Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

72
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
ması  və  hüquqi-normativ  bazaya  söykənərək  inkişaf  etməsi,  iq-
tisadi  əlaqələrin  intensivləşməsi  və  yeni  sahələri  əhatə  etməsi, 
aİ-nin  və avropa  Şurasının  regiona  və  regiondakı  münaqişələrə 
yanaşmasında dəyişikliklərin baş verməsi, habelə parlamentlərarası 
münasibətlərin daha sürətlə inkişaf etməsidir. 
2000-ci ildə başlayan və bu günə qədər davam edən implemen-
tasiya dövrü azərbaycanda ictimai həyatın bütün sahələrinin sürətli 
inkişafı ilə müşayiət olunmuşdur. Ölkənin həm daxili, həm də xa-
rici siyasətinin ayrılmaz elementlərinə çevrilən demokratik hüquq 
və azadlıqlar, artım sürətinə görə azərbaycanı dünyada birinci yerə 
çıxarmış iqtisadi inkişaf, yunesKO və İsesKO-nun mədəni isla-
hatları, Bolonya prinsiplərinin implementasiyası sahəsində aparıl-
mış islahatlar və bir sıra digər amillər azərbaycana nəinki dünyanın 
demokratik dövlətləri ailəsinin üzvü hüququnu qazanmaq, həmçinin 
dünya proseslərinə əsaslı şəkildə təsir etmək imkanı verdi.
Avropaya  inteqrasiya  prosesinə  yeni  baxış:  implementasiya 
mərhələsindən korreksiya mərhələsinə doğru
lakin implementasiya dövrü tədricən yeni mərhələyə keçməyə 
başladı.  2007-ci  ildən  başlayaraq  beynəlxalq  iqtisadi  layihələri 
reallaşdıran,  cəmiyyətin  demokratik  əsaslarını  inkişaf  etdirən 
azərbaycanın qlobal məkanın ayrılmaz tərkib hissəsinə çevrilməsi 
daha  aydın  şəkildə  özünü  büruzə  verirdi. azərbaycan  bu  qlobal 
sistemə daha çox inteqrasiya etdikcə qlobal proseslərin mənfi və 
müsbət təsirləri də hiss olunmağa başladı.
təəssüflər olsun ki, 2008-ci ildən dünyada səbəbləri tədqiqatçılar 
tərəfindən çətinliklə izah edilən iqtisadi böhran yayılmağa başladı. 
Böhran haqqında nəzəriyyə və konsepsiyaların təfsilatına varma-
dan  qeyd  etmək  istərdik  ki,  bizim  nəzər-nöqtəmizə  görə,  dünya 
iqtisadi  böhranı  mahiyyət  etibarilə  beynəlxalq  iqtisadi  və  siyasi 
münasibətlərin müasir sisteminin əsasında duran dəyərlər sistemi-
nin böhranı idi. 
Bu  çətin  beynəlxalq  vəziyyətdə  azərbaycan  kənarda  qala 
bilməzdi.  azərbaycanda  dərin  və  hərtərəfli  şəkildə  davam  edən 
implementasiya mərhələsi korreksiya mərhələsinə keçməyə başla-
dı.


 YANVAR-MART, 2010  
  
73 
Bəşəriyyətin 
çağırışla-
rı,  beynəlxalq  prinsiplərə 
münasibətin 
dəyişməsi, 
əksər  hallarda  onlara  qar-
şı  etinasızlıq,  bəzi  hallar-
da  isə  bu  prinsiplərin  kobud 
şəkildə  pozulması,  müəyyən 
dövlətlərə  münasibətdə  ikili, 
üçlü standartların tətbiq olun-
duğu  siyasətin  yürüdülməsi 
azərbaycanı dünya birliyinə inteqrasiya baxımından öz daxili və 
xarici  siyasətinə  çox  ciddi  və  diqqətli  yanaşmağa  məcbur  etdi. 
azərbaycan  həm  avropada,  həm  də  dünyada  beynəlxalq  hüquq 
sahəsində baş  verən prosesləri  diqqətə almaya bilməzdi. Kosovo 
hadisələri,  Gürcüstan  və  rusiya  arasındakı  müharibə,  rusiyanın 
Cənubi Osetiya və abxaziyanın müstəqilliyini tanıması nəticəsində 
Gürcüstanın ərazi bütövlüyünün pozulması, ermənistan və türkiyə 
arasındakı münasibətlər xüsusilə diqqət tələb edirdi. Bu hadisələr, 
faktiki  olaraq,  azərbaycanı  məcbur  etdi  ki,  ölkədə  tam  inamla 
həyata keçirilən tövsiyələr və təklifləri yenidən diqqətlə təhlil etsin. 
Başqa sözlə desək, demokratik islahatların və ölkənin beynəlxalq 
münasibətlər sisteminə qatılmasının romantik dövrü başa çatdı. Ba-
zarlar, təsir dairələri, günəş altında yer uğrunda mübarizə başlandı. 
Bu kəskin, güzəştsiz və son dərəcədə qeyri-adi fəaliyyət tələb edən 
mübarizə azərbaycandan ölkənin geosiyasi rolunun və stabilliyinin 
təmin olunması şəraitində artıq əldə edilmiş demokratik azadlıq-
ların qorunub saxlanılması və dərinləşdirilməsi imkanlarını ehtiva 
edən hərtərəfli düşünülmüş fəaliyyət tələb edirdi və etməkdədir.
2008-ci  ildə azərbaycan  Kosovodan  öz  sülhməramlı  tağımını 
geri çağırdı və İraqdakı sülhməramlı bölüyün missiyasını başa çatdı-
rılması haqqında qərar qəbul etdi. eyni zamanda, azərbaycanın da-
xili siyasətində də dəyişikliklər baş verdi. 2009-cu ildə azərbaycan 
respublikasının  Konstitusiyasında  və  digər  hüquqi  sənədlərdə 
edilən  dəyişikliklər  yeni  yanaşmanın  və  korrektələrin  təzahürləri 
idi.
Bu gün azərbaycan regionda balanslaşdırılmış siyasət aparan, 
iqtisadi  baxımdan  güclü,  inkişaf  etmiş  demokratik  dövlətdir.  Bu 
siyasət  hətta  qlobal  iqtisadi  böhran  şəraitində  belə  azərbaycana 
2007-ci  ildən  başlayaraq  beynəlxalq 
iqtisadi 
layihələri 
reallaşdıran, 
cəmiyyətin  demokratik  əsaslarını  in-
kişaf  etdirən  Azərbaycanın  qlobal 
məkanın  ayrılmaz  tərkib  hissəsinə 
çevrilməsi  daha  aydın  şəkildə  özünü 
büruzə verirdi.


74
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
dinamik inkişaf edən ölkə olmağa imkan verir. Bu siyasət dünya-
da  neoliberalizmin  böhranına  baxmayaraq, azərbaycana  demok-
ratik dəyərlərin inkişaf etdirilməsi üçün şərait yaradır. Bu siyasət 
azərbaycana onun əsas problemi olan dağlıq qarabağın işğalını 
unutmamaq imkanını verir. Bu gün dünya birliyinin həyəcanla iq-
tisadi böhrandan çıxış yolu axtardığı, fövqəldövlətlərin bir-biri ilə 
münasibətlərinin yeni forma və tiplərini hazırladığı, hamının alış-
mış olduğu dəyərlərə münasibətin dəyişdiyi, xarici siyasətdə kifayət 
qədər geniş və dərin tətbiq edilən demokratik dəyərlərin dövlətlərin 
daxili işlərinə qarışmaq üçün onların daxili və xarici siyəsətlətinə 
təzyiq  vasitəsinə  çevrildiyi  bir  vaxtda azərbaycan  nəinki  dünya 
siyasətinin diqqətində qalmağa, eyni zamanda onun aktiv istirakçı-
sı, bəzi hallarda isə müəyyənedici halqası olmağa çalışır.
2008-ci  ildə  dünyada  başlayan  iqtisadi  böhran  azərbaycanda 
1993-cü ildən etibarən həyata keçirilən siyasi və iqtisadi kursun al-
ternativsizliyini və doğruluğunu bir daha sübut etdi. Prezident İlham 
əliyevin qeyd etdiyi kimi, bu böhran bütün dövlətlər üçün həqiqət 
anı oldu. azərbaycan iqtisadiyyatı öz davamlı inkişafını qoruyub 
saxladı. azərbaycan dünyanın bir çox inkişaf etmiş dövlətlərinin 
böhran  zamanı  gəldikləri  nəticəni,  yəni  böhrandan  çıxmaq  üçün 
tətbiq  etdikləri  vasitə  və  üsulları,  həyata  keçirdikləri  islahatları 
1993-ci  ildən  başlayaraq  sistemli  şəkildə  reallaşdırmışdır.  Bütün 
bu amillər azərbaycanın beynəlxalq mövqeyini gücləndirir, onun 
siyasi və iqtisadi rolunu, əhəmiyyətini artırır.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə