«Azerbaijan Focus».-2010.-№2(2).-S.149-155.
AZƏRBAYCANIN QAZ İXRACI ÜÇÜN BİR ÇOX VARİANTLARI
Vladimir Sokor
Ceymstaun Fondunun Baş tədqiqatçısı Vaşinqton, DC
Avropada Nabukko marşrutu boyunca ölkələr (Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya, Almaniya) və
şirkətlər, eləcə də Yunanıstan, İtaliya və İsveçrə Azərbaycan qazının alınmasına maraq göstərirlər. Əgər Türkiyə
tranzit sazişinə mane olmaqda davam edərsə və Avropa İttifaqı ilə ABŞ AKP (Türkiyədə hakimiyyətdə olan Adalet
ve Kalkınma Partisi (Ədalət və İnkişaf Partiyası) hökumətinə təzyiq göstərə bilməzsə, Azərbaycan öz qazının
ixracında alternativ həll variantlarına əl ata bilər.
Hazırda Bakı digər bazarları və boru kəməri variantlarını fəal şəkildə nəzərdən keçirir. 2009-cu il oktyabrın
14-də Azərbaycan Dövlət Neft Şirkəti 2010-cu il yanvarın 1-dən etibarən ilkin olaraq Rusiyanı illik 500 milyon
kubmetr həcmində qazla təchiz etmək haqqında Qazpromla saziş imzaladı. Azərbaycan ilə Rusiya arasındakı bu
razılaşma 2009-cu il iyunun 29-da Prezident İlham Əliyev və Prezident Dmitri Medvedevin iştirakı ilə Bakıda hər
iki şirkət rəhbərinin imzaladığı iki ölkə arasında qaz ticarətinə dair Sazişin əsas prinsiplərinin məntiqi davamı idi.1
Bu saziş Azərbaycanı tarixində ilk dəfə olaraq Rusiya qazının idxalçısından, kiçik həcmdə olsa da, daxildə
artan hasilat hesabına Rusiyaya qaz ixracatçısına çevirir. Avropa İttifaqı və Türkiyə tərəfindən bu məsələ lazımi
şəkildə başa düşülərsə və nəzərdən keçirilərsə, bu hadisə Rusiya tərəfindən Nabukko ilə Azərbaycan qaz
təchizatının qarşısının alınması ilə bağlı Avropa mediasında gedən yazılara baxmayaraq, Nabukko boru kəməri
layihəsinin Avropa İttifaqı və Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsinə təkan verə bilər.
Azərbaycanda qaz hasilatı 2009-cu ildə 27 milyard kubmetrə çatmalıdır. Artım tempi daha sürətli ola
bilərdi, lakin dənizdə yerləşən nəhəng "Şahdəniz" yatağında irəliləyişin ləngiməsi buna təsir göstərmiş dir.
Rusiyanın qaza verdiyi qiymət ictimaiyyətə açıqlanmır. Azərbaycanın Dövlət Neft Şirkətinin Prezidenti
Rövnəq Abdullayevin imzalanma mərasimi zamanı söylədiyi fikirlərə uyğun olaraq qiymətin formalaşması düsturu
"Azərbaycan tərəfinə uyğundur" mövqeyi aydın şəkildə göstərir ki, qiymət 2010-cu il üçün Avropada qaza nəzərdə
tutulan xalis qiymətlər səviyyəsindədir. Qazpromun İdarə Heyətinin sədri Aleksey Miller iyunun 29-da ilkin
razılaşmaya əsasən Azərbaycan qazının min kubmetrini 350 ABŞ dolları qiymətinə almağı təklif etmişdi.
Azərbaycanda qaz hasilatı 2009-cu ildə 27 milyard kubmetrə çatmalıdır.
2
Artım tempi daha sürətli ola bilərdi,
lakin dənizdə yerləşən nəhəng "Şahdəniz" yatağında irəliləyişin ləngiməsi buna təsir göstərmişdir. Öz növbəsində,
bu ləngimə Nabukko boru kəməri layihəsini də yubadır. Azərbaycanla qaz sazişinin bağlanmasında Türkiyə
hökumətinin yaratdığı maneələr də layihəyə mənfi təsir göstərən amillər sırasındadır. Həmin iki amil Azərbaycan
qazının Qərbə ixracı marşrutunun açılmasını da təxirə salmışdır. Belə bir vəziyyətdə Azərbaycan Nabukko və
Türkiyə ilə bağlı irəliləyişi gözləyərək yalnız Rusiyaya gedən ixrac marşrutunu aça bildi.
Bununla belə, Azərbaycan Nabukko layihəsinə sadiq olaraq qalır. Hökumət və Dövlət Neft Şirkəti boru
kəmərinin birinci mərhələsində Bakının ildə 7 milyard kubmetr qaz ilə təchiz etməyə hazır olduğunu dəfələrlə
təsdiq etmişdir. Nabukko üçün tikinti işlərinə 2011-ci ildə, ilk qazın Azərbaycandan Avropaya nəql olunmasına isə
2015-ci ildə başlamaq nəzərdə tutulur.
Nəticədə, Bakı Qazpromla imzaladığı sazişin vaxt çərçivəsini 2014-cü ilə qədər müəyyən etmişdir ki, həmin
ildən sonra Azərbaycan Qazprom qarşısında götürdüyü öhdəliklərdən azad olsun. Bununla belə, oktyabrın 14-də baş
tutmuş imzalanma mərasimində Aleksey Miller açıq şəkildə bəyan etmişdir ki, Rusiya Azərbaycan qazını daha
böyük həcmdə almaq üçün həmin sazişi 2015-ci ildən sonra da uzatmaq niyyətindədir. Bu, Nabukko üçün risklidir.
Amma 14 oktyabr tarixli saziş isə yox.
Buna baxmayaraq, həmin saziş 29 iyunda ilkin razılaşmaya nail olan Avropa İttifaqı, Türkiyə və ABŞ üçün
müəyyən dərsləri xatırladır və artırır. Əslində, Azərbaycanın atdığı bu addım Nabukko layihəsi ətrafında gəzən
fikirlərə diqqətin cəmləşdirilməsinə və aşağıdakı mülahizələrin üzə çıxmasına şərait yaradır.
Birincisi, Qazproma vəd edilmiş həcm kiçikdir və müəyyən edilmiş vaxt çərçivəsi Azərbaycanın Qərb
seçimini reallaşdırmasını və Qərbin lazımi dəstəyi olacağı təqdirdə Nabukko layihəsini heç də pozmur.
Nabukkonun istismara verilməsini gözləyərək, Azərbaycan üçün hazırkı dövrdən etibarən 2014-cü ilə qədər artan
qaz həcminin ixracı məqsədilə Rusiyaya gedən mövcud boru kəmərindən (kəmərlərindən) istifadə etmək
məqsədəuyğundur.
İkincisi, bu saziş Qazproma Azərbaycan qazı uğrunda Nabukkoya qarşı rəqabət aparmaq imkanı yaratmır.
Lakin əgər Türkiyənin AKP hökuməti Azərbaycan qazının alınması və onun Nabukko vasitəsilə nəqlindəki qiymət
razılaşmasında inadkarlıq göstərərsə, vəziyyət Rusiyanın xeyrinə dəyişə bilər.
Üçüncüsü, Bakının Qazpromla razılaşması Ankaraya bir daha xatırladır ki, Azərbaycan bütövlükdə
1
Eurasia Daily Monitor, 2 iyul 2009-cu il.
2
Day.Az, 8 oktyabr 2009-cu il.
Türkiyənin qaz bazarı və ya Türkiyənin qaz ötürücü marşrutundan asılı deyil. Azərbaycanın fikrincə, Rusiya
vasitəsilə, hətta kiçik də olsa, ixrac marşrutunun əlavə edilməsi ixracın diversifikasiyası deməkdir və bu halda AKP
hökumətinin istifadə etməyə çalışdığı Türkiyənin nəql sahəsindəki inhisarı aradan qalxır. Azərbaycan həmçinin
İrana gedən Bakı-Astara boru kəmərindən istifadə edə, yaxud 2014-cü ilə qədərki dövr ərzində həmin qonşu ölkə ilə
həcmlərin mübadiləsi variantına əl ata bilər.
Azərbaycan qazının Rusiyaya və ya İrana çatdırılması üçün hər hansı üçüncü ölkənin tranzit rolu tələb
olunmur. Yeni boru kəmərlərinin çəkilməsi də lazım deyil.
Dördüncüsü, Bakı Rusiyanın xeyrinə olaraq və Xəzərdəki hasilatçıların hesabına Xəzərdə hasil edilən qazın
Avropa ölkələrinə Qazpromun yenidən ixrac etmək arzusunu uğurla aradan qaldırmışdır. Bakı bildirmişdir ki, onun
qazı Rusiyanın Şimali Qafqazında istifadə edilməlidir. Və əgər Rusiyanın verdiyi qiymət Avropanın xalis
qiymətlərinə (iyunun 29-da əldə olunmuş ilkin razılaşmada nəzərdə tutulduğu kimi) uyğun olarsa, Bakı strateji
fayda əldə edəcək. Türkiyənin AKP hökuməti Rusiyanın hazırda Azərbaycana təklif etdiyi şərtlərlə müqayisədə
daha pis təkliflərlə çıxış edərsə, onda özünü çətin vəziyyətə salacaq. Xəzər dənizi regionunda Azərbaycan
Qazpromdan Avropanın xalis qiymətlərini tələb etməklə Türkmənistan üçün də faydalı presedent yaradacaq. Əgər
Rusiya həmin səviyyədən imtina edərsə, onda Nabukko layihəsinə qoşulacaq Transxəzər boru kəməri ilə
Türkmənistan qazının müəyyən həcminin nəqli mümkün olacaqdır.
Bakı həmçinin 2010-cu ilin əvvəlində İrana qazın, ilkin olaraq, kiçik həcmdə ixrac etməyin mümkünlüyünü
nəzərdən keçirir. İran artıq öz şərq əyalətlərində Türkmənistan qazını istehlak etmək üçün bu ölkədən qaz idxal
edir. Bununla belə, həmin idxal həcmi ora-da qaza olan tələbatı tam ödəmir. İran əlavə qaz həcmini istehlakın az
olduğu mövsümdə saxlamaq və istehlakın yüksək olduğu mövsüm də istifadə etmək məqsədilə idxal etməyi
planlaşdırır. Bu, Azərbaycan qazı üçün Şimali İranda bazar imkanlarını artırır.
3
Azərbaycan qazının Rusiyaya və ya İrana çatdırılması üçün hər hansı üçüncü ölkənin tranzit rolu tələb olunmur.
Yeni boru kəmərlərinin çəkilməsi də lazım deyil. Rusiyaya və İrana gedən boru kəmərləri Sovetlər Birliyi vaxtından
mövcuddur, hazırda xətlər və kompressorlar müasirləşdirilməlidir. Hər iki istiqamətdə gedən həmin boru kəmərləri
illik nəql imkanlarını əlavə 10 mil-yard kubmetrə qədər artırır. Nabukko layihəsi baş tutmasa və ya Türkiyənin AKP
hökuməti Azərbaycan qazının qiyməti və tranzit şərtləri ilə bağlı əməkdaşlıq etməsə, bu variant Azərbaycanın
növbəti illər ərzində illik ixrac imkanlarını təmin edə bilər.
Azərbaycan Rusiyanın Şimali Qafqaz ərazilərinə qaz ixrac etmək üçün Bakı-Novo Filya və
Qazıməmməd-Mozdok boru kəmərlərini yeniləşdirməyi planlaşdırır. Sovetlər dövründən qalmış həmin boru
kəmərləri asan şəkildə əks-istiqamətli nəql üçün uyğunlaşdırıla bilər. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayevin fikrincə, onların ümumi tutumu (yeniləşdirmədən sonra) şirkətə bir ildə Rusiyaya 7 milyard
kubmetr həcmdə qaz nəql etmək imkanı verəcək.
4
Eynilə Azərbaycan İrana çıxan Qazax-Astara və Qazıməmməd-Astara qaz boru kəmərini yeniləşdirməyi
planlaşdırır. Bunu nəzərə alaraq, İranın qaz saxlama qurumu qış vaxtı həmin qaz həcmindən istifadə etmək
məqsədilə Azərbaycan ərazisində qaz-saxlama yerlərindən istifadə etməkdə maraqlı olduğunu bildirmişdir.
5
Azərbaycan hökumətinin 2009-cu ilin 16 oktyabr tarixində keçirilmiş iclası zamanı
6
Prezident İlham Əliyev
Ağ Axın boru kəmərinin Azərbaycanın qaz ixracı üçün mümkün variant olacağına açıq şəkildə eyham vurmuşdur.
7
Ağ Axın Gürcüstan vasitəsilə Azərbaycan və Türkmənistan qazının Qara dənizin dibi ilə Rumıniyaya, sonra isə
Avropa İttifaqı ərazisinə daşınmasını təmin etmək üçün Londonda yerləşən layihə şirkəti tərəfindən təklif
olunmuşdur (Əvvəlki və indiki qüvvədən düşmüş variant dənizin dibi ilə qazın nəqlini Ukraynaya nəzərdə tuturdu).
Ağ Axın Xəzər qazının Avropaya nəql olunması tutumunun və təhlükəsizliyin artırılmasını nəzərdə tutan Avropa
İttifaqının "Cənub dəhlizi" konsepsiyasının bir elementidir.
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin sentyabr ayında Strateji Tərəfdaşlıq Sazişini imzaladığı
Buxarestdə Rumıniya Prezidenti Trayan Basesku ilə "Ağ Axın" layihəsini ilk dəfə müzakirə etmişdir. Paralel
olaraq, Azərbaycanın Dövlət Neft Şirkəti mayeləşdirilmiş qazın Avropa İttifaqının ərazisinə Qara dəniz vasitəsilə
ixrac edilməsi variantını nəzərdən keçirmək niyyətindədir. Şirkətin prezidenti Rövnəq Abdullayevə görə, "biz bu
cür perspektivli təklifləri təfərrüatı ilə nəzərdən keçirməyə hazırıq."
8
Qara dəniz variantlarının nəzərdən keçirilməsi
Türkiyənin Xəzər hövzəsindən Avropaya qazın nəqli sahəsindəki inhisarına tamamilə son qoyur; əgər AKP
hökuməti həddindən artıq müdaxilə edərsə, onda nəql marşrutu Türkiyədən yan keçə bilər.
AKP hökumətinin Azərbaycanla qaz münaqişəsi hazırda Türkiyə ilə Ermənistan arasında ilk və
qeyri-müəyyən addımlarını atan siyasi normallaşma ilə müqayisədə artıq iki ildir ki davam edir. Bu iki prosesin
bir-biri ilə bağlılığı yoxdur və Bakı bu proseslərin ayrı-ayrılıqda getməsində israrlıdır. Bununla belə, Ankaranın
qiymət salmaq siyasəti və tranzit sazişindəki yubatma taktikası Azərbaycana maliyyə baxımından iki yolla zərbə
3
Trend, 17, oktyabr 2009-cu il.
4
Azeri-Press agentliyi, 19 oktyabr 2009-cu il.
5
Trend, 17, 19 oktyabr 2009-cu il.
6
Eurasia Daily Monitor, 21 oktyabr 2009-cu il.
7
Day.Az, 17 oktyabr 2009-cu il.
8
Azeri-Press agentliyi, 20 oktyabr 2009-cu il.
vurmuşdur: Azərbaycanın illik ixrac gəlirlərinin azalması və Nabukko boru kəməri üçün seçilmiş əsas mənbə olan
Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ləngiməsi ilə.
Bakının 2009-cu ilin oktyabrın 16-da verdiyi cavab, sonradan gördüyü tədbirlər Brüssel və Vaşinqtonun
diqqətini Nabukko və Cənub dəhlizini risk altına alan çıxılmaz vəziyyətə yönəltmişdir. İlham Əliyev hökumətin
iclasında bildirmişdir ki, Ankaranın "bizə təklif etdiyi qəbuledilməz şərtlər gələcəkdə bütün layihənin
uğursuzluğuna səbəb ola bilər".
9
Azərbaycan hasilatçı, o cümlədən tranzit ölkə kimi əvəzedilməz olsa da, Türkiyə
əvəzedilməz deyil.
Hökumətin iclasında Prezident İlham Əliyevin söylədiyinə görə, Ankara son illər ərzində Azərbaycan qazını
orta Avropa qiymətinin, sadəcə, üçdə bir hissəsi məbləğində alırdı. Ankaranın Bakıya təklif etdiyi qiymət bir az
yüksəkdir, lakin bu, Rusiya qazına ödədikləri qiymətdən 50 faiz aşağıdır. Prezident Əliyevə görə, Azərbaycan
Rusiya qazının qiymətindən 10 faiz aşağı satmağa razı olardı, lakin Ankaranın Bakıya təklif etdiyi bu fərqli qiyməti
heç vaxt qəbul edə bilməz.
2002-ci ildə imzalanmış ikitərəfli saziş çərçivəsində Azərbaycan Türkiyəyə qazın min kubmetrini yalnız 120
ABŞ dollarına satır. Bu qiymətin 2002-ci ildə öz səbəbləri ola bilərdi, lakin vaxt keçdikcə 2007-ci ilin aprel ayında
sazişin müddəti bitdikdən sonra onun bütün əsasları aradan qalxmışdır. Sazişin müddəti bitdiyi dövrdən bu günə
qədər Ankara yeni qiymətlə bağlı aparılan danışıqları bloklaşdırmışdır və hələ də Azərbaycan qazını Türkiyənin,
yaxud Avropanın bazar qiymətlərindən xeyli aşağı, köhnə qiymətə almaqda və bu məbləğin kiçik həcmdə artmasını
istəməkdə davam edir. Azərbaycan bu prosesdə gözəçarpan gəlirləri əldən buraxaraq, Türkiyəyə ildə təxminən 7
milyard kubmetr həcmində qazı çox aşağı qiymətlərlə satır.
AKP hökuməti, həmçinin, Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli haqqında tranzit sazişinə də
maneələr yaradır. Tranzit razılaşma olmadığı təqdirdə Nabukko hökumətlərarası sazişinin Türkiyənin ərazisində
həyata keçirilməsi çətinləşə bilər. Türkiyə 2009-cu il iyul ayının 13-də Ankarada hökumətlərarası sazişin
imzalanması mərasimini təşkil etmiş, lakin bu günə qədər tranzit sazişi ilə bağlı mövqeyini dəyişməmişdir.
Azərbaycan hökumətinin iclasında Prezident İlham Əliyev bildirmişdir ki, Türkiyə hökumətinin tranzit xidmətlərinə
görə təklif etdiyi tariflər digər ölkələrin istədiyi qiymətdən ən azı 70 faiz çoxdur. Danışıqlar çərçivəsində təklif
olunan qiymətlər məxfi olsa da, AKP hökuməti Nabukko hökumətlərarası sazişində əks olunmuş xərclərə əsaslanan
tranzit tarifləri konsepsiyasına aydın şəkildə qoşulmur.
10
Eyni zamanda, Ankara gələn illər ərzində ixrac ediləcək Azərbaycan qazının həcmi ilə bağlı ikili mövqe tutur.
Həmin təchizat həcmi beynəlxalq konsorsiumun "Şahdəniz" layihəsi, yaxud Azərbaycan Dövlət Neft Şirkətinin öz
qaz yataqları hesabına əldə oluna bilər. "Şahdəniz" konsorsiumu üçün layihə çərçivəsində birinci fazadan ikinci
fazaya keçmək məqsədilə həcmlərə, qiymətlərə və tranzit haqlarına aydınlığın gətirilməsi təxirəsalınmaz
məsələlərdəndir. "Şahdəniz"də ikinci faza Nabukkonun birinci mərhələsində əsas təchizat mənbəyi olacaqdır.
"Şahdəniz"də ikinci faza çərçivəsində kommersiya hasilatının başlanması Ankaranın açıq cavabdan
yayınması səbəbindən artıq iki ildir ki, təxirə salınır. İkinci faza hasilat həcmini ildə 9 milyard kubmetrdən 16
milyard kubmetrə qədər artıracaqdır. İlham Əliyevin hökumətin iclasında söylədiyi fikirlərə əsasən əgər Türkiyə
etibarlı şəkildə əməkdaşlıq edərsə, qazın nəqli 2015-ci ildə mümkün olacaq və bu məqsədlə konsorsium 2010-cu
ildə 20 milyard ABŞ dolları həcmində sərmayə qoymağa hazırdır. Bununla belə, Prezident İlham Əliyev xəbərdarlıq
etdi: konsorsium "ciddi şəkildə narahatdır. Şirkətlər tələsir və mən onların mövqeyini bölüşürəm". Bu bəyanat ona
dəlalət edir ki, əgər Türkiyə əməkdaşlığa getməsə, konsorsium bazarlara digər ixrac marşrutlarını axtaracaq.
Nabukkoda iştirak edəcək altı ölkə, o cümlədən Yunanıstan, İtaliya və İsveçrə Azərbaycan qazını almaqda maraqlı
olduqlarını artıq bildiriblər.
9
Day.Az, 16 oktyabr 2009-cu il.
10
Day.Az, 17 oktyabr 2009-cu il.
Dostları ilə paylaş: |