Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə17/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

54
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
ki, azərbaycan  nə  qədər  müstəqil  siyasət  yürütsə  də,  hətta  kiçik 
dövlətlər üçün səciyyəvi olmayan və dünya təcrübəsində təsadüf 
olunmayan suveren xarici siyasətə malik olsa da, avropaya inteqra-
siya prosesində, xüsusilə hərbi-siyasi əməkdaşlıq kontekstində ru-
siyanı, İranı və bütövlükdə Cənubi qafqazdakı geostrateji vəziyyəti 
nəzərə  alır,  buna  müvafiq  olaraq  öz  xarici  siyasi  davranışlarını 
müəyyənləşdirir. nəhayət, sıraca beşinci olan, lakin əhəmiyyətinə 
görə öndə duran amil azərbaycan respublikasının milli maraqla-
rıdır. azərbaycan xalqının fundamental dəyərlərini, məqsədlərini, 
habelə insanın, cəmiyyətin və dövlətin tərəqqisini təmin edən siya-
si, hüquqi, iqtisadi, sosial və digər zəruri tələbatlardan ibarət olan 
milli maraqlarımız avropaya inteqrasiyanın formalarını, şərtlərini, 
intensivlilik templərini və xarakterini müəyyən edir, zərurət yaran-
dıqda bu prosesə məhdudiyyət qoyur, yaxud onu stimullaşdırır.
Bütövlükdə azərbaycanın avropaya  inteqrasiya  prosesi  1991-
ci  ildən  2009-cu  ilə  qədər  dörd  mərhələdən  keçmişdir.  Hər  bir 
mərhələdə azərbaycanın avropa məkanına inteqrasiya prosesi öz 
xarakterinə və intensivliyinə görə fərqlənmişdir. 
Avropaya inteqrasiyanın birinci mərhləsi (deklarativ mərhələ)
Birinci mərhələ, 1991-ci ildə   azərbaycan öz dövlət müstəqilliyini 
bərpa etdikdən sonra başlamış və 1993-cü ilin iyuluna qədər davam 
etmişdir  (“deklarativ  mərhələ”).  Zənnimizcə,  bu  dövrün  başlıca 
səciyyəvi xüsusiyyətlərini aşağıdakı amillər təşkil etmişdir: 
uzun müddət totalitar rejimdə yaşamış və nəinki siyasi, hətta iqti-
sadi hüquqlara malik olmayan azərbaycan xalqı imperiyanın süqutu 
dövründə üzləşdiyi xaos, qanunsuzluq, özbaşınalıq və haqsızlıqdan 
qurtulmaq və müasir, demokratik, hüquqi və ədalətli dövlət qurmaq 
üçün avropa məkanına – qərb sivilizasiyasına inteqrasiyanı özü-
nün xarici siyasətinin prioriteti elan etdi. 1992-ci ildə azərbaycan 
atət-ə (o zaman atəm) üzv olmaqla avropaya  inteqrasiya yol-
unda ilk addımını atmış oldu.
2
  Bu dövrü həm də atət-in inkişa-
fının “qızıl dövrü” adlandırmaq olar. Belə ki, 1990-1999-cu illərdə 
təşkilata üzv dövlətlərin dövlət və hökumət başçılarının beş zirvə 
görüşü keçirilmiş, təşkilatın strukturu möhkəmləndirilmiş, fəaliyyət 
2. Həsənov ə. azərbaycan və atət. ermənistan–azərbaycan münaqişəsi və 
dağlıq qarabağ problemi ümumavropa təlükəsizliyi fonunda. B., 1997, səh.11.


 YANVAR-MART, 2010  
  
55 
istiqamətləri genişlənmiş və intensivləşmişdir. 
atət-lə  bərabər,  azərbaycan  respublikası  1992-1993-cü 
illərdə avropanın digər beynəlxalq strukturları ilə də münasibətlər 
qurmaq  niyyətini  bəyan  etdi.      azərbaycan  1992-ci  il  ilin  mart 
ayında      natO-nun  1991-ci  ildə  təsis  olunmuş  və  sosializmdən 
azad  olunmuş  Şərqi avropa  ölkələri  ilə  qarşılıqlı  tərəfdaşlığı  və 
əməkdaşlığı nəzərdə tutan Şimali atlantika əməkdaşlıq Şurasına 
daxil  oldu.
3
    1993-cü  ilin  fevralın  27-də  azərbaycanla  avropa 
İttifaqı arasında qarşılıqlı münasibətlərin əsası qoyuldu.
4
  lakin bü-
tün bu siyasi addımlar bəyannamə səviyyəsindən irəli gedə bilmədi. 
azərbaycan daxilində başlayan siyasi böhran, vətəndaş qarşıdurması 
və qeyri-legitim hakimiyyət dəyişiklikləri azərbaycanın avropaya 
inteqrasiya potensialını zəiflətdi, imkanlarını məhdudlaşdırdı, eyni 
zamanda  qərbin  ölkəmizə  olan  etibarını  azaltdı.  təsadüfi  de-yil 
ki,  məhz  bu  dövrdə,  yəni  1992-ci  ildə  azərbaycana  qarşı  aBŞ 
Konqresi  tərəfindən  bədnam  “azadlığı  müdafiə  aktına  907  saylı 
düzəliş” adlanan sənəd qəbul edildi. 
5
 1993-cü ilin ortalarına doğru 
azərbaycan  hökuməti  nəinki  avropaya  inteqrasiya  etmək,  insan 
hüquq və azadlıqlarının aliliyinə əsaslanan demokratik və dünyəvi 
dövlət  yaratmaq  imkanlarını  itirmişdi,  hətta  ölkənin  ərazi  bütöv-
lüyünü və suverenliyini təmin etmək iqtidarında belə deyildi. Belə 
bir ağır vəziyyətdə tarixçilərin sonradan azərbaycanın müasir tarixi-
nin vacib dövrünün başlanğıcı kimi qiymətləndirdikləri hadisə baş 
verdi. 1993-cü ilin iyun ayında azərbaycanda hakimiyyətə müasir 
dövrün ən böyük siyasətçilərindən biri olmuş Heydər əliyev gəldi. 
Bu tarixi şəxsiyyət hakimiyyətin zirvəsinə qalxdıqda azərbaycan 
faktiki  parçalanmış  vəziyyətdə  idi,  ölkədə  vətəndaş  müharibəsi 
təhlükəsi real parametrlər almışdı. azərbaycan xalqının demokratik 
quruculuqla bağlı bütün arzuları, 1918-1920-ci illərdə olduğu kimi, 
tarixə qovuşa bilərdi. Bu ağır tarixi şəraitdə öz xalqının əsl lideri 
kimi  H.əliyev  demokratik  dəyərlərdən  imtina  etmədi,  mövcud 
problemləri  güc  yolu  ilə,  avtoritar  üsullarla  həll  etmək  siyasəti 
aparmadı, demokratik idarəetmə üsullarına üstünlük verdi. məhz 
bu dövrdə azərbaycanda, dünya siyasətində nadir sayılan və para-
3. əzimli a. azərbaycan-natO münasibətləri. B., 2001, səh. 57. 
4. Hüseynova H. azərbaycan avropa inteqrasiya prosesləri sistemində. B., 
1998, səh.138. 
5. quliyev s. Bağımsızlıqdan sonra azerbaycan – aBd ilişkileri. ankara, 2003, 
səh.81. 


56
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
doksal  xarakter  daşıyan  dörd 
mühüm hadisə baş verdi.
Birincisi,  H.əliyev  döv-
lət  idarəciliyinin  tamamən 
dağılmaması  və  vətəndaş 
müharibəsinin  qarşısının 
alınması  üçün  hakimiyyəti 
Bakıya silahlı dəstə və tanklarla hərəkət edən qüvvələrlə bölüşərək, 
təpədən  dırnağadək  silahlı  olan  insanların  qarşısına  tam  silahsız 
çıxdı. lakin böyük zəkası, siyasi təcrübəsi və diplomatk məharəti 
nəticəsində H.əliyev azərbaycan daxilindəki silahlı birləşmələrin 
hamısını zərərsizləşdirdi və ölkənin parçalanmasının qarşısını aldı.
İkincisi,  azərbaycan  daxilindəki  ağır  siyasi  və  sosial-iqtisadi 
vəziyyətdən faydalanaraq işğal siyasətini daha da genişləndirməməsi 
üçün H.əliyev ermənistanı atəşin tamamilə dayandırılmasına çağırdı. 
ermənistanın  təcavüzü  nəticəsində  azərbaycan  torpaqlarının  bir 
hissəsinin işğal altında saxlanılmasına baxmayaraq, Heydər əliyev bu 
ölkə ilə o zaman  riskli və təhlükəli sayılan atəşkəsin imzalanmasına 
nail oldu. Bir çoxları üçün anlaşılmaz və paradoksal olan bu siyasi 
qərarın üstündən on beş il keçdikdən sonra, münaqişə həll edilməsə 
belə, azərbaycanın iqtisadi, siyasi, mədəni və digər sferalarda əldə 
etdiyi nailiyyətlərə və inkişaf səviyyəsinə nəzər saldıqda, onun doğru 
və uzaqgörən bir siyasət olması qənaətinə gəlirik. 
Üçüncüsü, uzun müddət sovetlər Birliyinin planlı iqtisadiyyatını 
idarə edənlərdən biri olmuş Heydər əliyev azərbaycanı düşdüyü 
ağır  sosial-iqtisadi  vəziyyətdən  çıxarmaq  üçün,  gözlənilənlərin 
əksinə olaraq, inzibati üsullardan istifadə etmədi və əsl demokrat-
ik əsaslarla idarəetməyə üstünlük verdi. 1993-1996-cı illər ərzində 
H.əliyevin  apardığı  sistemli  sabitləşdirmə  siyasəti  nəticəsində 
azərbaycan  daxilində  bütün  sahələrdə  –  siyasi,  iqtisadi,  sosial 
və  s.  tənəzzülün  qarşısı  alındı,  ölkədə  inkişafın  ilkin  əlamətləri 
görünməyə başladı. 
Dördüncüsü,  H.əliyev  azərbaycanın  davamlı  demokratik 
təkamülünün  əsasını  qoymaq  üçün  avropa  ölkələri  və  aBŞ-la 
birbaşa əlaqələri genişləndirdi, regionun aparıcı strukturlarına in-
teqrasiya prosesini intensivləşdirdi. Paradoksal xarakter daşıyan fakt 
ondan ibarətdir ki, Heydər əliyev, öncəki iqtidarlardan fərqli olaraq, 
Ermənistanın  təcavüzü  nəticəsində 
Azərbaycan  torpaqlarının  bir  hissə-
sinin işğal altında saxlanılmasına bax-
mayaraq,  Heydər  Əliyev  bu  ölkə  ilə 
o  zaman    riskli  və  təhlükəli  sayılan 
atəşkəsin imzalanmasına nail oldu.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə