Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   2   3   4   5   6   7   8   9   10   ...   54

Rus qoşunlarının müqaviləyə  əsasən geri çəkilmə prosesi martın 8-dən etibarən Marağadan 
başlandığı üçün, ilk növbədə orada yaşayan erməniləri köçürmək nəzərdə tutulmuşdu. Qarabağa 
yaxın ərazidə yerləşən Üzümçü kəndinin və ətraf kəndlərin ermənilərini Qarabağda yerləşdirmək 
qərara alınmışdı. 
Kasıb ailələrə kömək üçün xəzinədən 25 min manat gümüş pul ayrılmışdı. Lazarevin və 
ona təhkim edilən erməni zabitlərinin vəzifəsi köçürülənlərin sərhədə çadırılması ilə bitmiş hesab 
edilirdi. Bundan sonra işlərə  rəhbərlik  İrəvan müvəqqəti idarəsi yanında yaradılan Komitəyə 
həvalə edilirdi. Komitə köçkün partiyalarını  sərhəddə qarşılamaq üçün heyət göndərməli idi. 
Həmin heyət onları yeni yaşayış  məntəqəsinədək müşayiət edirdi. Qarabağ üzrə bu vəzifə 
gömrük hərbi-dairəsinin rəisi, knyaz Abxazova həvalə edilmişdi.
1
 
Paskeviç  İrəvan müvəqqəti idarəsinə verdiyi 16 maddəlik təlimatında göstərirdi ki
Komitə köçürülən ailələrin sayına uyğun torpaq sahəsi ayırmalı  və onların nəzərdə tutulan 
yerlərdə məskunlaşmasına rəhbərlik etməlidir. Komitə çalışmalıdır ki, köçürülən kəndlər əvvəlki 
ərazilərdəki kimi ayrıca və qonşuluqda yerləşdirilsinlər. Dağlıq  şəraitində yaşamışlar dağlıq 
yerdə, düzənlikdə yaşayanlar isə düzənlikdə yerləşdirilməlidir ki, onlar mümkün qədər xəstəlik 
və ölümdən xilas olsunlar, onların adət-ənənələrinin və  təsərrüfat vərdişlərinin saxlanmasına 
şərait yaransın. Müsəlmanların yaşadıqları  kəndlərdə xristianların yerləşdirilməsindən uzaq 
qaçmaq, xristianlardan ibarət ayrıca dairə və mahallar təşkil etmək lazımdır. Müsəlman /xristian/ 
kəndlərinin  əhatəsində yaşayan xristianları /müsəlmanları/ öz dindaşlarının yanına köçürmək 
lazımdır. Köçürülənlər mülkədar torpaqlarında deyil, dövlət torpaqlarında yerləşdirilməlidirlər.  
 
1
 Глинка Н.С., Описания переселения армян Азербайджанских в пределы России, М.1831, 
 səh.98-107.
 
 
Yeni məhsul götürənədək ilkin taxıl səpini üçün köçürülənlərə bərabər miqdarda borc verməli, 
təsərrüfatın dirçəldilməsi üçün götürülən borc faizsiz olaraq, dörd ildən sonra altı il müddətinə 
ödənilməlidir. Məskunlaşdırmaq üçün yer seçərkən sağlamlıq üçün şərait və yaxşı suyun olması 
nəzərə alınmalıdır. Hər bir ailənin yerləşdirilməsi haqqında xüsusi formada hesabat və  çəkilən 
ümumi xərclərin hesabatı müəyyən edilməlidir.
1
 
Lakin sonralar hər iki təlimatın tələbləri bir çox hallarda pozulmuşdu. Lazarev və onun 
yerlərə göndərdiyi nümayəndələri Türkmənçay müqaviləsini və onlara verilən təlimatı pozaraq 
erməniləri könüllü deyil, zorakılıqla köçürməyə  cəhd göstərirdilər. Bununla əlaqədar Abbas 
Mirzə iki dəfə polkovnik Lazarevə müraciət edir ki, onun itaətində olan zabitlərin erməniləri 
zorla köçürməsi hallarına son qoysun və Türkmənçay müqaviləsinin  şərtlərinə  əməl etsin. 
Salmas monastrının yepiskopu İzraeli ermənilərin zorla köçürülməsinə maneçilik törətdiyi üçün 
arxiepiskop Nerses qraf Paskeviçə müraciət edərək xahiş edir ki, Xoydakı yerli komendata 
göstəriş versin ki, İzraelini bu işdən çəkindirin və  cəzalandırmaq üçün onu Eçmiədzinə 
göndərin.
2
 
Eyni zamanda Abbas Mirzə  də Rusiya ilə  İranın yeni sərhədləri boyunca ermənilərin 
kütləvi surətdə yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə  də ermənilərin kütləvi surətdə 
köçürülməsinə maneçilik göstərməyə çalışırdı. Bunun üçün onun nümayəndələri yerlərdə olur, 
erməniləri dilə tutur və  əgər köçməzlərsə, onları 6 il müddətində verkilərdən azad etməyi vəd 
edirdilər.
3
 
Köçürmə işlərinin ləngidiyini və maneçilik göstərildiyini görən Lazarev 1828-ci il martın 
30-da xristianlara müraciət edir. O, müraciətin  əvvəlində  bəzi bədxahların yalan məlumatlar 
yayaraq 
 
 

Развитие Еревана после присоединения Восточной Армении к России. Сборник документов, İrəvan 1978, 
səh.189-191
 

AKAK, VII cild, sənəd 568. 

AKAK, VII cild, sənəd 586. 
 
  


köçmək istəyənləri qorxuya saldıqlarını qeyd etməklə  bərabər, Rusiyanın onlara vəd etdiyi 
güzəştləri sadalayır. O, yazırdı: “Rusiyada siz Əlahəzrətin digər təbəələri kimi, bərabər hüquqlu 
olduğunuzu görəcək, bütün əziyyətləri unudacaqsınız, orada siz xristianların məskunlaşdırıldığı 
yeni vətən  əldə edəcəksiniz və müqəddəs dininizin alçaldılmasını bir da iş görməyəcəksiniz. 
İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! 
Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, o zaman sizin köçməyiniz çətinləşəcək 
və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa 
zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik olaraq.”
1
 
Lazarevin müraciətinin ermənicə mətni İranda yaşayan ermənilər arasında yayılmışdı. 
1828-ci il martın 9-da Lazarev Xoydan Paskeviçə yazdıqı rapotunda göstərmişdi ki, artıq 
4500 ailə köçürülərək Araz çayının o tərəfinə gətirilmişdir.
2
 Mayın 27-də göndərdiyi raportunda 
isə təxminən 500 ailə müsəlman kürdlərinin Kürdüstandan İrəvan əyalətinə köçmək niyyətində 
olduqlarını bildirmişdi. 
Lakin fevralın 29-da Lazarevə köndərilən məktubla müsəlmanların köçürülməsinə imkan 
verməmək taqaşırılmışdı.
3
 
Köçürülənlərin mülkədar torpaqlarında yerləşdirilməsi haqqında Paskeviçin verdiyi 
təlimatın əksinə olaraq ermənilərin böyük hissəsi həmin torpaqlarda yerləşdirilmişdi. Müəllifi 
Qriboyedov olduğu ehtimal edilən “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında 
qeydlər” də göstərilir ki, ermənilərin mülkədar torpaqlarında yerləşdirilməsi bir  yana, 
müsəlmanların yerini dar eləmələrinə baxmayaraq, üstəlik, onlara güzəştlər verilir. Halbuki, 
ziyan çəkən tərəf müsəlmanlardır. Əslində buranın 
 
1
 Глинка Н.С.
 göstərilən əsəri, səh. 111. 

AKAK, VII cild, sənəd 592. 

Yenə orada, sənəd 598. 
 
 
 müsəlmanlarını köçkün hesab etmək lazımdır. Çunki müharibə zamanı  sərdar onları döyüş 
meydanından köçürmüşdür və  ən kasıb vəziyyətdə yaşayırdılar. Ermənilər köçürülən zaman 
müsəlman ailələrinin  əksəriyyəti yaylaqda olmuşdular və  gəlmələrin onların evlərində 
yerləşdiklərindən xəbərləri yox idi.
1
 
1828-ci il oktyabrın 1-də Qriboyedov Paskeviçə göndərdiyi məktubunda göstərir ki
Naxçıvan  əyalətində ermənilərin köçürülməsi nəticəsində qarışıqlıq və  sıxıntı yaranmışdır. 
Tatarların narazılığının  ən yüksək həddə çatdığı göstərilir. Yaranan narazılığın  əsaslı olmasını 
göstərmək üçün köçürülən ermənilərin yerləşdirilməsi cədvəli verilmişdir.
2
 
 
yerli  
yerli  
köçürü- 
erməni- müsəlman- lən 
lər   lar   erməni 
 
NEHRƏM 
  -  193 
 93 
QARAXANBƏYLİ 
 -  81 
 26 
TUMBUL                              9 
 
62 
 
12 
YARINCA                           13 
 
48 
 
14 
KÜLTƏPƏ 
  - 
 
 113 
 37 
QAZANÇI                           10 
 
58 
 

BƏNƏNYAR 
  -  72 
 12 
ƏRƏZİN 
  -  61 
 7 
GÜZNÜT 
  -  75 
 19 
NAXÇIVAN ŞƏH.              114 
 
392 
 
285 
Ümumiyyətlə,  
Naxçıvan əyalətində          290 
 
1632   
943 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə