Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

 YANVAR-MART, 2010  
  
47 
verəcəklərini təsdiqləmişlər. Bu bəyanat “Böyük 8”-lərin proble-
min həllinə marağının artdığını göstərir.
 münaqişənin  həllinin  hüquqi  və  siyasi  əsasları  Bmt-nin 
nizamnaməsi, Helsinki yekun aktı, Bmt təhlükəsizlik Şurasının 
822, 853, 874 və 884 saylı qətnamələri, Bmt Baş məclisinin 2008-
ci ildə qəbul etdiyi a/res/62/243 saylı qətnaməsi, habelə atət 
və avropa Şurasının müvafiq sənədləri və qərarlarında əks olunan 
beynəlxalq  hüququn  norma  və  prinsiplərinə  söykənir.  Bütün  bu 
sənədlər azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq 
səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiq edir.
 azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq-
dir  və  münaqişənin  beynəlxalq  hüququn  norma  və  prinsiplərinə 
uyğun  ədalətli  və  davamlı  həllinin  dəstəklənməsi  üçün  bütün 
səylərin səfərbər olunması məqsədi ilə öz tərəfdaşları, beynəlxalq 
və  regional  təşkilatlarla  əməkdaşlığı  davam  etdirir.  azərbaycan 
hakimiyyətinin məqsədi bütün zəbt edilmiş ərazilərin azad edilməsi, 
məcburi köçkün əhalinin öz doğma yurdlarına qaytarılması, Cənubi 
qafqaz regionunda davamlı sülh və sabitliyin yaradılmasıdır. son 
olaraq, məqsəd dağlıq qarabağ bölgəsinin azərbaycanın hüdudları 
çərçivəsində statusunun müəyyənləşməsidir. Bu statusun müəyyən 
edilməsi yalnız sülh şəraitində, dağlıq qarabağın həm erməni, həm 
də azərbaycanlı icmasının birbaşa və bərabər iştirakı ilə, hüquqi və 
demokratik proses vasitəsilə mümkündür.
 lakin sülh prosesinin uğurla nəticələnməsi ermənistan tərəfinin 
bu prosesə sadiqliyindən və konstruktiv yanaşmasından, həmçinin 
beynəlxalq  birliyin,  atət-in  bütün  üzv  dövlətlərinin,  xüsusən 
də  minsk  qrupunda  təmsil  olunan  və  həmsədrlik  edən  ölkələrin 
qətiyyətli mövqeyindən asılıdır.
 Hazırda  münaqişənin  nizamlanması  ilə  bağlı  danışıqlar  yeni 
mərhələyə  qədəm  qoyub.  Prezident  İlham  əliyev  rusiya  dövlət 
televiziya  kanalının  “Vesti  v  subbotu”  verilişinin  aparıcısı-
na  verdiyi  müsahibədə  ermənistan-azərbaycan,  dağlıq  qara-
bağ  münaqişəsinin  sülh  yolu  ilə  həllini  nəzərdə  tutan  məqamlar 
barəsində  danışıb:  “mahiyyət  etibarilə  razılıq  əldə  edilmişdir 
ki,  işğalçı  ermənistan  qoşunlarının  azərbaycanın  işğal  edilmiş 
ərazilərindən çıxarılmasına başlanmalı, hazırda dağlıq qarabağda 
yaşayan vətəndaşların və işğal edilmiş ərazilərə, o cümlədən dağlıq 


48
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
qarabağa  qayıdacaq,  milliyyətcə  azərbaycanlı  olan  vətəndaşların 
da təhlükəsizliyinə beynəlxalq zəmanət təmin edilməlidir. Biz he-
sab edirik ki, indiki halda siyasi zəmanətlər hərbi və ya hər hansı 
sülhməramlı zəmanətlərdən qat-qat sanballıdır”.
 İşğal olunmuş ərazilərin statusu barədə söz açarkən azərbaycan 
Prezidenti  qeyd  edib  ki,  hazırda  qəbul  olunan  təkliflərdə  status 
məsələsi yoxdur: “dağlıq qarabağın statusu məsələsinə gəldikdə 
isə bu, gələcəyin işidir. Bu gün bizim müzakirə etdiyimiz, qəbul 
etdiyimiz  və  razılaşdırdığımız  təkliflərdə  status  məsələsi  yoxdur. 
əgər mövqelərin razılaşdırılması üçün bu mövzu yenidən ilkin şərt 
kimi irəli sürülərsə, biz heç nəyə nail olmayacağıq. Buna görə də 
real həyatda olanları başa düşmək lazımdır. əlbəttə, biz dağlıq qa-
rabağın müstəqil dövlət kimi mövcud olmasını mümkün hesab et-
mirik və azərbaycan heç vaxt buna razılıq verməyəcəkdir. Bizə belə 
gəlir ki, erməni tərəfi bunu başa düşür... Zənnimcə, əgər ermənistan 
tərəfi siyasi iradə göstərsə və hər bir halda atmalı olduğu addımları 
atsa, işğal edilmiş bütün ərazilərdən çıxsa, azərbaycanlılar Şuşaya, 
dağlıq qarabağa qayıdandan sonra gələcəkdə biz, təbii ki, statu-
sun müəyyən edilməsi məsələsini də müzakirə edəcəyik. əlbəttə, 
dağlıq qarabağın müəyyən statusu olmalıdır. Biz bunu başa düşü-
rük. lakin bir daha deyirəm, biz həmin statusu suveren azərbaycan 
dövlətindən kənarda təsəvvür etmirik”.
 Prezident İlham əliyev bildirib ki, minsk qrupu həmsədrlərinin 
təkliflərində də mövcud olan xronologiyaya əsasən sazişlər imza-
landıqdan dərhal sonra birinci mərhələdə ermənistan qoşunlarının 
beş  rayondan  çıxarılması  nəzərdə  tutulur:  “ermənistanla  dağlıq 
qarabağ arasında yerləşən Kəlbəcər və laçın rayonlarından erməni 
silahlı  qüvvələrinin  çıxarılmasını  məhz  həmin  rayonların  coğrafi 
şəraiti nəzərə alınmaqla, saziş qüvvəyə minəndən beş il sonra təmin 
etmək nəzərdə tutulur. Bizim fikrimizcə, bu, kompromis müddətdir 
və yəqin ki, həmin zonada daha artıq təhlükəsizlik tədbirləri təmin 
edilməlidir ki, hər iki tərəfin sülhsevər xarakterinə heç kəsin şübhəsi 
olmasın”.
 azərbaycanın xarici siyasət sahəsindəki uğurları ölkə ictimaiyyəti 
tərəfindən  yüksək  qiymətləndirilir,  xalqın  öz  Prezidentinə  olan 
inamını, etimadını daha da artırır. aBŞ-da yerləşən və dünya üzrə 
insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən 
nüfuzlu  “Gallup”  təşkilatı  iyulun  31-də  keçmiş  sovet  respubli-


 YANVAR-MART, 2010  
  
49 
kaları  üzrə  yeni  sorğusunun  nəticələrini elan  etmişdir.  sorğu  hər 
ölkədə  1000  respondent  arasında  keçirilmişdir.  “siz  ölkənizin 
rəhbərliyinin  fəaliyyətindən  razısınızmı”  sualına  azərbaycanda 
respondentlərin 77 faizi müsbət cavab vermişdir. “Gallup”un sorğu-
sunun nəticələrinə görə, azərbaycan birinci yeri tutur. Bu, bir daha 
sübut edir ki, ölkəmizdə əhalinin böyük əksəriyyəti hakimiyyətin 
fəaliyyətini dəstəkləyir.
 azərbaycan dövlətinin xarici siyasət xətti dəyişməz və dönməz 
xarakter  daşıyır.  milli  maraqların  müdafiəsi,  dövlətin  beynəlxalq    
nüfuzunun  möhkəmləndirilməsi,  ölkənin  dünya  birliyinə,  ilk 
növbədə,  avratlantik  məkana  inteqrasiyasının  gücləndirilməsi, 
ermənistanın  hərbi  təcavüzü  ilə  bağlı  həqiqətlərin  dünya 
ictimaiyyətinə  çatdırılması,  işğalın  nəticələrinin  aradan  qaldırıl-
ması  və  ölkənin  ərazi  bütövlüyünün  bərpa  edilməsi  naminə  dip-
lomatik səylər bu xəttin əsas istiqamətləri olaraq qalır. Ölkəmizin 
zəngin  təbii resurslara,  habelə əlverişli tranzit imkanlarına malik 
olması,  qlobal  layihələrin  həyata  keçirilməsində  əsas  tərəf  kimi 
iştirak  etməsi,  eləcə  də  balanslaşdırılmış  xarici  siyasət  yeritməsi 
onun  beynəlxalq  mövqelərinin  möhkəmlənməsinə  yeni  imkanlar 
açır. Bütün bunlar azərbaycanın fəal diplomatiya yeridən, nüfuz və 
mövqelərini ildən-ilə gücləndirən, artan iqtisadi imkanlarını xarici 
siyasətin daha səmərəli təşkili məqsədinə yönəldən dövlət olduğunu 
bir daha nümayiş etdirir. Prezident İlham əliyevin azərbaycan xalq 
Cümhuriyyətinin  91-ci  ildönümünə  həsr  olunmuş  rəsmi  qəbulda 
vurğuladığı kimi: “... azərbaycan beynəlxalq mövqelərini yüksək 
dərəcədə möhkəmləndirə bilmişdir. Biz dünya birliyinə inteqrasiya 
edirik, eyni zamanda, öz siyasətimizi milli maraqlar üzərində quru-
ruq, dərin tarixi və mədəni əsaslar üzərində qururuq. azərbaycanın 
xarici siyasəti çox açıqdır, aydındır. Biz bütün ölkələrlə qarşılıqlı 
surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Bu 
münasibətlər qarşılıqlı hörmət və qarşılıqlı maraq əsasında quru-
lubdur. azərbaycan dünya birliyində etibarlı ölkə və tərəfdaş kimi 
tanınır. son illərdə bizim dostlarımızın, müttəfiqlərimizin sayı bö-
yük dərəcədə artmışdır”.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə