Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   2   3   4   5   6   7   8   9   ...   63

 YANVAR-MART, 2010  
  
11 
vətəndaş  cəmiyyəti  institutlarının  fəallığını  və  təşəbbüskarlığını, 
onların problemlərə daha həssaslıqla yanaşmalarını təmin edəcəkdir. 
təsadüfi deyildir ki, 2009-cu ildə bu qurum tərəfindən xərclənən 2,7 
milyon manat vəsait “üçüncü sektor”un möhkəm dayaqlar üzərində 
təşəkkül tapmasında və cəmiyyətin ümumi inkişafına töhfə verməsində 
xüsusi rol oynamışdır. 
Bu  istiqamətdə  digər  bir  yenilik  azərbaycan  respublikasının                
Prezidenti  yanında  Kütləvi  İnformasiya  Vasitələrinin  İnkişafına 
dövlət dəstəyi Fondunun yaradılmasıdır. Fond azərbaycanda KİV-
lərin azad fəaliyyət göstərməsini, vətəndaşların obyektiv informasiya 
əldə etməsini və sağlam təfəkkürə əsaslanan peşəkar jurnalistikanın 
formalaşmasını təmin etmək üçün nəzərdə tutulan müxtəlif xarakterli 
tədbirlərin həyata keçirilməsini dəstəkləyir. Onun əsas qayəsi müasir 
dövrün  tələblərinə  uyğun  olaraq,  söz  və  mətbuat  azadlığını  inkişaf 
etdirməkdir. Bu məqsədlə 2009-cu ildə Fond 1,3 milyon manat vəsait 
xərcləmiş və 55-dən çox layihə həyata keçirilmişdir. 
lakin bu gün azərbaycanın ən böyük problemi dağlıq qarabağın 
və  onun  ətrafındakı  yeddi  rayonun  ermənistan  qoşunlarının  işğalı 
altında saxlanılmasıdır. Bu vəziyyət Cənubi qafqazda iqtisadi və siya-
si münasibətlərin tənzimlənməsinə, əməkdaşlığa mənfi təsir göstərir. 
müasir dünyanın təkamül istiqamətləri, beynəlxalq hüququn prinsip və 
normaları hazırkı status-kvonun davam etməsinin qəbuledilməzliyini 
ehtiva edir. Bunları aşağıdakı amillər də təsdiq etməyə imkan verir: 
Birincisi, inteqrasiya proseslərinin sürətləndiyi müasir qloballaşan 
dünyada cərəyan edən hadisələrə daha adekvat cavab vermək üçün 
regional  əməkdaşlığın  gücləndirilməsi  bir  zərurət  kimi  meydana 
çıxır.  regional  inteqrasiya  isə  separatizmin  gələcəyinin  olmadığını 
və  separatçı  meyillərin  ümumi  qarşılıqlı  faydalı  münasibətlərin 
mexanizmlərində  tədricən  zəifləməsini  ehtiva  edir.  Cənubi  qafqaz-
da  regional  əməkdaşlıq  yalnız  ermənistan-azərbaycan,  dağlıq 
qarabağ  münaqişəsinin  həllindən  sonra  mümkündür.  azərbaycan 
üçün  ərazilərinin  20  faizini  işğal  edən  ölkə  ilə  vahid  bir  çərçivədə 
əməkdaşlıq  etmək  qəbuledilməzdir.  azərbaycan  Prezidenti  İlham 
əliyev  oktyabrın  16-da  nazirlər  Kabinetinin  2009-cu  ilin  doqquz 
ayının  sosial-iqtisadi  inkişafının  yekunlarına  həsr  olunmuş  geniş 
iclasında bir daha vurğulamışdır ki, “Birinci məsələ həll olunmalıdır – 
ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan 
sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və azərbaycan o təqdirdə 


12
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
bu işlərdə fəal iştirak edəcəkdir”. 
İkincisi,  xalqların  öz  müqəddəratını  təyinetmə  hüququ  dağlıq 
qarabağ  münaqişəsində  və  bu  tip  münaqişələrdə  siyasi  müstəqillik 
anlamında  nəzərdən  keçirilə  bilməz.  ümumiyyətlə,  milli  azlıqlar 
–  dağlıq  qarabağda  yaşayan  ermənilər  də  onlardan  biridir  –  öz 
müqəddəratını təyinetmə hüququnu əsas gətirərək separatçı iddialarını 
əsaslandıra  bilməzlər.  Beynəlxalq  hüquq  belə  bir  norma  tanımır 
və  heç  bir  əraziyə  müstəqil  olmaq  iddialarını  hüquqi  baxımdan 
əsaslandırmağa  imkan  vermir.  ermənistan  dərk  etməlidir  ki,  nə 
hüquqi, nə də siyasi baxımdan güc mövqeyində deyildir. əksinə, büt-
ün beynəlxalq təşkilatlar  azərbaycanın ərazi bütövlüyünü tanıyır və  
dağlıq  qarabağın  yekun  statusunun azərbaycanın  ərazi  bütövlüyü 
çərçivəsində  həll  olunmasının  zəruriliyini  və  qaçılmazlığını  təsdiq 
edirlər. 
üçüncüsü, azərbaycan ərazilərinin ermənistan qoşunları tərəfindən 
işğal edilməsi beynəlxalq hüququn imperativ normalarını, o cümlədən 
beynəlxalq münasibətlərdə gücdən istifadənin qadağan olunması, ərazi 
bütövlüyü  və  sərhədlərin  toxunulmazlığı  prinsiplərini  pozur.  Bun-
lar isə müasir dünya nizamının təməlini təşkil edən və dövlətlərarası 
münasibətləri tənzimləyən əsas amillərdir. Buna görə də azərbaycan 
ərazilərinin işğal edilməsi Bmt təhlükəsizlik Şurasının 822 (1993), 
853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində, eləcə də 
avropa Şurası Parlament assambleyasının sənədlərində qınaq hədəfinə 
çevrilmişdir.  Beynəlxalq  birliyin  məsul  və  etibarlı  tərəfdaşı  kimi 
azərbaycan  özünə  münasibətdə  eyni  mövqe  nümayiş  etdirilməsini 
və ikili standartlardan əl çəkilməsini tələb edir. regiondakı vəziyyətin 
obyektiv qiymətləndirilməsi və dünya birliyinin öz məsuliyyətini dərk 
etməsi münaqişənin həllinə yalnız müsbət təsir göstərə bilər.
dördüncüsü, ermənistanın regionda təcrid olunmasının əsas səbəbi 
erməni  rəhbərlərinin  qeyri-konstruktiv  mövqeyinin,  onların  həm  öz 
xalqına, həm də qonşu dövlətlərə qarşı məsuliyyətsiz davranışlarının 
nəticəsidir.  azərbaycan  dağlıq  qarabağ  münaqişəsini  sülh  yolu 
ilə,  beynəlxalq  hüququn  prinsiplərinə  və  normalarına  uyğun  olaraq 
həll  etməyə  çalışır. azərbaycan  və  ermənistan  prezidentləri atət-
in  minsk  qrupu  çərçivəsində  təkcə  2009-cu  ildə  9  dəfə  görüşüblər. 
lakin konkret həll mexanizmi hələ də hazırlanmayıb və ermənilər hər 
dəfə təməl prinsiplər üzərində müzakirələri davam etdirərək, əslində, 
vaxtı  uzatmağa  çalışırlar.  Belə  olan  halda  ermənistan  rəhbərliyinin 


 YANVAR-MART, 2010  
  
13 
siyasi iradəsizliyi münaqişənin həllini uzadır. Bu isə o deməkdir ki, 
ermənistan regionda təcrid edilmiş şəkildə heç bir iqtisadi inkişafa 
nail ola bilməyəcəkdir. 
Belə  bir  şəraitdə  türkiyə  ilə  ermənistan  arasında  sərhədlərin 
açılması  məsələsinin  gündəmə  gəlməsi  azərbaycanı  narahat  edir. 
İsveçrənin sürix şəhərində 2009-cu il oktyabrın 10-da protokolların 
imzalanmasından  sonra  azərbaycan  respublikasının  xarici  İşlər             
nazirliyinin yaydığı bəyanatda da bu, öz əksini tapmışdır. azərbaycan, 
əlbəttə,  heç  bir  dövlətin  daxili  işlərinə  qarışmır,  lakin  sərhədlərin 
açılması  ilə  ermənistan-azərbaycan  sülh  danışıqlarını  vahid  bir    
prosesin  tərkib  hissələri  kimi  nəzərdən  keçirilməsini  dəstəkləyir, 
əldə edilən ümumi irəliləyişin regionda sülh və təhlükəsizliyin əsas 
şərti olmasını önə çəkir. Cənubi qafqazın təhlükəsizliyi ilk növbədə 
ermənistan-azərbaycan,  dağlıq  qarabağ  münaqişəsinin  həlli 
məsələsinə bağlıdır. Bu münaqişə həll edilmədən türkiyə-ermənistan 
sərhədlərinin  açılması  status-kvonun  davam  etməsini,  ermənilərin 
danışıqlar  masası  arxasında  mövqeyinin  daha  da  sərtləşməsini 
şərtləndirə bilər. Bu isə hüquqi gücün qüvvəsini itirməsinə, regionun 
bir tam olaraq əməkdaşlıq meydanından daha çox müharibə riskinin 
artdığı ziddiyyətlər məkanına çevrilməsinə şərait yaradır. 
tarix  hər  zaman  göstərmişdir  ki,  güc  vasitəsilə  yaradılan  qey-
ri-qanuni  mühitdən,  əvvəlki  hüquqi  vəziyyəti  bərpa  etmədən 
işğalçı  dövlətin  dünya  birliyinə  inteqrasiyası  beynəlxalq  sülhə  və 
təhlükəsizliyə, mövcud dünya nizamına böyük təhlükələr törətmişdir. 
artıq  xxI  əsrin  ilk    onilliyinin  sonunda  tarixin  ibrət  dərslərindən 
nəticə  çıxarıb,  tarixi  səhvləri  təkrar  etməməliyik.  Buna  görə  də 
türkiyə-ermənistan  münasibətlərinin  nizamlanmasında  işğalçı 
dövlətin  qeyri-qanuni  yaratdığı  vəziyyətin  aradan  qaldırılması  ilkin 
legitim  şərt  kimi  nəzərdən  keçirilməli,  həm  sərhədlərin  açılmasını, 
həm  də  regional  əməkdaşlığı  şərtləndirməlidir.  Belə  bir  şəraitdə 
dünya birliyinin azərbaycan ərazilərinin işğalına son qoymaq üçün 
erməni  rəhbərlərinə  təsir  göstərmək  əvəzinə,  türkiyə-ermənistan 
sərhədlərinin  açılması  istiqamətində  fəallığı  hüquqi,  siyasi  və  etik 
baxımdan qəbuledilməzdir. 
son illər azərbaycan regionun siyasi və iqtisadi həyatında  lider 
rolunu  oynayır.  neft  strategiyasının  məqsədlərinə  uyğun  olaraq 
həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri həm əməkdaşlıq, 
həm də strateji tərəfdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə