Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə14/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

44
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
nazirlərinin tripolidə keçirilmiş beşinci konfransının nəticələrinə 
görə, Bakı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” elan olun-
muşdur.
 azərbaycanın  xarici  siyasət  kursunda  beynəlxalq  təşkilatlarla 
əməkdaşlığın  genişləndirilməsi  məsələlərinə  böyük  diqqət  yetiri-
lir. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq 
azərbaycanın  problemlərini,  azərbaycan  həqiqətlərini  dünyaya 
çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, ölkəmiz nü-
fuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, yeni-yeni kollek-
tiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.
 azərbaycan  xarici  əlaqələrinin  coğrafiyasını  əhəmiyyətli 
dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə daha çox nəzərəçarpan 
və hörmət edilən ölkəyə çevrilmiş və xarici siyasət məqsədlərini    
daha da təkmilləşdirmişdir. Hazırda azərbaycan 163 ölkə ilə dip-
lomatik əlaqə qurmuşdur. Vyana Konvensiyasının iştirakçısı olan 
ölkələrlə  respublikamız  arasında  konsulluq  münasibətləri  yara-
dılmışdır.  azərbaycanda  93  xarici  dövlətin  səfirlikləri  fəaliyyət 
göstərir. Bunların 42-si bilavasitə Bakıda, 51-i isə həmin dövlətlərin 
türkiyə, rusiya, İran, Gürcüstan və Özbəkistandakı səfirliklərində 
akkreditə olunmuşdur. Öz növbəsində azərbaycanın xarici ölkələrdə 
64 diplomatik nümayəndəliyi – səfirlik, beynəlxalq təşkilatlar ya-
nında daimi nümayəndəlik və baş konsulluq fəaliyyət göstərir. Bu-
nun 51-i səfirlik, 6-sı baş konsulluq, 7-si nümayəndəlikdir.
 ermənistan-azərbaycan, dağlıq qarabağ münaqişəsinin Cənubi 
qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması 
bütövlükdə  regionda  sülhə,  sabitliyə  və  iqtisadi  əməkdaşlığa  po-
tensial təhlükə mənbəyi kimi çıxış edir. azərbaycan ərazisinin 20 
faizini  işğal  altında  saxlayan  təcavüzkar  ermənistanın  müxtəlif 
səviyyələrdə  ifşası,  erməni  lobbisinin  respublikamıza  qarşı  apar-
dığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkili ölkəmizin 
xarici  siyasətində  prioritet  məsələlərdəndir.  Beynəlxalq  hüquq 
normaları,  o  cümlədən  bir  sıra  mötəbər  təşkilatların  münaqişə 
ilə  bağlı  prinsipial  mövqeyi  ermənistanın  cəfəng  iddialarının 
həm  hüquqi,  həm  də  siyasi  baxımdan  əsassızlığını  tamamilə  sü-
buta  yetirir.  nəticədə,  ermənistanın  beynəlxalq  hüququn  norma 
və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktı bir 
çox  dünya  dövlətləri  tərəfindən  etiraf  edilmişdir.  dövlət  başçısı 
İlham  əliyevin  vurğuladığı  kimi, azərbaycanın  ərazi  bütövlüyü, 


 YANVAR-MART, 2010  
  
45 
beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı 
müzakirə mövzusu ola bilməz: “Biz öz ərazi bütövlüyümüzü heç 
vaxt  güzəştə  getməyəcəyik. azərbaycanın  ərazi  bütövlüyü  toxu-
nulmazdır, dağlıq qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. 
azərbaycan rəhbərliyi və azərbaycan xalqı heç vaxt bununla razı 
olmayacaqdır. Biz danışıqları bu istiqamətdə aparırıq. danışıqların 
əsas mahiyyəti ondan ibarətdir ki, azərbaycanın zəbt olunmuş bü-
tün torpaqları işğalçılardan azad edilsin, azərbaycan vətəndaşları 
– məcburi köçkünlər həmin torpaqlara qayıtsınlar, o cümlədən də 
dağlıq qarabağa qayıtsınlar. Bu, bizim prinsipial mövqeyimizdir 
və bu mövqedən bir addım da kənara çıxmayacağıq”
 Bu baxımdan, 2008-ci il noyabrın 2-də moskvada üç dövlətin 
– rusiya, azərbaycan və ermənistan prezidentlərinin imzaladıqla-
rı Bəyannamə xüsusi qeyd edilməlidir. sənəddə Cənubi qafqazda 
vəziyyətin sağlamlaşdırılması, regionda sabitliyin və təhlükəsizliyin 
təmin edilməsi üçün münaqişənin beynəlxalq hüququn norma və 
prinsipləri, həmçinin bu çərçivədə qəbul edilmiş qərar və sənədlər 
əsasında siyasi yolla həllinə şərait yaratmaq səyləri öz əksini tap-
mışdır. Bu sənəd indiyə qədər aparılan danışıqların mahiyyətini və 
məqamlarını özündə əks etdirir. münaqişənin həlli ilə əlaqədar bu 
vaxta qədər verilən şifahi bəyanatlardan sonra imzalanan bu sənəd 
böyük  əhəmiyyət kəsb  edir.  Bəyannamənin ən  yüksək  səviyyədə 
imzalanması münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində 
irəliyə doğru atılan addımdır. Bu bəyannamə ilə bağlı beynəlxalq 
ekspertlərin  rəylərində  də  bildirilir  ki,  moskva  Bəyannaməsi 
azərbaycan Prezidenti İlham əliyevin münaqişənin nizamlanması 
istiqamətində dəfələrlə səsləndirdiyi fikirlərin bir növ müdafiəsi idi. 
moskva Bəyannaməsi, əsasən, bu fikirləri özündə təcəssüm edirdi. 
ermənistan prezidentinin bu bəyannaməni imzalaması azərbaycan 
diplomatiyasının uğurlarından xəbər verir.
 azərbaycan  Prezidentinin  yeritdiyi  uğurlu  xarici  siyasətin 
nəticəsi  olaraq avropa  Şurası  Parlament assambleyasının  2005-
ci  il  1416  saylı  qətnaməsində azərbaycan  ərazilərinin  ermənilər 
tərəfindən  işğal  olunduğu  və  separatçı  qüvvələrin  dağlıq  qara-
bağ bölgəsinə nəzarət etdiyi göstərilmişdir. Bununla yanaşı, Bmt 
təhlükəsizlik  Şurasının  qətnamələrində  əks  olunmuş  tələblərin 
yerinə  yetirilməsinin  və  erməni  silahlı  qüvvələrinin  işğal  olun-
muş  azərbaycan  ərazilərindən  çıxarılmasının  vacibliyi  xüsusi 


46
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
vurğulanmışdır. Bmt Baş məclisi 59, 60 və 62-ci sessiyalarında 
azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair məsələni 
müzakirəyə  çıxarmışdır.  Baş  məclis  təqdim  olunmuş  faktlara 
istinadən  azərbaycanın  işğal  olunmuş  ərazilərində  ermənilərin 
məskunlaşdırılmasını,  həmin  ərazilərdə  kütləvi  yanğınların 
törədilməsini, insanların sağlamlığına və həyatına təhlükə yaratma-
sını  pisləyən  qətnamələr  qəbul  etmişdir.  Həmin  qətnamələrdə  öz 
ata-baba torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurd-
yuvalarına qayıtmaq hüququ bir daha təsdiqlənmişdir. Bu tələblər 
aŞ Pa-nın 2005-ci il 1690 saylı tövsiyələrində də öz əksini tap-
mışdır. Bundan sonra, 2008-ci il martın 14-də Bmt Baş məclisi 
azərbaycan tərəfindən irəli sürülmüş, beynəlxalq səviyyədə tanın-
mış sərhədləri çərçivəsində azərbaycan respublikasının suveren-
liyi  və  ərazi  bütövlüyünə  hörmət  edilməsini  bəyan  edən,  erməni 
qüvvələrinin  azərbaycanın  işğal  olunmuş  bütün  ərazilərindən 
dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, bu ərazilərdən 
qovulmuş  əhalinin  öz  yurd-yuvalarına  qayıtma  hüququnu  təsdiq 
edən və işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qa-
nuni hesab edə bilməyəcəyini vurğulayan qətnamə qəbul etmişdir. 
Həmin  sənədin  azərbaycan  respublikasının  tərkibində  olmaqla 
dağlıq  qarabağda  səmərəli  fəaliyyət  göstərə  biləcək  demokra-
tik  özünüidarəetmə  sisteminin  yaradılması  məqsədilə  bölgənin 
azərbaycanlı  və  erməni  icmalarının  təhlükəsiz  və  bərabər  həyat 
şəraitinin təmin edilməsinin zəruriliyini qeyd edən bəndini xüsusilə 
vurğulamaq lazımdır. Bu, regionun gələcək statusu və onun bütün 
əhalisinin təhlükəsizliyi ilə bağlı zəmanətə dair atət-in lissabon 
prinsiplərinin  şərtlərinə  uyğundur.  natO-nun  2009-cu  il  aprelin 
2-4-də  strasburq  və  Kehldə  keçirilmiş  sammiti  də azərbaycanın 
suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etmiş, münaqişənin 
sözü gedən prinsiplər əsasında həllinin zəruriliyini qeyd etmişdir.
2009-cu  il  iyulun  10-da aBŞ,  rusiya  və  Fransa  prezidentləri 
“Böyük 8”-lərin İtaliyanın akvila şəhərində keçirilən toplantısın-
da  dağlıq  qarabağ  münaqişəsinin  nizamlanması  ilə  bağlı  birgə 
bəyanatla çıxış etmişlər. Prezidentlər həmsədrlərə, azərbaycan və 
ermənistan  prezidentlərinə  baza  prinsiplərinə  dair  son  təkliflərin 
əks olunduğu 2007-ci il noyabrın 29-da açıqlanmış madrid təklifləri 
üzrə  yeni  versiya  üzərində  işləməyi  tövsiyə  etmişlər.  atət-in 
minsk qrupunun həmsədr ölkələrinin başçıları əsas prinsiplərin ra-
zılaşdırılmasında azərbaycan və ermənistan prezidentlərinə dəstək 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə