YANVAR-MART, 2010
33
əsaslanırdı – rəsmi Bakı əvvəlcə
əfqanıstanda, daha sonra isə
İraqda həyata keçirilən antiter-
ror əməliyyatlarına siyasi və
hərbi dəstək verdi. azərbaycan
hərbi kontingenti bu gün də
əfqanıstanda sülhməramlı mis-
siya yerinə yetirir. təsadüfi deyil
ki, aBŞ Prezidenti Corc Buş bu
faktı bir neçə dəfə məmnunluqla
önə çəkmiş, ümummilli lider
Heydər əliyevin rəhbərliyi altında başlanmış, hazırda isə Prezident
İlham əliyev tərəfindən uğurla aparılan antiterror siyasətini təqdir
etmişdir.
Həmçinin, xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi
və dünya bazarlarına nəqli sahəsində ölkəmiz üçün son dərəcə
əhəmiyyətli olan irimiqyaslı transmilli layihələrin həyata
keçirilməsində aBŞ-ın hərtərəfli dəstəyini xüsusi qeyd etmək la-
zımdır. Belə ki, iki nəhəng enerji layihəsinin reallaşması Birləşmiş
Ştatların dəstəyi ilə mümkün olmuşdur.
münasibətlərdəki pozitiv dinamika sonrakı illərdə də inkişaf
etdi və aBŞ İlham əliyevin azərbaycanda prezident seçkilərindəki
uğurunu dəstəklədi. Hələ azərbaycanın Baş naziri olarkən aBŞ-
la münasibətlərdə dəyişikliyin olmayacağını söyləyən İlham
əliyev mövqeyini belə açıqlayır: “aBŞ ilə azərbaycan arasında
ikitərəfli münasibətlər çox sürətlə və hərtərəfli inkişaf edir, ame-
rika hökumətinin dəstəyi olmasaydı, regionda və azərbaycanda
həyata keçirilən böyük enerji layihələrinin reallaşması
da mümkün
olmazdı....xüsusilə terrora qarşı mübarizədə azərbaycan aBŞ ilə
birlikdədir. İraqdakı son hadisələr zamanı ölkəmiz Birləşmiş Ştat-
ları birmənalı şəkildə dəstəkləmişdir. İndi biz bir koalisiyadayıq və
ölkələrimiz arasında mövcud olan əməkdaşlığın daha da inkişaf
etdirilməsini arzulayırıq”.
azərbaycan Prezidenti İlham əliyevin aBŞ-a 2006-cı il ap-
relin 25-28-də ilk rəsmi səfəri son illərdə sürətlə inkişaf edən
ikitərəfli münasibətlərdə yeni mərhələnin təməlini qoymuş və
bir sıra uğurlu nəticələrlə yadda qalmışdır. səfərin yekunları
tam əminliklə deməyə əsas verir ki, aBŞ azərbaycanla möv-
“ABŞ ilə Azərbaycan arasında
ikitərəfli münasibətlər çox sürətlə
və hərtərəfli inkişaf edir, Ameri-
ka hökumətinin dəstəyi olmasaydı,
regionda və Azərbaycanda həyata
keçirilən böyük enerji layihələrinin
reallaşması da mümkün olmazdı.”
İlham Əliyev
34
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
cud əlaqələrin daha da genişlənməsində və strateji tərəfdaşlıq
münasibətlərinin dərinləşməsində maraqlıdır. Bu maraq, ilk
növbədə, azərbaycanın qərblə Şərqi qovuşduran geostrateji
tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerji və
kommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oy-
naması, habelə zəngin intellektual resurslara malik olması ilə
şərtlənir. azərbaycanda xarici sərmayədarların fəaliyyəti üçün
yaradılmış münbit mühit aBŞ-ın iş adamlarının da diqqətini xü-
susi cəlb edir. İndi aBŞ kapitalının iştirakı ilə azərbaycanda bir
çox şirkətlər fəaliyyət göstərir. aBŞ şirkətlərinin azərbaycanla
çoxşaxəli əməkdaşlığa artan marağı həm də son illərdə ikitərəfli
iqtisadi əlaqələrdə qazanılmış nailiyyətlərlə bağlıdır. 2004-cü ildə
iki ölkə arasında əmtəə dövriyyəsi təqribən 157 milyon aBŞ dol-
ları olduğu halda, 2008-ci ildə bu rəqəm 630 milyon dollar təşkil
etmişdir.
Rusiya – yaxın qonşu və strateji tərəfdaş
müstəqillik tariximizin xarici siyasətində rusiya-azərbaycan
münasibətlərini bir-birindən kəskin şəkildə fərqlənən iki dövrə
ayırmaq daha doğru olardı. Bunlardan biri yeltsin, digəri isə
Putin dövrü adlandırıla bilər. Putinə qədərki dövrü qısaca da olsa,
xarakterizə etmədən ondan sonrakı dövrü dəyərləndirmək o qədər
də doğru olmazdı.
Postsovet respublikalarının müstəqillik paradında öndə addım-
layan azərbaycanla rusiya arasında münasibətlər tamamilə yeni,
moskvanın alışa bilmədiyi bir müstəviyə keçmişdi. 200 ildən ar-
tıq tarixin təlqin etdiyi təkəbbür rusiyaya keçmiş təbəəsi ilə da-
nışıqlar masasına bərabərhüquqlu subyekt kimi oturmağa imkan
vermirdi. rusiya bütün vasitələrlə keçmiş nüfuzunu bərpa etmək
üçün azərbaycana təzyiqlərini artırırdı. müstəqilliyin ilk illərində
vəziyyət daha da kəskinləşmişdi. Həmin dövrdə azərbaycanda
hakimiyyətdə olan qüvvələr rusiyanın təzyiqlərini tez-tez gündəmə
gətirməklə artıq xalqda moskvaya qarşı soyuq münasibət yarat-
mışdı. yeltsinin komandası isə aqressivliyi və dağlıq qarabağ
münaqişəsində ermənistana dəstək verməsi ilə münasibətləri daha
da gərginləşdirdi.
doğrudur, ümummilli lider Heydər əliyevin 1993-cü ildə