Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə25/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

78
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
əlaqələndirilmiş  şəkildə  fəaliyyət  göstərirlərsə)  fasiləsiz  işləyən 
daşıma dəhlizləri üçün etibarlı bünövrəni təşkil edir, kommersiya 
sazişlərinin  bütün  iştirakçıları  tərəfindən  müqavilə  öhdəliklərinin 
yerinə yetirilməsinə zəmanət verir və bütün müvafiq tərəflərin ma-
raqlarını birmənalı şəkildə nəzərə alır. Bu, xxI əsrin sivil yanaşma-
sıdır.
 nəzərə  alsaq  ki,  azərbaycan  enerji  təhlükəsizliyinin  təmin 
edilməsi  məsələsində  avropanın  əsas  tərəfdaş  ölkələrindən                 
biridir, bu halda ölkəmiz tranzit azadlığı, ayrı-seçkiliyin olmama-
sı prinsiplərinə əsaslanan tarazlaşdırılmış və kommersiya əsasında 
tariflərin müəyyənləşdirilməsi məqsədilə xəzər regionunun digər 
ölkələrindən avropaya enerji daşıyıcılarının öz ərazisi ilə maneəsiz 
tranziti üçün lazımi şərait yaratmağa hazırdır. Biz hesab edirik ki, 
mərkəzi asiyada maraqlı ölkələrin milli şirkətləri ilə birgə bu cür 
layihələrin həyata keçirilməsi üçün ciddi hüquqi, texniki və ya digər 
maneələr yoxdur.
 Kaz  munayqaz  şirkəti  ilə  birgə  həyata  keçirilən  “transxəzər 
daşıma  sistemi”  layihəsi  çərçivəsində  qazaxıstandan  neftin  da-
şınması bu cür qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunəsidir. 
azərbaycan  ərazisindən  keçərək  qazaxıstandan  80  milyon  tona 
qədər neftin beynəlxalq bazarlara çıxarılması üçün imkan yaradan 
həmin xüsusi sistemin əsas prinsiplərinə dair razılaşma 2008-ci ilin 
sonunda imzalanmışdır. Bu gün qazaxıstanın “tenqiz” neft yatağın-
dan təxminən 100.000 barel neft ərazimizdən keçərək azərbaycanın 
neftdaşıma  marşrutları  ilə  gündəlik  əsaslarla  nəql  olunur.  qaza-
xıstandan azərbaycan  vasitəsilə  neftin  daha  effektiv  şəkildə  da-
şınması üçün yeni infrastruktur hazırlanmaqdadır. xüsusən də iri 
tutumlu  tankerlərin  girişi  məqsədilə  Kulevidəki ardnŞ-in  qara 
dəniz terminalında dəniz dibinin dərinləşdirilməsi prosesi bu ya-
xınlarda  başa  çatdırılmışdır.  Gürcüstandakı  Kulevi  terminalından 
başqa, Bakıdakı fəal şəkildə istifadə olunan sənqəçal, azərtrans və 
dübəndi  terminalları  ilə  yanaşı,  yeni  qaradağ  terminalı  tikilmək 
üzrədir.  Perspektivdə  bütün  bu  infrastruktur  qazaxıstan  neftinin 
böyük həcmdə tranziti məqsədilə istifadə oluna bilər.
 azərbaycan Gürcüstan üçün təbii qazın əsas təchizatçısı olmaq-
la yanaşı, bu ölkədə yanacaqdoldurma stansiyalarının artıq forma-
laşmış  şəbəkəsinə  malikdir.  Gürcüstanın  qazlaşdırılması  layihəsi 
fəal şəkildə həyata keçirilir. rayonlarda qazpaylayıcı stansiyaların 


 YANVAR-MART, 2010  
  
79 
alınmasına  dair  razılaşmalar  əldə  olunub.  Cənub-Şərqi  Gürcüs-
tanda yeni qaz boru kəmərləri istismara verilib və s. dövlət neft 
Şirkəti hər il 10-15 milyon tonluq materialı emal edə biləcək böyük 
neftayırma və neft-kimya kompleksinin tikintisini planlaşdırır. Biz 
Petkim türk şirkətinin səhmlərinin (51%) sahibinə çevrilmişik.
ardnŞ  xəzər  ölkələrinin  dənizdəki  yataqlarının  işlənilməsi 
üçün  istifadə  olunan  yüksək  səviyyədə  inkişaf  etmiş  neft  və  qaz 
infrastrukturuna  malikdir.  daşıma  infrastrukturundan  başqa, 
azərbaycanın neft və qaz sektoru Bakı dərin Özüllər Zavodu, iki 
neftayırma  zavodu,  gəmi  təmiri  zavodu,  müasir  güclü  kranlarla 
təchiz olunmuş gəmilər, boru kəmərini çəkən kran, yarımdalma qaz 
qurğuları və digər müasir avadanlıqlardan ibarət böyük texniki ba-
zaya malikdir. Bu qurğulardan daha səmərəli istifadəni təmin etmək 
üçün azərbaycanda həmin yerlərdə fəaliyyət göstərən podratçıla-
rın gömrük rüsumları və gəlir vergisindən azad edilməsi haqqın-
da qanun bu il qəbul olunmuşdur. nəzərə alsaq ki, həmin qurğular 
uzun müddət ərzində xəzər yataqlarının işlənilməsi üçün istifadə 
olunub tamamilə təbiidir ki, müqavilə işlərinin dəyərində kapital 
xərclərin həcmi minimal olacaqdır. Bu qurğularda beynəlxalq neft 
konsorsiumlarında çoxillik iş təcrübəsi, lazımi hazırlıq keçmiş və 
beynəlxalq səviyyədə dərəcəsi olan personal çalışır. qurulmuş çox-
milyardlıq  infrastruktur,  təlim  keçmiş  təcrübəli  personal,  kapital 
xərclərinin olmaması və yaradılmış xüsusi rejim qurğularımızı re-
gionda rəqabətə əlçatmaz edir.
 azərbaycanda irimiqyaslı neft və qaz layihələrinin uğurla həyata 
keçirilməsindən sonra xam neftin hasilatı gündə 1 milyon bareldən 
artıq həcmə qədər artmışdır ki, bu da ixrac əməliyyatlarında effek-
tivliyin  artırılması  və azərbaycanın  karbohidrogen  ehtiyatlarının 
yeni  bazarlara  ixrac  edilməsinə  yönəlmiş  ardnŞ-in  marketinq 
fəaliyyətinin müxtəlifləşdirilməsi üçün yaxşı imkanlar yaratmışdır. 
Bu proses nəinki kəmiyyətcə, o cümlədən keyfiyyətcə inkişaf et-
mişdir.
 2008-ci ildə ardnŞ azərbaycanda ən iri neft ixracatçısı oldu. 
Şirkətin  2008-ci  ildə  ixrac  etdiyi  xam  neftin  həcmi  2007-ci  illə 
müqayisədə üç dəfə artdı. ardnŞ 2007-ci ildə 8 milyon tonluq 
həcmdən (yaxud ixrac olunan ümumi xam neft həcminin 23%-dən) 
fərqli olaraq, ötən il təxminən 23 milyon ton ixrac etmişdir (və bu 
rəqəm ölkənin 2008-ci ildə ixrac etdiyi xam neftin 60%-dən çoxu-


80
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
nu təşkil etmişdir). 2009-cu ildə ardnŞ beynəlxalq bazarlara daha 
çox xam neft ixrac etməyi planlaşdırır.
 enerji  daşıyıcılarının  çatdırılması  məqsədilə  etibarlı  daşıma 
dəhlizlərinin  olması  və  istismarı  bu  gün  həm  istehlakçılar,  həm 
təchizatçılar üçün daha mühüm olan enerji təhlükəsizliyi faktorları 
qarşısında böyük əhəmiyyət kəsb edən enerji daşıyıcılarının nəqli 
məsələlərinin həllində ayrılmaz komponentdir.
 ardnŞ  özünün  karbohidrogen  ehtiyatlarının  xarici  bazarlara 
çatdırılması  məqsədilə  müxtəlif  istiqamətli  ixrac  marşrutlarının 
işlək  vəziyyətdə  qalmasına  xüsusi  önəm  verir.  Hazırda  şirkət  üç 
boru kəməri ilə xam nefti ixrac edir: Bakı-tbilisi-Ceyhan, Bakı-
supsa  və  Bakı-novorossiysk.  Bakı-tbilisi-Ceyhan  boru  kəməri 
azərbaycanda gündəlik 1 milyon barel buraxma qabiliyyəti olan 
əsas  ixrac  boru  kəməridir.  Bu,  qeyri-OPeK  xam  neftini  aralıq 
dənizinə nəql edən yeganə boru kəməridir. 
 Hazırda Bakı-supsa kəməri ilə xam neft Gürcüstanın qara dəniz 
sahilində yerləşən supsa limanına gündə 100 min barel həcmində 
nəql olunur, oradan isə tankerlərə doldurularaq beynəlxalq bazarla-
ra göndərilir.
 ardnŞ  azərbaycandan  iki  markalı  xam  neft  ixrac  edir:          
azeri light markalı xam neft azərbaycanın ixrac etdiyi xam neftin 
əsas hissəsini (təxminən 95%-ni) təşkil edir. Bu neft Bakı-tbilisi-
Ceyhan və Bakı-supsa boru kəmərləri ilə nəql edilir; rusiya, qa-
zaxıstan  və  digər  təchizatçıların  ixrac  etdiyi  neftlə  nəql  olunma 
zamanı qarışan və Bakı-novorossiysk boru kəməri vasitəsilə nəql 
olunan urals markalı xam neft rusiyanın qara dənizdəki novoros-
siysk limanı ilə ixrac olunur. 
 azərbaycanın boru kəməri infrastrukturundan xəzər regionunda 
digər hasilatçılar da fəal şəkildə istifadə etməyə başlamışlar. 2008-
ci  ilin  oktyabr  ayından  etibarən  tengiz  Chevr  Oil  Bakı-tbilisi-
Ceyhan  boru  kəməri  ilə tenqiz  markalı  qazaxıstan  mənşəli  neft 
nəql etmişdir.
 təbii  ki,  xəzər  dənizi  regionunda  karbohidrogenlərin  artan 
hasilat  həcmi  ilə  əlaqədar  ixrac  edən  tərəflərin  tələblərinə  effek-
tiv şəkildə cavab verə biləcək etibarlı tranzit dəhlizlərinə ehtiyac 
duyulur. İnkişaf etmiş tranzit potensialı ilə azərbaycan ixrac edən 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə