getmiş, Azərbaycanın  Şimal və  Cənub 
xanlıqlarının işğalında müstəsna rol oynamışdılar. Erməni və gürcü zabitlərinin hazırlanmasında 
Rusiya Nazirlər Kabinetinin gürcü və erməni zadəganlarının uşaqlarının kadet korpusuna (orta 
hərbi məktəb) qəbul edilməsi haqqında 1738-ci il 17 aprel tarixli qərarının müstəsna rolu 
olmuşdu.
2
 
 

Собрание актов, относящихся к обозрению истории армянского народа, II hissə, 
 М., 1838, səh.73. 



Yenə orada, I hissə, M., 1833, səh.96
 
 
1797-ci il oktyabrın 1-də çarın fərmanı ilə İranlı erməni məliklərinin və onların itaətində
 
olan erməni  əhalisinin (2 min nəfər) çar Rusiyasının təbəəliyinə  qəbul edilməsi və onların 
Qafqaz xətti boyunca yerləşdirilməsi qərara alınır.
1
 1799-cu il iyunun 3-də Kartli və Kaxetiya 
çarı Georkiyə ünvanlanan, “Qazax adlanan ərazidə erməni məliklərini və onların itaətində olan 
erməniləri məskunlaşmaqdan məhrum etməmək” haqda imperator I, Pavel ali fərman vermişdi.

Rusiyaya Şərqdə öz istilaçılıq niyyətini həyata keçirmək üçün həmin ölkələrdə yaşayan xalqların 
dilini bilən mütəxəssis-tərcüməçilər lazım idi. 1798-ci il iyunun 24-də Rusiya Xarici İşlər 
Kollekiyasına fərman verilmişdi ki, tələbələrə çin, mancur, fars, türk və tatar dillərini öyrətmək 
məqsədilə  hər il 5000 rubl vəsait xərclənsin.
3
 Bir az əvvəl, 1797-ci il fevralın 26-da verilən 
fərmanla isə Xarici İşlər Kollekiyası yanında Asiya xalqları ilə  iş aparmaq üçün xüsusi 
Departament yaradılmışdı.

Qeyd etdiyimiz kimi, erməni dövləti yaratmaq uğrunda uzun müddət gərgin  əmək sərf 
etmiş din xadimlərindən biri də arxiyepiskop Hovsep Arqutyan İosif Arqutinski Dolqoruki 
olmuşdur. O, daha bic davranmış, özünü Arkiştilərin xələfi kimi qələmə vermişdi. Arqutyan 
həmçinin guya erməni çarları zamanı  kəsilən sikkələri və digər 17 ədəd sikkə  və medalları 
imperator I Pavelə  hədiyyə edir. Əvəzində imperator 1890-cı il yanvarın 2-də ona xeyir-dua 
verir. Martın 22-də Hovsen Arqutyan knyaz şərəfinə layiq görülür, iyulun 28-də Eçmiədzin 
kilsəsinin ali patriarxı, oktyabrın 30-da isə bütün ermənilərin katalikosu təsdiq edilir. Ona 
imperatorun fərmanı ilə 1000 rubl həcmində illik maaş  və ömürlük təqaüd təyin edilir. 
Eçmiədzinə gedib çatmaq üçün xüsusi müşayiətçi dəstə və 1000 rubl yol xərci ayrılır.
5
 
 
1
 Yenə orada, səh. 32 
2
 Yenə orada, səh. 33 
3
 Yenə orada, səh. 108 

Yenə orada, səh. 107 
5
 Yenə orada, səh. 46-49 
 
  
İrəvan xanlığı  ərazisində yaşayan oğuz boyları VII əsrdən etibarən islam dinini qəbul 
etməyə başladıqlarından, ermənilər tədricən gəlib Eçmiadzin kilsəsinə  və digər kilsələrə sahib 
çıxmışdılar. Matenadaranda saxlanan alqı-satqı  sənədlərinə görə, hələ 1431-ci ildə  Ağqoyunlu 
Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, 
Batrinç, Noraqavit Ağunatun Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz 
dinarına satmışdı.
1
 
Tədricən varlanan erməni kilsəsi və mülkədarları bu minvalla 19-cu əsrin əvvəlində 60-
dan artıq qədim oğuz yaşayış məntəqələrinə sahib olmuşdular. 19-cu Əsrin əvvəlində Rusiyanın 
Zaqafqaziyanı  işqal etmək üçün hərbi  əməliyyatlara başlaması  İran və Türkiyəni həmin 
ərazilərdən sıxışdırıb çıxarmaq və gələcəkdə erməni dövləti yaratmaq üçün zəmin hazırlamışdı. 
  
1
 Мамедов  С.А.,  Азербайджан  по  источникам  XV -  первой половины ХVIII 
вв.,  Bakı, 1993, səh. 41.
 
 
 
2. İLKİN QAÇQINLIQ DÖVRÜ VƏ  ERMƏNİ VİLAYƏTİNİN TƏŞKİLİ. 
 
Qərbi Azərbaycandan - indiki Ermənistan  ərazisindən Azərbaycan türklərinin ilkin 
qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın  Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində 
Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır. 
1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı 
Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək  əyalətinin 14 kəndindən təxminən 5-6 
min əhali bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar.
1
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə