Azerbaijan focus



Yüklə 4,38 Kb.

səhifə28/63
tarix14.09.2018
ölçüsü4,38 Kb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

 YANVAR-MART, 2010  
  
87 
da körpülər qurmaq bacarıqları ilə fərqlənmişlər.
 Öz  tarixi  keçmişinə  hörmətlə  yanaşan  müasir  azərbaycanda 
milli  mənəvi  dəyərlərə,  varislik  ənənələrinə  böyük  önəm  verilir. 
Bu özünü azərbaycan demokratik respublikasının bizə miras qal-
mış irsinə münasibətdə bir daha açıq şəkildə göstərir. Buna görə də    
avropa ölçüsü ilə səciyyələnən davamlılıq prinsipi azərbaycanın 
cari xarici siyasətinin əsas istiqamətidir. 
 1991-ci  ildən  etibarən  azərbaycan  yaxşı  qonşuluq 
münasibətləri, qarşılıqlı anlaşma və əməkdaşlığa əsaslanan regi-
onal siyasət formalaşdırmağa çalışmışdır. Güclü iqtisadi rəqabət 
və  davamlı  regional  qeyri-sabitlik  qarşısında  xarici  siyasətimiz 
dövlətin  təhlükəsizliyini  və  vətəndaşların  rifahını  təmin 
etməlidir.  Öz  xarici  siyasət  prioritetlərini  müəyyənləşdirərkən 
azərbaycan yaxın və uzaq qonşuluqda beynəlxalq siyasi, iqtisa-
di və təhlükəsizlik vəziyyətini nəzərə alır. tarix, mədəniyyət və 
mentalitetə aid səbəblərə görə avropa daxilində baş verən hadisə-
lər azərbaycan üçün hər zaman mühüm əhəmiyyət kəsb etmişdir. 
Öz müstəqilliyini bərpa etdikdən sonra azərbaycan avropa ölkələri 
ilə qarşılıqlı faydalı əlaqələr qurmağa başladı. xüsusilə Heydər 
əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi altında azərbaycanın 
xarici siyasətində avropa ölçüsünə diqqət daha da artmışdır. av-
ropa ilə münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli forumlar 
çərçivəsində inkişaf etdirilmişdir.
 Beləliklə, azərbaycan ilə avropa ölkələri arasında münasibətləri 
çoxtərəfli və ikitərəfli formatda nəzərdən keçirmək mümkündür.
 avropaya  inteqrasiya  istiqamətində  atılmış  ilk  addım  1992-
ci  il  yanvarın  30-da  azərbaycanın  avropada  təhlükəsizlik  və 
əməkdaşlıq müşavirəsinin (atəm-in) üzvünə çevrilməsi oldu. 8 
iyul 1992-ci il tarixində azərbaycan respublikası atəm-in Helsin-
ki Zirvə görüşündə rəsmi imzalanma mərasimində iştirak etməklə, 
atəm-in 1975-ci il tarixli Helsinki yekun aktını qəbul etdi. 1994-
cü ildə atəm avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatına 
(atət-ə) çevrildi.
 azərbaycan atət-i yeganə panavropa təhlükəsizlik təşkilatı he-
sab edir və bunu nəzərə alaraq, bu təşkilat daxilində bütün sahələrdə 
öz iştirakının intensivləşdirilməsinə xüsusi önəm verir. azərbaycan 
atət-in bütün üçölçülü fəaliyyətində (yəni siyasi-hərbi, iqtisadi-


88
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
ətraf mühit və təhlükəsizliyin insan aspektlərində) fəal şəkildə işti-
rak edir.
 1991-ci  ildə  sovet  İttifaqının  süqutu  nəticəsində  on  beş  yeni 
müstəqil ölkə yarandı. Həmin dövrdə azərbaycan qlobal və regio-
nal güclərin toqquşan maraqlarının mərkəzində oldu. qafqaz regi-
onu təcavüzkar separatizm, etnik münaqişələr, daxili siyasi qeyri-
sabitlik və iqtisadi çətinliklərdən əziyyət çəkirdi. sovet İttifaqının 
süqutundan sonra əhatəli təhlükəsizliyin sadə formasına əsaslanan 
geniş avropada  sabitlik  ümidi  var  idi. avropa  İttifaqı,  natO  və 
atət  qafqaz  və  xəzər  regionu  ölkələrində  real  təhlükəsizlik 
məsələlərini təhlil etmək əvəzinə, idealist təhlükəsizlik memarlığı 
konsepsiyaları ilə məşğul idilər. Keçmiş sovet İttifaqında hələ də 
alovlanan münaqişələrə diqqətin yetirilməsinə yönəlmiş müraciətlər 
əsasən diqqətsiz qalırdı. avropa və aBŞ-da postsovet eyforiya za-
manı etnik və dini ekstremizm, təcavüzkar millətçilik və beynəlxalq 
terrorçuluq kimi keçən əsrin doxsanıncı illərinin əvvəllərində özü-
nü büruzə verən çətinlikləri görmək bacarığına malik olan insan o 
qədər də çox deyildi.
 avropada  təhlükəsizlik  arxitekturasının  hazırkı  vəziyyəti  il-
kin xəbərlər, münaqişələrin qarşısının alınması, böhranların idarə 
edilməsi və münaqişədən sonra bərpa işləri kimi əsas vəzifələrin 
icrasını qarşısına məqsəd qoymuş atət-in platformasına əsaslanır. 
Bununla  belə,  onları  effektiv  şəkildə  həyata  keçirmək  məqsədilə 
biz təhlükəsizlik sahəsində mövcud olan hazırkı problemləri lazımi 
şəkildə aradan qaldırmalıyıq. Biz qafqazda buraxılmış ilk səhvləri 
yaddan çıxarmamalıyıq. rusiya ilə Gürcüstan arasında 2008-ci ildə 
baş vermiş silahlı münaqişə göstərdi ki, “dondurulmuş münaqişə” 
kimi  məfhum  mövcud  deyil,  əksinə,  onlar  aktiv  münaqişələrdir 
və həll olunana qədər bu münaqişələr bütün avropanın sabitliyinə 
hədədir.  Cənubi  qafqaz  regionunda  həll  olunmamış  münaqişələr 
bu regionun inkişafında ən mühüm maneədir və təbii sərvətlərin 
xalqın rifahı naminə tam şəkildə istifadə edilməsini nəzərəçarpacaq 
dərəcədə  qarşısını alır.
 azərbaycanın atət-lə münasibətlərinin əsas sütunlarından biri 
ermənistan ilə azərbaycan arasındakı mövcud silahlı münaqişənin 
nizamlanması məqsədilə yaradılmış minsk qrupudur. məlumdur ki, 
1992-1993-cü illərdə ermənistan azərbaycan ərazisinin 20%-ni iş-
ğal etmiş, bir milyona yaxın azərbaycanlı ermənistandan - öz tarixi 


 YANVAR-MART, 2010  
  
89 
torpaqlarından  və  azərbaycanın 
dağlıq  qarabağ  bölgəsinin  işğal 
olunmuş  ərazilərindən  və  onun 
ətrafında yerləşən yeddi qonşu ra-
yondan  etnik  təmizləmə  siyasəti 
nəticəsində  qovulmuşdur.  Buna 
baxmayaraq,  azərbaycan  həmin 
münaqişəni  beynəlxalq  hüququn 
norma və prinsipləri əsasında dinc 
yolla  həll  etməyə  çalışır.  lakin 
xalqımız ərazi bütövlüyü ilə bağlı heç bir güzəştə getməyəcək. da-
vam  edən  işğal  və  azərbaycanlı  əhalinin  zorla  öz  dədə-baba  tor-
paqlarından köçürülməsi şəraitində azərbaycanın dağlıq qarabağ 
regionunun statusunu müəyyən etmək cəhdləri uğursuz olmuşdur. 
əfsuslar  olsun  ki,  atət-in  minsk  qrupunun  apardığı  danışıq-
lar istənilən nəticə verməmişdir. Çünki ermənistanı münaqişənin 
həllinə  konstruktiv  yanaşma  göstərməyə  məcbur  edə  biləcək  
təzyiqli  mövqe  ortaya  qoyulmamışdır.  Belə  şəraitdə azərbaycan 
bütün variantları, o cümlədən təcavüzkarı gücdən istifadə etməkdən 
yayındırmaq  məqsədilə  öz  legitim  hüququnu  özündə  saxlamaq 
məcburiyyətindədir. İşin müsbət tərəfi ondan ibarətdir ki, avropalı 
tərəfdaşlarımız qafqazda baş vermış son ağır hadisələrdən sonra 
zəif,  lakin  ardıcıl  qaydada  artıq  etiraf  edirlər  ki,  ərazi  bütövlüyü 
və suverenlik məfhumları münaqişələrin həllində mühüm rol oyna-
yır.  Bu səbəbdəndir ki,  son vaxtlar biz ermənistanla azərbaycan 
arasındakı münaqişəni həll etmək məqsədilə yeni beynəlxalq sülh 
səylərini müşahidə edirik.
 Helsinki yekun aktında əks olunmuş təməl prinsiplərin davam-
lı  eroziyası avropa  təhlükəsizliyinə  ciddi  zərbədir.  Bu  baxımdan 
azərbaycan gözləyir ki, avropa mövcud vəziyyətə öz mahiyyətinə 
uyğun baxsın və tarazlaşdırılmış yanaşmadan əl çəksin. münaqişələri 
yaradanlar ilə onların qurbanına çevrilmiş tərəflərə münasibət eyni 
olmamalıdır. son illərdə beynəlxalq ictimaiyyət Balkanlar və Fars 
körfəzində yaranmış oxşar böhranlar zamanı qətiyyətli mövqe nü-
mayiş  etdirmişdir.  Hazırda avropanın  təhlükəsizlik  gündəliyində 
ən mühüm məsələ həmin prinsiplərə hörmətin bərpasıdır.
 1998-ci  ildə    azərbaycan  hökuməti  ilə  atət-in  demokratik 
təsisatlar və İnsan Hüquqları Bürosu (dtİHB) arasında anlaşma 
Helsinki Yekun Aktında  əks  olun-
muş  təməl  prinsiplərin  davamlı 
eroziyası  Avropa  təhlükəsizliyinə 
ciddi  zərbədir.  Bu  baxımdan 
Azərbaycan  gözləyir  ki,  Avropa 
mövcud  vəziyyətə  öz  mahiyyətinə 
uyğun  baxsın  və  tarazlaşdırılmış 
yanaşmadan əl çəksin. 




Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə