Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

Noyabrın 18-də  hərbi nazir Çernışev Paskeviçə cavab göndərir ki, imperator onun 
təklifini bəyənmişdir. Bundan sonra Paskeviç dərhal  əməli fəaliyyətə keçir. O, dekabrın 3-də 
Gürcüstan mülki qubernatoruna məktub yazaraq göstərir ki, artıq Türkiyə paşalıqlarında yaşayan 
xristianların Gürcüstana və Rusiyaya mənsub vilayətlərə köçmək istəyən və bunun üçün maddi 
yardım tələb etməyən ailələrinə yola düşmək üçün bilet /vəsiqə/ verməyi yerli qoşun 
rəislərinə icazə vermişəm. Bundan istifadə edən bir çox ailələr dərhal yola düşürlər. Qars və 
onunətrafından köçənlər onların yaşadıqları  ərazilərin iqlim şəraitinə uyğun olan Ələyəz 
/Alagöz/ ətrafındakı boşalmış kəndlərdə məskunlaşdırılmışdılar. General Pankratyev Paskeviçə 
xəbər verir ki, Loru dərəsində yerləşmək üçün 95 ailəyə bilet /vəsiqə/ vermişdir. General mayor 
Bereman həmçinin Qarsdan çıxıb Gümrüyə yola düşən 400 ailəyə bilet verdiyini bildirmişdi. 
Paskeviç köçürmə işlərinə və köçürülən ailələrin məskunlaşdırılması işinə rəhbərlik etmək üçün 
xüsusi komitə təsis etmişdi. Komitənin fəaliyyəti 
 

AKAK, VII  cild, sənəd 818.  

Yenə orada, sənəd 820. 
 
 üçün 12   maddəlik ümumi qaydalar müəyyən etmişdi.
1
 Bu qaydalar aşağıdakılardan ibarət idi: 
1. Köçürülənlər Rusiyanın  ərazisinə daxil olan kimi onların qayğısı üçün bütün 
sərəncamları köçkünlər komitəsi verəcəkdir. 
2. Köçürülmə prosesi sona yetənədək, köçürülənlərin hamısı      yaşayış      yerlərində   
məskunlaşdırılanadək, kəndlərdə   köçkünlərin   təsərrüfat   qayğıları    həll edilənədək komitə öz 
fəaliyyətini davam etdirməlidir. Bundan sonra Baş komandanlıq hesaba verib 
fəaliyyətini dayandırmalıdır. 
3. Komitə  dərhal Kürcüstanda və digər  əyalətlərdə boş dövlət torpaqları haqqında 
məlumat toplamalıdır. 
4. Bütün  köçkünlər   üç  zümrəyə   ayrılmalıdırlar: 1)tacirlər və alverçilər, 2) sənətkarlar 
və istehsalın hər hansı növündən baş çıxaranlar, 3) əkinçilər və yaxud   kəndlilər.   Köçkünlərin   
məskunlaşdırılması zamanı tacirləri və sənətkarların şəhərlərə və bu işlə məşğul olmağa imkan 
olan yerlərdə, kəndliləri isə  kəndlərdə yerləşdirmək, bu zaman iqlim şəraitini və    əvvəlcə  
məskunlaşdıqları   səviyyəni  nəzərə  almaq lazımdır.  Yeltzavetopolda  /Gəncə/,  digər  şəhər  və 
əyalətlərdə boş dövlət  evləri  vardır,  ona  görə  də sənətkarları , və tacirləri həmin yerlərdə 
yerləşdirməyi komitə nəzərdə tutmalıdır. 
5. Köçkünlər Komitəsi Türkiyə ərazisində köçürülənlərin  siyahısını  hərbçilərdən tələb  
edən zaman onların  haradan  köçürüldükləri,  hansı    işlə  məşğul olmaları haqqında məlumat 
verməyi   tələb etməlidir. 
6. Komitə çalışmalıdır ki, köçürülən kəndlər bütövlüklə, bu mümkün  olmazsa, 
qonşuluqda yerləşdirilsinlər. 
7. Komitə köçürülənləri lazımi qədər torpaqla təmin etməlidir /hər kənddə ailələrin, hər 
ailədə nəfərlərin sayına mütənasib olaraq/. 
8. Köçürülənlər bütünlüklə dövlət torpaqlarında, əgər kifayət etməsə, kilsə və mülkədar   
torpaqlarında yerləşdirməlidirlər. 
 
1
 Yenə orada.  
  
9. Köçürülənlər      6      il      müddətinə      verkilərdən,  3 il müddətinə  torpaq   
mükəlləfiyyətindən azad edilməlidirlər. 
10. Yeni   köçürülən   xristian   kəndlərini    müsəlman kəndləri ilə qarışdırmamaq    
onlardan ibarət ayrıca mahallar və dairələr təşkil etmək lazımdır. 
11. Köçürülənləri məskunlaşdırmaq üçün yer seçərkən rahatlığı, gözəlliyi və  yaxşı suyu    
olmasının qayğısına qalmaq lazımdır. 
12. Köçürülən  hər bir ailəyə    orta  hesabla    25    rubl  gümüş pul həcmində köməklik 
göstərilməlidir. 


Köçkünlərin məskunlaşdırılması zamanı bu təlimata ciddi əməl edilmişdi.  İstər indiki 
Ermənistan və Gürcüstana, istərsə  də Azərbaycanın Gəncəbasar və Qarabağ  əyalətlərinə 
köçürülən ermənilər yığcam halda, təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu olan dağətəyi rayonlarda 
və şəhərlərdə yerləşdirilmişdilər. 
1830-cu il yanvarın 22-də Paskeviçin Çernışeva göndərdiyi məlumatında göstərilirdi ki, 
Qars və  ətrafından keçən 2500 ailə onun sərəncamı ilə yaşadıqları yerin iqlim şəraitinə uyqun 
olaraq Ələyəz yaxınlığında /Pəmbək dietansiyasında/ boşalmış kəndlərdə yerləşdirilmişlər.
1
 
Türkiyə hökuməti onun ərazisində pərakəndə halda yaşayan ermənilərin ruslar tərəfindən 
köçürülüb sərhəd boyu ərazilərdə yığcam halda yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də 
bu köçürmənin qarşısını almaq məqsədilə rusların gəlişi zamanı ermənilərin türklərə etdiyi 
xəyanəti, törətdikləri vəhşilikləri baqışlamaq, onlardan haqq-hesab çəkməmək qərarını verərək, 
fevralın 17-də yerlərdəki ermənilərə  “Əfvnamə”lər göndərirlər. Lakin Ərzurum ermənilərinin 
“qarabaşı” /katolikosu/ bu “Əfvnamə”lərə  rəşən, etdikləri cinayətlərin ağırlığını  dərk edərək, 
ruslar geri çəkiləndən sonra onlarla haqq-hesab çəkiləcəyinə əmin 
 
1
Yenə orada, sənəd 821. 
 
olduğu üçün köçmək niyyətində olduqlarını bildirmişdi.
1
 
Ermənilərin keçürülməsinin qarşısını almaq məqsədilə Türkiyə tərəfi işqala məruz qalan, 
lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən boşaldılmalı olan Ərzurum, Qars, Bayazid, Ələşkird 
və s. yerlərə açıq və ya gizli şəkildə öz nümayəndələrini göndərmişdi.  Ərzurum ermənilərinin 
köç işlərinə maneçilik göstərildiyi, onların  əmlak və torpaqlarının satılmasına türklərin  əngəl 
törətdikləri haqda işğal edilmiş ərazilərdə köçürülmə işlərinə rəhbərlik edən general Pankratyev 
Paskeviçə şikayət məktubu göndərmişdi.
2
 
Köçürülən ermənilərin qoyub getdikləri  əmlak və  ərazilərin satılması  məsələsini həll 
etmək üçün Paskeviç mayor Vannikovu Ərzuruma nümayəndə kimi göndərmişdi. Lakin 
ermənilərin sahib olduqları  kəndlərin  əksəriyyəti bir qədər  əvvəl, yəni müharibə zamanı 
təhlükəsiz yerlərə köçməyə  məcbur olan və ermənilərin satış yolu ilə aldıqları müsəlman 
kəndlərindən ibarət idi. Təkcə Qare bölgəsində bu yollarla ermənilər 80 kəndə bütünlüklə, 15 
kəndin isə yarısına yiyələnmişdilər. Digər tərəfdən, Rusiyanın işğal etdiyi ərazilərdən /əsasən 
Axılkələk və Axıska bölgələrindən/ Türkiyəyə qaçan türklərin qoyub getdikləri  əmlak və 
torpaqların satışı müqabilində vəsaitin onlara çatmaması Rusiya tərəfini maraqlandırmırdı. Ona 
görə də onlar daşınmaz əmlaklarını, mülklərini və torpaqlarını qoyub gedirdilər. 
Ədirnə müqaviləsində köçürülmə  işləri üçün nəzərdə tutulan 18 aylıq müddətin başa 
çatmasının yaxınlaşmasını  və bu işin lənkidiyini görən Paskeviç 1829-cu il fevralın 29-da 
Ərzurum və Qars valilərinə rus və türk dillərində  məktub göndərərək bildirir ki, Türkiyədən 
köçürülən katolik ermənilərin təmsilçiləri arximandrit Tatosu, Müğdisi Karapeti  və  Ağaçan 
Karapetyanı,   frankların 
 
1
Kemal Beydilli, göstərilən araşdırması, səh.386. 
2
Yenə orada, səh. 387. 
 
təmsilçiləri Ter-hovanes Matevosovu, Ağacan Osipovu və Hakop Hanakovu Ərzuruma 
göndərmişdir ki, ermənilərin qoyub gəldikləri  əmlakların, taxıl sahələrinin və s. satışını  təşkil 
etsinlər.
1
 
Müqavilədə göstərilən müddətin başa çatması  ərəfəsində, yəni 1831-ci il aprelin 3-nə 
qədər tərtib edilən sənəddə Türkiyədən köçürülən erməni ailələrinin təxmini sayı  və 
məskunlaşdırıldıqları ərazilərin adları göstərilmişdir.
2
 Həmin sənədi təqdim edirik: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə