Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   2   3   4   5   6   7   8   9   ...   63

 YANVAR-MART, 2010  
  

Arif KƏSKİN
türKİyənİn Orta Şərq sİyasətİndə Paradİqma dəyİŞİKlİyİ......................119
Gülşən PAŞAYEVA
sOVet  dİl  sİyasətİ  standartlarIndan aVrOPa  standartlarIna  dOĞru:  
aZərBayCan nümunəsİ..................................................................................................133
Vladimir SOKOR
aZərBayCanIn qaZInIn İxraCI üÇün Bİr ÇOx VarİantlarI...........................149
Janin MİTÇELL
BütÖV  qara  dənİZ  –  CənuBİ  qaFqaZ  reGİOnunda  təKmİlləŞdİrİlmİŞ 
enerjİ İdarəÇİlİyİnİn PersPeKtİVlərİ....................................................................157
Reha YILMAZ
etnİK münaqİŞələr qlOBal sİyasətİn PrOBlemİ Kİmİ...................................181
Alexandros PETERSEN
aZərBayCanIn aVratlantİK BaxIŞlarI.................................................................197
İkinci nömrənin mövzusu:
Azərbaycan və Avropa 
Bu nÖmrədə 


6
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 


 YANVAR-MART, 2010  
  

NÖVBƏTİ NÖMRƏDƏ:
 Azərbaycanın digər MDB ölkələri ilə münasibətləri
 Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda geosiyasi vəziyyət
 Regionun enerji təhlükəsizliyi məsələləri


8
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 


 YANVAR-MART, 2010  
  

İLİN YEKUNLARINA QISA BAXIŞ
   
“Sülhü təmin etmək müharibə aparmaqdan daha çətindir”
   
 
 
 
 
 
Corc Klemanso
əsrlər  boyu  bəşəriyyət  ən  ali  dəyər  olan  sülhün  əsaslarını 
gücləndirməyə çalışmış və bu çətin yolda ağır müharibələrdən keçməli 
olmuşdur. Bu müddət ərzində beynəlxalq cəmiyyətin təkamül etməsi, 
xüsusilə  silahlı  münaqişələri  tənzimləyən  prinsip  və  normaların 
beynəlxalq pozitiv hüquqda öz əksini tapması sülhün və təhlükəsizliyin 
təmin  edilməsində  mühüm  addımlar  olmuşdur.  lakin  bu  gün  yeni 
əməkdaşlıq  və  inteqrasiya  təsisatlarının  inkişaf  etməsinə  baxmaya-
raq, dünyanın bir çox yerlərində zorakılığın həm klassik, həm də yeni 
formaları özünü büruzə verir. soyuq müharibənin başa çatması, eyni 
zamanda, dünyada siyasi və iqtisadi sahədə qeyri-sabitliyə, identifika-
siya edilmiş təhdidlərin risklərlə əvəz olunmasına gətirib çıxarmışdır.           
müasir dünyanın əsas əlamətlərindən biri də ölkədaxili münaqişələrin 
sayının xeyli artmasıdır. yeni xüsusiyyətləri və mürəkkəbliyi ilə seçilən 
bu münaqişələrin bəziləri sırf daxili siyasi, iqtisadi, etnik məsələlərlə 
bağlı olsa da, digərləri daha çox xarici müdaxilənin həyata keçirilməsinə 
rəvac  verir.  ermənistan-azərbaycan,  dağlıq  qarabağ  münaqişəsi 
məhz bu tip münaqişələrdəndir. Belə münaqişələr beynəlxalq sülh və 
təhlükəsizlik üçün yeni təhdid təşkil edir və dünya birliyinin ayrı-ayrı 
siyasi motiv və baxışlar ətrafında deyil, hüquqi prinsiplərin müdafiəsi 
ÖN SÖZ
Ramiz Mehdiyev
azərbaycan respublikası Prezidenti administrasiyasının rəhbəri, 
akademik, “azerbaijan Focus” jurnalının  redaksiya şurasının sədri


10
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
uğrunda birləşməsini zəruri edir. 
azərbaycan   müstəqilliyini bərpa etdikdən  sonra  avropa institut-
larına inteqrasiya edir, avropa təhlükəsizlik arxitekturasına öz töhfəsini 
verir. regionun əsas dövləti kimi belə bir strateji seçim Cənubi qafqazla 
avropa arasında əlaqələrin güclənməsində, inteqrasiyanın əsaslarının 
ümumi dəyərlər ətrafında möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb 
edir. Prezident İlham əliyevin xarici səfərlərinə nəzər salarkən görürük 
ki, avropa prioritet təşkil edir. 2009-cu ildə həyata keçirilən 21 rəsmi 
və işgüzar səfərdən 17-si avropa ölkələrinə edilmişdir.
azərbaycan, eyni zamanda, universal demokratik dəyərlər sisteminə 
sadiqdir və bu dəyərlərin yeni postsovet mentalitetinin əsas ünsürünə 
çevrilməsinə çalışır. Bu, əlbəttə, güclü siyasi iradə tələb edir. avropa si-
yasi irsinin əsas konsepsiyaları – demokratiya, hüquqi dövlət, qanunun 
aliliyi azərbaycan dövlətinin istinad etdiyi dəyərlərdir. demokratiya 
və iqtisadi dinamika arasındakı qarşılıqlı əlaqə dövlətimizin gələcəyi 
və  inkişafı  üçün  zəruri  mühit  formalaşdırır. məşhur  fransız  filosofu 
aleksis de tokvilin qeyd etdiyi kimi, bərabərlik azadlığın yaranmasını 
və  inkişafını  şərtləndirmişdir.  Bu  nöqteyi-nəzərdən  azərbaycan 
iqtisadiyyatının  çoxşaxəli  inkişafı,  cəmiyyətdə  bərabərliyin  və  orta 
təbəqənin formalaşması demokratiyanın tərəqqisini sürətləndirmiş və 
onun dayaqlarını daha da möhkəmləndirmişdir. 
2009-cu il martın 18-də keçirilən ümumxalq referendumu və həmin 
il  dekabrın  23-də  keçirilən  bələdiyyə  seçkiləri azərbaycan  xalqının 
maraqlarını  və  siyasi  baxışlarını  ifadə  edir.  Bu  seçkilərin  nəticələri 
aşağıdakı amillərlə izah edilir: birincisi, xalq hazırkı iqtidarın yeritdiyi 
siyasi  xətti  dəstəklədiyini  yenidən  bildirdi;  ikincisi,  aparılan  ardıcıl 
iqtisadi islahatlar bazar iqtisadiyyatına keçidi başa çatdırdı; nəhayət, 
üçüncüsü, siyasi və iqtisadi uğurlar ilk növbədə real həyatda insanların 
rifah halının yaxşılaşmasında öz əksini tapdı. 
demokratiya təkcə seçkilərlə məhdudlaşmır. ümumilikdə ölkənin 
ictimai həyatının demokratik prinsiplərə uyğun təşkil edilməsi gənc 
dövlət  kimi azərbaycanın  daim  diqqət  mərkəzindədir.  Bu  nöqteyi-
nəzərdən,  vətəndaş  cəmiyyəti  institutlarının  inkişafı  və  güclənməsi 
məqsədilə  2007-ci  ilin  dekabrında  azərbaycan  respublikasının                
Prezidenti  yanında  qeyri-Hökumət  təşkilatlarına  dövlət  dəstəyi 
Şurasının  yaradılması  mühüm  bir  addımdır.  Bu,  cəmiyyətdə 
münasibətlərin  keyfiyyətcə  yeni  bir  mərhələyə  qədəm  qoymasını, 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə