Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

Cədvəldən  görünür   ki,   köçürülən   ermənilərin əksəriyyəti müsəlman kəndlərində 
yerləşdirilmişdilər. Ermənilərin qarışıq yaşadıqları kəndlərdə isə köçkünləri demək olar ki, 
 
1
AKAK, VII cild, sənəd 618. Lakin İ.K.Yenikolopovun “Грибоедов  и  Восток”  əsərində bu 
qeydlərin Qriboyedova deyil, D.E.Zubareva məxsus olduğu qeyd edilir. 
2
Yenə orada. sənəd 623. 
 
yerləşdirməmişdilər. Qriboyedov vəziyyətdən çıxış yolu kimi Naxçıvan əyalətindən 500 erməni 
ailəsini Dərələyəzə köçürməyi təklif edir. Sonralar onun bu təklifi həyata keçmişdi. 
Polkovnik Lazarev xristianların Rusiya ərazisinə köçürülməsinin nəticələri haqqında qraf 
Paskeviç - Erivanskiyə 24 dekabr 1829-cu ildə yazdığı yekun hesabatlarda göstərir ki, köçürmə 
işlərinə 26 fevral 1828-ci ildə başlanmış  və iyunun 11-də başa çatmışdır. Bu müddət  ərzində 
8249 xristian ailəsi (onlardan cəmisi 100-ə  qədəri aysor ailəsi, qalanları ermənilər olmuşdur) 
İrəvan, Naxçıvan və Qarabaq əyalətinə köçürülmüşdür.
1
 Köçürmə  işlərinə  xəzinədən 16000 
çervon və 400 gümüş manat xərclənmişdir. Köçmək istəyən 1500 erməni ailəsi isə  İranda 
qalmışdı. Çünki Lazarev onları köçürməyə imkan tapmamışdı.

Ermənilərin köçürülməsi zamanı Lazarevin tabeçiliyinə göndərilən erməni zabitləri 
xüsusilə  fərqlənmişdilər. Knyaz Melikov Üzümçü və onun ətrafındakı  kəndlərin, knyaz 
Arqutinsk - Dolqorukov -Təbriz və ətraf kəndlərin, sonra isə Salmas əyalətinin, kollec assesoru 
Qamazov Marağa xanlığının və Urmiya kəndlərinin, knyaz Şalikov Xoy əyalətində yaşayan 
ermənilərin köçürülməsinə rəhbərlik etmişdilər.  
Qeyd etdiyimiz kimi, İ.Şopen 1829-1832-ci illərdə Erməni vilayətində kameral 
siyahıyaalma keçirmişdi. Onun verdiyi statistik məlumatlara görə, İrandan köçürülən ermənilər 
366 ailə  tərkibində 1715 nəfər  İrəvan, 265 ailə  tərkibində 1110 nəfər Naxçıvan və 36 ailə 
tərkibində 182 nəfər Ordubad şəhərlərində yerləşdirilmişdilər. Köçürülən ermənilər  İrəvan 
əyalətinin 119 kəndində, Naxçıvan  əyalətinin 61 kəvdində, Ordubad dairəsinin 11 kəndində 
yerləşdirilmişdilər. Ümumiyyəqlə, İrəvan əyalətində 4599 ailə tərkibində 23568 nəfər, Naxçıvan 
əyalətində 2137 ailə tərkibində 10652 nəfər, Ordubad dairəsində 
 
1
 Глинка Н.С
 göstərilən əsəri, səh.114.  
2
Yenə orada, səh. 131. 
 
250 ailə  tərkibində 1340 nəfər erməni yerləşdirilmişdir. Nəticədə Erməni vilayətinə 6949 ailə, 
tərkibində 35560 nəfər köçürülmüşdü
1
 (Əlavəyə bax). 
Əgər yeni təşkil edilmiş Erməni vilayətində müsəlmanların sayı 81749 nəfər (16078 ailə) 
və ermənilərin sayı 25131 nəfər (4428 ailə) olmuşdusa, İrandan erməniləri köçürdükdən onların 
sayı 60691 nəfərə (11377 ailə) çatmışdı. Bununla da ermənilərin sayı 24 faizdən 43 faizə 
qalxmışdı. Əkər nəzərə alsaq ki, ümumiyyətlə, İrandan köçürülən 8249 ailədən 6949-u Erməni 
vilayətində yerləşdirilmişdir, onda belə qənaətə gəlmək olar ki, yerdə qalan 1300 ailə Qarabağa 
və Zəngəzura köçürülmüşdür. 
  

Şopen İ., göstərilən əsəri, səh. 636-642. 
 
 
4. TÜRKİYƏDƏN ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİ 
 
1826-1828-ci illər Rusiya-İran müharibəsində  qələbədən ruhlanan rus ordusu 1828-ci il 
iyunun 14-də Paskeviçin komandanlıqı altında Gümrü yaxınlığından Arpaçayı 12 minlik qoşunla 
keçərək  Şərqi Anadoluya hücuma başlayır və iyunun 23-də Qars qalasını  ələ keçirir. hücumu 
genişləndirən ruslar iyulun 24-də Axılkələyi, avqustun 15-də Axıskanı, 22-də  Ərdəhanı, 28-də 
Bayazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması  nəticəsində rus ordusu 
Ərzurumu, daha sonra Muşu, Oltunu, Bayburdu işğal edir.  


Rus ordusunun türk qoşunları üzərində  qələbələrinin təmin edklməsində erməni silahlı 
dəstələrinin və  Şərqi Anadoluda yaşayan ermənilərin böyük rolu olmuişdur. Müharibənin 
əvvəlində yeni təşkil edilmiş Erməni vşilayətinin  ərazisində 2800 nəfərdən ibarət piyada və 
kavaler dəstələri təşkil ediimişdir. Bu dəstələr çox zaman rus qoşunlarının önündə gedirmişlər.
1
 
Birinci və ikinci Rusiya-İran müharibələri nəticəsində  İrəvan xanlığının  ərazisindən 
qaçqın düşmüş azəri türkləri  Şərqi Avadoluda türk paşalıqlarının  ərazilərində  sığınacaq 
tapmışdılar, Daha öncədən-rusların “1801-ci ildə Gürcüstan işğalıidan sonra Borçalı  və Qazax 
boyları ilə Qarapapaq uruğundan /tayfasından/ gələn tərəkəmə türkləri qaçıb köçərək Cıldır və 
Arpaçayı kəndlərində yerləşmişdilər”.
2
  Rusların Şərqi Anadoluya hücumu zamanı qırqınlara və 
yenidən köçməyə  məruz qalanların  əksəriyyəti yenə  də azəri türkləri idilər. Bu dəfə onlar 
Türkiyənin içərilərinə doğru köçməyə məcbur olmuşdular. 
Turk tarixçisi Kemal Beydili “1828-1829-cu illərdə Osmanlı-rus savaşında  Şərqi 
Anadoludan Rusiyaya köçürülən ermənilər” adlı araşdırmasında 
 
1
 Парсамяn В.А.,
 göstərilən əsəri, səh. 57. 

Kirziğlu F., Surmelu çukurunda Tuzluca Ayrumluları. Türk dili dergisi., 1964, 1-ci cild,  
sayı 155, səh.826. 
 
 həmin dövrün qaçqınlıq faciəsini rəsmi qaynaqlar əsasında belə  təsvir edir: “Ərzurumu  ələ 
keçirən ermənilər düşmən önünü beləcə boş görüb Bayburda qədər getmiş və ətrafdakı qəzaları 
da dəhşətə salmışdılar.  Ətraf  əhali ya ruslara boyun əymək, ya da yollara düşüb sağa-sola 
dağılmaqdaydılar. Ərzurum və Ərzincan ətraf kəndlərində sığınacaq yerləri alan Qars və Axıska 
mühacirləri bu halı görüncə,  Şərqi Qarahisar tərəflərinə doğru yönəlməkdəydilər. Minlərlə 
insanın yollara düşərək təlaş içində köç etmələrinə şahid olanların gözlərinə isə bu durum, sanki 
bunların “arxalarından gavur sürüb götürürmüş kimi dəhşətverici” bir şəkildə təqib edilir və hər 
tərəfi vahimə içində  tərk edirdilər. Kəlkit,  Şirlan, Gümüşxana,  Ərzincan, Tercan və  Şərqi 
Qarahisar bölgələrindəki xalq da bu hal qarşısında vəsvəsə edərək hər biri bir tərəfə köçməyə və 
dağılmağa başlamışdır”.
1
 
1829-cu ilin avqustunda ruslar Balkan cəbhəsində İstanbula yaxınlaşan zaman II Sultan 
Mahmud barış istəmiş  və sentyabrın 2-də  Ədirnə müqaviləsi imzalanmışdı. Müqaviləyə görə 
Axılkələk və Axıska bölgələri Rusiyanın tərkibinə keçmiş, işğal edilmiş qalan ərazilərin 
Turkiyəyə qaytarılması qərara alınmışdı. 
Ədirnə müqaviləsinin 13-cü maddəsinə  əsasən, Türkiyənin işğal olunmuş  ərazilərində 
qalan ermənilərə 18 ay müddətində daşınan  əmlakları ilə Rusiyanın tabeliyinə keçmək hüququ 
verilmişdi. Rusların Qars, Ərdahan, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi 
türklərə  xəyanət edən erməniləri çıxılmaz vəziyyətə sadmişdı. Erməniləri bu vəziyyətdən xilas 
etmək üçün rus qoşunlarının komandanlığı onları yeni işqal edilmiş  ərazilərə köçürməyi və 
bununla da Türkiyə ilə sərhəd boyu ərazilərdə xristianların say üstünlüyünü təmin etməyi qərara 
almışdı. Bu məqsədlə də 1829-cu il oktyabrın 
 
1
 Kemal Beydilli, 1828-1829. Osmanlı-Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülən 
Ermənilər, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986, səh. 384-385. 
 
 10-da Paskeviç imperator I Nikolaya yazdığı raportunda göstərirdi: “Bayaziddə 2 min erməni 
bizim  əsgərlərin cərkəsində vuruşmuşdular,  Ərzurumda xristian əhalisinin böyük hissəsi bizim 
dini bayramı qeyd etmişlər; Qarsda ermənilərdən ibarət 800 nəfərlik könüllü batalyon təşkil 
edilmişdi, onların ailələridən - 10 min nəfərinin başının üstünü labüd təhlükə almışdır. Bu 
bədbəxt qurbanlara diqqətinizi yönəldin, Rusiyaya göstərdikləri məhəbbətə görə Osmanlıların 
onlardan qisas almasına yol verməyin. 
Ona görə də cəsarət edib Əlahəzrət imperatordan mənə bu ailələri Gürcüstan və Erməni 
vilayətlərində yerləşdirmək ixtiyarını verməsini xahiş edirəm. 
Zənnimcə, köçürülən hər bir ailəyə orta hesabla 50 gümüş rubl kifayət edəcəkdir”.
1
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə