Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

38
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
noyabrında türkiyəyə rəsmi səfəri zamanı türkiyə Böyük millət 
məclisində  etdiyi  dərin  məzmunlu  çıxışında  demişdir:  “Bizim 
birgə səylərimiz, təşəbbüslərimiz nəticəsində bölgədə çox önəmli 
transmilli layihələr icra olunur. Bakı-tbilisi-Ceyhan neft kəmərinin 
uğurla  fəaliyyəti  həm  bölgədə  sabitliyin  möhkəmlənməsinə, 
əməkdaşlığın  dərinləşməsinə  xidmət  göstərir,  həm  də  bizim  iqti-
sadi imkanlarımızı gücləndirir. Bu gün biz artıq Şərq-qərb ener-
ji  dəhlizinin  uğurlu  fəaliyyətini  müşahidə  edirik.  Onun  əsasında 
da  bizim  təşəbbüslərimiz  dayanır.  Hər  kəs  bilir  ki,  Bakı-tbilisi-
Ceyhan neft kəmərinin tikintisi çox mürəkkəb geosiyasi vəziyyətdə 
həyata  keçirilmişdir.  uzun  danışıqlardan,  bəzi  hallarda  uzun 
mübahisələrdən və edilən təzyiqlərdən sonra bu, artıq reallıqdır və 
hər kəs bu reallıqla hesablaşmalıdır. Bu, sadəcə, bir enerji layihəsi
yaxud da ki, iqtisadi layihə deyildir. Bunun çox böyük mənası var. 
Bu, xalqlarımızı uzun illər bundan sonra üçün iqtisadi maraqlarla 
birləşdirir, bizim önəmimizi artırır. artıq bölgədə Şərq-qərb   enerji 
dəhlizi və enerji təhlükəsizliyi məsələləri türkiyə və azərbaycanın 
iştirakı olmadan həll oluna bilməz.
 xəzər dənizinin təbii ehtiyatları dünya enerji bazarı üçün yeni 
mənbədir və bunun önəmi getdikcə artacaqdır. Bu mənbənin başın-
da biz dayanmışıq və əlbəttə ki, bunun gözəl nəticələrini biz ondan 
sonrakı layihələrdə də görürük. Biz “Şahdəniz” layihəsinin uğur-
la icra olunmasını birlikdə qeyd etmişik. Bu gün azərbaycan qazı 
türkiyə bazarına daxil olur. Bir neçə il bundan əvvəl azərbaycan 
təbii qazın idxalı ilə məşğul idi. Bu gün biz bunu ixrac edirik və 
ilk növbədə, qardaş türkiyəyə ixrac olunur. əminəm ki, növbəti 
illərdə azərbaycanda qaz ehtiyatlarının işlənilməsi nəticəsində biz 
buna daha da böyük həcmdə nail olacağıq. Biz öz siyasətimizlə, 
öz layihələrimizlə bir-birimizi gücləndiririk və belə də olmalıdır. 
Belə olan halda, bölgədə və dünyada bizim imkan dairəmiz daha da 
genişlənəcək, təsir imkanlarımız artacaqdır. O cümlədən, iqtisadi 
və enerji siyasətimizin uğurla aparılması ilə biz öz siyasi maraqla-
rımızı daha da dolğun şəkildə müdafiə edəcəyik.
Bu gün biz Bakı-tbilisi-qars dəmir yolunun tikintisi ilə məşğu-
luq. Bu da tarixi bir layihədir ki, türkiyə və azərbaycan üzərindən 
avropanı asiya ilə birləşdirəcəkdir. türkiyəni azərbaycanla dəmir 
yolu ilə birləşdirəcəkdir. Bunun çox böyük tarixi və  əlbəttə ki, iq-
tisadi və siyasi önəmi vardır. 


 YANVAR-MART, 2010  
  
39 
 Bütün bu layihələr, deyə bilərəm ki, son illər ərzində tamamlandı. 
mən xatırlayıram, dörd il bundan əvvəl, 2004-cü ildə bu kürsüdən 
məclis  qarşısında  çıxış  edərkən,  bu  layihələr  barədə  danışarkən 
onların  uğurlu  icrası  haqqında  fikirlər  söyləmişdim. ancaq  o  za-
man nə  Bakı-tbilisi-Ceyhan, nə Bakı-tbilisi-ərzurum, nə də ki, 
Bakı-tbilisi-qars layihələri nə icra olunmuşdu, nə də ki, icrası baş-
lanmışdı. Bu gün isə bunlar reallıqdır. Biz tarix baxımından qısa 
müddət ərzində, müştərək səylərlə, birgə iradə ilə dostluğumuzun, 
qardaşlığımızın möhkəmlənməsi ilə bunu bacardıq. mən heç şübhə 
etmirəm ki, bundan sonra  qarşıda duran bütün məsələlər eyni uğur-
la həll olunacaqdır”.
 dövlət  başçısı  türkiyə-azərbaycan  birliyinin  bölgədə 
sabitləşdirici amil olduğunu da diqqətə çatdırır və bildirir: “... biz 
çox həssas bölgədə yaşayırıq və bizim siyasətimizdən geniş mənada 
bölgənin gələcək taleyi, sabitliyi asılıdır”
 azərbaycan  Prezidenti  haqlı  olaraq  Cənubi  qafqazda  sülhün 
çox həssas olduğunu, əslində, bölgədə hələ sülhün bərqərar olma-
dığını  bildirir.  “nə  sülh,  nə  müharibə”  vəziyyəti  həqiqətən  uzun 
sürə bilməz. lakin nə etməli?! Cənubi qafqazın lider dövləti ola-
raq, azərbaycan öz mövqeyini ortaya qoymuş və problemlərin sülh 
yolu ilə həlli üçün kifayət qədər səbir və təmkin göstərmişdir.
türkiyənin Orta Şərq və qafqaz regionunda sülhün, mehriban 
qonşuluğun  və  əmin-amanlığın  bərpasına  yönəlmiş  diplomatik-
siyasi səyləri diqqətlə izlənilir. qafqazda sabitliyin təmin olunması 
məqsədilə rəsmi ankaranın xüsusi təkliflər paketi hazırlaması bu 
cəhətdən ümidləri xeyli artırmışdır. lakin reallıq bundan ibarətdir ki, 
ermənistan ümumbəşəri dəyərlərin, eləcə də sülh, demokratiya, sa-
bitlik və regional əməkdaşlıq prinsiplərinin, beynəlxalq hüquq nor-
malarının tam ziddinə olaraq azərbaycan ərazisinin 20 faizini işğal 
etmiş, həmin ərazilərdə etnik təmizləmə aparmış, tarixi və mədəni 
abidələri məhv etməklə regionun simasını dəyişmişdir. ermənistan 
qarabağda qeyri-qanuni məskunlaşdırma prosesini həyata keçirmiş, 
ərazinin təbii sərvətlərini istismar etmiş və beynəlxalq nəzarətdən 
kənarda qalan regionda transmilli cinayətkarlıqlar üçün şərait ya-
ratmışdır. türkiyə məhz bu səbəblərdən ermənistanla diplomatik 
əlaqələr yaratmamış və sərhədlərin açılmasına hər hansı şəkildə ra-
zılıq verməmişdir. lakin son illər, xüsusilə də bu ilin əvvəlindən 
başlayaraq, türkiyə ilə ermənistan arasında İsveçrənin vasitəçiliyi 


40
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
ilə  sərhədlərin  açılması  ilə 
bağlı  gedən  danışıqlara  aBŞ 
Prezidenti  Barak  Obama-
nın  türkiyəyə  səfəri  zamanı 
verdiyi  dəstək  azərbaycan 
tərəfdən  birmənalı  qarşılan-
madı  və  ermənistana  açıq-
aşkar  dəstək  kimi  qəbul 
edildi.  Beləliklə,  türkiyə 
hökumətinin ermənistanla sərhədləri açacağı ilə bağlı kütləvi in-
formasiya  vasitələrində  aramsız  olaraq  məlumatların  yayılması 
azərbaycanda haqlı narahatlıq doğurmaya bilməzdi.
 ancaq  “bir  millət,  iki  dövlət”  arasında  belə  anlaşılmazlıqla-
rın uzun sürməyəcəyi şübhəsiz idi. artıq bu il mayın əvvəllərində 
Prezident  abdulla  Gül  və  Baş  nazir  rəcəb  tayyib  ərdoğan 
səviyyəsində məsələyə aydınlıq gətirən açıqlamalar gündəmə gəldi. 
açıqlamaların mahiyyəti son dövrlərə qədər olan mövqe ilə eyni 
idi: “azərbaycanın işğal altında olan torpaqları azad olunmayana, 
ermənistanın  işğalçı  qüvvələri  bu  ərazilərdən  çıxmayana  qədər 
sərhədlərin açılması danışıqlar mövzusu ola bilməz”.
 etiraf etmək lazımdır ki, bu dövrdə azərbaycanın dövlət baş-
çısı siyasi müdriklik, qətiyyət və çevik diplomatik mövqe nüma-
yiş  etdirdi.  nəhayət,  münasibətlərə  gərginlik  gətirən  proseslər 
onunla nəticələndi ki, 2009-cu il mayın 14-də azərbaycana səfərə 
gələn  türkiyənin  Baş  naziri  rəcəb  tayyib  ərdoğan  mətbuat 
nümayəndələri üçün verdiyi bəyanatda bildirdi: “dağlıq qarabağ 
işğal edildiyi üçün türkiyə sərhədləri bağlamışdır. İşğala son qo-
yulmayınca  bilavasitə  sərhədlərin  açılması  da  mümkün  deyildir. 
Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün 
Bakıda da bunu ifadə edirəm”.
 Prezident İlham əliyev də öz növbəsində jurnalistlərin sualına 
cavabında bəyan etmişdir: “...Heç kim üçün sirr deyil, son aylar 
ərzində azərbaycan cəmiyyətində müəyyən mənada bir narahatlıq 
hissləri var idi. O hisslərin, yəqin ki, müəyyən təbii səbəbləri də 
var idi. ancaq ən önəmlisi odur ki, hesab edirəm və bu gün mən 
üzümü azərbaycan xalqına tutub demək istəyirəm ki, heç bir şübhə 
üçün, möhtəkirlik üçün yer qalmadı. türkiyə hökumətinin başçısı,  
türkiyə Prezidenti dəfələrlə bu məsələyə aydınlıq gətirmişlər və bu 
Dövlət başçısı Türkiyə-Azərbaycan bir-
liyinin bölgədə sabitləşdirici amil oldu-
ğunu da diqqətə çatdırır və bildirir: “... 
biz çox həssas bölgədə yaşayırıq və bizim 
siyasətimizdən  geniş  mənada  bölgənin 
gələcək taleyi, sabitliyi asılıdır”


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə