Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə27/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

84
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
azəriqaz  qsC  azərbaycan  respublikası  Prezidentinin  müva-
fiq sərəncamı ilə ardnŞ-in tərkibinə verilmişdir. Həmin qərarın 
əsas  məqsədi  idarəçilik  mexanizmlərinin  təkmilləşdirilməsi, 
azərbaycanın neft və qaz sənayesinə vahid nəzarət sisteminin qu-
rulmasıdır.
İxrac:
 Hazırda azərbaycan  qazı  dörd  ölkəyə  ixrac  olunur  və  rusiya 
artıq  beşinci  ixrac  ölkəsinə  çevrilir:  türkiyə,  Gürcüstan,  İran  və 
türkiyə vasitəsilə yunanıstan.
 “Şahdəniz”də hasil edilən 9 milyard kubmetr qazın illik 6.6 mil-
yard  kubmetri  Bakı-tbilisi-ərzurum  boru  kəməri  ilə  türkiyəyə, 
0.8  milyard  kubmetri  isə  Gürcüstana  ixrac  edilir.  azərbaycan 
qaz təchizatı  Şirkətinin  apardığı  ixrac  əməliyyatları  “Şahdəniz” 
layihəsindəki  tərəfdaşlardan,  o  cümlədən  ardnŞ-dən  ibarətdir. 
“Şahdəniz”in 2-ci mərhələsində hasilat həcmi üçün marşrutlar, ba-
zarlar tərəfdaşlar və layihədə dövləti təmsil edən ardnŞ tərəfindən 
etibarlı,  kommersiya  baxımından  faydalı  şəkildə  müəyyən 
edilməlidir.
 ARDNŞ  –  Rusiya:  İyunun  29-da  ardnŞ  və  qazpromun 
rəhbərləri  azərbaycan  qazının  satışı  və  alışı  ilə  bağlı  müqavilə 
üçün ümumi şərtlərə dair razılaşmaya imza atmışlar. 2010-cu ildən 
etibarən başlayan beşillik müqavilə azərbaycana ildə ən azı 500 
milyon kubmetr qaz ixrac etmək imkanını verəcək və satışa çıxa-
rılan həcm tərəflərin qarşılıqlı razılığı ilə artırıla bilər. razılaşma 
rusiyanın maraqlarını əks etdirir və “Şahdəniz”də 2-ci mərhələdə 
“böyük qaz” almağı mümkün edir.
 ARDNŞ  -  Gürcüstan:  “Şahdəniz”  konsorsiumu  tərəfindən 
“Şahdəniz” qazının 0.8 milyard kubmetr həcmində Gürcüstana nəql 
edilən təbii qaza əlavə olaraq, ardnŞ də özünün qaz nəqli infrast-
rukturu vasitəsilə müəyyən həcmdə qazla Gürcüstanı təchiz edir. 
azərbaycan ilə Gürcüstan arasında hökumətlərarası saziş əsasında 
imzalanmış kommersiya müqaviləsi 2009-cu ildə qazın 0.8 milyard 
kubmetr həcmində 5 il ərzində nəqlini nəzərdə tutur.
 ardnŞ həmçinin əsasən qış vaxtlarında qeyri-dövri əsaslarla 
alış-satış müqavilələri çərçivəsində İrana kiçik həcmdə qaz ixrac 
edir.


 YANVAR-MART, 2010  
  
85 
AZƏRBAYCAN VƏ AVROPA
Vaqif Sadıqov
azərbaycan respublikası xarici işlər nazirinin müavini,
fövqəladə və səlahiyyətli səfir, filologiya elmləri doktoru
 azərbaycan Şərqlə qərbin kəsişdiyi coğrafi məkanda yerləşən, 
zəngin  mədəni  irsə  və  adət-ənənələrə  malik  qədim  diyardır. 
Ölkəmiz    xx  əsrin  britaniyalı  coğrafiyaşünas-alimi    Halford                                      
mackinderin “Şərqi avropadan tutmuş Çinə qədər uzanan avrasi-
yanın mərkəzi torpağı”  adlandırdığı bu geniş ərazinin tam orta-
sında yerləşir. azərbaycan hərtərəfli siyasi-hərbi təsir oxu ilə  çox-
qütblü beynəlxalq nizam baxımından strateji mövqeyə malikdir.
 müasir azərbaycanın tarixi azərbaycan demokratik respubli-
kası (adr) ilə sıx bağlıdır. rusiya imperiyasının süqutundan sonra 
rəsmən 1918-ci ilin mayında qurulmuş adr müsəlman Şərqinin 
tarixində  müasir  dövlət  quruculuğunun  ilk  nümunəsi  idi. yenicə 
yaranan  ölkə  demokratiya  və  qanunun  aliliyi  kimi  fundamental 
prinsiplərə əsaslanırdı. yaxın və Orta Şərqdə ilk dəfə olaraq xalq 
özünüifadə və toplaşmaq azadlığı kimi ayrılmaz hüquqlarını tam 
şəkildə həyata keçirmək imkanı əldə etdi. müsəlman dünyasında 
ilk opera, balet, teatr, qadın məktəbləri, azad mətbuat, qadınların 
seçmək hüququ azərbaycanda xIx və xx əsrlərdə təşəkkül tapdı. 
ümumiyyətlə, adr avropa dövlət quruculuğu modelindən istifadə 
edirdi.
 adr müstəqil xarici siyasət yürüdür və öz qonşuları ilə dostluq 
münasibətləri  qurmağa  çalışırdı.  Onun  xarici  siyasətində  ilk  pri-
oritet avropa  dövlətləri  və  ümumiyyətlə,  beynəlxalq  ictimaiyyət 
tərəfindən  tanınması  olmuşdur. azərbaycanın  1919-cu  ildə  Paris 
sülh Konfransında de-fakto tanınmasından sonra bir çox avropa 


86
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
ölkələri  Bakıda  öz  diplomatik 
nümayəndəliklərini açdı.
 lakin  çox  keçmədən  (cəmi 
23 ay sonra)  - 1920-ci ildə adr-
in artıq formalaşmış demokratik 
siyasi  kursunun  qarşısı  işğalçı 
rus bolşevik qüvvələri tərəfindən 
kobud  şəkildə  alındı.  nəticədə, 
avropa dövlətləri ilə yenicə qu-
rulmuş əlaqələrin perspektivi da-
yandırıldı və növbəti 70 il ərzində azərbaycan xalqının müstəqil-
lik arzuları xülya olaraq qaldı. yalnız 1991-ci ildə sovet İttifaqının 
süqutundan sonra azərbaycan öz müstəqilliyini bərpa etdi.
Hal-hazırda azərbaycan respublikası müasir, dünyəvi və sürətlə 
inkişaf edən iqtisadiyyata malik dövlətdir. Ölkə ümumdünya insan 
dəyələrinə sadiqdir və regional lider olaraq öz qarşısına qloballa-
şan dünyaya tam inteqrasiya olunmağı məqsəd qoymuşdur. Bu gün 
azərbaycanda görünməmiş iqtisadi artımla yanaşı daxili sabitlik 
mövcuddur. Ölkədə aparılan davamlı siyasi və iqtisadi islahatlar 
bir-birini  qarşılıqlı  surətdə  tamamlayır  və  ümumi  tərəqqiyə  çox 
müsbət təsir göstərir. azərbaycan avropanın etibarlı tərəfdaşı və 
regionda bir çox müsbət, gözəçarpan inkişafın önündə gedən aparı-
cı ölkə kimi etimad qazanmışdır. Ölkə bir sıra genişmiqyaslı regio-
nal əməkdaşlıq layihələrinin lokomotivinə çevrilmişdir. avropanın 
yolu ilə gedən azərbaycan Cənubi qafqazı sülhün bərqərar oldu-
ğu, inkişafda olan, sabit və çiçəklənən regiona çevirməyə çalışır.
azərbaycan bir çox hallarda Şərq ilə qərb arasında körpü ad-
landırılır.  Ölkəmiz  hələ  orta  əsrlərdə  avropanı  asiya  və  uzaq 
Şərqlə birləşdirən Böyük İpək yolunun tam mərkəzində yerləşirdi. 
əsrlər  boyu azərbaycan  bu  əsrarəngiz  coğrafi  məkanda  xalqları 
birləşdirərək,  sivilizasiyalararası  dialoqun  formalaşdırılmasında 
mühüm rol oynamışdır. azərbaycanlılar öz mədəniyyət xəzinəsini, 
adət-ənənələrinin  zənginliyini,  tarixi  irsini  qorumuş,  əsrlər  boyu 
üzləşdikləri çətinliklər və çağırışlara baxmayaraq, ölkənin qarşı-
lıqlı hörmət və anlaşma üçün unikal məkan olması ilə fəxr etmişlər. 
eyni zamanda, xalqımız dünyanın digər mədəniyyətləri ilə tanış 
olduqca  öz  mənəvi  dünyasını  daha  zənginləşmiş,  onun  bir  çox 
nəsilləri xeyirxahlıq, dinləmək və öyrətmək, mədəniyyətlər arasın-
Hal-hazırda  Azərbaycan  Respub-
likası  müasir,  dünyəvi  və  sürətlə 
inkişaf  edən  iqtisadiyyata  malik 
dövlətdir.  Ölkə  ümumdünya  insan 
dəyələrinə  sadiqdir  və  regional  li-
der olaraq öz qarşısına qloballaşan 
dünyaya  tam  inteqrasiya  olunmağı 
məqsəd qoymuşdur. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə