Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   2   3   4   5   6   7   8   9   ...   54

Sonralar Pəmbək  əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri 
üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və  Səid bəyin himayəsi 
altında bölgədən qaçaraq Qars paşalığına sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz 
Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdi.

1804-cü ilin yazında  İrəvan xanlığının,  ərazisindən 2 min erməni qaçaraq rusların 
himayəsinə keçmiş  və onlar Loru-Pəmbək bölgəsində  məskunlaşdırılmışdılar.

Həmin il rus 
qoşunları Şörəyelə daxil olur. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov 
Gəncədə  Şörəyelin  əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalayırlar. 
Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır. 
 
1
  Акты,  собранные  Кавказскою  археографическою  комиссиею.  Архив  главного  управлений   
наместника   Кавказа,  I cild, Tiflis,  1866, sənəd 801. (Bundan sonra , АКАК) 
2
АКАК, ,  II cild sənədlər 1867-1869.
 
3  
Военная энциклопедия, СПб. 1912, səh. 587; Парсамян B.Л .., Истори армянского народа, I kitab, İrəvan, 
1972, səh.20. 
 
 
Şörəyel kəndlərinin qarapapaq boyundan olan əhalisinin bir hissəsi 1807-ci il rus-türk 
müharibəsi nəticəsində  İrəvan xanlığının və  Qars    paşalığının  ərazilərində  sığınacaq 
tapmışdılar. 
Qarapapaq tayfaları fürsət tapan kimi əvvələr yaşadıqları kəndlərə hücum edib erməniləri 
qovmaq istəyirdilər. 1807-ci il avqustun 26-da general Nesvetayev qraf Qudoviçə yazdığı 
məktubda göstərirdi ki, qarapapaqlar Gümrü yaxınlığında yerləşən Tapanlı  və Qoçqant 
kəndlərinə basqın etmiş, 7 erməninin başını kəsmişlər.
1
 Oktyabrın 29-da göndərilən raporta isə 
Şörəyelin yerli sakinlərindən 26 ailənin Qars paşalığına qaçdıqları qeyd edilir.

Şərqa Anadoluda yaşayan ermənilər  İrəvan xanlığının ruslar tərəfindən işğalını 
səbrsizliklə gözləyirdilər. Bayazid paşalığında yaşayan ermənilər 1806-cı ilin sentyabr ayında 
Tiflisə  məktub göndərmişdilər ki, rus qoşunları  İrəvanı  ələ keçirən kimi, 10000 erməni hər 
şeylərini atıb gələcəklər.  Ərzurum ermənilərindən 200 ailə rusların  İrəvanı  ələ keçirdiklərini 
eşidib hətta yola düşüblərmiş. Onlar Qarsa çatanda bu xəbərin yalan olduğunu eşidib, orada 
gözləməyə  məcbur olmuşdular. Eyni zamanda həmin məktubda göstərilir ki, İrəvan 
sakinlərindən (xanlığın ərazisindən) 500 tatar (azərbaycanlı) ailəsi Qarsa köçmüşdür.

Rus qoşunları Şörəyelə daxil olanadək sultanlığın ərazisində 170-ə yaxın kənd olmuşdur. 
1805-ci ilin statistik məlumatlarına görə isə Şörəyeldə sultan Budağın itaətində cəmisi 524 ailə 
yaşamışdır. Həmin  ərazidə rusların istər türklərlə, istər  İrəvan xanının, istərsə  də  İran  şahının 
vəliəhdi Abbas Mirzənin qoşunları ilə müharibələri nəticəsində Şörəyelin kəndlərinin əksəriyyəti 
xaraba qalmış,  əhalisi isə qaçqın düşmüşdür. Sonradan həmin  ərazidə Türkiyədən gələn 
ermənilər məskunlaşmışdılar. Sultan Budaq və kapitan Cəfər bəyin 1809-cu ilin dekabrında 
general-mayor Haqverdova 
 

AKAK, III cild, sənəd 435 

Yenə orada, sənəd 437 

AKAK, III cild, sənəd 917 
4  
AKAK, IV cild, sənəd 1447 
 
yazdıqları ərizədə göstərilirdi ki, İranla müharibə nəticəsində kəndlər dağıdılıb xaraba qalmış və 
bütün Şörəyel əyalətində сəmisi 250 ev qalmışdır.
1
 
1813-cü il oktyabrın 12-də Rusiya ilə  İran arasında bağlanan Gülüstan müqaviləsinə  əsasən 
Şəmşədil, Loru-Pəmbək və  Şörəyel  əyalətləri Gənсə, Qarabağ,  Şəki,  Şirvan, Bakı, Quba, 
Dərbənd, Talış xanlıqları və Dağıstan həmişəlik Rusiyanın tərkibinə qatılır.
 
19-cu   əsrin   əvvələrində   İrəvan   xanlıqı  15 mahaldan   -  Qırxbulaq, Zəngibasar,    
Gərnibasar, Vedibasar, Şərur,  Sürməli,  Dərəkənd-Parcanis, Səədli, Talın, Seyidli-Axsaxlı, 
Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göycə mahallarından ibarət idi.
2
 


Xanlığın mərkəzi İrəvan şəhərini 1804-1813-cü illərdə ruslar  ələ  keçirmək üçün iki  dəfə 
сəhd  göstərmişdilərsə  də,   buna   nail   omamışdılar. Gülüstan   müqaviləsinin  bağlanmasından   
14 il sonra yenidən başlanan Rusiya-İran müharibəsi zamanı 1827-ci il iyunun 26-da ruslar    
Naxçıvan    şəhərini, sentyabrın 20-də Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ 
keçirmişdilər.  İrəvanın  ələ keçirilməsində   xüsusi    xidmətlərinə        görə    Xüsusi Qafqaz 
korpusunun komandanı  general  İ.F.Paskeviçə “Qraf Erivanski” titulu verilmişdi. 
Rus qoşunlarının İrəvan xanlığını işğal etməsində ermənilər xüsusi fəallıq göstərmişdilər. 
Eçmiədzin kilsəsi, xüsusən də arxiyepiskop Nerses arxada təxribatla məşğul olur, rus qoşunlarına 
silahla yardım edirdilər. Ermənilərin Abbas Mirzənin qoşununa içəridən zərbə vurmasına aid 
Erməni vilayətinin rəisi A.Çavçavadze 1828-ci il mayın 21-də Paskeviçə yazmışdı: “İrəvan 
əyalətinin Nurnus kənd sakini erməni Hakan Harutyunov Abbas Mirzənin ordusunda topçu kimi 
xidmət edərkən, avqustun 17-də döyüş zamanı top atəşini rus 
 

АКАК, IV cild, sənəd 681.
 

Шопен  И.,  Исторический  памятник  состояния  Армянской  области  в  эпоху  его  присоединения  к 
Российской империи, СПб 1852, səh. 442-446.
 
 
qoşunlarına deyil, əks istiqamətə - İrəvan xanının qoşunlarına tərəf yönəltdiyi diqqəti cəlb 
etmişdir. Harutyunov onun hərəkətinin diqqəti cəlb etdiyini duyan kimi döyüş meydanından 
qaçmışdır. Ancaq bədbəxtlikdən Eçmiədzin monastrının yaxınlığında tutulmuşdur. İrəvan sərdarı 
Hüseyn xan onun gözlərini çıxarmış, burnunu, dodaqlarını və dabanlarını kəsmişdir.”
1
 
Paskeviç Erməni vilayətinin idarəsinə 1828-ci il iyulun 4-də göndərdiyi məktubda 
bildirmişdir ki, müharibə zamanı xanlığın  ərazisində rus komandirlərinin məktubunu 
gəzdirdiyinə görə Astvatsaturovanın  ərini öldürmüş, rus generalı Benkendorfun dəstəsinə 
bələdçilik etdiyinə görə isə Hovhannes Əsliyanın gözlərini çıxarmış, burnunu və dilini 
kəsmişdilər. Arxiyepiskop Nersesin təqdimatı ilə hər üç ailəyə 10 çervon qızıl verilmiş, onların 
ailəsinə 30 manat təqaüd kəsilməsi qərara alınmışdı.
2
 
1828-ci il yanvarın 25-də imperator buyruğu ilə arxiyepiskop Nerses İranla müharibə zamanı 
göstərdiyi sədaqətə, səyinə  və  şücaətinə görə müqəddəs Aleksandr Nevski ordeni ilə  təltif 
edilmişdi.
3
 
Rus ordusunun İrəvan  şəhərinin  ətraf bölgələrini işqal etdiyi zaman həmin  ərazilərdən 
müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27 -də qraf Nesselorda 
göndərdiyi məktubunda bildirmişdi ki, qarapapaqlardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa 
qaçmışlar, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bayazidə, müsəlman cəlalı kürdləri isə Muşa 
qaçmışlar. Qarapapaqlardan digər 800 ailə isə Arazı keçib Həsən xanın (İrəvan xanı Hüseyn 
xanın qardaşı) dəstəsinə birləşmişlər. Onlarla birlikdə  cəmədinli kürdləri (700 ailə), birukilər 
(400 ailə), dovmanlılar (400 ailə), çobangərəlilər (200 ailə), zilanlı kürdləri (1000 ailə) sərhəddən 
o taya - Türkiyəyə keçmişlər.

 

АКАК, VII cild, sənəd  443
 

Yenə orada, sənəd  440
 
3
Собрание актов..., I cild 54.
 

АКАК, VII cild, sənəd  512
 
 
İrəvan xanlığının ərazisində yeni rus üsul-idarəsi tətbiq etmək üçün Paskeviçin əmri ilə 
İrəvan müvvəqəti idarəsi yaradılır və yerli qoşunların komandanı, general Krasovski rəis təyin 
edilir. Arxiyepiskop Nerses Aştarakesi idarənin üzvü olur. Krasovskinin Nersesə verdiyi qeyri-
məhdud səlahiyyətlər sayəsində ermənilər istədiklərinə nail olurlar. Müharibədən çıxmış əhaliyə 
paylamaq üçun verilən 4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə 
paylanmışdı. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Bununla - əlaqədar 
Paskeviç baş  Qərargah rəisinə göndərdiyi məktubunda yazırdı: “Mən təsəvvür etməzdim ki
Krasovski yalnız Nersesin iradəsi ilə  hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl 
qoymayıb, yenicə  ələ keçirilmiş  əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin 
dörddə üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait ayırmayacaq.”
1
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə