Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

50
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 


 YANVAR-MART, 2010  
  
51 
AVROPA MƏKANINA İNTEQRASİYA 
MƏRHƏLƏLƏRİ
Səməd Seyidov
                                                                                                                                                    
Professor,  azərbaycan dövlət dillər universitetinin rektoru,
azərbaycan respublikası milli məclisinin deputatı      
 
            “Biz müxtəlif xalqlar olsaq da, bir dildə -  vahid Avropa  
       
dilində,azadlıq, demokratiya və qanun dilində danışırıq.  
       
Bizim gücümüz bundadır”.
      
       
 
Heydər əliyevin avropa Şurasının Parlament  
    
assambleyasındakı çıxışından, 25 yanvar 2001-ci il  
Azərbaycanın Avropaya inteqrasiyasının xüsusiyyətləri
1990-cı ildə qəbul edilmiş Paris xartiyasında soyuq müharibənin 
başa  çatması  ilk  dəfə  rəsmən  bəyan  edildi.  soyuq  müharibənin 
bitməsi  və  sovetlər  Birliyinin  süqutu  nəticəsində  beynəlxalq 
münasibətlərdə  keyfiyyətcə  yeni  sistemin  formalaşması  başladı. 
1990-cı illərin əvvəllərindən formalaşmağa başlayan bu sistemin 
bərabərhüquqlu iştirakçılarından biri də yenicə müstəqilliyini bərpa 
etmiş azərbaycan respublikası oldu. 
1991-ci  ildə,  müstəqilliyini  bərpa  etdikdən  sonra azərbaycan 
respublikasının  qarşısında  yerinə  yetirilməsi  zəruri  olan  bir  sıra 
mühüm vəzifələr dururdu. müstəqillyin bərpasından öncə başlamış 
ermənistan  təcavüzünün  qarşısını  almaq,  işğal  altında  olan 
torpaqları azad etməklə ölkənin ərazi bütövlüyünü, dağılmaqda olan 
mərkəzləşmiş planlı iqtisadi sistemdən azad bazar iqtisadiyyatına 


52
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
keçidi  təmin  etmək,  demokratik  dəyərlərə,  insan  hüquq  və 
azadlıqlarına əsaslanan cəmiyyət formalaşdırmaq həllini gözləyən 
ən ümdə vəzifələr idi. Bütün bu vəzifələrin yerinə yetirilməsi yeni 
beynəlxalq  sistemin  ağırlıq  mərkəzi  olan  qərb  dünyası  ilə  sıx           
siyasi, iqtisadi, mədəni əlaqələrin qurulmasını və bu məkana uğurlu 
inteqrasiya siyasətinin həyata keçirilməsini zəruri edirdi. 
qərb dövlətlərinin müəyyən etdiyi demokratik dünya strategiyası 
yeni beynəlxalq qaydanın təməlində dururdu. İnsan potensialının 
inkişafı  haqqında  Bmt  məruzəsinə  əsasən,  1980-ci  illərdən 
başlayaraq 81 ölkə demokratikləşmə yolunda əhəmiyyətli addımlar 
atmış,  33  hərbi  rejim  mülki  hökumətlə  əvəzlənmişdir.  dünyada 
mövcud olan 200-dən artıq dövlətin 140-ında seçkilər çoxpartiyalı 
əsasda keçirilir. Bmt ekspertlərinə görə, dünya əhalisinin 57%-nin 
yaşadığı 82 dövlət tam demokratik ölkə hesab edilir. 
1
Beləliklə,  yeni  beynəlxalq  nizamın  ən  xarakterik  cəhəti 
insanlığın yarıdan çoxunun tarixdə ilk dəfə demokratiya şəraitində 
yaşaması  oldu.  Bu  kontekstdə  azərbaycanın  avropa  məkanına 
inteqrasiyanı  öz  xarici  siyasətinin  vektoru  kimi  müəyyən  etməsi 
həm xarici, həm də daxili vəziyyətin xüsusiyyətlərindən irəli gələn 
zərurət idi. lakin azərbaycanın avropanın siyasi-hüquqi məkanına 
inteqrasiyası sadə və düzxətli proses olmamışdır. 
azərbaycanın  avropaya  inteqrasiyası  regionun  siyasi-hüquqi 
arxitekturasını təşkil edən dörd beynəlxalq strukturla - atət, av-
ropa Şurası, avropa İttifaqı və natO ilə sıx, qarşılıqlı əlaqələrin 
qurulmasını,    milli  maraqlar  tələb  etdikdə  onların  tamhüquqlu 
üzvü olmasını ehtiva edir. qeyd olunan beynəlxalq təşkilatlar va-
hid  bir  məkanı  –  avropa  məkanını  yaratsalar  da,  azərbaycanın 
bu strukturlara inteqrasiyası prosesi xarakterinə, intensivliyinə və 
formalarına  görə  əhəmiyyətli  şəkildə  bir-birindən  fərqlənir.  Bu 
fərqləri  biz  konkret  təşkilatlarla  qarşılıqlı  əlaqələri  araşdırarkən, 
bir qədər sonra, açıb göstərməyə çalışacağıq. İndi isə bu fərqləri 
yaradan konkret amilləri - səbəbləri qısa şəkildə izah edək. 
azərbaycanın  avropa  strukturlarına  inteqrasiyası  prosesinin 
müxtəlif cəhətlərə görə fərqlənməsinin ilkin şərti bu təşkilatların 
mahiyyətcə  bir-birindən  fərqlənməsidir.  Başqa  sözlə,  avropa 
İttifaqı və natO, yaxud avropa Şurası və natO vahid bir av-
1. Human development report. 2002, səh.1-10. 


 YANVAR-MART, 2010  
  
53 
ratlantik  məkanı  formalaşdırsalar  da,  mahiyyətlərinə,  fəaliyyət 
istiqamətlərinə, regionda və dünyada gedən proseslərə təsir imkan-
larına  və  vasitələrinə  görə  bir-birindən  ciddi  şəkildə  fərqlənirlər. 
əgər  avropa  Şurası,  əsasən,  siyasi-hüquqi  vasitələrdən  istifadə 
etməklə üzv dövlətlər arasında əməkdaşlığı həyata keçirirsə, natO 
hərbi və hərbi-siyasi vasitələrə üstünlük verir, avropa İttifaqı isə bi-
rinci iki təşkilatın istifadə etdiyi vasitələr də daxil olmaqla, başlıca 
olaraq, iqtisadi vasitələrə üstünlük verir. 
İkinci amil birincidən irəli gəlir və əməkdaşlıq üçün təşkilatların 
irəli sürdükləri şərtlərdə öz əksini tapır. Belə ki, əgər atət-ə üzv 
olmaq  və  onun  potensial  imkanlarından  istifadə  etmək  üçün  heç 
bir ilkin şərt irəli sürülmürsə, bunun əksinə olaraq, avropa Şurası, 
natO  və avropa  İttifaqı  ilə  əməkdaşlıq  əlaqələrinin  qurulması, 
inkişaf etdirilməsi və tamhüquqlu üzv olmaq prosesi bəzi mürəkkəb 
və yerinə yetirilməsi uzun zaman tələb edən, bir sıra hallarda isə 
hətta milli maraqların müəyyən elementlərinin qurban verilməsi ilə 
müşayiət olunan şərtlərin qəbul olunmasını vacib edir. 
üçüncü  amil  azərbaycanın  yerləşdiyi  regionun  xarakteri  və 
daşıdığı milli-mənəvi dəyərlər sisteminin yaratdığı imperativlərdir. 
azərbaycanın  sivilizasiyaların  kəsişdiyi  coğrafiyada  yerləşməsi, 
eyni  zamanda  həm  avropaya  inteqrasiya  etməsi,  həm  də  islam 
dünyasının bir hissəsi kimi bu mədəniyyətin irs və təfəkkürünün 
daşıyıcısı  olması  onun  üzərinə  tarixi  bir  missiya  qoyur  –  qərblə 
Şərq arasında körpü rolunu oynamaq, hər iki sivilizasiyanın müsbət 
dəyərlərini  özündə  ehtiva  edərək  qlobal  cazibəyə  malik  siyasi-
hüquqi model yaratmaq. 
Bu  nöqteyi-nəzərdən  yanaşdıqda,  azərbaycanın  avropaya 
inteqrasiyası  birtərəfli  proses  ola  bilməzdi  və  bu  istiqamətdə 
göstərilən  səylər  islam  ölkələrinin  hərtərəfli  əməkdaşlığını  və 
həmrəyliyini  ehtiva  edən  İslam  Konfransı  təşkilatı  və  onun  bü-
tün strukturları ilə qurulan səmərəli əməkdaşlıqla tarazlanmalı idi. 
Bu  tarazlama  (balanslaşdırma)  siyasəti  isə  öz  növbəsində  avro-
paya  inteqrasiyanın  intensivliyinə,  formalarına  və  dərinliyinə  öz 
təsirlərini göstərərək aktiv xarici siyasi amilə çevrilmişdir. 
azərbaycanın  avropaya  inteqrasiyasına  təsir  göstərən  dörd-
üncü  vacib  amil  onun  qonşusu  olan  böyük  dövlətlərin  -  rusiya 
və  İranın avropa  ilə  münasibətlərinin  xarakteri  ilə  bağlıdır.  Belə 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə