Azerbaijan focus



Yüklə 4,38 Kb.

səhifə13/63
tarix14.09.2018
ölçüsü4,38 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

 YANVAR-MART, 2010  
  
41 
gün  də dəyərli qardaşım cənab Baş nazirin sözləri, bir daha demək 
istəyirəm ki, bunun ən gözəl cavabıdır”.
İran – yaxın qonşu, dost ölkə
 azərbaycan respublikası müstəqillik qazandıqdan sonra 1991-
ci  il  dekabrın  25-də  onun  müstəqilliyini  tanıyan  ilk  ölkələrdən 
biri İran İslam respublikası olmuşdur. 1992-ci il martın 12-də isə 
azərbaycan ilə İran arasında diplomatik münasibətlər yaradılmış-
dır. azərbaycanla İran arasındakı münasibətlər dərin tarixi köklərə 
malikdir.  ulu  öndər  Heydər  əliyev  bununla  bağlı  qeyd  edirdi: 
“Bizim  xalqlarımız  əsrlər  boyu  birgə  yaşamış,  bir  yerdə  olmuş-
lar. Bizim tarixi, mənəvi dəyərlərimiz eynidir. Biz hamımız, yəni 
İran və azərbaycan xalqları islam aləminə mənsub olan xalqlarıq.              
İslam aləminin dəyərləri bizim üçün əzizdir, möhtərəmdir. Biz bu 
dəyərləri öz həyatımızda bundan sonra da bərqərar edəcəyik. elmi, 
mənəvi, mədəni əlaqələrimiz bizi tarix boyu birləşdirib. azərbaycan 
respublikası ilə İran İslam respublikasının çox böyük sərhədi var. 
Bunları nəzərə alaraq azərbaycan İran İslam respublikası ilə dost-
luq, qardaşlıq əlaqələrini inkişaf etdirmək əzmindədir”.
 azərbaycan respublikasının Prezidenti Heydər əliyevin 1994-
cü il iyunun 29-dan iyulun 2-dək tehrana səfəri İran ilə əlaqələrin 
genişləndirilməsi  sahəsində  böyük  əhəmiyyətə  malik  olmuşdur. 
azərbaycanın  xarici  siyasətinin  parlaq  səhifələrindən  biri  kimi 
qiymətləndirilən və müstəqil dövlətimiz üçün tarixi əhəmiyyət kəsb 
edən bu səfər iki ölkə arasındakı münasibətlərdə əvvəlki illərdə yol 
verilmiş soyuqluğun aradan qaldırılması, münasibətlərin normal in-
kişaf etdirilməsi və azərbaycanın İranla əlaqələrinin dərinləşməsi 
üçün zəmin yaradılmasında əsaslı rol oynadı. səfər zamanı iki ölkə 
arasında dostluq münasibətlərinin inkişafı haqqında 13 maddədən 
ibarət  bəyanat  imzalandı.  Bəyanat  ölkələrimiz  arasında  daha  sıx 
əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi.
 azərbaycan  qonşu  İran  dövləti  ilə  xalqlarımızın  mənafeyinə     
cavab    verən  mehriban  qonşuluq,  qarşılıqlı  faydalı  əməkdaşlıq 
prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin 
inkişafına  müvəffəq  olmuşdur.  Ölkələrimiz  arasında  ikitərəfli 
əlaqələrin  bütün  sahələrini  əhatə  edən  sənədlər  imzalanmış-
dır. son illərdə Prezident İlham əliyevin İrana rəsmi səfəri, İran 


42
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
prezidentlərinin  azərbaycana  səfərləri  ikitərəfli  əməkdaşlığın 
sürətli  inkişafına  təkan  vermiş,  keçirilmiş  səmərəli  görüşlərdə 
dostluq  və  əməkdaşlıq  münasibətlərinin  prinsipləri  və  əlaqələrin 
gələcək  inkişafının  istiqamətləri  müəyyənləşdirilmişdir.  Hər  iki 
dövlətin mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi po-
tensiala malik olması mövcud əməkdaşlığı daha da genişləndirmiş, 
azərbaycanla  İran  arasında  iqtisadi  əlaqələrin  sürətlə  inkişafına, 
əmtəə  dövriyyəsinin  həcminin  ildən-ilə  artmasına  gətirib  çıxar-
mışdır. İran azərbaycanın ixrac-idxal əməliyyatları apardığı əsas 
dövlətlərdən  biridir.  İranlı  sərmayədarlar  ölkəmizin  infrastruktu-
runa, kənd təsərrüfatına, emal sənayesinə, energetika sektoruna və 
digər sahələrə investisiya qoyurlar. qarşılıqlı əlaqələrə yeni, güc-
lü təkan verə biləcək bir sıra inkişaf layihələri artıq gündəlikdədir. 
söhbət, ilk növbədə, azərbaycandan keçən Şimal-Cənub nəqliyyat 
dəhlizinin yaradılmasından gedir. Ölkəmizin qovşaq rolu oynaya-
cağı  bu  böyük  layihəni  reallaşdırmaq  üçün azərbaycan,  İran  və 
rusiya  arasında  müvafiq  razılaşmalar  əldə  edilmişdir.  mərkəzi 
və  Şimali  avropanı  Cənubi  asiya  ilə  birləşdirəcək  dəmiryol 
xəttinin,  eləcə  də  beynəlxalq  əhəmiyyətli  avtomobil  yolunun  işə 
salınması azərbaycan-İran əməkdaşlığının genişləndirilməsinə və 
dərinləşdirilməsinə şərait yaradacaqdır. İki ölkə arasında elektrik 
enerjisi mübadiləsinin nizama salınması, eləcə də İrandan naxçıva-
na qaz kəmərinin çəkilməsi ikitərəfli əlaqələrin möhkəmləndirilməsi 
işinə əhəmiyyətli töhfədir.
Nəticə əvəzi
 azərbaycan  Şərqlə  qərbi  birləşdirən,  avrasiya  məkanında 
ticarət-iqtisadi  əlaqələrin  genişləndirilməsinə  kömək  edən  yeni 
kommunikasiyaların,  nəqliyyat  və  enerji  dəhlizlərinin  üzərində 
qovşaq ölkə kimi regionda böyük nüfuz sahibinə çevrilmişdir. 
 azərbaycanın  xarici  siyasət  strategiyası  özünün  priori-
tet  istiqamətlərinin,  dünyanın  aparıcı  dövlətləri  və  beynəlxalq 
təşkilatları  ilə  əlaqələrin  ümummilli  mənafelərə  əsaslanan  xətlə 
inkişaf  etdirilməsini  tələb  edir.  Ölkə  başçısının  son  6  ildə  milli 
məqsədlərə çatmaq naminə ən nüfuzlu tribunalardan böyük diplo-
matik məharətlə istifadə etməsi azərbaycan dövlətçiliyinin bugünü 
və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. uğur-
la  aparılan  xarici  siyasət  kursu  nəticəsində  azərbaycan  Cənubi 


 YANVAR-MART, 2010  
  
43 
qafqazın lider dövlətinə çev-
rilmiş,  ölkəmizin  regionda 
gerçəkləşdirilən  bütün  trans-
milli layihələrdə iştirakı təmin 
olunmuşdur.  dünyanın  nü-
fuzlu təşkilatları və dövlətləri 
ilə  əməkdaşlığın  getdikcə 
möhkəmlənməsi  ölkəmizin 
beynəlxalq 
əlaqələrində 
keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.
 avropa  və  avratlantika  məkanına  inteqrasiya  azərbaycanın 
yürütdüyü xarici siyasət xəttinin vacib istiqamətlərindən biri kimi 
bu gün uğurla davam etdirilir. azərbaycan avropa və avratlantik 
birliyin  dəyərlərini  bölüşür,  çoxtərəfli  transatlantik  təhlükəsizlik 
əməkdaşlığı  proqramlarını  inkişaf  etdirərək  avropa  qitəsində  və 
onun  sərhədlərindən  kənarda  təhlükəsizlik  və  sabitliyə  töhfə  ve-
rir. Ölkəmizin avropa dövlətləri və aBŞ-la əlaqələri artıq xüsusi 
əhəmiyyət kəsb etməyə başlamışdır. Bunu respublikamızın qərbin 
enerji  təhlükəsizliyinə  verdiyi  töhfə  şərtləndirir.  Bu  işdə  qərb 
azərbaycana böyük önəm verir. Bir tərəfdən, qərbin ölkəmizə ma-
raq  göstərməsi  seçdiyimiz  strateji  xəttə  – avratlantika  məkanına 
inteqrasiyaya tam uyğundur. digər tərəfdən, azərbaycanın qərbin 
enerji  təhlükəsizliyinin  təmin  edilməsində  iştirakı  dövlətimizin 
regionda  və  dünyada  çəkisini  artırır  və  inteqrasiya  prosesinin 
intensivləşməsinə təkan verir.
 azərbaycan  islam  aləminin  tərkib  hissəsi  olaraq  İslam                  
Konfransı təşkilatı ilə sıx əməkdaşlığı inkişaf etdirir, bu təşkilatın 
regional  və  qlobal  məsələlərin  həllində  siyasi  çəkisinin  və  nüfu-
zunun artırılmasına yardım göstərir. 2007-ci ildə İslam Konfransı 
təşkilatının xarici İşlər nazirləri Şurasının sədri kimi azərbaycan 
İslam  Konfransı  təşkilatının  strukturlarının  və  funksiyalarının 
daha  da  gücləndirilməsi  və  avropa  təşkilatları  ilə  əməkdaşlıq 
mexanizmlərinin  yaradılması  istiqamətində  səylər  göstərmişdir. 
Şərq ilə qərbin, xristian dünyası ilə islam aləminin qovuşuğunda 
yerləşərək nadir coğrafi mövqeyi, tolerantlığı, sülh ənənələri və et-
nik rəngarəngliyi ilə azərbaycanın mədəniyyətlər və sivilizasiyalar 
arasında təbii körpüyə çevrilməsi zamanın tələbidir. elə buna sü-
but kimi İslam Konfransı təşkilatına üzv dövlətlərin mədəniyyət 
İran Azərbaycanın ixrac-idxal əməliy-
yatları apardığı  əsas  dövlətlərdən bi-
ridir.  İranlı  sərmayədarlar  ölkəmizin 
infrastrukturuna,  kənd  təsərrüfatına, 
emal sənayesinə, energetika sektoruna 
və digər sahələrə investisiya qoyurlar.




Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə