Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   2   3   4   5   6   7   8   9   ...   54

Yerli müsəlmanlar arasında narazılışn artması  əhalini yaşadıqları yerlərdən köçüb 
sərhədin o tayına   keçməyə   vadar   edirdi.   Rusiyadan   narazı əhalinin   sərhədin  o  tayında   
cəmlənməsi   Paskeviçi narahat   edirdi, ona  görə də o, Nersesi   İrəvan müvəqqəti idarəsindəki 
fəaliyyətindən uzaqlaşdırmışdı. Türkmənçay müqaviləsi imzalandıqdan   sonra   Paskeviç   
general   Krasovskini rəis vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı  bəd  əməllərindən  əl  
çəkməyən   Nersesi  isə  Bessarabiyaya sürgün etdirmişdi. 
1827-ci ilin sonu, 1828-ci ilin əvvəli rus qoşunları  Cənubi Azərbaycanın Təbriz, Xoy, 
Urmiya, Salmas və Ərdəbil şəhərlərini ələ keçirirlər. 
1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay kəndində 
bağlanan müqavilə ilə 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyulur. Bu müqavilə ilə 
İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın ərazisinə qatılır Martın 20-də I Nikolay bu 
müqaviləni təsdiq edir 
 
1
Yenə orada, sənəd  438
 
 
və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda deyilir: “İranla 
bağlanmış müqaviləyə  əsasən  İrandan Rusiyaya birləşdirilən  İrəvan və Naxçıvan xanlıqlarını 
bundan sonra “Erməni vilayəti” adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin 
vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat lazımi fərmanları öz 
vaxtında alacaqdır.”
1
 
Erməni vilayəti  İrəvan və Naxçıvan  əyalətlərinə  və Ordubad dairəsinə bölünmüşdü. 
İrəvan  əyalətinə keçmiş  İrəvan xanlığının 15 mahalı, Naxçıvan  əyalətinə 5 mahal və Ordubad 
dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı 
Aleksandr Çavçavadze təyin edilmişdi. 
1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollec assesoru İ.Şopen 
erməni vilayətində kameral siyahıyaalma keçirmişdir.  Əlyazması 20 cilddən ibarət olan bu 
siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə  nəşr edilən  Erməni vilayətinin Rusiya 
imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” əsərində verilmişdir. 
İ. Şopenə görə Erməni vilayətində 752 kənd olmuşdur. Onlardan 521-i İrəvan əyalətində, 
179-u Naxçıvan  əyalətində, 52-si Ordubad dairəsində olmuşdur /kitabın  əlavəsinə bax/. 
Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42 
kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü
2
 
/əlavəyə bax/. 
Deməli, dağıldılmış, xaraba qoyulmuş kəndlərlə birlikdə Erməni vilayətində cəmisi 1111 
kənd olmuşdur. 
İ.Şopenin hesablanmasına görə, xanlıqların işqal edilməsinədək Erməni vilayətinin 
ərazisində təxminən 23.730 ailə /İrəvan əaylətində 17.000 ailə, Naxçıvan əyalətində 4.600 ailə, 
Ordubad dairəsində  2.130 ailə/ yaşamışdır ki, 
 

Собрание актов..., I hissə, 1833, səh.178-179.
 

Шопен И.,
 göstərilən əsəri, səh.
 510
 
orta hesabla, hər ailədə 5 nəfər götürdükdə, bu, 118.650 nəfər təşkil edir.
1
 
Siyahıyaalmanın nəticələrinə görə, vilayətdə 81.749 müsəlman və 25.131 yerli erməni 
qeydə alınmışdır. Bu siyahıyaalınmanın üstun cəhəti ondadır ki, ayrı-ayrı yaşayış  məntəqələri 
uzrə  İrəvandan və Turkiyədən köçürülən erməni ailələrinin sayı  və onların hansı yaşayış 
məntəqəsində məskunlaşdırıldıqları göstərilmişdir. 
1840-cı ildə Erməni vilayəti buraxılır.  Əvəzində  təşkil edilən  İrəvan qəzası Gürcü-
İmeretin quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə  İrəvan, Aleksandropol, Naxçıvan, 
Ordubad və Novo-Bayazid /Yeni Bayazid/ qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 
1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır. 
 


1
 Шопен И., 
göstərilən əsəri, səh
 .542
 
 
3. İRANDAN ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİ 
 
            1828-ci  il  fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə  əsasən 
İranda yaşayan ermənilərə  sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi. 
Hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, 
əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkünü aparmaq və satmaq üçün bir 
il, daşınmaz mülkə  gəldikdə isə, onun satılması  və ya onun haqqında özxoşuna sərəncam 
/vəkalət/ üçün 5 illik müddət müəyyən edilmişdi.

Lakin ermənilərin köçürülməsi üçün hazırlıq işlərinə  hələ 1827-ci ilin may ayında 
Paskeviçin Peterburqdan xüsusi tələbnamə  əsasında ermənilər arasında nüfuza malik olan 
polkovnik Lazarevi /Eqiazar Lazaryan/ öz sərəncamına götürməsi vaxtından başlanmışdı. 
Oktyabrın  əvvəlində artıq Lazarev Cənubi Azərbaycan erməniləri arasında iş aparmaq üçün 
ayrılan dəstənin tərkibində idi və sonralar Təbrizin komendatı təyin edilmişdi. Məhz Rusiyanın 
İrandakı  səfiri A.S.Qriboyedovun təşəbbüsü ilə  İran ermənilərinin işğal edilmiş yeni ərazilərə 
köçürülməsi məsələsi meydana çıxdıqdan sonra, Rusiya hökumətinin  İranla sərhəd boyu 
ərazilərə 80 min kazakın köçürülməsi layihəsi qüvvədən düşmüşdü.

Hələ 1827-ci ilin noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı Qriboyedovla 
Paskeviç görüşərkən arxiyepiskop Nersesin Xoydan göndərdiyi nümayəndələri onlardan 
ermənilərin köçürülməsi qayğısına qalmağı xahiş etmişdilər. Dekabr ayında Paskeviç Tiflisin 
hərbi qubernatoru Sinyaginə göndərdiyi məktubda qeyd etmişdidi ki, Urmiya ətrafında yaşayan 
15 min yunan və erməni Rusiyanın əyalətlərinə köçmək istəyirlər. Sinyakin isə onların İrəvan və 
Naxçıvan əyalətlərində yerləşdirilməsi fikri irəli sürmüşdü.
3
 
 
1
 Azərbaycan tarixi üzrə qaynaqlar, B.1989, səh.283. 
2
 Ениколопов И.К., Грибоедов и Восток, İrəvan 1954, səh.129. 

Yenə orada, səh.563. 
 
Türkmənçay müqaviləsi imzalandıqdan dərhal sonra, fevralın 14-də Lazarev elə oradaca 
Paskeviçə göndərdiyi rapotunda xatırladırdı ki, ermənilər müharibə zamanı  qələbəmiz üçün 
mümkün olanı etmişlər və indi evlərini qoyub Rusiya əyalətinə keçmək istəyirlər. Ermənilərin 
sürətlə və rahat köçürülməsi üçün Lazarev təklif edir: 1) Köçürmə işlərinə rəhbərlik etmək üçün 
ona Paskeviç kağız versin və həmin kağızda köçənlərə verilən güzəştlər göstərilsin; 2) Köçürmə 
işlərinə rəhbərlik etmək üçün erməni dilini bilən lazımi qədər ştab və ober zabitlər təyin etmək 
onun ixtiyarına verilsin; 3) İqlim  şəraitinə görə köçürmə  işləri ləngiyə biləcək yerlərdə rus 
ordusu orada gözləsin və ordu köçənləri müşaiyət etsin; 4) Kasıb köçkünlər üçün xəzinədən 
vəsait ayrılsın.
1
 
Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün fevralın 26-da Lazarevə və fevralın 29-da 
İrəvan muvəqqəti idarəsinə xüsusi təlimat göndərir. Lazarevə verilən 19 maddəlik təlimatda 
göstərilir: köçürülən xristianlardan ticarətlə məşğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, yenə 
ticarətlə  məşğul olsunlar; kəndlilərə kifayət qədər münbit torpaq ayrılacaq və onlar 6 il 
müddətinə vergilərdən, üç il isə torpaq mükəlləfiyyətindən azad ediləcəklər; köçməyə hazır olan 
ailələrə onlara veriləcək güzəştlər haqqında xüsusi formada vərəqlər verilməlidir; köçürülənlər 
kəndlər üzrə partiyalara ayrılmalı, hər partiyada 150 -dən 300-ə  qədər ailə olmalıdır; 
köçürülənləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə 
xristian əhalisi mümkün qədər artırılsın; hər partiyanı müşayiət etmək üçün ermənicə bilən bir 
zabit və 2-5 kazak ayrılsın; köçkün partiyaları yola çıxan kimi, dərhal  İrəvan müvəqqəti 
idarəsinə ailələrin sayı, onların yaşadıqları ərazinin iqlim şəraiti, məşğuliyyətləri, malik olduqları 
sürülər və sərhədə yetişəcəkləri təxmini vaxt haqqında xəbər göndərmək lazımdır. 
 
 1
АКАК, VII cild, sənəd  563
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə