Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

 YANVAR-MART, 2010  
  
75 
AZƏRBAYCANIN NEFT VƏ QAZ SƏNAYESİ: 
NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR
Elşad Nəsirov
azərbaycan respublikası dövlət neft Şirkətinin
sərmayə və marketinq üzrə vitse-prezidenti
azərbaycan rəhbərliyinin həyata keçirdiyi tarazlaşdırılmış xa-
rici siyasət kursu ölkənin enerji və strateji potensialını çevikliklə 
istifadə etməyə, onun effektivliyini maksimal səviyyəyə çatdırma-
ğa imkan yaradır. Bu gün neft və qaz sektorunda, eləcə də müxtəlif 
və güclü ixrac, tranzit potensialının yaradılmasında əldə olunmuş 
uğurlar sayəsində azərbaycan dünyanın enerji xəritəsində mühüm 
oyunçulardan  birinə  çevrilmişdir.  azərbaycan  respublikasının 
dövlət neft Şirkəti (ardnŞ) neft və qaz sektorunda ölkənin strateji 
məqsədlərinin həyata keçirilməsində vacib rol oynayır. ardnŞ-in 
iştirakı ilə azərbaycanın uğurla həyata keçirdiyi iri transmilli enerji 
layihələri, o cümlədən şirkət rəhbərliyi tərəfindən tətbiq edilən inki-
şaf strategiyası ardnŞ-ə öz fəaliyyətini nəzərəçarpacaq dərəcədə 
müxtəlifləşdirmək və yeni səviyyəyə qaldırmaq imkanını yaratdı. 
Hazırda şirkətin apardığı fəaliyyət, bir tərəfdən, ölkənin artan siya-
si və iqtisadi gücü ilə müəyyən edilən keyfiyyətcə yeni vəzifələrin 
qarşıya qoyulması və həlli zərurətindən, digər tərəfdən isə şirkətin 
öz inkişafının miqyasından irəli gəlir.
 azərbaycan zəngin neft və qaz ehtiyatlarına malik olan ölkədir. 
Ölkənin təsdiq edilmiş bu enerji ehtiyatları 1.5 milyard tondan ar-
tıq neft və 2 trilyon kubmetr qazdan ibarətdir. “əsrin müqaviləsi” 
imzalandığı tarixdən bu günə qədər azərbaycan respublikasında 
308 milyon ton neft hasil edilmişdir. 2007-ci ildən başlayaraq, nef-
tin ixracı ilə yanaşı, azərbaycan öz enerji tələbatlarını tam şəkildə 
ödəyərək təbii qaz ixrac edən ölkəyə çevrilmişdir.


76
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
xəzər  regionunun  böyük  neft 
və  qaz  resursları  beynəlxalq  ba-
zarların  enerji  daşıyıcıları  ilə 
sabit  və  təhlükəsiz  formada 
təchiz  edilməsinə  geniş  imkan-
lar  açır  və  bununla  istehlakçı 
ölkələrin  enerji  təhlükəsizliyinin 
möhkəmləndirilməsinə  töhfə  ve-
rir. neft və qaz sektorunda son zamanlar həyata keçirilmiş layihələr 
nəticəsində azərbaycan həmin xüsusi prosesdə mühüm rol oyna-
mağa başladı. dünyanın aparıcı beynəlxalq enerji şirkətləri ilə ef-
fektiv və uzunmüddətli əməkdaşlıq “azəri–Çıraq–dərin su hövzəli 
Günəşli”  və  “Şahdəniz”  yataqlarının  işlənilməsinə,  Bakı-tbilisi-
Ceyhan, Cənubi qafqaz boru kəmərləri və s. Bu kimi bir sıra bö-
yük layihələrin həyata keçirilməsinə şərait yaratdı.
2009-cu ildə azərbaycanda 27 milyard kubmetr qaz hasil edil-
miş, onun 8 milyard kubmetri Cənubi qafqaz boru kəməri ilə Gür-
cüstana, türkiyəyə və yunanıstana ixrac edilmişdir. təbii qazın ix-
rac və hasilat həcmi “Şahdəniz”də qaz kondensat yatağının ikinci 
fazasının və digər kəşfiyyat işlərinin başlanması, perspektiv struk-
turlarda hasilatın aparılması sayəsində iki dəfədən çox olacaqdır. 
Planlarımıza  uyğun  olaraq,  2020-ci  ilə  qədər azərbaycanda  qaz 
hasilatı ildə təxminən 40-45 milyard kubmetrə çatacaq.
qeyd edilməlidir ki, azərbaycan respublikası ilə avropa İttifaqı 
arasında enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqın-
da memoranduma uyğun olaraq, avropa İttifaqının enerji bazarı 
ilə tədricən birləşməsi və yekun nəticədə inteqrasiya həm avropa 
İttifaqı, həm də azərbaycan respublikası üçün ümumi prioritetləri 
təşkil edir.
azərbaycan  bərabər,  ədalətli  və  qarşılıqlı  şəkildə  faydalı 
əsaslarla dünyanın aparıcı ölkələri ilə enerji daşıyıcılarının çatdı-
rılması sahəsində əməkdaşlığı inkişaf etdirən güclü enerji ölkəsinə 
çevrildi.  Buna  görə  də  biz  avropa  ölkələrinə  qazın  nəqli  üçün 
“Cənub  dəhlizi”  enerji  layihəsini  hökumətlərarası  əməkdaşlıq 
istiqamətində çox perspektivli sahə hesab edirik. yaxşı məlumdur 
ki,  həmin  xüsusi  xarakter  daşıyan  strategiya  qazın  yeni  nəql           
infrastrukturu vasitəsilə xəzər regionundan avropaya daşınmasını 
nəzərdə tutur. Gələcək nəql sisteminin ən mühüm elementi 2007-ci 
2009-cu ildə Azərbaycanda 27 mil-
yard  kubmetr  qaz  hasil  edilmiş, 
onun  8  milyard  kubmetri  Cənubi 
Qafqaz boru kəməri ilə Gürcüsta-
na, Türkiyəyə və Yunanıstana ixrac 
edilmişdir. 


 YANVAR-MART, 2010  
  
77 
ildə istismar olunan Cənubi qafqazda Bakı-tbilisi-ərzurum boru 
kəməri hesab edilir. türkiyə ərazisi vasitəsilə avropaya çıxış üçün 
tranzit infrastrukturunun yaradılması ilə həmin layihəyə əlavə ça-
larlar gətirilməlidir.
 Perspektivdə  türkiyə-yunanıstan-İtaliya  birləşdiricisi,  nabuk-
ko,  transadriatik  boru  kəməri  kimi  geniş  miqyaslı  layihələr,  o 
cümlədən  təbii  qazın  qara  dəniz  vasitəsilə  nəqlini  nəzərdə  tutan 
bir  sıra  digər  layihələr də  mövcuddur. azərbaycan uzunmüddətli 
etibarlı tranzit, yekun bazarlara birbaşa çıxış və kommersiya fayda-
sı baxımından ən münasib marşrutun müəyyən edilməsi məqsədilə 
maraqlı ölkələr və şirkətlərlə, o cümlədən avropa Komissiyası ilə 
fəal şəkildə əməkdaşlıq edir. azərbaycan ölkənin milli iqtisadi ma-
raqlarına cavab verən bütün layihələrdə iştirak edəcəkdir.
 Şübhəsiz, azərbaycan qazının bazara çıxarılmasında digər po-
tensial bazarlarla yanaşı, ixrac strategiyamızda avropa istiqaməti 
prioritetlərdən birini təşkil edir. rusiya həmin potensial müştərilər 
arasındadır,  çünki  2010-cu  ildən  başlayaraq  rusiyaya  500  mil-
yon kubmetr qazı nəql etməyi planlaşdırırıq. eyni zamanda, Kaz-
munayqaz  şirkətininın  müvafiq  layihələrinə  qoşularaq  nefti  və 
gələcəkdə  qazı  Çinə  də  çıxara  bilərik.  avropa-asiya  nəqliyyat 
dəhlizi – Odessa-Brodı-Plotsk boru kəmərinin çəkilməsi layihəsi, 
sonradan onun əsas drujba boru kəmərinə bağlanması və Panavropa 
(Konstansa–triyest) boru kəməri ilə yanaşı, qdansk limanına çıxış 
da bizim üçün  maraqlı layihələrdəndir. Bu və ya digər istiqamətin 
xeyrinə qəbul ediləcək yekun qərar dəfələrlə razılığımızı bildirdi-
yimiz mühüm avropa standartlarına uyğun bir sıra əsas prinsiplərin 
bir araya gətirilməsi nəticəsində müəyyən olunacaqdır.
 İlk öncə, azərbaycan istehlakçı ölkələrin enerji təhlükəsizliyinə 
yüksək  səviyyədə  töhfə  verəcək  təbii  qaz  təchizatı  məqsədilə 
çoxşaxəli nəqliyyat marşrutlarına təşviq edir. Vasitəçilər olmadan 
qaz satışı ilə bağlı birbaşa kommersiya müqavilələri də, həmçinin, 
zəruri şərtdir. Biz tam əminik ki, tranzit ölkələr satıcılar kimi ener-
ji resurslarının satışı ilə bağlı kommersiya müqavilələrində iştirak 
edə bilməz. Biz tranzit ölkələrin rolunu tranzit və daşıma xidmətləri 
üçün şəffaf qiymət mexanizmi əsasında öz ərazisi vasitəsilə tran-
zit  qaz  axınını  təmin  edən  hasilatçı  və  alıcı  ölkələrin  etibarlı  və 
uzunmüddətli  tərəfdaşı  kimi  görürük.  Bu  cür  qaz  təchizatı  sis-
temi  (hasilatçı,  tranzit  və  istehlakçı  ölkələr  məqsədəuyğun  və 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə