Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə18/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

 YANVAR-MART, 2010  
  
57 
azərbaycana 
münasibətdə 
düşmənçilik  siyasəti  aparan 
ermənistanın  və  ermənilərin 
üstün 
mövqelərə 
malik 
olduqları  ölkələrlə  -  Fransa, 
aBŞ,  Böyük  Britaniya  və  s. 
sıx siyasi və iqtisadi əlaqələrin 
qurulmasından  çəkinmədi  və 
ilk xarici siyasi səfərini Fransaya etməklə diplomatiya tarixində na-
dir olan addımlardan birini atdı. azərbaycana qarşı ədalətsiz “907” 
saylı düzəlişi qəbul etmiş  aBŞ “əsrin müqaviləsi”nin və digər neft 
sazişlərinin əsas iştirakçısına çevrildi.
Avropaya inteqrasiyanın yeni səviyyəsi: uyğunlaşma mərhələsi
Beləliklə, azərbaycanın siyasi inkişafında yeni bir mərhələnin 
(“uyğunlaşma mərhələsi”) əsası qoyuldu: milli demokratik dövlət 
quruculuğu ümumi bəyannamələrdən real siyasi proseslərə doğru 
irəlilədi. 1993-cü ildə başlayan bu mərhələ öz növbəsində iki kiçik 
mərhələyə bölünür: 1) 1993-1996; 2) 1996-2000. 
1993-cü ildən başlayaraq azərbaycan beynəlxalq əməkdaşlığın 
realiyalarına  sürətlə  uyğunlaşmağa  başladı.  yalnız  1994-cü  ildə 
həyata  keçirilən  siyasi  fəaliyyət  uyğunlaşma  prosesinin  yüksək 
templərlə  gerçəkləşdirildiyini  göstərir.  natO-nun  avropa 
məkanında təhlükəsizliyin təmin edilməsində artan rolunu və nüfu-
zunu nəzərə alaraq, mayın 4-də H.əliyev “sülh naminə tərəfdaşlıq 
proqramı”nın çərçivə sənədini imzaladı.
6
  Bu hadisədən bir neçə 
gün sonra mayın 12-də ermənistan-azərbaycan, dağlıq qarabağ 
münaqişəsində  atəşkəsin  dayandırılması  haqqında  Bişkek  pro-
tokolu imzalandı.
7
  nəhayət, sentyabrın 20-də H.əliyevin müəllifi 
olduğu “əsrin müqaviləsi” imzalandı.
8
  Bu müqavilə ilə dünyanın 
iri kampaniyaları azərbaycanın enerji sektorunun inkişaf etdirilməsi 
üçün ölkəyə dəvət edildi. H.əliyev yaxşı bilirdi ki, qərbin aparıcı 
biznes  strukturlarını  azərbaycana  dəvət  etməklə  onların  iş 
prosesində əsas götürdükləri dəyərləri də ölkəyə cəlb etmiş olacaq 
və  bu  səbəbdən  o,  əsrin  layihəsini  uğurla  həyata  keçirmək  üçün 
6. əzimli a. Göstərilən əsəri, səh.71-72. 
7. Казмиров В.Н. Мир Карабаху. М., 2009, səh. 162. 
8. Илхам Алиев: Я верю в мой Азербайджан. М., 2007, səh.142-143. 
1993-cü  ildən  başlayaraq  Azərbaycan 
beynəlxalq  əməkdaşlığın  realiyalarına 
sürətlə  uyğunlaşmağa  başladı.  Yalnız 
1994-cü  ildə  həyata  keçirilən  siyasi 
fəaliyyət uyğunlaşma prosesinin yüksək 
templərlə gerçəkləşdirildiyini göstərir.


58
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
bütün səylərini və istedadını sərf etdi.
Beləliklə, 1991-1993-cü illərdə epizodik və səthi xarakter daşı-
yan milli demokratik dövlət quruculuğu və azərbaycanın avropa 
məkanına inteqrasiya prosesi 1993-1996-cı illərdə  həyata keçirilən 
tədbirlər nəticəsində davamlı, dinamik inkişaf edən ölçü qazandı. 
Bu proses dönməz xarakter aldı. 
H.əliyev  dünyanın  aparıcı  dövlətlərinə,  o  cümlədən  avropa 
ölkələrinə  intensiv  xarici  siyasi  səfərlər  edərək, azərbaycanı  in-
formasiya  blokadasından  çıxarmağa,  onu  nəinki  təbii  sərvətlərlə 
zəngin olan ölkə olaraq tanıtmağa, həm də avropa siyasi-hüquqi 
məkanına inteqrasiya etmək istəyən ölkə kimi təqdim etməyə nail 
oldu. 
qısa zaman ərzində ölkənin yeni demokratik dəyərlərə uyğun-
laşması sahəsində əhəmiyyətli uğurlar əldə edildi, artıq bu dəyərlər 
nəzəri  kateqoriyalar  kimi  deyil,  gündəlik  həyatın  normaları  kimi 
qəbul olunmağa başlamışdı. 
avropa məkanına inteqrasiyanın inkişafı əldə edilən nəticələrin 
yeni konstitusiyada əks olunmasını tələb edirdi. 1995-ci ildə refe-
rendum  yolu  ilə  müstəqilliyin  bərpasından  sonra  ilk  konstitusiya 
qəbul edildi. Bu konstitusiya insan hüquq və azadlıqlarının ehtiva 
olunması baxımından ən yüksək normalara və standartlara cavab 
verirdi və azərbaycanın demokratik inkişafının əsasını qoymaqla, 
onun  beynəlxalq  siyasətin  yeni  şərtlərinə  uyğunlaşmasına  zəmin 
yaratdı.  Konstitusiyaya  əsasən azərbaycanın  dövlət  quruculuğu-
nun təməlinə qoyulan dəyərlər inkişaf etmiş demokratik dövlətlərin 
kvintessensiyasını təşkil edir. 
Heydər əliyev azərbaycan daxilində siyasi sabitliyə nail olaraq, 
demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərini geniş so-
sial dəstəklə təmin etməklə, bu dəyərləri ölkənin əsas qanununda 
əks  etdirərək,  1996-cı  ildə avropaya  inteqrasiya  prosesinin  yeni 
mərhələsinin  əsasını  qoydu. aprelin  22-də azərbaycanla avropa 
İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalandı. 
9
1999-cu  ildə  qüvvəyə  minmiş tərəfdaşlıq  və  əməkdaşlıq  sa-
zişi  (təs)  azərbaycanla  aİ  arasında  qarşılıqlı  münasibətlərin 
hüquqi-normativ əsasını yaratdı. təs cəmiyyətin müxtəlif sfera-
9. eu-azerbaijan Partnership and Co-operation agreement. Baku, 2002


 YANVAR-MART, 2010  
  
59 
larında - siyasi, iqtisadi, mədəni, humanitar, sosial və s. qarşılıqlı 
münasibətlərin inkişafına istiqamətlənmişdi və bu inkişafın ümu-
mi prinsiplərini müəyyənləşdirirdi. sazişə əsasən bu tərəfdaşlığın 
məqsədləri belə müəyyən edilirdi:
- Tərəflər arasında siyasi dialoqun inkişafı və bunun üçün müva-
fiq çərçivənin yaradılması;
-Demokratiyanın möhkəmləndirilməsi və bazar iqtisadiyyatına 
keçidin başa çatdırılmasına yardım;
- Davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə tərəflər arasın-
da ticarətin və sərmayə qoyuluşunun inkişaf etdirilməsi;
-Qanunvericilik,  maliyyə,  vətəndaşlıq,  elm,  texnologiya  və 
mədəniyyət sahələrində əməkdaşlığın əsaslarının qurulması.
10
təs  çərçivə xarakteri daşıyırdı, çünki onun bir sıra müddəaları-
nın ikitərəfli sazişlər əsasında daha da konkretləşdirilməsinə və in-
kişaf etdirilməsinə ehtiyac var idi. avropa İttifaqı ilə tərəfdaşlıq və 
əməkdaşlıq əlaqələrinin genişlənməsi və tənzimlənməsi sahəsində 
məqsədəuyğun  tədbirlərin  hazırlanıb  həyata  keçirilməsi  üçün 
azərbaycan respubliksaı Prezidentinin 23 noyabr 1999-cu il tarixli 
272 nömrəli sərəncamı ilə dövlət Komissiyası yaradıldı.  
11
təs-in  qüvvəyə  minməsindən  sonra  aİ-azərbaycan 
münasibətlərində  ortaya  çıxan  daha  bir  keyfiyyət  dəyişikliyi  bu 
münasibətlərin  strukturlaşmasıdır.  müqaviləyə  müvafiq  olaraq 
yaradılan  orqanların  -  əməkdaşlıq  Şurası,  əməkdaşlıq  Komitəsi 
və  Parlament  əməkdaşlığı  Komitəsinin  fəaliyyətləri  qarşılıqlı 
münasibətlərin davamlılığını, nizamlı olmasını və mümkün qədər 
sistemləşdirilməsini təmin etdi.
əməkdaşlıq Şurasının (əŞ) ilk iclası 1999-cu il oktyabrın 10-
da keçirildi. 2005-ci ilə qədər əŞ-in altı toplantısı keçirilmişdir.
12
 
İlk iclası 2000-ci ilin martında keçirilən əməkdaşlıq Komitəsi də, 
həmçinin, intensiv işləyərək eyni müddət ərzində beş toplantı ke-
çirmişdir.
10. eu-azerbaijan Partnership and Co-operation agreement. Baku, 2002, m.1
11. əliyeva Gülgəz. azərbaycan respublikasının avropa İttifaqı ilə 
münasibətləri haqqında // məşvərət, 2003, № 11 (47), səh.19.  
12. Аzərbaycan respublikasınəın avropa İttifaqı ilə münasibətləri / www.mfa.
qov.az/az /international/ organizations/  unionshtml.   


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə